Kiyevə gecikmiş icazə və artan Üçüncü Dünya müharibəsi riski - NƏ BAŞ VERİR?
Tarix: 20-11-2024, 16:32 | Çap et
Noyabrın 17-də Qərb mediası ABŞ Prezidenti Co Baydenin Ukraynaya Rusiyanın dərinliklərindəki hədəflərə 300 kilometrlik mənzilli ATACMS raketləri ilə zərbə endirməyə icazə verdiyini yazıb. Bu günlərdə Amerika rəsmi orqanları, xüsusilə, Pentaqon icazənin verildiyini rəsmi şəkildə təsdiqləyib.
Fransa və Böyük Britaniyanın da Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə verdiyi barədə Fransanın “Le Figaro” nəşri yazıb. Mənbə qeyd edib ki, Paris və London Kiyevə öz SCALP və “Storm Shadow” raketləri ilə hücumlar etməyə icazə verib. Amma Fransa və Britaniya tərəfindən bu xəbər rəsmi şəkildə təsdiqlənməyib.
ABŞ-ın bu icazəsindən sonra məsələyə Rusiyadan reaksiya verilib. Kreml hesab edir ki, ATACMS raketləri ilə Rusiya Federasiyasının dərinliklərinə hücum etmək qərarı keyfiyyətcə yeni gərginlik mərhələsi deməkdir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, “əgər belə bir qərar həqiqətən formalaşdırılıb və Kiyev rejiminə çatdırılıbsa, əlbəttə ki, bu, keyfiyyətcə yeni gərginlik mərhələsidir və Birləşmiş Ştatların bu münaqişədə iştirakı baxımından keyfiyyətcə yeni vəziyyətdir. Biz ilk növbədə bundan çıxış edirik”.
Eyni zamanda, Rusiya liderinin mətbuat katibi diqqəti ona yönəldib ki, Kreml ABŞ, Fransa və Böyük Britaniyanın Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli silahlarla zərbələr endirməyə icazə verməsi barədə məlumatla yalnız Qərb mediasından tanışdır.
Ukrayna Müdafiə Qüvvələri isə bu qərardan dərhal sonra – noyabrın 18-dən 19-a keçən gecə ilk dəfə olaraq Rusiya ərazisinə ATACMS ballistik raketləri ilə hücum edib. Bu barədə “RBC-Ukrayna” Müdafiə Qüvvələrindəki məlumatlı mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, Ukrayna qoşunları Bryansk vilayətinin Karaçev şəhəri yaxınlığındakı hərbi obyekti vurub. Hədəf uğurla məhv edilib: “Karaçev Rusiyanın Bryansk şəhəri yaxınlığında və Ukrayna sərhədindən təxminən 130 km aralıda yerləşir. 2024-cü il noyabrın 19-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin bölmələri Müdafiə Qüvvələrinin digər komponentləri ilə əməkdaşlıq edərək Rusiya Müdafiə Nazirliyinin Karaçevdəki arsenalına hücum edib. Gecə saat 02.30-a olan məlumata görə, hədəf bölgədə 12 ikinci dərəcəli partlayış qeydə alınıb”.
Beynəlxalq müşahidəçilər hesab edirlər ki, bu, Üçüncü Dünya müharibəsinin başlaması anlamını verir. Politoloqların qənaətincə, ABŞ-ın postunu tərk etməkdə olan Prezidenti Co Bayden belə bir qərarı ilə yeni Prezident Donald Tramp postuna əyləşmədən öncə qlobal müharibənin yeni mərhələsinin başlamasına “töhfə” vermiş oldu.
Məsələni AYNA-ya müsahibəsində şərh edən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, politolor Fərhad Məmmədov deyib ki, burada Qərb liderləri tərəfindən manipulyasiyalar var:
- Manipulyasiyalar ilk növbədə, Trampın fəallığı ilə bağlıdır. Faktiki olaraq, bu icazəni Kiyevə Bayden sentyabr-oktyabr aylarında da verə bilərdi. Amma məqsəd Rusiyanı darmadağın etmək, məğlub etmək deyil, irəliləməsinin qarşısını almaqdır. Yay aylarından bu yana hər kəs başa düşdü ki, Ukrayna ordusunun hücumu effekt vermədi və Rusiya ordusu əks-hücuma keçərək asta-asta da olsa, Donetsk vilayətində uğurlar qazandı. Belə olan halda qış mövsümünə hazırlıqlar başladı. Hər iki tərəf bir-birinin enerji infrastrukturunu sıradan çıxarmaqla məşğul oldu. Rusiyanın bu istiqamətdə uğurları daha çoxdur. Təəssüf ki, Qərb Ukraynaya hava hücumundan müdafiə üçün silahlar vermədi və kritik infrastruktur Rusiya zərbələri qarşısında açıq qaldı. Eyni zamanda, Qərb bir il yarımdan çoxdur ki, tədarükünə söz verdiyi F-16-ları vermədi. Hələdə bu qırıcılar Ukrayna səmasında görünmür. Bəli, yardım göstərilir, amma elə formada ki, Ukrayna bununla ancaq müdafiə oluna bilər. İndi Rusiyanın dərinliklərinə zərbə vurmaq icazəsinin verilməsi ABŞ tərəfindən təsdiqlənib, amma Fransa və Britaniya təsdiqləmir. ATACMS-la isə ancaq Kursk vilayətinin vurulmasına icazə verildiyi barədə məlumatlar var. Bunlar onu göstərir ki, Qərb Ukraynada müharibə başlayandan sonra öz iqtisadiyyatını müharibə vəziyyətinə keçirmədi. Müharibənin başlamasından təxminən 3-4 ay keçəndən sonra hamı anladı ki, bu savaşda hava məkanının qorunması və artilleriya silahları vacibdir. Son iki il yarım ərzində Qərbin Ukraynaya artilleriya baxımından verdiyi silahlı dəstəyi qaneedici deyil.
- Kiyevə tam dəstək verilməməsinin səbəbi nədir?
- Hər kəs başa düşür ki, Qərb bu addımları ilə müəyyən şərtlərlə Kiyevi ən azı atəşkəsə sövq etmək üçün zaman gözləyir. Bu vaxt da Trampın ABŞ Prezidenti seçilməsi ilə gəldi. İndi isə Trampın Ukrayna ilə bağlı təşəbbüslərini dayandırmaq, onun gələcək fəaliyyətini məhdudlaşdırmaq üçün Bayden adminstrasiyası uzaqmənzilli raketlərdən Ukraynanın istifadəsi ilə bağlı qərar verir. Yəni eskalasiyanı yüksəltmək, nəticədə Trampın sülh təşəbbüslərinin qarşısını almaq məqsədlərdən biridir. Düzdür, Trampın təşəbbüsləri Ukrayna üçün yaxşı heç nə vəd etmir. Amma əsas göstərici odur ki, Ukraynadakı müharibəyə Qərbin münasibəti necədir. Bu icazə niyə Kiyevə əvvəldən verilmirdi?! Bəyəm “Ramstein”də toplaşanlar bilmirdilər ki, müharibədə Ukrayna üçün nə lazımdır?! Əlbəttə, bilirdilər. Əvvəldə dediyim kimi, Qərb ölkələri faktiki olaraq, manipulyasiya ilə məşğuldurlar. Səmimi olaraq Ukraynaya dəstək vermək istəsəydilər, belə davranmamalı idilər.
- Yüksələn eskalasiya NATO-nun savaşa cəlb olunmasına, Üçüncü Dünya müharibəsinə səbəb ola bilərmi?
- NATO ölkələrinin silahları Ukraynadakı müharibədə artıq istifadə olunur. Amma Ukrayna ərazisindən Rusiya ərazisinə bu silahlar yönləndirilir. Buna isə artıq Rusiya öyrəşib. Rusiya-NATO toqquşması ancaq o vaxt ola bilər ki, Alyans ölkələrinin ərazisindən Rusiya ərazisinə müdaxilə olsun. Bu zaman bəli, birbaşa toqquşma qaçılmazdır. İkinci məqam odur ki, bu gün Polşa ərazisində hava hücumundan müdafiə sistemləri vasitəsilə Ukrayna üzərində Rusiya raketlərinin zərərsizləşdirilməsi məsələsi müzakirə olunur. Yəni Ukraynaya hava hücumundan müdafiə sistemləri vermirlər, amma öz ərazilərindən Ukraynanın hava məkanını qorumaq imkanlarını götür-qoy edirlər. Bu barədə müsbət qərar verilsə, eskalasiyanın növbəti yüksələn mərhələsi olacaq. Əgər Rusiya raketi Ukrayna səmasında da olsa, Polşa tərəfindən zərərsizləşdirilərsə, Rusiya bunu NATO-nun həmləsi sayacaq, əks-həmlə göstərəcək. Buna cavab olaraq da artıq NATO cavab addımları atmalı olacaq. Hələlik isə proses Ukrayna və Rusiya ərazisi ilə məhdudlaşır. Dediyim kimi, NATO-ya üzv ölkələrin ərazisinə müdaxilə olsa, yaxud NATO-dan Rusiya ərazisinə müdaxilə olsa, bu, Rusiya-NATO toqquşmasına gətirib çıxara bilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məhkəmədən Xoşqədəm Hidayətqızına daha bir QADAĞA
Bu gün, 15:22 |
|
|
|
• "Həyat yoldaşı adamı qocaldır" - Əməkdar artist
Bu gün, 15:18 |
|
|
|
• "Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur – ŞİRKƏT RƏHBƏRLİYİ MƏHKƏMƏ QƏRARINA MƏHƏL QOYMUR
Bu gün, 15:14 |
|
|
|
• ŞOK İDDİA: İsrail helikopteri Dəməşqə ENDİ - 20 dəqiqəlik GİZLİ ƏMƏLİYYAT
Bu gün, 15:02 |
|
|
|
• Prezident “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”ni “yalançı dördlük” adlandırıb
Bu gün, 14:57 |
|
|
|
• "Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə ölkəmizə qara yaxırlar - Prezident İlham Əliyev
Bu gün, 14:52 |
|
|
|
• “Daxmamız qəzalı vəziyyətdədir, acınacaqlı durumdayıq” - Ağdam sakinindən icra başçısına MÜRACİƏT
Bu gün, 14:49 |
|
|
|
• “Düşünməmişəm ki, ulduz aktyor çəkim, serial onun hesabına baxılsın”
Bu gün, 14:45 |
|
|
|
• Ermənistan və onun havadarlarına növbəti mesaj - İsrafil Kərimovun yazısı
Bu gün, 14:41 |
|
|
|
• Ermənistan bizimlə silah yarışında tab gətirməyəcək - FAKT BUDUR!
Bu gün, 14:39 |
|
|
|
• Rasim İldırım məhkəməyə cibində 20 minlə gəldi - TƏFƏRRÜAT
Bu gün, 14:26 |
|
|
|
• Şairə Əli Mirəliyevi pərt elədi: - “Gücün çatmaz!”
Bu gün, 14:23 |
|
|
|
• Yaxın Şərqdən Cənubi Qafqaza: - paytaxtlarda gözləntilər var
Bu gün, 14:00 |
|
|
|
• Bakının tükənməz TIXAC DƏRDİ
Bu gün, 13:58 |
|
|
|
• "Timurun əslən Azərbaycanın hansı bölgəsindən olduğunu bilmirik... - İşğalçılara qarşı döyüşdə həlak oldu...”
Bu gün, 13:11 |
|
|
|
• Qafar Dəmirçinin rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC cərimələnir - TƏFƏRRÜAT
Bu gün, 13:09 |
|
|
|
• Bağlanan məktəblərin müəllimləri işsiz qalacaq? - AÇIQLAMA
Bu gün, 13:07 |
|
|
|
• Jurnalist Əvəz Zeynallının həbs müddəti AZALDILDI - DETALLAR
Bu gün, 13:05 |
|
|
|
• ABŞ “münasib məqamda” Suriyaya hərbçilər göndərəcək
Bu gün, 13:03 |
|
|
|
• Sumqayıtda daha bir olay: BU DƏFƏ BAĞÇADA... - İşdən çıxarılan işçi elə faktları açıqladı...
Bu gün, 13:02 |
|
|
|
• Sərkisyanın yalanı üzünə vuruldu – “Bakı yox, siz yalvardınız ki...”
Bu gün, 12:48 |
|
|
|
• ABŞ sürətlə Ermənistan ordusuna “yerləşir” - Korotçenko
Bu gün, 12:47 |
|
|
|
• “Starlink” Azərbaycanda fəaliyyətə başlaya bilmir – Danışıqlar aparılıb, şirkət də yaradılıb, amma...
Bu gün, 12:46 |
|
|
|
• "Qızılı keçirə bilsəydik 5 min manat pul alacağdıq" - "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi
Bu gün, 12:36 |
|
|
|
• Tanınmışlardan nazirə CAVAB GECİKMƏDİ: - “Psixoloqa müraciət etsinlər”
Bu gün, 12:34 |
|
|
|
• Bakıda qızının faciəsinə dözməyən ata infarktdan öldü
Bu gün, 12:30 |
|
|
|
• "Qarabağdan çıxmış ermənilər könüllü şəkildə, özlərinin xahişi ilə ərazilərimizi tərk ediblər" - deputat
Bu gün, 12:26 |
|
|
|
• 11 gündən sonra Dəməşq aeroportundan ilk uçuş həyata keçirilib - TASS
Bu gün, 12:21 |
|
|
|
• Gürcüstandakı etirazlar inqilabi hərəkat deyil, çünki buna tələbat yoxdur - Zurabişvili
Bu gün, 12:20 |
|
|
|
• Gecə yarımadanın bəzi yerlərində suluqar yağacaq - belə deyirlər...
Bu gün, 12:19 |
|
|
|
• 22 yaşında qətl törətmişdi - 17 il həbs cəzası aldı
Bu gün, 12:07 |
|
|
|
• Suriya erməniləri Ermənistana axışır -PKK təhlükəsi…
Bu gün, 12:06 |
|
|
|
• Serj Sarkisyan, Robert Koçaryan istintaq prosesində dindirilməlidir - ÇAĞIRIŞ
Bu gün, 12:00 |
|
|
|
• Nə ayağımda, nə də başqa yerimdə problem var - Afaq Bəşirqızı
Bu gün, 11:56 |
|
|
|
• Azərbaycan Hərbi Dəniz Qüvvələrinə komandan təyin edilib - ƏMR
Bu gün, 11:47 |
|
|
|
• "Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar Azərbaycan üçün praktiki təhlükə yaradır" - Prezident İlham Əliyev
Bu gün, 11:40 |
|
|
|
• Həbs edilən Qafar Dəmirçiyə vaxtıilə havadarlıq edən Firdovsi Əliyevi nələr gözləmir… - İLGİNC FAKTLAR...
Bu gün, 11:39 |
|
|
|
• "Mingəçevir"ə dəstək olmaq istəyən şirkətin rəhbəri AFFA İcraiyyə Komitəsinin iclasında iştirak edib - AÇIQLAMA
Bu gün, 11:34 |
|
|
|
• Qayınatasını və arvadını yatdığı yerdə öldürdü - Bakıda qandonduran CİNAYƏT
Bu gün, 11:33 |
|
|
|
• Azərbaycandan qovulanlar Borçalıya necə yerləşdi - İranın “revanşı”
Bu gün, 11:27 |
|
|
|
• 1 milyon qanpulu davası: İşə adı qarışan “böyük adamlar” kimlərdir? - TƏFƏRRÜAT
Bu gün, 11:25 |
|
|
|
• Karlson Pompeonun Trumpın yeni administrasiyasına daxil edilməsini istəmir - "WSJ"
Bu gün, 11:23 |
|
|
|
• Rusiya ordusu Ukraynanın strateji şəhəri olan Pokrovska yaxınlaşıb
Bu gün, 11:16 |
|
|
|
• Sinifdə 30-dan çox şagird VARSA… - Tədrisin keyfiyyətindən danışmaq OLAR?
Bu gün, 11:13 |
|
|
|
• 2025-ci ildə valyuta bazarında sabitlik təmin ediləcək - AMB TƏMİNAT VERDİ
Bu gün, 11:10 |
|
|
|
• Xəstəxana direktorunun qanunsuz əməllərindən prokurora şikayət edildi - İTTİHAM VAR...
Bu gün, 11:08 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Bu gün, 11:06 |
|
|
|
• Məhkəmə ETSN-in əməkdaşını şantaj edən şəxslə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 11:00 |
|
|
|
• Rus generalın ölümünə görə iki nəfər TUTULDU - “Kommersant”
Bu gün, 10:55 |
|
|
|
• Brüssel nəbz yoxlaması həyata keçirir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:53 |
|
|
|
|