Ramin Hacılıdan Xəzər Rayon Məhkəməsinə müraciət .....                     "17 yaşımda ağılsızlıqdan narkotik aludəçisi oldum" .....                     Əsədi devirən “türk” MOSSAD agentidir? .....                     Ərinin öldürdüyü plastik cərrahla bağlı .....                     Paşinyan gerçəkliyi xalqa açıqlasa və Azərbaycanla masa arxasına otursaydı... .....                     Taleh Qaraşovla Rövşən Rüstəmov üz-üzə… .....                     Cənubi Qafqazda yeni savaş təhlükəsi .....                     Təzə 3 qəpiyi buraxmaq... MADDİ MARAQ baxımından da SƏRF ETMİR .....                     Bakı-İrəvan danışıqları: Hakan Fidan niyə “üçüncü” dedi? .....                     İran Azərbaycanı təbrik etdi: .....                     Əhali banklara inanmır: Maliyyə sektorunda problemlər .....                     “Azərsu”ya xlor satan “Old Line Trading Company” şirkəti cərimələndi .....                     Elza Seyidcahan “villasından, üzüm plantasiyasından, Qubadakı restoranından” .....                     Xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cəzası 5 il azaldılıb .....                     AYNA Sumqayıt sahibkarlarını vergidən belə yayındırır .....                     “43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim” .....                     ATİB-in İdarə Heyətinə yeni üzvlər seçilib .....                     Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib .....                     “Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət! .....                     “Təhsildə maliyyə çatışmazlığı həm də ayrılan resursların səmərəsiz xərclənməsi ilə bağlıdır...” .....                     Putin yenə darıxmağa başlayarsa... .....                     Kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarların həbslərinin arxasında nələr dayanır? .....                     KTN-in rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinin .....                     Tanınmış hüquq müdafiəçisi ŞOK SƏNƏD YAYDI... .....                     Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı? .....                     Prokuror “Kanal 11”in direktoruna cəza istəyib .....                     “Keşlə bazarı”nda söküntü işləri təxirə salınır .....                     "Bununla bağlı mənə məlumat verməlidirlər" .....                     "Qızışdıranlar olmasa, əslində, camaat üçün xoşdur" .....                     Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb .....                     Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq .....                     Ağsu RMX-nin dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri özlərini qismən təqsirli biliblər .....                     "Özünə hörmət edən adam “feyk” profil işlətməz" .....                     Rusiya Zaporojye və Xersona 4000 nəfərin iştirakı ilə hücuma hazırlaşır .....                     Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu .....                     Prezident İlham Əliyev bir qrup idmançı və idman mütəxəssisini təltif edib .....                     "Zəlzələ olanda birinci biz hiss edirik..." .....                     Gömrük Komitəsinin tenderi LƏĞV OLUNDU .....                     Orbanla Fitsonun PUTİN SEVGİSİ .....                     Əli İnsanov İlham Əliyevi təbrik etdi .....                 

Arxadan "dost" zərbəsi: Çin rus miflərini məhv edir - NƏ BAŞ VERİR?
Tarix: 5-06-2023, 07:09 | Çap et
Arxadan "dost" zərbəsi: Çin rus miflərini məhv edir
Rusiyanın dövlətçiliyinin əsası və imperiya mahiyyəti miflərdir. Bu miflərin köməyi ilə Kreml hakimiyyəti zəlil gündə yaşamağa və eyni zamanda, öz “böyüklüyünü” qışqırmağa hazır olan milyonlarla itaətkar qul əldə edir. Ancaq miflərdən yalnız reallıqla təmasda olana qədər istifadə edilə bilər. Belə çıxır ki, Rusiya Federasiyası, Rusiya İmperiyası və ya SSRİ kimi, sadəcə gil ayaqları olan bir nəhəngdir. Və bu təməlin dağılmağa başlaması an məsələsidir. Bütün dünya bu vəhşi ərazidə yeni qarışıqlıqların şahidi olacaq.

Rus işğalçılarının Ukrayna torpağına genişmiqyaslı işğalının başlaması ilə Moskva təbliğatının demək olar ki, ən mühüm təməl daşı məhv edildi - Rusiya ordusunun unikal gücü haqqında mif. Halbuki ruslar bu ordu ilə Berlinə, hətta Lissabona da çata biləcəklərini düşünürdülər.

Rusların NATO-nun heç bir “aqressiv bloku” ilə anlaşa bilməyəcəyi hamıya aydın olanda, dünənə kimi bitərəf qonşular Finlandiya və İsveç Ukraynada baş verənlərə baxaraq, Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət etdilər. Birincisi artıq bu hərbi bloka üzv olmağı bacardı, ikinci isə NATO astanasındadır. Və gördük ki, dünya alt-üst olmadı, Günəş Qərbdə doğmağa başlamadı.

Reallıq moskvalılar üçün çox dəhşətli oldu - ciddi dünya oyunçularının heç biri onlardan qorxmur. Bununla belə, Kreml imperiyanın sonunu tezləşdirməmək üçün hələ mif yaratmaqdan əl çəkməyəcək.

Raşist lider Vladimir Putin hələ də “böyük güc” olaraq qaldığını dediyi ölkəsinin Qərbə qarşı müqəddəs müharibə aparan, “Rusiyanı ələ keçirmək arzusunda olan bəşəriyyətə” qarşı döyüşdüklərini iddia edir. Və Çinin bu mübarizədə Rusiyanın ən yaxın müttəfiqi, hətta “dost”u olduğu iddia edilir. Çin müəyyən dərəcədə Rusiya Federasiyasından neft və qaz almaqla işğalçılara Ukraynaya qarşı təcavüzkar müharibəni davam etdirməkdə köməklik edir. Bununla belə, Rusiya Federasiyası ilə “Səmavi imperiya” arasındakı münasibətləri dostluq və ya iki bərabərhüquqlu dövlətin strateji tərəfdaşlığı adlandırmaq olarmı? Pekinin son hərəkətləri Rusiyanın bu münasibətlərdə ümid edə biləcəyi yeganə məsələnin xammal əlavəsi olacağına işarə edir. Amma hətta Kreml “ağsaqqalları” da diz çökərək bu rol üçün yalvarmalı olacaqlar.

Belə ki, bu yaxınlarda “Səma imperiyası”nın və Kremlin keçmiş Orta Asiya peyklərinin rəhbərlərinin iştirak etdiyi Çin-Mərkəzi Asiya sammiti zamanı Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun təxminən 450 kilometrinin tikintisinə dair memorandum imzalanıb. Bu sənədlə Çin məhsulları Rusiya Federasiyasından yan keçərək Avropaya daşınacaq. Bu nəqliyyat dəhlizi 80 yeni körpünün və 40 tunelin tikintisini nəzərdə tutur və onun son məqsədi Şanxayı Venesiya ilə birləşdirməkdir.

İlkin hesablamalara görə, bu yeni marşrut yükdaşımaların həcmini ildə 5 milyon tona qədər artıra bilər və Çin mallarının Avropaya çatma müddəti 7-8 gün azalacaq. Buna baxanda, nədənsə Çinin Qərblə döyüşmək istəməsi ehtimalı çox da görünmür.

Beləliklə, Pekin SSRİ-nin dağılmasından sonra da Moskvaya çox sadiqliyini davam etdirən Orta Asiya respublikalarına təsirini artırmaqda davam edəcək.

Bundan əlavə, Çin Türkmənistandan gələn dördüncü mavi yanacaq xətti olacaq və tədarük həcmini ildə 30 milyard kubmetr artıra biləcək “D Line” qaz kəmərinin tikintisini sürətləndirmək üçün Putin rejiminə qarşı daha bir “dost” addım atdı. Eyni zamanda, praqmatizmi ilə tanınan Çin Türkmənistan qazını Rusiya qazından təxminən 30 faiz baha alır.

Çinin bu il Rusiya Federasiyasından min kubmetrini 290 dollar qiymətinə 22 milyard kubmetr qaz alacağı planlaşdırılır. Və bu, Putinin mart ayında Çin lideri Si Cinpinin Moskvaya səfəri zamanı “dostunu” sözün əsl mənasında 50 milyard kubmetr gücündə Rusiyanın “Sibirin gücü-2” layihəsində iştirak etməyə inandırması fonundadır. Kreml yeddi ildən artıqdır ki, bunun təbliğat aparır.

Yeri gəlmişkən, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan və Özbəkistan liderləri ilə yeni dəmir yolunun tikintisi ilə bağlı danışıqların yekunlarına görə Çin onlara 3,6 milyard dollara yaxın maliyyə dəstəyi və “pulsuz yardım” vəd edib. Həmçinin hərbi sahədə əməkdaşlığı genişləndirmək təklif edib.

Belə bir maraqlı perspektiv ortaya çıxır. Çin yavaş-yavaş Mərkəzi Asiyada öz təsirini möhkəmləndirir, Rusiya Federasiyası - “dünyanın ikinci ordusu” isə bu dönməz prosesi ancaq çarəsiz seyr edir.

Ancaq bu, Moskva üçün son deyil. Zaman keçdikcə çinli “dostlar” rusların daha bir mühüm mifinə əl atacaqlar –onlar Rusiyanın XIX əsrin ortalarında ilhaq etdiyi Uzaq Şərqin geniş ərazilərini geri qaytarmağı xəyal etmirlər. Gözləyin və görün!

Müəllif: Dmitri Şvarts
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ramin Hacılıdan Xəzər Rayon Məhkəməsinə müraciət - "Hüquqlarımdan istifadə etməyimə imkan yaradılsın"
Bu gün, 16:21
"17 yaşımda ağılsızlıqdan narkotik aludəçisi oldum"
Bu gün, 16:19
Əsədi devirən “türk” MOSSAD agentidir? – 4 dövlətlə bağlı plan pozuldu
Bu gün, 16:14
Ərinin öldürdüyü plastik cərrahla bağlı YENİ XƏBƏR
Bu gün, 16:08
Paşinyan gerçəkliyi xalqa açıqlasa və Azərbaycanla masa arxasına otursaydı... - ŞƏRH
Bu gün, 16:00
Taleh Qaraşovla Rövşən Rüstəmov üz-üzə… - Məhkəməyə gələn 3-cü şəxs kimdir?
Bu gün, 15:57
Cənubi Qafqazda yeni savaş təhlükəsi - Ermənistan odla oynayır
Bu gün, 15:55
Təzə 3 qəpiyi buraxmaq... MADDİ MARAQ baxımından da SƏRF ETMİR - ÇÜNKİ...
Bu gün, 15:39
Bakı-İrəvan danışıqları: Hakan Fidan niyə “üçüncü” dedi? - İNCƏLƏMƏ
Bu gün, 15:37
İran Azərbaycanı təbrik etdi: - Dəstəklədik!
Bu gün, 15:36
Əhali banklara inanmır: Maliyyə sektorunda problemlər - NƏ ETMƏLİ?
Bu gün, 15:32
“Azərsu”ya xlor satan “Old Line Trading Company” şirkəti cərimələndi
Bu gün, 15:30
Elza Seyidcahan “villasından, üzüm plantasiyasından, Qubadakı restoranından” DANIŞDI
Bu gün, 15:21
Xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cəzası 5 il azaldılıb
Bu gün, 15:18
AYNA Sumqayıt sahibkarlarını vergidən belə yayındırır - Kart sistemi niyə ləğv edildi?
Bu gün, 15:16
“43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim” - Diplomu saxta çıxan Abdıyeva
Bu gün, 15:10
ATİB-in İdarə Heyətinə yeni üzvlər seçilib
Bu gün, 15:09
Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib - FOTO
Bu gün, 15:04
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət! - DİQQƏT
Bu gün, 15:01
“Təhsildə maliyyə çatışmazlığı həm də ayrılan resursların səmərəsiz xərclənməsi ilə bağlıdır...” - ŞƏRH
Bu gün, 14:00
Putin yenə darıxmağa başlayarsa... - Yüzminlərin qanı ilə suvarılan əyləncə meydanı
Bu gün, 13:58
Kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarların həbslərinin arxasında nələr dayanır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 13:12
KTN-in rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinin vəsatəti təmin edilməyib
Bu gün, 13:10
Tanınmış hüquq müdafiəçisi ŞOK SƏNƏD YAYDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 13:08
Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı? - FAKT BUDUR!
Bu gün, 13:02
Prokuror “Kanal 11”in direktoruna cəza istəyib
Bu gün, 13:01
“Keşlə bazarı”nda söküntü işləri təxirə salınır - BU TARİXƏDƏK...
Bu gün, 12:55
"Bununla bağlı mənə məlumat verməlidirlər" - GİLEY
Bu gün, 12:52
"Qızışdıranlar olmasa, əslində, camaat üçün xoşdur" - Razi Nurullayev
Bu gün, 12:50
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb - DİQQƏT!
Bu gün, 12:47
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Ağsu RMX-nin dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri özlərini qismən təqsirli biliblər
Bu gün, 12:45
"Özünə hörmət edən adam “feyk” profil işlətməz" - ETİRAZ
Bu gün, 12:42
Rusiya Zaporojye və Xersona 4000 nəfərin iştirakı ilə hücuma hazırlaşır - KİV
Bu gün, 12:40
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - Polisin internet əməliyyatı
Bu gün, 12:37
Prezident İlham Əliyev bir qrup idmançı və idman mütəxəssisini təltif edib - SİYAHI
Bu gün, 12:36
"Zəlzələ olanda birinci biz hiss edirik..." - NARAZILIQ VAR...
Bu gün, 12:35
Gömrük Komitəsinin tenderi LƏĞV OLUNDU - SƏBƏB
Bu gün, 12:25
Orbanla Fitsonun PUTİN SEVGİSİ - Görünəni odur ki...
Bu gün, 12:20
Əli İnsanov İlham Əliyevi təbrik etdi
Bu gün, 12:18
Almaniyada cinayət törədən şəxsin ekstradisiya işinə baxılır - DETALLAR
Bu gün, 12:15
Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 20 milyon manat ayrıldı
Bu gün, 12:12
"Sual verildi ki, siz niyə filan obyektin vergisini ödəmirsiniz?" - Xoşqədəm həmyerlisini İFŞA ETDİ
Bu gün, 12:08
Azərbaycan və Maldiv arasında diplomatik, xidməti və rəsmi pasport sahibləri qarşılıqlı viza tələbindən azad ediləcək
Bu gün, 12:04
"Qadın ayrılıb deyə “onunla evlənmək olmaz” düzgün düşüncə tərzi deyil" - VİDEO
Bu gün, 11:51
“5A Construction” şirkəti ölkədən pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:44
Culfa və Babək şəhərinin baş planının hazırlanması 351 min manata başa gələcək
Bu gün, 11:40
Tramp-Putin görüşünə hazırlıqlar başlayır
Bu gün, 11:38
"Bakıda hesab edirlər ki, bu, onlara dəhlizi nəzarətə götürmək hüququ verir" - Vardan Oskanyan
Bu gün, 11:33
“Yararlı hərbi qulluqçular yararsız kimi qeyd olunur” - RƏSMİ İTTİHAM
Bu gün, 11:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru