ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Tarix: 27-11-2024, 08:55 |
Çap et
Amerika Birləşmiş Ştatları "Oreşnik" orta mənzilli raket kompleksinin sınaqları nəticəsində dəyən ziyanı hələ qiymətləndirməyib.
"DİA-AZ" xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinqx bildirib.
"Biz hələ də ukraynalılarla birlikdə bunu öyrənirik, ona görə də hələlik heç nə deyə bilmərəm. Amma nə isə olan kimi biz məlumat verəcəyik" – o, deyib.
Bu barədə brifinq zamanı məlumat verilib. Jurnalistlər müvafiq suallar veriblər.
Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri Dnepropetrovskdakı hərbi zavodu vurmaq üçün "Oreşnik" raketindən istifadə edib. Rusiya Prezidenti Vladimir Putin bunun Qərbin uzaqmənzilli raketlərdən istifadə etdiyi hücumlara cavab olduğunu bildirib.
Putin Rusiya Federasiyasının kifayət qədər yeni silah ehtiyatına malik olduğunu və sınaqları davam etdirəcəyini vurğulayıb.
Daha əvvəl bildirilib ki, Kiyev xarici jurnalistlərə Oreşnikin qalıqlarına baş çəkməyə icazə verib.