Alternativ hərbi xidmət: .....                     Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir .....                     "Müəllimi bu həddə çatdırmaq olmaz" .....                     Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi .....                     Gömrükdə sifarişlərim saxlanılır .....                     Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır .....                     Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir .....                     “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib .....                     Gürcüstan arzusuna çatdımı? .....                     ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir .....                     Sıra Nazilə Səfərliyə gəldi... .....                     İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək .....                     Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı .....                     Suriya-Türkiyə münasibətləri .....                     Ermənistan sülh əvəzinə yeni ərazi istədi .....                     Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib .....                     İrəvandan Zəngəzur açıqlaması: .....                     Gəncədə məktəbli məktəblini bıçaqlayıb .....                     Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? .....                     Azərbaycanın İnterpola verdiyi şəxs .....                     "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" .....                     Kürdəmir rayon prokuroru müavininin işinə .....                     “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” .....                     Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan .....                     Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: .....                     Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın .....                     Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi .....                     “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? .....                     “Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi .....                     Nazirin köməkçisi bacısından sonra .....                     “İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” .....                     “Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” .....                     Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var .....                     Zaxarova əsəbiləşdi: .....                     Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? .....                     Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib .....                     Ərdoğan və Makron arasında telefon danışığı olub .....                     Xaricə satdığımız elektrik enerjisinin dəyəri .....                     Məhkəmədən Xoşqədəm Hidayətqızına .....                     "Həyat yoldaşı adamı qocaldır" .....                 

İsrailə hücum gözləntisi: "İran qorxur və qorxudur" - NƏ BAŞ VERİR?
Tarix: 4-11-2024, 11:06 | Çap et
İsrailə hücum gözləntisi: "İran qorxur və qorxudur"
Yaxın Şərqdə gərginlik və böyük eskalasiya riski hər gün artan xətlə inkişaf edir. Söhbət İran-İsrail müharibəsinin baş verə biləcəyi ehtimalının artmasından gedir. Amerikanın “The New York Times” qəzetinin bu günlərdə yaydığı məlumata görə, İranın Ali Rəhbəri Seyid Əli Xamenei İsrailə hücum üçün hazırlıq əmri verib. Adı açıqlanmayan İran rəsmiləri bildiriblər ki, tapşırıq Ali Milli Təhlükəsizlik Şurasına göndərilib. Qeyd olunub ki, Xamenei İsrailin hücumlarında İranın raket istehsal gücünə, Tehran ətrafındakı hava hücumundan müdafiə sistemlərinə və mühüm enerji infrastrukturuna dəyən zərərin miqdarı ilə bağlı yüksək rütbəli hərbi komandirlərin geniş hesabatını nəzərdən keçirdikdən sonra bu qərarı verib.

Nəşr yazır ki, Xamenei “İsrailin hücumlarına cavab verilməməsi məğlubiyyəti qəbul etmək deməkdir” fikrindədir. İddialara görə, İran 5 noyabrda (vaxt baxımından, bölgədə 6 noyabr tarixində) ABŞ-da baş tutacaq prezident seçkilərindən öncə İsrailə hücum etməyi planlaşdırır. Bu haqda CNN televiziya kanalı da xəbər yayıb. “Axios” portalı isə İsrail kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb ki, İran İraq ərazisindən yəhudi dövlətinə genişmiqyaslı zərbə endirməyə hazırlaşır. Məlumata görə, Tehran ABŞ-da keçiriləcək seçkilərdən əvvəl çoxlu sayda PUA və ballistik raketlərdən istifadə etməklə əməliyyat keçirə bilər.

İran İslam İnqilabı Keikçiləri Korpusunun (SEPAH) baş komandanının müavini Əli Fədəvi isə bir neçə gün əvvəl deyib ki, İsrailin İranın hərbi obyektlərinə etdiyi hücumuna Tehranın cavabı qəti və qaçılmazdır. İddia edib ki, SEPAH bir əməliyyatda İsrailin bütün varlığını hədəfə ala bilər.

İsrail də öz növbəsində tehrandan səsləndirilən təhdidlərə cavab verib. Ölkənin Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi Hərbi Hava Qüvvələrinin Ramon bazasına səfəri zamanı deyib ki, İrandan yeni bir hücum olacağı təqdirdə, İsrail əvvəllər istifadə etmədiyi imkanlardan istifadə edərək, hələ hücum etmədiyi hədəfləri vuracaq: “Əgər İran səhv edib İsrailə növbəti raket hücumu etsə, biz əvvəllər istifadə olunmayan imkanlardan istifadə edərək, onların hədəflərinə daha sərt zərbə vuracağıq”.

Göründüyü kimi, bölgə İran-İsrail müharibəsinin bir addımlığındadır. Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib ki, oktyabrın 1-də İranın İsrailə raket hücumu, ardınca İsrailin oktyabrın 26-da verdiyi cavabla məsələ bitmədi:

- İndi yeni savaşla bağlı qarşılıqlı təhdidlər müşahidə olunur. Son məlumata görə, İran İsrailə hücumu İraq üzərindən edəcək. İraqda İranın bazaları var, hərbi qüvvələri mövcuddur. İddia olunur ki, hücum çoxsaylı PUA-lardan və ballistik raketlərdən həyata keçiriləcək. Amma bir məsələyə diqqət etmək lazımdır: İran daxilindəki mənbələr məlumat verir ki, İsrail son hücumu ilə İranın hava hücumundan müdafiə sistemini demək olar ki, darmadağın edib. İranın raket atmaq üçün istifadə etdiyi yerlər məhv edilib. İran faktiki olaraq çox pis vəziyyətdədir. Bundan belə nəticəyə gəlmək olar ki, İsrail lazım olan bütün strateji obyektləri vurub. İndi Tehran hədələyir, amma sual olunur: İsrailə hücum nə ilə ediləcək?! İranın belə bir gücü varmı?!

- Hər halda İran daxilində orduya “hazır ol!” əmri verən şəxslər bunu bilirlər. O zaman niyə belə bir əmr versinlər?

- Baxın, aprel ayında İran İsrailə hücum etdi, amma İsrail buna faktiki olaraq, cavab vermədi. İsrail sadəcə İranın bölgədəki proksi qüvvələrinə qarşı hücumunu daha da sərtləşdirdi. Amma Tehranda HƏMAS lideri İsmayıl Haniyənin, daha sonra Livandakı “Hizbullah” qruplaşmasının lideri Həsən Nəsrullahın öldürülməsindən sonra İran qisas almağa çalışdı. Artıq bu dəfə, oktyabrın 1-də ballistik raketlərdən istifadə edərək İsrailə zərbələr endirdi. Təbii ki, İsrail bu cavabı verəcəkdi, yəni gözlənilən idi. İndi İran yenidən nüfuzunu düşürməmək üçün hədələrdən istifadə edir. Əslində isə İran çox sarsılıb. Çünki dediyim kimi, İranda hava hücumundan müdafiə sistemi darmadağın edilib. Məncə, İranın hədələri informasiya müharibəsinin tərkib hissəsidir. İnanmıram ki, İran yenidən İsrailə hücum etsin. İran İraq üzərindən hücum etsə, İsrailin bu dəfəki cavabı daha amansız olacaq. Mən bilmirəm, Tehrandakılar bunu necə deyərlər, gözə alırlarmı?!

Həmçinin İran elan edib ki, İsrailə zərbə ABŞ-dakı prezident seçkilərinədək həyata keçiriləcək. Seçkilərə isə cəmi iki gün qalıb. Bu qısa müddətdə İranın İsraili vurmaq gücünün olduğuna əmin deyiləm. Sadəcə ola bilsin ki, İran qorxur və qorxudur.

- Yeri gəlmişkən, yenə də SEPAH Azərbaycanı ittiham edib. “Niyə Azərbaycan İsrailin hücumunu pisləmədi?” deyir və sanki ölkəmizi təhdid edir. SEPAH-ın bu ittihamının arxasında nə dayanır?

- İran, xüsusilə SEPAH-ın Azərbaycanı ittiham, təhdid etməsi yeni deyil. Tehran xüsusilə, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanı hədəfə almaq üçün bəhanə axtarır. Əsas hədəf budur ki, Azərbaycan zəif olsun, güclənməsin, əraziləri işğalda qalmalı idi. Azərbaycanın güclənməsi, suverenliyini bərpa etməsi İranın xoşuna gəlmir. Hər fürstdə müxtəlif vasitələrlə Azərbaycan təhdid edilir. SEPAH-a demək lazımdır ki, 30m illik erməni işğalını Tehran nə zaman pislədi? Əksinə, hər zaman İran Ermənistana yardım etdi, yanında dayandı, işğala bir növ, dəstək verdi. Açığını demək lazımdır ki, işğal müddətində Ermənistanın yaratdığı şəraitlə Qarabağı dağıdan İran oldu. Azərbaycanın işğal olunmuş ərazilərində evləri dağıdan, evlərin daşlarına kimi daşıyan məhz İran oldu. 44 günlük müharibədən sonra Ermənistana, Qarabağdakı separatçı ünsürlərə silah-sursat göndərən, təlimçilər göndərən də İran idi. Biz bunu unutmamışıq axı. Ona görə də, hesab edirəm ki, SEPAH, dolayısı ilə İran dövlətinin başında dayanan şəxslər bunları göz önünə gətirməli və təhdidlərinə, ittihamlarına son qoymalıdırlar. Biz kimin dost, kimin qeyri-dost olduğunu bilirik. Tehrandakılar unutmasınlar ki, Azərbaycan öz daimi maraqlarını qoruyur.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Bu gün, 18:00
Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Bu gün, 17:58
"Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Bu gün, 17:48
Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:44
Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Bu gün, 17:40
Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Bu gün, 17:37
Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Bu gün, 17:27
“Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Bu gün, 17:23
Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Bu gün, 17:14
ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Bu gün, 17:10
Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Bu gün, 17:05
İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Bu gün, 17:03
Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Bu gün, 16:57
Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Bu gün, 16:53
Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Bu gün, 16:50
Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Bu gün, 16:48
İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Bu gün, 16:46
Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Bu gün, 16:42
Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Bu gün, 16:41
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Bu gün, 16:34
"Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Bu gün, 16:32
Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Bu gün, 16:30
“Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Bu gün, 16:28
Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Bu gün, 16:23
Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Bu gün, 16:21
Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Bu gün, 16:19
Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Bu gün, 16:17
“Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Bu gün, 16:13
“Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Bu gün, 16:12
Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Bu gün, 16:09
“İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Bu gün, 16:08
“Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Bu gün, 15:36
Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Bu gün, 15:34
Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Bu gün, 15:33
Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Bu gün, 15:29
Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Bu gün, 15:26
Ərdoğan və Makron arasında telefon danışığı olub
Bu gün, 15:25
Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Bu gün, 15:24
Məhkəmədən Xoşqədəm Hidayətqızına daha bir QADAĞA
Bu gün, 15:22
"Həyat yoldaşı adamı qocaldır" - Əməkdar artist
Bu gün, 15:18
"Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur – ŞİRKƏT RƏHBƏRLİYİ MƏHKƏMƏ QƏRARINA MƏHƏL QOYMUR
Bu gün, 15:14
ŞOK İDDİA: İsrail helikopteri Dəməşqə ENDİ - 20 dəqiqəlik GİZLİ ƏMƏLİYYAT
Bu gün, 15:02
Prezident “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”ni “yalançı dördlük” adlandırıb
Bu gün, 14:57
"Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə ölkəmizə qara yaxırlar - Prezident İlham Əliyev
Bu gün, 14:52
“Daxmamız qəzalı vəziyyətdədir, acınacaqlı durumdayıq” - Ağdam sakinindən icra başçısına MÜRACİƏT
Bu gün, 14:49
“Düşünməmişəm ki, ulduz aktyor çəkim, serial onun hesabına baxılsın”
Bu gün, 14:45
Ermənistan və onun havadarlarına növbəti mesaj - İsrafil Kərimovun yazısı
Bu gün, 14:41
Ermənistan bizimlə silah yarışında tab gətirməyəcək - FAKT BUDUR!
Bu gün, 14:39
Rasim İldırım məhkəməyə cibində 20 minlə gəldi - TƏFƏRRÜAT
Bu gün, 14:26
Şairə Əli Mirəliyevi pərt elədi: - “Gücün çatmaz!”
Bu gün, 14:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru