İrandan sonra növbə kimindir? - İNCƏLƏMƏ...
Tarix: 5-07-2023, 12:07 | Çap et
Hindistanın ev sahibliyi ilə videkonfrans vasitəsilə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sayca 23-cü sammitində İran təşkilata tamhüquqlu üzv qəbul edildi. Növbədə Belarusdur. Hindistanın baş naziri Narendra Modi videokonfransa ev sahibliyi etdiyindən ilk çıxışı o edib. Narendra Modi Dehlinin Şanxay Əməkdaşlıq Təşkilatını böyük ailə kimi qiymətləndirdiyini deyib: “Təşkilatın sütununu təhlükəsizlik, istisadi inkişaf, birlik, ərazi bütövlüyünə hörmət və ətraf mühitin qorunması təşkil edir”. Hindistanın baş naziri Şanxay Əməkdaşlıq Təşkilatını Avrasiya bölgəsinin inkişafı və sabitliyi üçün vacib qurum adlandırıb. Əslində Narendra Modinin söylədiklərinin Rusiyaya aidiyyatı olmamalıdır. Çünki Rusiya Modinin “ərazi bütövlüyünə hörmət” prinsipini Ukraynaya qarşı işğalçı müharibəyə başlamaqla kobud şəkildə pozub. Rusiya prezidenti Vladimir Putin çıxışında Ukraynada apardığı işğalçı müharibəni əsaslandırmağa çalışıb. Putinin məntiqincə, Rusiya hücuma keçməsəydi guya Ukrayna xarici güclərin səyləri ilə “anti-Rusiya” dövlətinə çevriləcəkdi. “Bütün bunlar Rusiyanın təhlükəsizliyini təhlükə altına almaq və inkişafına mane olmaq üçün edilir” deyən Kreml sahibi ölkəsinin xarici təzyiqlərə, sanksiyalara və təxribatlara inamla müqavimət göstərdiyini bildirib. Vladimir Putin Qərblə mübarizədə Çin xatırlatmağı da unutmayıb: “Soyuq müharibə” bitdiyi dövrdən bu yana Rusiya və Çin Qərblə ən sərt mübarizə dövrünə qədəm qoyublar”. Putin bununla demək istəyib ki, Rusiya anti-Qərb siyasətində tək deyil, yanında dostu Çind də yer alıb. Halbuki, Pekin Kremldən fərqli olaraq Qərblə münasibətlərini normallaşdırmağa çalışır, sadəcə, bu hələ ki, alınmır. Çünki Çinin bölgədə qonşularına qarşı yürütdüyü siyasət və Tayvanın ələ keçirilməsi iddiası buna imkan vermir. Çin lideri Tsi Cinpin Avrasiya bölgəsi üçün təhlükələr və çağırışlar barədə danışarkən, çıxışının heç bir yerində Qərbin adını çəkməyib. Vladimir Putin çıxışında eyni zamanda Şanxay Əməkdaşlıq Təşkilatını tərifləyib: “Konstruktiv əsaslar üzərində qurulan Şanxay Əməkdaşlıq Təşkilatı beynəlxalq münasibətlərdə getdikcə daha mühüm rol oynayır, sülhün və sabitliyin qorunmasına, üzv dövlətlərin davamlı iqtisadi artımının təmin edilməsinə və xalqlar arasında əlaqələrin möhkəmlənməsinə real töhfələr verir”. Putin buna misal olaraq ötən il Rusiyanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə ticarəti 37 faiz artaraq rekord həddə - 263 milyard dollara çatdırıb. Bu arada, “Financial Time” dərgisində yayımlanan məqalədə Tsi Cinpinin rusiyalı həmkarı Vladimir Putini nüvə silahından istifadə etməmək barədə xəbərdarlığını onun diqqətinə çatdırdığı bildirilib. Bu mövzu Çin liderinin bu ilin mart ayında Moskvaya səfəri zamanı müzakirə olunub. Putin Pekinlə əməkdaşlığa xüsusi əhəmiyyət versə də, çinli dostunun xəbərdarlığını qulaqardına vurub. Çünki Putin Cinpini ölkəsinə yol saldıqdan sonra o və digər rusiyalı rəsmilər yenə nüvə silahından istifadə barədə fikirlər söyləməyə davam ediblər. Moskva və Pekin İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünə xüsusi əhəmiyyət verirlər. Rusiya və Çin sıralarına yeni anti-Qərb dövlətini daxil ediblər. Rusiya və Çin İranı həm də “Şimal-Cənub” nəqliyyat dəhlizinin vacib dövləti kimi qiymətləndirirlər. İranın Rusiya və Çinin siyasi və iqtisadi dəstəyinə ehtiyacı var. Bu dəstək olmadan İran Qərbin təzyiqləri qarşısında təkbaşına tab gətirə bilməz. Ona görə də Moskva və Pekin İrandakı rejimin ayaqda qalması üçün əllərindən gələni edəcəklər. Azərbaycan və Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəftarları statusuna malikdirlər. Bu Azərbaycanla Ermənistanın yaxın illərdə təşkilata üzvlüyü anlamına gəlmir. Azərbaycan və Ermənistandan əvvəl təşkilata üzv olmaq istəyən xeyli dövlət var. Ancaq həm Azərbaycan, həm də Ermənistan təşkilatın artan gücünü diqqətə alırlar. Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin toplam əhali sayı 3.4 milyarddır. Dünyanın 20 faizi təşkilata üzv dövlətlərin ərazisinə aiddir. Təşkilata üzv dövlətlərdən üçü - Rusiya, Çin və Hindistan nüvə silahına malikdir. Azərbaycan və Ermənistan təşkilatda yer alan dövlətlərlə əsasən ticarət əlaqələrini genişləndirmək və nəqliyyat dəhlizlərində yer almaq istəyirlər. Azərbaycanın əsas hədəfi Çinin “bir kəmər, bir yol” layihəsi çərçivəsində rolunu artırmaqdır. Ancaq Çin hələ ki, Azərbaycanın nəqliyyat imkanlarından ümid edilən səviyyədə istifadə etmir. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində də Çinlə dialoqu genişləndirməyə ümid edir. “Atlas” Araşdırmalar Mərkəzi DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarların həbslərinin arxasında nələr dayanır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 13:12 |
|
|
|
• KTN-in rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinin vəsatəti təmin edilməyib
Bu gün, 13:10 |
|
|
|
• Tanınmış hüquq müdafiəçisi ŞOK SƏNƏD YAYDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 13:08 |
|
|
|
• Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı? - FAKT BUDUR!
Bu gün, 13:02 |
|
|
|
• Prokuror “Kanal 11”in direktoruna cəza istəyib
Bu gün, 13:01 |
|
|
|
• “Keşlə bazarı”nda söküntü işləri təxirə salınır - BU TARİXƏDƏK...
Bu gün, 12:55 |
|
|
|
• "Bununla bağlı mənə məlumat verməlidirlər" - GİLEY
Bu gün, 12:52 |
|
|
|
• "Qızışdıranlar olmasa, əslində, camaat üçün xoşdur" - Razi Nurullayev
Bu gün, 12:50 |
|
|
|
• Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb - DİQQƏT!
Bu gün, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46 |
|
|
|
• Ağsu RMX-nin dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri özlərini qismən təqsirli biliblər
Bu gün, 12:45 |
|
|
|
• "Özünə hörmət edən adam “feyk” profil işlətməz" - ETİRAZ
Bu gün, 12:42 |
|
|
|
• Rusiya Zaporojye və Xersona 4000 nəfərin iştirakı ilə hücuma hazırlaşır - KİV
Bu gün, 12:40 |
|
|
|
• Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - Polisin internet əməliyyatı
Bu gün, 12:37 |
|
|
|
• Prezident İlham Əliyev bir qrup idmançı və idman mütəxəssisini təltif edib - SİYAHI
Bu gün, 12:36 |
|
|
|
• "Zəlzələ olanda birinci biz hiss edirik..." - NARAZILIQ VAR...
Bu gün, 12:35 |
|
|
|
• Gömrük Komitəsinin tenderi LƏĞV OLUNDU - SƏBƏB
Bu gün, 12:25 |
|
|
|
• Orbanla Fitsonun PUTİN SEVGİSİ - Görünəni odur ki...
Bu gün, 12:20 |
|
|
|
• Əli İnsanov İlham Əliyevi təbrik etdi
Bu gün, 12:18 |
|
|
|
• Almaniyada cinayət törədən şəxsin ekstradisiya işinə baxılır - DETALLAR
Bu gün, 12:15 |
|
|
|
• Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 20 milyon manat ayrıldı
Bu gün, 12:12 |
|
|
|
• "Sual verildi ki, siz niyə filan obyektin vergisini ödəmirsiniz?" - Xoşqədəm həmyerlisini İFŞA ETDİ
Bu gün, 12:08 |
|
|
|
• Azərbaycan və Maldiv arasında diplomatik, xidməti və rəsmi pasport sahibləri qarşılıqlı viza tələbindən azad ediləcək
Bu gün, 12:04 |
|
|
|
• "Qadın ayrılıb deyə “onunla evlənmək olmaz” düzgün düşüncə tərzi deyil" - VİDEO
Bu gün, 11:51 |
|
|
|
• “5A Construction” şirkəti ölkədən pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:44 |
|
|
|
• Culfa və Babək şəhərinin baş planının hazırlanması 351 min manata başa gələcək
Bu gün, 11:40 |
|
|
|
• Tramp-Putin görüşünə hazırlıqlar başlayır
Bu gün, 11:38 |
|
|
|
• "Bakıda hesab edirlər ki, bu, onlara dəhlizi nəzarətə götürmək hüququ verir" - Vardan Oskanyan
Bu gün, 11:33 |
|
|
|
• “Yararlı hərbi qulluqçular yararsız kimi qeyd olunur” - RƏSMİ İTTİHAM
Bu gün, 11:31 |
|
|
|
• Jurnalistə vəzifə verildi - ƏMR
Bu gün, 11:24 |
|
|
|
• Neftçilərdən SOS: Heç birimizin ərzağı qalmayıb!!! - NƏ BAŞ VERİR?
Bu gün, 11:18 |
|
|
|
• Şərurda valideynlər məktəbdən İMTİNA EDİR? - "Siniflərdə oturmaq mümkün deyil..."
Bu gün, 11:08 |
|
|
|
• İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti jilet, papaq, dəbilqə, eynək alacaq - 343 min xərcləyəcək
Bu gün, 11:03 |
|
|
|
• Paşinyan gecikmiş etirafından peşmandır - KİV
Bu gün, 10:59 |
|
|
|
• Elvin Məmmədova yeni vəzifə verildi - ƏMR
Bu gün, 10:58 |
|
|
|
• Qardaşına görə arvadının başını kəsdi – Xırdalanda dəhşət
Bu gün, 10:55 |
|
|
|
• Bakıda daha bir lizinq şirkəti təsis edilib
Bu gün, 10:49 |
|
|
|
• Bakı həbsxanasında DAHA BİR ÖLÜM
Bu gün, 10:41 |
|
|
|
• Emin Əmirullayevin `skoç`lanan və tüstülənən məktəbləri... - AXI NİYƏ?..
Bu gün, 10:34 |
|
|
|
• 4 günlük gecikməyə görə İŞDƏN QOVULDU VƏ... - İTTİHAM VAR...
Bu gün, 10:30 |
|
|
|
• “Soyuqdan donsam da, heç vaxt qazı yanılı qoyub yatmıram” – Razi Nurullayev
Bu gün, 10:16 |
|
|
|
• Fakt istəyən nazirə FAKT YAĞIŞI davam edir... - Nəticəsi OLACAQMI?
Bu gün, 10:14 |
|
|
|
• Afaqın verilişi nə vaxt yayımlanacaq?
Bu gün, 10:10 |
|
|
|
• Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru özünü təqsirli bilməyib
Bu gün, 10:06 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər NİYƏ İŞLƏMİR? - Vasif Talıbovun da adı çəkilir...
Bu gün, 10:03 |
|
|
|
• Ermənistanın dəmir yolu təklifi: Paşinyan əslində nə istəyir? - AKTUAL
Bu gün, 09:50 |
|
|
|
• Geri çağrılan səfirdən GERİYƏ QALANLAR... - İLGİNC İDDİA
Bu gün, 09:45 |
|
|
|
• AMEA-nın hər köşəsi BAZAR İMİŞ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:32 |
|
|
|
• Ermənistanda “iqtisadi sıçrayış” bitdi: nələr gözlənilir? - "...çıxılmaz vəziyyətə düşüb"
Bu gün, 09:27 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda gərgin SAVAŞ - İNCƏLƏMƏ
Bu gün, 09:26 |
|
|
|
|