“Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” .....                     Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var .....                     Zaxarova əsəbiləşdi: .....                     Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? .....                     Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib .....                     Ərdoğan və Makron arasında telefon danışığı olub .....                     Xaricə satdığımız elektrik enerjisinin dəyəri .....                     Məhkəmədən Xoşqədəm Hidayətqızına .....                     "Həyat yoldaşı adamı qocaldır" .....                     "Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur .....                     ŞOK İDDİA: İsrail helikopteri Dəməşqə ENDİ .....                     Prezident “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”ni “yalançı dördlük” adlandırıb .....                     "Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə ölkəmizə qara yaxırlar .....                     “Daxmamız qəzalı vəziyyətdədir, acınacaqlı durumdayıq” .....                     “Düşünməmişəm ki, ulduz aktyor çəkim, serial onun hesabına baxılsın” .....                     Ermənistan və onun havadarlarına növbəti mesaj .....                     Ermənistan bizimlə silah yarışında tab gətirməyəcək .....                     Rasim İldırım məhkəməyə cibində 20 minlə gəldi .....                     Şairə Əli Mirəliyevi pərt elədi: .....                     Yaxın Şərqdən Cənubi Qafqaza: .....                     Bakının tükənməz .....                     "Timurun əslən Azərbaycanın hansı bölgəsindən olduğunu bilmirik... .....                     Qafar Dəmirçinin rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC cərimələnir .....                     Bağlanan məktəblərin müəllimləri işsiz qalacaq? .....                     Jurnalist Əvəz Zeynallının həbs müddəti AZALDILDI .....                     ABŞ “münasib məqamda” Suriyaya hərbçilər göndərəcək .....                     Sumqayıtda daha bir olay: BU DƏFƏ BAĞÇADA... .....                     Sərkisyanın yalanı üzünə vuruldu .....                     ABŞ sürətlə Ermənistan ordusuna “yerləşir” .....                     “Starlink” Azərbaycanda fəaliyyətə başlaya bilmir .....                     "Qızılı keçirə bilsəydik 5 min manat pul alacağdıq" .....                     Tanınmışlardan nazirə CAVAB GECİKMƏDİ: .....                     Bakıda qızının faciəsinə dözməyən ata infarktdan öldü .....                     "Qarabağdan çıxmış ermənilər könüllü şəkildə, özlərinin xahişi ilə ərazilərimizi tərk ediblər" .....                     11 gündən sonra Dəməşq aeroportundan ilk uçuş həyata keçirilib .....                     Gürcüstandakı etirazlar inqilabi hərəkat deyil, çünki buna tələbat yoxdur .....                     Gecə yarımadanın bəzi yerlərində suluqar yağacaq .....                     22 yaşında qətl törətmişdi .....                     Suriya erməniləri Ermənistana axışır .....                     Serj Sarkisyan, Robert Koçaryan istintaq prosesində dindirilməlidir .....                 

30 yaşlı “nüvə korafəhmliyi”: Ukrayna nəyə hazırlaşır? - GƏLİŞMƏ
Tarix: 10-12-2024, 00:30 | Çap et
30 yaşlı “nüvə korafəhmliyi”: Ukrayna nəyə hazırlaşır?
Nazik qar təbəqəsi altında qalmış, soyuq müharibə dövrünə aid yaşıl-boz silahlar Ukraynanın sovet keçmişini xatırladır. Raketlər, start qurğuları və transportyorlar - Sovet İttifaqının nüvə proqramının işlənilməsində Ukraynanın önəmli rol oynadığı dövrün yadigarıdır.

Lyukun bir az açılmış polad-beton qapağın altında nəhəng qitələrarası ballistik raket (QBR) boylanır. Amma gerçək deyil, maketdir, çat vermiş və kif basmış. Az qala 30 ildir ki, bu şaxta zibillə doludur.

Ukraynanın mərkəzində yerləşən Pervomaysk şəhərinin yaxınlığındakı geniş baza çoxdan muzeyə çevrilib.

Müstəqil Ukrayna 1990-cı illərin əvvəllərində Moskvanın kölgəsindən çıxanda, Kiyev nüvə silahından imtina etdi.

Amma Rusiyanın böyük miqyaslı təcavüzündən üç ilə yaxın müddətdən keçdikdə və müharibədən sonrakı Ukraynanın təhlükəsizliyinin necə təmin ediləcəyi ilə bağlı Kiyevin müttəfiqləri arasında aydın razılaşmanın olması fonunda, bir çoxları hesab edir ki, bu, səhv idi.

30 il əvvəl, 1994-cü il dekabrın 5-də Budapeştdə keçirilən mərasimdə Ukrayna Belarus və Qazaxıstanla birlikdə ABŞ, Böyük Britaniya, Rusiya, Fransa və Çin tərəfindən təhlükəsizlik təminatı müqabilində özünün nüvə arsenalından imtina etdi.

Əslinə qalanda, raketlər indi müstəqil dövlət olan keçmiş respublikalara deyil, Sovet İttifaqına məxsus idi. Amma SSRİ-nin nüvə arsenalının üçdə bir hissəsi Ukrayna ərazisində yerləşirdi və onun təhvil verilməsi beynəlxalq arenada mühüm addım sayıldı.

“Bu üç dövlətə verdiyimiz təhlükəsizlik təminatı bizim həmin dövlətlərin müstəqilliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə sədaqətimizi göstərir”, - ABŞ prezidenti Bill Klinton o zaman Budapeştdə dedi.

Xarkovdakı hərbi məktəbin gənc məzunu Aleksandr Suşenko Pervomayska iki il sonra, məhz Ukraynada nüvə ehtiyatlarının istismardan çıxarılması prosesi başlayanda gəldi. O, raketlərin aparılmasını, şaxtaların partladılmasını müşahidə etdi.

İndi o, yenə keçmiş bazadadır, bu dəfə muzeyin kuratorlarından biri kimi. Rusiyanın Ukraynaya məşəqqətlər yaşatmasının, beynəlxalq birliyin isə bunun qarşısını ala bilməməsi və ya almaq istəməməsinin 10 ilindən geri boylanarkən labüd nəticə çıxarır.

“Hazırda Ukraynada baş verən hadisələrə baxanda, mən şəxsən hesab edirəm ki, nüvə silahının hamısını məhv etmək səhv idi, - Aleksandr deyir. - Ancaq bu, siyasi məsələ idi. Ali rəhbərlik qərar qəbul etdi, biz də sadəcə əmrləri yerinə yetirdik”.

O dövrdə hər şey tamamilə məntiqli görünürdü. Heç kim fikirləşmirdi ki, 20 il sonra (2014-cü ildə) Rusiya Ukraynaya hücum çəkəcək. “Biz sadəlövh idik, amma etibar edirdik, - 1994-cü ildə Ukraynanın Londonda səfiri işləyən Sergey Komissarenko deyir. - Böyük Britaniya və ABŞ, sonra da Fransa bizi dəstəkləyəndə, düşündük ki, kifayətdir. Elə Rusiya da”.

Onillərlə sürən sovet hakimiyyətindən yenicə qurtulmuş kasıb ölkə üçün çox bahalı nüvə arsenalını saxlamaq ideyası xüsusi məna kəsb etmirdi.

“Pulu sənayenin inkişafına, çiçəklənməyə sərf etmək mümkündürsə, niyə nüvə silahının istehsalına və saxlanılmasına xərclənsin?” - Komissarenko deyir.

İndi, taleyüklü razılaşmanın ildönümündə, Ukrayna yenə öz mövqeyini çatdırmağa çalışır. NATO xarici işlər nazirliyinin bu həftəki Brüssel görüşündə Ukrayna XİN rəhbəri Andrey Sibiqa içində Budapeşt memorandumunun surəti olan yaşıl qovluğu əlində yelləyirdi.

“Bu sənəd nə Ukraynanın təhlükəsizliyini, nə transatlantik təhlükəsizliyi təmin etmədi. Biz belə səhvləri təkrar etməkdən qaçmalıyıq”, - Sibiqa dedi.

Ukrayna XİN-nin bəyanatında Budapeşt memorandumu “strateji təhlükəsizlik üzrə qərar qəbulu zamanı yol verilən korafəhmlik abidəsi” adlandırılır.

İndi Ukrayna və müttəfiqləri qarşısında duran vəzifə ölkənin təhlükəsizliyini başqa üsulla təmin etməyin yolunu tapmaqdır. Prezident Volodimir Zelenski üçün cavabı çoxdan aydındır.

“Təhlükəsizliyimizin ən yaxşı təminatı - NATO ilədir. Bizim üçün AB və NATO ilə gələcək - prinsipial məsələdir”, - o, bu günlərdə bir daha təkrar etdi.

Yalnız alyansa üzvlüyün yekə və yırtıcı qonşusunun yanında Ukraynanın mövcudluğunu təmin edəcəyi barədə Zelenskinin mütəmadi və ehtiraslı bəyanatlarına baxmayaraq, NATO üzvləri arasında hələ də bu mövzu ilə bağlı fikir ayrılığı mövcuddur. Təşkilat, bəzi üzvlərin etirazı fonunda, yalnız bildirib ki, Ukraynanın gələcək üzvlüyü qaçılmazdır, amma bu zaman heç bir müddət göstərilməyib.

Bu arada Ukraynanın müttəfiqləri hesab edirlər ki, Rusiya-Ukrayna müharibəsində sülh yalnız güc mövqeyindən əldə oluna bilər, bunun üçün Ukrayna Donald Trampın təşəbbüskar ola biləcəyi mümkün sülh danışıqları öncəsi maksimum sərfəli mövqedə olmalıdır.

“Bizim Ulraynaya hərbi dəstəyimiz indi nə qədər güclü olarsa, onun da danışıqlar masası arxasında mövqeyi bir o qədər güclü olacaq”, - NATO baş katibi Mark Rütte dekabrın 3-də söyləyib.
Donald Trampın Ukraynaya yanaşmasının necə olacağını bilməyən əsas silah tədarükçüləri, ABŞ və Almaniya daxil olmaqla, onun prezidentliyi başlayana qədər yeni böyük silah partiyaları göndərməyə tələsirlər.

Gələcəyə boylanan bəzi ukraynalılar düşünürlər ki, özünümüdafiəyə xüsusi diqqət yetirən ölkə nüvə silahına qayıtmağı istisna edə bilməz, xüsusən də əsas müttəfiqi olan Birləşmiş Ştatlar gələcəkdə etibarsız çıxarsa.

Noyabrda Ukraynanın rəsmi şəxsləri guya Müdafiə Nazirliyinin sənədində sadə nüvə qurğusunun bir neçə ay ərzində yaradılmasının mümkünlüyü haqda söhbət getməsi barədə xəbəri təkzib etməli oldular.

İndi bu məsələ, aydındır ki, gündəmdə deyil, amma müdafiə nazirinin keçmiş müavini Alina Frolova sızmanın təsadüfi olmamasını mümkün hesab edir: “Ola bilər, bu variant ekspertlər arasında müzakirə olunur”.

“Görsək ki, dəstəyimiz yoxdur, müharibəni uduzuruq və xalqımızı müdafiə etməliyik, düşünürəm, belə variant mümkündür”, - Frolova davam edir.

Nüvə silahının yaxın vaxtlarda Pervomaysk ətrafındakı çöllüyə qayıdacağını təsəvvür etmək çətindir. Dərinliyi 30 metr olan yalnız bircə şaxta salamatdır və təxminən 1979-cu ildə təhvil verilən vəziyyətdədir.

Bu, olduqca möhkəmləndirilmiş tikilidir, nüvə hücumuna davam gətirmək üçün inşa olunub, ağır polad qapıları və onu bazanın digər yerləri ilə birləşdirən yeraltı tunellərə malikdir. Aşağıdakı darısqal komanda məntəqəsi qitələrarası ballistik raketlərin buraxılması haqda əmrləri yerinə yetirmək üçün nəzərdə tutulmuşdu.

Aleksandr Suşenko deyir ki, böyük qitələrarası ballistik raketlərdən qurtulmaq məntiqli idi, 1990-cı illərin ortalarında Amerika daha düşmən deyildi. Amma Ukraynanın nüvə arsenalında mənzili 100-dən 1000 km-ə qədər olan müxtəlif taktiki silahlar da vardı.

“Aydın oldu ki, düşmən yaxındadır”, - Aleksandr deyir. “Onlarla taktiki nüvə bombası saxlamaq olardı ki, onlar ölkəmizin təhlükəsizliyini təmin edərdilər”.

Pressklub.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Bu gün, 15:36
Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Bu gün, 15:34
Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Bu gün, 15:33
Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Bu gün, 15:29
Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Bu gün, 15:26
Ərdoğan və Makron arasında telefon danışığı olub
Bu gün, 15:25
Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Bu gün, 15:24
Məhkəmədən Xoşqədəm Hidayətqızına daha bir QADAĞA
Bu gün, 15:22
"Həyat yoldaşı adamı qocaldır" - Əməkdar artist
Bu gün, 15:18
"Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur – ŞİRKƏT RƏHBƏRLİYİ MƏHKƏMƏ QƏRARINA MƏHƏL QOYMUR
Bu gün, 15:14
ŞOK İDDİA: İsrail helikopteri Dəməşqə ENDİ - 20 dəqiqəlik GİZLİ ƏMƏLİYYAT
Bu gün, 15:02
Prezident “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”ni “yalançı dördlük” adlandırıb
Bu gün, 14:57
"Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə ölkəmizə qara yaxırlar - Prezident İlham Əliyev
Bu gün, 14:52
“Daxmamız qəzalı vəziyyətdədir, acınacaqlı durumdayıq” - Ağdam sakinindən icra başçısına MÜRACİƏT
Bu gün, 14:49
“Düşünməmişəm ki, ulduz aktyor çəkim, serial onun hesabına baxılsın”
Bu gün, 14:45
Ermənistan və onun havadarlarına növbəti mesaj - İsrafil Kərimovun yazısı
Bu gün, 14:41
Ermənistan bizimlə silah yarışında tab gətirməyəcək - FAKT BUDUR!
Bu gün, 14:39
Rasim İldırım məhkəməyə cibində 20 minlə gəldi - TƏFƏRRÜAT
Bu gün, 14:26
Şairə Əli Mirəliyevi pərt elədi: - “Gücün çatmaz!”
Bu gün, 14:23
Yaxın Şərqdən Cənubi Qafqaza: - paytaxtlarda gözləntilər var
Bu gün, 14:00
Bakının tükənməz TIXAC DƏRDİ
Bu gün, 13:58
"Timurun əslən Azərbaycanın hansı bölgəsindən olduğunu bilmirik... - İşğalçılara qarşı döyüşdə həlak oldu...”
Bu gün, 13:11
Qafar Dəmirçinin rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC cərimələnir - TƏFƏRRÜAT
Bu gün, 13:09
Bağlanan məktəblərin müəllimləri işsiz qalacaq? - AÇIQLAMA
Bu gün, 13:07
Jurnalist Əvəz Zeynallının həbs müddəti AZALDILDI - DETALLAR
Bu gün, 13:05
ABŞ “münasib məqamda” Suriyaya hərbçilər göndərəcək
Bu gün, 13:03
Sumqayıtda daha bir olay: BU DƏFƏ BAĞÇADA... - İşdən çıxarılan işçi elə faktları açıqladı...
Bu gün, 13:02
Sərkisyanın yalanı üzünə vuruldu – “Bakı yox, siz yalvardınız ki...”
Bu gün, 12:48
ABŞ sürətlə Ermənistan ordusuna “yerləşir” - Korotçenko
Bu gün, 12:47
“Starlink” Azərbaycanda fəaliyyətə başlaya bilmir – Danışıqlar aparılıb, şirkət də yaradılıb, amma...
Bu gün, 12:46
"Qızılı keçirə bilsəydik 5 min manat pul alacağdıq" - "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi
Bu gün, 12:36
Tanınmışlardan nazirə CAVAB GECİKMƏDİ: - “Psixoloqa müraciət etsinlər”
Bu gün, 12:34
Bakıda qızının faciəsinə dözməyən ata infarktdan öldü
Bu gün, 12:30
"Qarabağdan çıxmış ermənilər könüllü şəkildə, özlərinin xahişi ilə ərazilərimizi tərk ediblər" - deputat
Bu gün, 12:26
11 gündən sonra Dəməşq aeroportundan ilk uçuş həyata keçirilib - TASS
Bu gün, 12:21
Gürcüstandakı etirazlar inqilabi hərəkat deyil, çünki buna tələbat yoxdur - Zurabişvili
Bu gün, 12:20
Gecə yarımadanın bəzi yerlərində suluqar yağacaq - belə deyirlər...
Bu gün, 12:19
22 yaşında qətl törətmişdi - 17 il həbs cəzası aldı
Bu gün, 12:07
Suriya erməniləri Ermənistana axışır -PKK təhlükəsi…
Bu gün, 12:06
Serj Sarkisyan, Robert Koçaryan istintaq prosesində dindirilməlidir - ÇAĞIRIŞ
Bu gün, 12:00
Nə ayağımda, nə də başqa yerimdə problem var - Afaq Bəşirqızı
Bu gün, 11:56
Azərbaycan Hərbi Dəniz Qüvvələrinə komandan təyin edilib - ƏMR
Bu gün, 11:47
"Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar Azərbaycan üçün praktiki təhlükə yaradır" - Prezident İlham Əliyev
Bu gün, 11:40
Həbs edilən Qafar Dəmirçiyə vaxtıilə havadarlıq edən Firdovsi Əliyevi nələr gözləmir… - İLGİNC FAKTLAR...
Bu gün, 11:39
"Mingəçevir"ə dəstək olmaq istəyən şirkətin rəhbəri AFFA İcraiyyə Komitəsinin iclasında iştirak edib - AÇIQLAMA
Bu gün, 11:34
Qayınatasını və arvadını yatdığı yerdə öldürdü - Bakıda qandonduran CİNAYƏT
Bu gün, 11:33
Azərbaycandan qovulanlar Borçalıya necə yerləşdi - İranın “revanşı”
Bu gün, 11:27
1 milyon qanpulu davası: İşə adı qarışan “böyük adamlar” kimlərdir? - TƏFƏRRÜAT
Bu gün, 11:25
Karlson Pompeonun Trumpın yeni administrasiyasına daxil edilməsini istəmir - "WSJ"
Bu gün, 11:23
Rusiya ordusu Ukraynanın strateji şəhəri olan Pokrovska yaxınlaşıb
Bu gün, 11:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru