AZAL-dan Yeni il fürsətləri: Endirimli biletlər artıq satışda .....                     Xaçmaz sakinləri ümid edir ki... .....                     Bir neçə günlük müharibə: "Ermənistan buna hazırlaşır" .....                     Azərbaycan qlobal gərginliyin azaldılmasına və etibarlı körpülərin qurulmasına töhfə vermək niyyətindədir .....                     Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ötən ildən zərərlə çıxıb .....                     Azərbaycanda 600 min manatlıq şirkət yaradıldı .....                     Xalqın öz liderinə sarsılmaz inamı günbəgün möhkəmlənir .....                     Qalib Ordunun Müzəffər Ali Baş Komandanı .....                     Xalq rəssamı Tofiq Ağababayev vəfat edib .....                     Məsuliyyətdən yayınmanın ALFANET üsulu... .....                     "Pullu və xoşbəxt olanlara qarşı bir aqressiya görürəm" .....                     İşçiləri necə gəldi İXTİSAR ETMƏK OLMAZ... .....                     Bakıda saxlanılan gizli şəbəkə üzvləri ilə bağlı yeni iddialar .....                     "Deyir ki, bir bütöv kolbasanı iki zavod çörəyi ilə yeyir" .....                     Millətin bitməyən KONTAKT HOME çiləsi... .....                     İşlək sayğacları buna görə DƏYİŞDİRİLƏRMİŞ... .....                     Putin məqsədinə necə nail olub ki... .....                     Müharibədə “hərbi zadəganlıq” illüziyası .....                     Bakının tələbi: Paşinyan onları sərhəddən çıxarır .....                     "Bir çox naməlum xəbər portalları var ki, onlara etibar etmək mümkün deyil...." .....                     "Bəzi valideynlər evdə uşağa tərbiyə vermirlər..." .....                     Azərbaycanın ordu həmləsi İrəvanda çaxnaşma yaratdı .....                     Azərbaycanda 10 manat sərmayə ilə yeni lizinq şirkəti .....                     “MilliKart” nizamnamə kapitalını azaldır .....                     "Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan... .....                     “Dostdan inciyərsən də, yaddan niyə inciyəsən ki?” .....                     Əgər Azərbaycana ərazi iddiamız olsaydı… .....                     BDU -da Beynəlxalq Jurnalistlər Federasiyası modelinin simulyasiya konfransı keçirilib .....                     Şirvanda vəzifəli şəxs cərimələndi .....                     AVROSƏRSƏMLİK... .....                     Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? .....                     Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri .....                     Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq .....                     Özəl, yoxsa ÖZBAŞINA bağçalar? .....                     Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış .....                     İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... .....                     Sülh prosesini pozan addım: .....                     Sabiq deputatdan qalmaqallı açıqlama: .....                     Daha bir məhkum həbsdə ölüb .....                     Ermənistanın dövlətsizləşdirilməsi planı var .....                 

Pravoslav kilsəsinin lideri müsəlmanların boynuna xaç asmağa çağırıb - Patriarxın qorxulu fətvası
Tarix: 17-03-2024, 07:19 | Çap et
Pravoslav kilsəsinin lideri müsəlmanların boynuna xaç asmağa çağırıb
SSRİ-nin dağılması ilə Rusiya da çox ciddi problemlərlə üzləşib. Demoqrafiya onun ən başlıca problemi olaraq qalır. Sovetlər dövründə bunu ikinci dünya müharibəsi zamanı verilən itkilərlə əlaqələndirirdilər. İndi isə onun səbəbləri artır.

Moskva və Bütün Rusiyanın Patriarxı Kirill prezident seçkisi qabağı pravoslav din xadimlərinə və dindarlara müraciətində bu məsələdən də bəhs edib: “Kilsələrimizdəki xaçların İslam ayparası ilə əvəzlənməsi riski altındayıq. Rusiyada miqrantlara pasportlar paylanılmalıdır”. O vurğulayıb ki, Rusiya vətəndaşlığını qəbul edən hər kəs xaç suyuna salınmalı, onlara xaç verilməli, sonra da yeni vətənlərini müdafiə etməlidirlər.

Patriarx Kirill deyib ki, Rusiya çoxəsrlik tarixində ilk dəfə olaraq pravoslav dövlətindən İslam xilafətinə çevrilmək təhlükəsi ilə üz-üzədir: “Bir vaxtlar Konstantinopoldakı Müqəddəs Sofiyada olduğu kimi, ilk dəfə olaraq, kilsələrimizdəki xaçların İslam ayparası ilə əvəz edilməsi kimi ölümcül risk altındayıq”.

Onun sözlərinə görə, miqrantların assimilyasiyası üçün daha çox səy göstərilməlidir: “Onları inanc və dünyagörüşü baxımından bizə yaxın olmağa məcbur etməliyik. Əks halda, onların mədəniyyəti üstünlük təşkil edə bilər. Nəticədə pravoslav inancı təhlükə altında olacaq və müqəddəs kilsələr yenidən məscidlərə çevriləcək. Nəzarətsiz miqrasiya və tədricən islamlaşma çoxmillətli Rusiya və onun pravoslav “nüvəsi” üçün fəlakətli şərtlərdir”.

Müraciəti Rusiyanın və pravoslavların liderinin, baş keşişinin etdiyi məlum olmasa idi, elə zənn edərdik ki, bunu velikorus şovinisti, yaxud rus nasisti edir. Rusiya çoxmillətli, çox mədəniyyətli, çox dinli, çox təriqətli bir ölkədir. Ölkədə sayca xristianlardan sonra ikinci yerdə müsəlmanlardır. Bu ölkənin bütün istiqamətlərdə uğur əldə etməsində onların rolu əvəzsiz olub. Müsəlmanlara ayrı-seçkiliklə baxan patriarx azından Ukrayna müharibəsində həlak olan müsəlman gəncləri, əsgər və zabitləri yadına salmalı idi.

Baş keşiş Kiril Rusiya hakimiyyətinin Ukraynada apardığı müharibədə həlak olan tatar, başqırd, ləzgi, avar, inquş və daha neçə-neçə müsəlmanların tökülən qanını unudub?

Rusiya tarixində kilsənin məscidə çevrilməsi hadisəsi baş verməyib. Bu, Ayasofya ilə bağlı baş verən hadisədir. Hər halda, kilsə və məscidlərin dağıdılması, insanların Allahı danması kimi vəhşiliklər Rusiya tarixinə daha çox xasdır. Türkiyədə baş verən hadisədən bəhs etmək isə Rusiya-Türkiyə münasibətlərinə zərbə vurmaq, başqa dövlətin tarixinə dil uzatmaq, ərazisinə, daxili işlərin qarışmaqdır.

Rusiyanın Ukrayna ilə savaşda ən yaxın tərəfdaşı İran İslam Respublikasıdır. Patriarx bu islamofob açıqlaması ilə həm də Moskva-Tehran münasibətlərinin korlanmasına əsas verir.

Vaxtı ilə velikorus şovinistləri Sibirdə, Uzaq Şərqdə türk və monqollardan qalma şamanları, buddistləri xristianlıq adı altında ruslaşdırdılar. Həmin dövrdə, Kirilin dediyi kimi, rus olmayanların boynuna xaç işarəsi asır, monarxın ideyaları uğrunda müharibəyə göndərirdilər.

Pravoslavların lideri bu çıxışı ilə bəyənmədiyi Avropadakı antisemitləri, islamofobları xatırladır.

Xristian dinində insanların bir-birinin sevməsi İsa peyğəmbərin dilindən daha çox təbliğ edilir. Hətta qatilin bağışlanması birmənalı bururuq sayılır. İndiki şəraitdə iki qardaş arasında müharibənin dayandırmağa çağırışlar etmək patriarx üçün daha məntiqli olardı. Çünki bu savaşa günü-gündən qloballaşır.

Məsələnin başqa bir tərəfi isə Rusiyanın pravoslav vətəndaşlarının öz borclarını yerinə yetirməsi səviyyəsi ilə bağlıdır. Bir dövlətin vətəndaşları torpaqlarını müdafiə edə bilmirsə, yaxud döyüşmək istəmirsə, o zaman mühacirlərin boyunun xaç taxıb, onu “vətəni” müdafiəyə göndərmək məntiqsizlikdir. Patriarxın müraciətindən belə qənaətə gəlmək olar ki, Ukraynada müharibə aparmaq üçün boyunlarında anadangəlmə xaç olan, yaxud vaftiz olunmuş pravoslav Rusiya vətəndaşları azlıq edir. Bu səbəbdən də baş keşiş mühacirləri xristianlaşdırıb, ölkəsi naminə döyüş göndərməyi hədəfləyir. Bununla da o, qanunazidd olaraq, səfərbərliklə məşğul olur. Halbuki Rusiya dünyəvi dövlətdir və kilsə dövlətdən ayrıdır.

Patriarx Kiril özünü katolik papası kimi aparmaq istəyir. Guya onun fətvası ilə milyonlarla insan boynuna xaçı asıb, Rusiya hakimiyyətinin ideyaları uğrunda müharibəyə qoşulacaq, yaxud yerlərdə onun idarələri bu işi təşkil edəcəklər. Kirilin xaç taxdırmaq ifadəsi, bir az da quldarlıq, yaxud təhkimçilik dövründəki boyunduruğu xatırladır. Belə çıxır ki, Rusiyanın baş keşişi mühacirlərə qul, ikinci növ insan kimi baxır. Halbuki Romam Papası hər il ən yoxsul, ən səliqəsiz katolikin ayağını öz əllər ilə yuyub, qurudur. O, müsəlmanlara da münasibətdə pravoslav lideri kimi aqressiv çıxışlar etmir. Hətta Ukraynadakı müharibədə tərəfləri atəşkəsə çağırıb.

Heç Rusiya Prezidenti Vladimir Putinin çıxışlarında da bu qədər ksenofobiya və islamofobiya elementləri hiss olunmur. Bir vaxtlar o, Rusiya Federasiyasının İslam Əməkdaşlıq Təşkilatına üzv olması məsələsinin gündəliyə çıxarmışdı. Dəfələrlə mətbuat konfranslarında, müxtəlif başqa tədbirlərdə Qurandan sitat gətirərək, onu müqəddəs kitab adlandırıb və ibrət götürməyə çağırıb. Patriarxın müraciətindən onu da başa düşmək olar ki, kilsə ilə Kreml arasında məsələlərə başqa-başqa mövqedən yanaşma var.

Hər halda, baş keşiş Kirilin ünvanlandığı məktub müasir dünyanın dinə, humanitar məsələyə və müharibəyə baxışının şərtlərinə heç bir formada uyğun gəlmir. Bu, pravoslav kilsəsinin islamofobiyanı təbliğ etməsi faktıdır. Bir zamanlar skinhedlər məhz bu cür çağırışlarla Rusiya vətəndaşı olmasına baxmadan fərqli millətlərə mənsub olan insanlara zorakılıq tətbiq edirdilər. Beləliklə, Patriarx Rusiyaya və onun liderinə yardım etmək istəsə də, onun bu addımı Rusiyaya da, Vladimir Putinə də, bəşəriyyətə də zərərdən başqa heç nə gətirmir…

Sədrəddin Soltan - pressklub.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL-dan Yeni il fürsətləri: Endirimli biletlər artıq satışda - DİQQƏT!
Bu gün, 09:45
Xaçmaz sakinləri ümid edir ki... - NARAZILIQ VAR...
Bu gün, 09:44
Bir neçə günlük müharibə: "Ermənistan buna hazırlaşır" - NƏ ETMƏLİ?
Bu gün, 09:32
Azərbaycan qlobal gərginliyin azaldılmasına və etibarlı körpülərin qurulmasına töhfə vermək niyyətindədir - deputat
Bu gün, 09:27
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ötən ildən zərərlə çıxıb - HESABAT
Bu gün, 09:19
Azərbaycanda 600 min manatlıq şirkət yaradıldı
Bu gün, 09:17
Xalqın öz liderinə sarsılmaz inamı günbəgün möhkəmlənir - ŞƏRH
Bu gün, 09:11
Qalib Ordunun Müzəffər Ali Baş Komandanı - İsrafil Kərimovun yazısı
Bu gün, 09:10
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib
Bu gün, 09:06
Məsuliyyətdən yayınmanın ALFANET üsulu... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01
"Pullu və xoşbəxt olanlara qarşı bir aqressiya görürəm" - Qurbanəli Ömər
Bu gün, 08:55
İşçiləri necə gəldi İXTİSAR ETMƏK OLMAZ... - Ekspert danışır...
Bu gün, 08:50
Bakıda saxlanılan gizli şəbəkə üzvləri ilə bağlı yeni iddialar – Sürpriz həbslər gözlənir
Bu gün, 08:46
"Deyir ki, bir bütöv kolbasanı iki zavod çörəyi ilə yeyir"
Bu gün, 08:43
Millətin bitməyən KONTAKT HOME çiləsi... DAVAM EDİR!
Bu gün, 08:41
İşlək sayğacları buna görə DƏYİŞDİRİLƏRMİŞ... - İLGİNC İDDİALAR...
Bu gün, 08:29
Putin məqsədinə necə nail olub ki... - Kreml şefinin ziddiyyətli cavabları...
Bu gün, 08:15
Müharibədə “hərbi zadəganlıq” illüziyası - yalnız qan, hiylə və qəddarlıq var
Bu gün, 07:10
Bakının tələbi: Paşinyan onları sərhəddən çıxarır - GƏLİŞMƏ
Bu gün, 07:08
"Bir çox naməlum xəbər portalları var ki, onlara etibar etmək mümkün deyil...." - Azər Həsrət
Bu gün, 06:28
"Bəzi valideynlər evdə uşağa tərbiyə vermirlər..." - ETİRAZ
Bu gün, 06:24
Azərbaycanın ordu həmləsi İrəvanda çaxnaşma yaratdı – “Danışırlar ki, 2025-ci ildə…”
Bu gün, 06:20
Azərbaycanda 10 manat sərmayə ilə yeni lizinq şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 00:05
“MilliKart” nizamnamə kapitalını azaldır
Bu gün, 00:02
"Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan... vətəndaşlarımızın qətlinin iştirakçıları cəzalandırılmalıdır"
Dünən, 23:34
“Dostdan inciyərsən də, yaddan niyə inciyəsən ki?” - Fərda ilə bağlı suala belə cavab verdi
Dünən, 23:30
Əgər Azərbaycana ərazi iddiamız olsaydı… - Paşinyan
Dünən, 21:40
BDU -da Beynəlxalq Jurnalistlər Federasiyası modelinin simulyasiya konfransı keçirilib - FOTO
Dünən, 21:38
Şirvanda vəzifəli şəxs cərimələndi - Qərardan narazı qaldı
Dünən, 19:23
AVROSƏRSƏMLİK... və Bakıdan REAKSİYA
Dünən, 19:21
Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? - AKTUAL
Dünən, 19:02
Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri - İNCƏLƏMƏ
Dünən, 19:00
Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq – SİFARİŞ
Dünən, 18:58
Özəl, yoxsa ÖZBAŞINA bağçalar? – “İlk müəllim travması”
Dünən, 18:52
Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış - AÇIQLAMA
Dünən, 18:06
İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... - Yeni maliyyə sisteminə keçilir?
Dünən, 18:05
Sülh prosesini pozan addım: - Ermənistan revanş istəyir
Dünən, 18:02
Sabiq deputatdan qalmaqallı açıqlama: - “2-3 növ araq, konyak, şərab...”
Dünən, 17:56
Daha bir məhkum həbsdə ölüb
Dünən, 17:52
Ermənistanın dövlətsizləşdirilməsi planı var - İşxan Saqatelyan
Dünən, 17:49
Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram - Putin
Dünən, 17:47
Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... - gənclərin işinə yarayırmı?
Dünən, 17:43
Sumqayıtda polis profilaktik tədbir keçirib - FOTO, VİDEO
Dünən, 17:41
Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər - Məhkəmə qərarı
Dünən, 17:34
“Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” - kolbasadan gələn BÖYÜK TƏHLÜKƏ
Dünən, 17:25
Putindən Vaşinqtona “duel” təklifi
Dünən, 17:16
İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
Dünən, 17:14
Əliyev bunu ilk dəfə açıqladı – Paşinyanla danışıqlar zamanı…
Dünən, 17:10
Azərbaycanda ən çox şikayət olunan internet provayderləri - SİYAHI
Dünən, 17:06
Neftçala DOST filialında təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 17:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru