Ukrayna Azərbaycan və Türkmənistan qazını almaq istəyir - GƏLİŞMƏ
Tarix: 7-11-2024, 12:49 | Çap et
Ukraynanın Türkmənistandakı səfiri Viktor Mayko “Atlas” Araşdırmalar Mərkəzinin suallarına cavab verib. Təcrübəli diplomat Ukrayna-Türkmənistan münasibətlərini ümumən müsbət qiymətləndirib: “Siyasi əlaqələrdə təmasların intensiv hal aldığını söyləmək çətindir. Misal üçün 2015-ci ildən bu yana iki ölkə rəsmiləri arasında qarşılıqlı səfərlər olmayıb. Buna baxmayaraq, iqtisadi əlaqələrdə inkişaf tempi qeydə alınıb, ticarət əlaqələri il boyu 25-30 faiz artım göstərib. Ancaq orası da var ki, müharibə iki ölkə arasında lojistik əlaqələrə mənfi təsir edib. Keçmiş illərdə Ukrayna-Türkmənistan ticarət əlaqələrinin həcmi təxminən 6 milyard dollar civarında idi. Bunun əsas hissəsi Türkmən qazının nəqli ilə bağlı idi. İndi bu rəqəm 270-300 milyon dollar səviyyəsinə enib. Hər halda rəqəmlər getdikcə artır. Bir neçə Ukrayna şirkəti Türkmənistanda uğurla fəaliyyət göstərir, körpülər və hava limanlarının tikintisində iştirak edirlər. Müharibədən əvvəl Ukraynada 18 minə yaxın Türkmənistan tələbəsi təhsil alırdı. Müharibəyə baxmayaraq, bu tələbələrin bir qismi Ukraynada təhsillərini davam etdirirlər”. Türkmənistanla ticarət yollarının uzandığını, köhnə yollar işləmədiyini, yeni yolların isə əlavə xərclər tələb etdiyini söyləyən səfir Ukraynanın Gürcüstanın və Azərbaycanın nəqliyyat imkanlarından istfadə etdiyini bildirdi: “Ukrayna gələcəkdə Azərbaycan və Türkmənistandan keçən Avropa-Asiya nəqliyyat yolunun imkanlarından istifadə etmək istəyir. Avropa İttifaqının bu nəqliyyat yollarına on milyardlarla dollar yatırım qoyması planlaşdırılır. Sentyabr ayında Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya dördtərəfli saziş imzalayıblar. Bu saziş Qara dəniz – Xəzər dənizi nəqliyyat yolundan istifadəni nəzərdə tutur. Ukrayna bu yoldan da istifadə etməkdə maraqlıdır. Rusiyadan yan keçən nəqliyyat yollarının inkişafına ehtiyac var. Çinin özü alternativ marşrutların istifadəsində maraqlıdır”. Səfir yeni marşrutlar barədə fikirlərini genişləndirərkən bunları da vurğuladı: “Ukrayna Gürcüstan, Türkiyə, Azərbaycan və Türkmənistanın nəqliyyat yollarından istifadə edərək Asiya bazarlarına çıxış imkanı əldə edir. Keçmiş illərdə İranın nəqliyyat imkanlarından da istifadə edirdik. Ancaq İranın Rusiyaya verdiyi hərbi dəstək bu marşrutu sual altında qoyub. Ukrayna Bolqarıstan və Rumıniya ilə limanlar arasında ticarət əlaqələrini gücləndirib. Müharibəyə və Rusiyanın Qara dənizdə Ukraynaya qarşı mühasirə yaratmasına baxmayaraq, bu imkanlardan da istifadə edirik. Odessa-Poti və Odessa-Batumi limanları arasında yük daşımalarının artırılmasını hədəfləyirik. Bu limanlardan məhsullarla dolu vaqonlar dəmiryolu xəttinə çıxarıla bilər. Bunun üzərində ciddi iş aparırıq. Bu Prezident Volodimir Zelenskinin “Qələbə formulu”nun bəndlərindən birinə də uyğundur. Həmin bənd Ukraynanın ərzaq təhlükəsizliyinin təmin edilməsiylə bağlıdır. Bu sahədə əməkdaşlıq Azərbaycanın və Türkmənistanın da maraqlarına uyğundur. Ukraynanın təşəbbüsü ilə 23 noyabrda taxıl sammiti keçiriləcək. Bu sammitdə qlobal ərzaq təhlükəsizliyi məsələləri müzakirə olunacaq, Azərbaycan, Türkiyə və Türkmənistanın sammitdə iştirakına ümidliyik”. Səfir Türkmənistanın Rusiya-Ukrayna mühasibəsinə münasibətini bu şəkildə qiymətləndirdi: “Neytral siyasət yürüdən Türkmənistan Rusiya-Ukrayna müharibəsindən məsafə saxlayır. Aşxabad müharibəyə siyasət qiymət verməyib. Buna baxmayaraq, Türkmənistan Azərbaycan kimi Ukraynaya hümanitar yardımlarını davam etdirir. Bu dəstəyə görə Bakıya və Aşxabada minnətdarıq. Rusiya-Ukrayna müharibəsinin mənfi təsirlərini Mərkəzi Asiyada öz üzərində hiss edir. Onu da qeyd etməyi lazım bilirəm ki, müharibə dövründə Türkmənistan Rusiyanın beynəlxalq təşkilatlarda irəli sürdüyü heç bir təxribatçı sənədinə səs verməyib. Türkmənistan anti-Ukrayna təşəbbüslərinə qoşulmayıb. Türkmənistan vətəndaşlarının mütləq əksəriyyəti Ukraynaya simpatiya ilə yanaşır. Müharibə bitəndən sonra siyasi və iqtisadi əlaqələri daha da gücləndirəcəyik”. Səfir “Atlas” Araşdırmalar Mərkəzinin “Avropa İttifaqı və Türkiyə Türkmənistan qazının Xəzər dənizinin dibi ilə nəqlindən maraqlıdırlar. Azərbaycan öz ərazisindən Türkmənistan qazının Avropaya nəqlinə şərait yarada bilər. Sizcə, bunun reallaşmasına nə mane olur” sualına belə cavab verdi: “Azərbaycan və Türkmənistan bu layihənin reallaşmasında maraqlıdırlar. Türkmənistan qaz ehtiyatına görə dünyada dördüncü sırada qərar tutub. Türkmənistan qaz nəqlinin şaxələndirilməsini istəyir. 2006-cı ilə ilə qədər Türkmənistan qazının əsas alıcılarından biri Ukrayna idi. Bunun hesabına qaz alışını balanslaşdırmışdıq. Türkmənistan zəngin yataqlarından birindən Xəzər sahilinə qədər boru xətti tikib. Təəssüf ki, Avropa İttifaqına üzərinə düşəni etmədi, verilən vədlər yerinə yetirilmədi. Bu səbəbdən Xəzər sahili ilə boru xəttinin tikintisi arxa plana keçib. Yaşıl enerjidən çox danışılmasına baxmayaraq, Avropa ölkələrinin mavi yanacağa ehtiyacı var. Rusiya və İranın Transxəzər layihəsi əleyhinə apardıqları siyasəti də vurğulamaq lazımdır. Rusiya bu layihəyə qarşı “ekologiya amilindən” istifadə edir. Guya Transxəzər Xəzərin ekologiyasına zərər vuracaq. Halbuki, Rusiya Qara və Baltik dənizinin dibi ilə müxtəlif boru xətləri çəkib və bu zaman “ekoloji çirklənmə” Moskvanın yadına düşməyib. Xəzərin ekologiyasına Rusiyanın gəmilərindən bu akvatoriyadan Ukrayna ərazisinə atdığı ballistik raketlər zərər vurur. Onların bir qismi elə Xəzər dənizinə düşüb. Bütün hallarda Transxəzər layihəsinin reallaşacağına inanıram. Ukraynanın gələcəkdə bu boru xətti ilə qaz alacağına əminəm”. Səfir vəziyyətdən asılı olaraq qaz nəqli ilə bağlı Kiyevin Aşxabad və Bakı ilə təmasları genişləndirəcəyini söylədi: “Biz Rusiyadan qaz almırıq. Buna görə Ukrayna digər dövlətlərdən həm qaz almaq, həm də bu qazı Avropaya nəql etmək istəyir. Bunun üçün Ukraynanın böyük infrastukturu var”. “Atlas” Araşdırmalar Mərkəzi səfirin Bakıda keçiriləcək COP29-la bağlı rəyini də öyrəndi. Ukrayna səfiri COP29-un beynəlxalq aləmin bu ilin ən böyük tədbirlərindən biri olduğunu söyləyərək, Ukraynanın tədbirdə yüksık səviyyədə təmsil olunacağını vurğuladı: “Ukraynanın Bakıdakı tədbirdə öz pavilyonu olacaq. İqlim dəyişkliyi mövzusu müharibə ilə üzlləşən Ukrayna üçün vacib mövzudur. Müharibə nəticəsində Ukraynanın ekologiyasına dəhşətli zərbə dəyib. Ukraynanın təxminən 130 min kvadrat kilometr ərazisi minalarla, partlamamış mərmilərlə zəhərlənib. Bunları təmizləmək üçün uzun onilliklər lazımdır. Müharibəyə qədər Ukrayna Avropanın ən yaşıl ölkələrindən biri idi. Meşələrin üçdə bir hissəsi yandırılıb. Çaylarımız kimyəvi tullantılarla zəhərlənib. Ekoloji problemlərin həlli Prezident Volodimir Zelenskinin “Qələbə formulu”nun 8-ci bəndində yer alıb. Yeri gəlmişkən, Türkmənistan neft və qaz yataqlarında metan tullatılarının azaldılması istiqamətində üzərinə götürdüyü öhədikləri yerinə yetirib. Aşxabadda BMT-nin dəstəyi ilə “İqlim texnolgiyaları” mərkəzi yaradılacaq. Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı mübarizə təşəbbüsləri təqdir olunmalıdır. Elə Bakının COP29 tədbirinə ev sahibliyi etməsi buna bariz misaldır. O ki qaldı, Rusiya və İrana, bu iki ölkə Xəzərin ekologiyasını düşünürlərsə, hərbi texnikanın dəniz boyunca daşınmasına, raket atışlarına son qoymalıdırlar”.
“Atlas” Araşdırmalar Mərkəzi "DİA-AZ"
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:44 |
|
|
|
• Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Bu gün, 17:40 |
|
|
|
• Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Bu gün, 17:37 |
|
|
|
• Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Bu gün, 17:27 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Bu gün, 17:23 |
|
|
|
• Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Bu gün, 17:14 |
|
|
|
• ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Bu gün, 17:10 |
|
|
|
• Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Bu gün, 17:03 |
|
|
|
• Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Bu gün, 16:57 |
|
|
|
• Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Bu gün, 16:53 |
|
|
|
• Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Bu gün, 16:50 |
|
|
|
• Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Bu gün, 16:48 |
|
|
|
• İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Bu gün, 16:46 |
|
|
|
• Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Bu gün, 16:42 |
|
|
|
• Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Bu gün, 16:41 |
|
|
|
• Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Bu gün, 16:34 |
|
|
|
• "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Bu gün, 16:32 |
|
|
|
• Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Bu gün, 16:30 |
|
|
|
• “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Bu gün, 16:28 |
|
|
|
• Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Bu gün, 16:23 |
|
|
|
• Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Bu gün, 16:21 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Bu gün, 16:19 |
|
|
|
• Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Bu gün, 16:17 |
|
|
|
• “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Bu gün, 16:13 |
|
|
|
• “Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Bu gün, 16:12 |
|
|
|
• Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Bu gün, 16:09 |
|
|
|
• “İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Bu gün, 16:08 |
|
|
|
• “Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Bu gün, 15:36 |
|
|
|
• Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Bu gün, 15:34 |
|
|
|
• Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Bu gün, 15:33 |
|
|
|
• Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Bu gün, 15:29 |
|
|
|
• Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Bu gün, 15:26 |
|
|
|
• Ərdoğan və Makron arasında telefon danışığı olub
Bu gün, 15:25 |
|
|
|
• Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Bu gün, 15:24 |
|
|
|
• Məhkəmədən Xoşqədəm Hidayətqızına daha bir QADAĞA
Bu gün, 15:22 |
|
|
|
• "Həyat yoldaşı adamı qocaldır" - Əməkdar artist
Bu gün, 15:18 |
|
|
|
• "Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur – ŞİRKƏT RƏHBƏRLİYİ MƏHKƏMƏ QƏRARINA MƏHƏL QOYMUR
Bu gün, 15:14 |
|
|
|
• ŞOK İDDİA: İsrail helikopteri Dəməşqə ENDİ - 20 dəqiqəlik GİZLİ ƏMƏLİYYAT
Bu gün, 15:02 |
|
|
|
• Prezident “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”ni “yalançı dördlük” adlandırıb
Bu gün, 14:57 |
|
|
|
• "Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə ölkəmizə qara yaxırlar - Prezident İlham Əliyev
Bu gün, 14:52 |
|
|
|
• “Daxmamız qəzalı vəziyyətdədir, acınacaqlı durumdayıq” - Ağdam sakinindən icra başçısına MÜRACİƏT
Bu gün, 14:49 |
|
|
|
• “Düşünməmişəm ki, ulduz aktyor çəkim, serial onun hesabına baxılsın”
Bu gün, 14:45 |
|
|
|
• Ermənistan və onun havadarlarına növbəti mesaj - İsrafil Kərimovun yazısı
Bu gün, 14:41 |
|
|
|
• Ermənistan bizimlə silah yarışında tab gətirməyəcək - FAKT BUDUR!
Bu gün, 14:39 |
|
|
|
• Rasim İldırım məhkəməyə cibində 20 minlə gəldi - TƏFƏRRÜAT
Bu gün, 14:26 |
|
|
|
• Şairə Əli Mirəliyevi pərt elədi: - “Gücün çatmaz!”
Bu gün, 14:23 |
|
|
|
• Yaxın Şərqdən Cənubi Qafqaza: - paytaxtlarda gözləntilər var
Bu gün, 14:00 |
|
|
|
• Bakının tükənməz TIXAC DƏRDİ
Bu gün, 13:58 |
|
|
|
• "Timurun əslən Azərbaycanın hansı bölgəsindən olduğunu bilmirik... - İşğalçılara qarşı döyüşdə həlak oldu...”
Bu gün, 13:11 |
|
|
|
|