FHN şefinin ŞÜBHƏLİ TENDER oyunu .....                     "Bu heç şeytanın da ağlına gəlməzdi..." .....                     Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək .....                     Naxçıvan eli səndən narazıdır, cənab CANİŞİN .....                     Bu ifadə generalın sonunu gətirə bilər .....                     Tiktokda əxlaqsızlıq təbliği… .....                     "Gəncə-Quşçuluq" ASC də dövlətə borclu imiş... .....                     Nazirlik Sevinc İsgəndərovadan 262 min manata ofis icarəyə götürüb .....                     Əhali arasında yayılan dəhşətli 'VİRUS'... .....                     Mərkəzi bankın 3 qəpiklik ŞOUSU .....                     “Bakı Abadlıq Xidməti MMC” AYRILAN PULLARI YEYİB? .....                     İran elitası silkələnir: Pezeşkian istefa verir? .....                     Qanuna tabe olub, qanunsuzluqla üzləşən vətəndaş problemi necə həll edə bilər? .....                     İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında .....                     DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin... .....                     Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir .....                     5 dəqiqəyə 20 minin xərclənməsi... .....                     Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... .....                     Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir” .....                     Minimum əməkhaqqı ARTIRILDI .....                     Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? .....                     "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib .....                     “Serdar Ortac canlı yayında məni dinləyib ağladı” .....                     Bundan sonra utanıb siçan deşiyinə girsinlər .....                     Fransanın yerini hansı dövlət tutub? .....                     Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? .....                     Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb .....                     Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri .....                     Rusiyadan qaçaq düşən `AST Telman`ın Bakıdakı şirkəti... .....                     1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı .....                     Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam .....                     Xaos davam edir: .....                     Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı .....                     Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? .....                     Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI .....                     Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib .....                     General bu xanımı idarə rəisi təyin etdi .....                     Ramil Usubovun ailəsində xoş gün .....                     Kommunal xətlər keçən ərazidə tikilən evlərlə bağlı BƏD XƏBƏR .....                     “Mənə pul xərcləyən adamı tapsanız...” .....                 

“Putinin əlində sadəcə nüvə silahı qalıb” – FEYQİN
Tarix: 14-03-2023, 08:24 | Çap et
“Putinin əlində sadəcə nüvə silahı qalıb”
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi uzandıqca Kremlin bütün ehtiyatlarının tükəndiyi, Ukraynanın qələbəyə bir qədər də yaxınlaşdığı haqqında fikirlər bir az da qüvvətlənir. Düzdür, bunun əksini iddia edənlər də var, amma Kiyevin qələbəsinə inaananların sayı daha çoxdur.

Hüquqşünas Mark Feyqin UNİAN-a müsahibəsində müharibə, Kadırovun mümkün zəhərlənməsi ehtimalından, Priqojinin aradan qaldırılması perspektivlərindən və Krımın Rusiya Federasiyası üçün müqəddəs əhəmiyyətindən danışıb. DİA.AZ sözügedən müsahibəni AYNA-ya istinadla təqdim edir:

Kadırov və Priqojini fiziki cəhətdən sıradan çıxarmaq olar

- Deyirlər ki, Kadırov ağır xəstədir, üzü zəhərlənmədən şişib və guya ona Almaniyadan reanimasiya təyyarəsi göndərilib. Bu versiyalara münasibətiniz necədir?

-Bu versiyaları dəqiqləşdirmək çətindir. Bilmirəm, Kadırovun görünüşü xəstəliyinin nəticəsidir, yoxsa başqa bir məsələ var?! O, birdən tamamilə qəribə oldu, sifəti çox böyüdü. Mühakimə yürütmək mənim üçün çətindir, amma mən buna başqa rakursdan baxacağam: nəzəri cəhətdən Kadırovu zəhərləmək və ya aradan qaldırmaq mümkündürmü? Niyə də yox? Xüsusi xidmət orqanları ilə Kadırov, ordu və Kadırov arasında uzun müddətdir ziddiyyətlər davam edir. Kadırov özü və atası Birinci Çeçenistan müharibəsində Rusiyanın düşməni idilər.

Təbii ki, Kadırov Putinin şəxsi etibarlı adamıdır. Oğlu Putinin yanına getdi. Mən 18 yaşlı uşağın Putinin yanına getməsini, orada nə etdiyini heç vaxt başa düşmədim. Əlbəttə, bu xüsusi münasibətlər və üstünlüklərin nəticəsidir.

Düşünürəm ki, həm Priqojin, həm də Kadırovla bağlı vəziyyət getdikcə pisləşir. Priqojin ümumiyyətlə yad adamdır. Hakimiyyət aparatı üçün tamamilə hər cəhətdən yaddır və əbədi olaraq da yad qalacaq. O, 9 il həbsdə olub, mütləq cinayətkardır. Üstəlik, iaşə ilə yox, müharibə ilə məşğul olub, çox konfliktlərə girir. O, Sankt-Peterburqa gedir və bəyan edir ki, hazırkı qubernatora qarşı mitinqlər keçirmək lazımdır. İndiki qubernator isə Putin və Kovalçukun etibarlı adamıdır.

Demək istəyirəm ki, bu adamların iqtidar aparatında dayağı yoxdur və hansısa formada məsələlərə çox müdaxilə edirlər. Ona görə də güman edirəm ki, bu adamlar fiziki olaraq həyatlarını başa vuracaqlar. Özü də əcəllə yox.

Yuxarı elitada kimin vəziyyəti yaxşıdır - Priqojinin, yoxsa Kadırovun?

- Məndə belə təəssürat yarandı ki, Kadırov, Priqojin və Surovikin Putinə nəsə vəd etsələr də, yerinə yetirmədilər. Yəqin ki, söz verib deyiblər: “Biz Donetsk vilayətini alacağıq!”. Amma buna nail olmadılar.

Müharibə hər şeyi daha da pisləşdirir. Müharibə zamanı insan həyatı ümumiyyətlə dəyərdən düşür, ona görə də mən Kadırovun “təsadüfən” xəstələnməsi və “təsadüfən” ölməsi ehtimalını istisna etməzdim.

- Onun 18 yaşlı oğlu ilə Putinin görüşünü varislik məsələsi ilə bağlamaq olarmı: Nəzərə almaq lazımdır ki, Kadırovun atası öldürüləndə Ramzan Putin ilə görüşmüşdü...

- Ola bilər, amma o zaman Əhməd Kadırovun oğlu Ramzanın federasiya subyektinin rəhbəri vəzifəsini tutmaq üçün yaşı az idi. Bir neçə il bu vəzifəni Kadırovun silahdaşlarından biri, hazırda Moskvada yerləşdirilən Alu Alxanov tutdu. İndi 18 yaşlı gənc Çeçenistana rəhbər təyin oluna bilərmi? Fikrimcə, bunu qanunla etmək olmaz. Lakin həqiqətən istəsələr, yəqin ki, hər şey mümkündür.

Amma bir daha deyirəm ki, Kadırov yoxa çıxa bilər. Vəziyyət birdən-birə Rusiyanın məğlubiyyətinə gətirib çıxararsa, o zaman ilk olaraq belə insanlar əziyyət çəkə bilər. Çünki onların yeganə ağası Putin getsə, xaos yaranacaq. Hökumətdə Kadırovu heç kim istəmir. Belə bir təhlükəli insanı dərhal aradan qaldırmaq daha yaxşıdır. Bu, eləcə də “Vaqner”in rəhbəri Priqojinə aiddir.

- Kadırov və Priqojinin aradan götürülməsi Ukraynadakı müharibənin gedişatına hansısa şəkildə təsir edəcəkmi?

- Əlbəttə ki, öz təsirini göstərəcək, çünki Priqojinin varlığı ən azı “Vaqner” döyüşçülərinə müəyyən motivasiya əlavə edir. Və onun aradan götürülməsi təsirli olacaq. Priqojin bütün bu hərbi kampaniyaya bir az da cəsarət əlavə edir.

Rusiyada silahları qatillərə, təcavüzkarlara, azğınlara verirlər

Necə düşünürsünüz, Priqojinsiz “Vaqner” mövcudluğunu qoruya biləcək?

- "Vaqner" asanlıqla başqa bir şirkətə transfer edilə bilər. Bu və ya digər formada mövcud ola bilər. Üstəlik, bu, təkcə hərbi şirkət deyil. Klassik hərbi şirkətlər döyüşmür. Bu cəfəngiyatdır. Müharibə dövlətin funksiyasıdır. Rusiyada "Vaqner" heç bir ikinci dərəcəli funksiyanı yerinə yetirməyən, lakin ordunun adi hərbi hissələrindən biridir. Təbii ki, müharibəni məhkumlara etibar etmək olmaz. Məgər “Vaqner” ayrıca ordudur? Əlbəttə, xeyr. Bu cinayətkarlar dəstədir. Onların nə etikası var, nə hüququ var, nə də qanunu. Sadəcə indi silahlar qatillərə, təcavüzkarlara, azğınlara verilir. Dünyanın heç bir ordusu bunu etmir. Görünməmiş bir şeydir, dəhşətli cinayətdir.

- Rusiyanın BMT Təhlükəsizlik Şurasında dominantlıq edəcəyinə birtəhər müqavimət göstərmək olarmı?

- Rusiya itirilmiş ölkədir. BMT müəyyən bir şüura uyğundur. Beynəlxalq hüquqa tamamilə məhəl qoymayan ölkə beynəlxalq hüququn qoruduğu quruma rəhbərlik edəcək. Bundan daha böyük cəfəngiyat təsəvvür edilə bilməz. Bu, BMT-nin tamamilə köhnəlmiş, gələcəyi olmayan struktur olduğunu bir daha sübut edir.

Gülməli olacaq ki, Rusiya Federasiyasının BMT Təhlükəsizlik Şurasına sədrliyi zamanı, məsələn, beynəlxalq tribunalın yaradılmasına səs vermək lazım gələcək. Bunda müəyyən ironiya var. Buna müqavimət göstərməyə cəhd edə bilərsiniz, lakin BMT mexanizmi çox yöndəmsizdir. İkinci Dünya müharibəsinin nəticələrinə görə təsisçi ölkələr, o cümlədən Rusiya tərəfindən qəbul edilmiş BMT Nizamnaməsi Təhlükəsizlik Şurasının daimi üzvlərinin ölkədən çıxarılmasına icazə vermir. Ona görə də onlar bütün hüquqlardan istifadə edirlər: veto hüququndan tutmuş, rəhbərliyə qədər. Bəli, onların tək səsi heç nə verməyəcək, amma bu, onları simvolizə edən səsdir.

- Sizə elə gəlmir ki, Putin son vaxtlar daha çox ictimailəşib? Bir müddət, xüsusən də Xersonun Ukrayna tərəfindən azad edilməsindən sonra Putin sakit və görünməz olmuşdu. İndi o, yenidən ictimaiyyət arasında fəallaşıb...

- Putinin bəzi hallarda ictimaiyyət arasında olmamasını xəstəliklə izah edirlər. Bu, həm də bir növ cəbhədəki uğur və uğursuzluqlarla əlaqəli ola bilər, çünki o, yaxşı olmayan hadisələr fonunda fasilə verir. Onun artıq qocalmasını, yaşının səksənə yaxınlaşmasını da nəzərə almaq lazımdır. İstər-istəməz əhval-ruhiyyəsi dəyişir. O, dörddə bir əsrdir hakimiyyətdədir və birinci ildən bütün bu işlərdən bezib. 2003-cü ilə qədər Baş nazir olmuş Mixail Kasyanov şəxsən mənə dedi ki, Putin işləməyi sevmir. Maliyyə idarəçiliyi hesabatında 5 dəqiqə sonra yuxuya gedib. Onun işgüzarlığı piardır. Əslində isə bu, heç belə də deyil. Günortaya qədər yatır, hər yerə gecikir, axıra qədər yalan danışır.

- Ölkəni bu vəziyyətə gətirən belə bir vecsiz şəxs hakimiyyəti əlində saxlamağı necə bacarır?

- Bu miqyasda siyasətçiyə tamamilə yad olan bütün bu xüsusiyyətlərə baxmayaraq, onun risk hissi, öz maraqlarına uyğun düzgün qərarlar qəbul etmək hissi var. Yəni o, “hardware” həyatını çox gözəl anlayır. Harada kəməri sıxmaq, kimlərdən haranı “təmizləmək”, kimi aradan götürmək lazım olduğunu yaxşı başa düşür. Taktiki qərarlarında demək olar ki, heç vaxt səhv etmir. Və o, əlbəttə ki, strateji qərarlarda çox səhvlərə yol verir. Müharibə belə strateji qərarlardan biridir. Və geriyə baxanda, əlbəttə ki, müharibəni başlatmağının səhv olduğunu anlayır. Sadəcə o zamanında strateji qərarı səhv verdi. Müharibənin bu qədər uzun sürəcəyini bilsəydi, bu cür risklərə getməzdi. Sadəcə qoşunları irəli-geri sürüyər, sərt bəyanatlar verər, o qədər də əhəmiyyətli olmayan bəzi güzəştlərə gedərdi, amma müharibəyə başlamazdı. Putin uduzmayacaqlarına tam əminliklə müharibəyə başladı. "Bizə qarşı kim var? Biz nüvə dövlətiyik. Üç gün, bir həftə, bir ay. Amma hər şey yaxşı olacaq" dedi və müharibəyə başladı.

Krımın Rusiya Federasiyası üçün müqəddəs mənası var

- Rusların “yeni ərazilər” adlandırdıqları ərazilərimizin azad olunması vəziyyətə necə təsir edəcək? Daha sonra Krım var...

- Putin Krımı, Donbası və hər şeyi itirəcək. Döyüş meydanında və ya ondan sonra fərqi yoxdur, amma uduzacaq. Çünki uduzmağa başlasanız, qalib gələ bilməyəcəksiniz. Kazinodakı kimi, uduza-uduza gedəcəksiniz. Bu, yazılmamış qanundur. Belə görünür ki, Putin stolun üstünə son kartlarını atır. 21 sentyabr səfərbərliyi də o kartlardan biri idi.

Onun əlində hansı kart qalıb – təbii ki, nüvə silahı. Bundan başqa heç nəyi yoxdur. Bəli, Putin növbəti səfərbərlik dalğasını işə sala bilər. Nə itirəcək ki... Kobud desək, Melitopolu itirsələr, təsirli olmayacaq. Çünki Xersondan sonra siyasi bakirəlik artıq itirilib. Amma Krım çox önəmlidir. Ukraynanın Krımı azad etməsi Rusiyanın bütün quruluşunun dağılması deməkdir.

Fakt budur ki, Rusiya tarixən bir imperiya olaraq xaricdəki müstəmləkələrin hesabına böyümədi - onlar yox idi. Rus xalqı qonşu hüdudlara keçərək onları işğal etdi. Krım imperiyanın genişlənməsinin bir formasıdır. Krım Rusiya üçün çox ağır itki olar, çünki ona hansısa arxaik, tarixi, müqəddəs məna veriblər. Ona görə də Ukraynanın Krımı azad etməsi Rusiya adlı “gəminin” batması nöqtəsi olacaq.

- Sızdırılan “Putinin sülh planı”nı haqqında məlumat görmüsünüzmü? Əsas odur ki, orada deyilir: “Biz hər şeyi Krımla dəyişirik”...

- Bilirsiniz, uzun müddətdir ki, bu fikirdədirlər. Hələ 2014-cü ildə Krım ələ keçiriləndə və Donbasda may əməliyyatı başlayanda Rusiya tərəfindən səslənirdi: “Gəlin ilkin mərhələdə razılaşaq ki, Krım bizim üçün, Donbass sizin üçündür. Ancaq siz Donbassa da girmirsiniz, biz Donbassı yenidən inteqrasiya edəcəyik. Lakin məhdudiyyətlərlə ora da hələlik bizim nəzarət məkanımızda olan ərazi olaraq qalmalıdır. Krım isə hər şeydir, Krım müqəddəsdir”. Yəni bu fikri o vaxt da deyirdilər.

- Yeri gəlmişkən, onların sızdırdıqları başqa bir informasiyada da Zelenski ilə Zalujnı arasında iddia edilən münaqişədir, amma bu təkzib olundu...

- Mən Zalujni ilə Zelenskinin münaqişəsi barədə heç nə eşitməmişəm. Amma Priqojin Şoyqu və Gerasimovla necə danışır, hər kəs görür. Söyüşlə danışır.

Hesab edirəm ki, bu informasiya ruslar tərəfindən nifaq salmaq üçün adi standart cəhddir. Zalujnı ilə Zelenski arasında münaqişə olmadığı aydındır, amma başqaları buna inana bilər. Bəlkə kiminsə şübhəsi olacaq və bu informasiyanı “yeyəcək”. Əslində bəzən belə taktika işləyir və bununla bağlı heç nə edə bilmərik.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
FHN şefinin ŞÜBHƏLİ TENDER oyunu - BU NƏDİ BELƏ?..
Bu gün, 08:37
"Bu heç şeytanın da ağlına gəlməzdi..." - GİLEY
Bu gün, 08:32
Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək - camaata xəstəlik keçirə bilər, deyə...
Bu gün, 08:25
Naxçıvan eli səndən narazıdır, cənab CANİŞİN - BU DA BELƏ...
Bu gün, 08:24
Bu ifadə generalın sonunu gətirə bilər - Polkovnik məhkəmədə elə faktlar açdı ki…
Bu gün, 07:07
Tiktokda əxlaqsızlıq təbliği… – Xalq şairi çağırış etdi
Bu gün, 07:01
"Gəncə-Quşçuluq" ASC də dövlətə borclu imiş... - FOTO
Bu gün, 06:56
Nazirlik Sevinc İsgəndərovadan 262 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 06:51
Əhali arasında yayılan dəhşətli 'VİRUS'... - Azərbaycan üçün böyük TƏHLÜKƏ
Bu gün, 06:48
Mərkəzi bankın 3 qəpiklik ŞOUSU - baha başa oturdu....
Bu gün, 06:40
“Bakı Abadlıq Xidməti MMC” AYRILAN PULLARI YEYİB? - NARAZILIQ VAR
Bu gün, 06:36
İran elitası silkələnir: Pezeşkian istefa verir? – Son durum
Bu gün, 06:22
Qanuna tabe olub, qanunsuzluqla üzləşən vətəndaş problemi necə həll edə bilər? - NƏ ETMƏLİ?
Bu gün, 00:14
İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında - GƏLİŞMƏ
Bu gün, 00:11
DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin... - ÇAĞIRIŞ
Dünən, 23:27
Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir - Uraloğlu
Dünən, 23:24
5 dəqiqəyə 20 minin xərclənməsi... - “TikTok”da çirkli pullar necə yuyulur?
Dünən, 20:27
Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... - FAKT BUDUR!
Dünən, 19:00
Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir”
Dünən, 18:58
Minimum əməkhaqqı ARTIRILDI - "1000 manat da ola bilər amma..."
Dünən, 18:05
Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? - Dolların kursu və manatın məzənnəsi isə...
Dünən, 18:00
"Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib
Dünən, 17:58
“Serdar Ortac canlı yayında məni dinləyib ağladı” - VİDEO
Dünən, 17:16
Bundan sonra utanıb siçan deşiyinə girsinlər – Fürsətdir!
Dünən, 17:09
Fransanın yerini hansı dövlət tutub? - İNCƏLƏMƏ
Dünən, 17:04
Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? - NƏ ETMƏLİ?
Dünən, 17:02
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 16:58
Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri Polotsk Kadet Məktəbində olub
Dünən, 16:56
Rusiyadan qaçaq düşən `AST Telman`ın Bakıdakı şirkəti... CƏRİMƏLƏNDİ!
Dünən, 16:54
1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı - TƏFƏRRÜAT
Dünən, 16:46
Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam - Naxçıvan Səfərbərlik xidmətinin həbsdə olan sabiq rəisi
Dünən, 16:40
Xaos davam edir: - "Müharibələr ssenarisinə hazır olmalıyıq"
Dünən, 16:29
Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - İLGİNC...
Dünən, 16:25
Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? - AKTUAL
Dünən, 16:00
Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım, sinəm kiçilmədi!
Dünən, 15:55
Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib - SƏBƏB
Dünən, 15:52
General bu xanımı idarə rəisi təyin etdi - FOTO
Dünən, 15:51
Ramil Usubovun ailəsində xoş gün
Dünən, 15:49
Kommunal xətlər keçən ərazidə tikilən evlərlə bağlı BƏD XƏBƏR - Söküləcək və kompensasiya VERİLMƏYƏCƏK?
Dünən, 15:46
“Mənə pul xərcləyən adamı tapsanız...” – Nazilədən SƏS-KÜYLÜ VİDEOMÜSAHİBƏ
Dünən, 15:44
“Heç bilmirəm “xalq artisti” adını necə alırlar, onlar mənim qədər sevilmirlər” - ETİRAZ
Dünən, 15:42
Suriyanın müxalif qrupları dağılmaq və müdafiə nazirliyi altında birləşmək barədə razılığa gəlib - Suriyanın yeni administrasiyası
Dünən, 15:40
“Əlil olduğum üçün banklar mənə kredit vermir, halbuki həmin bankdan əməkhaqqı alıram” - BU NƏDİ BELƏ?..
Dünən, 15:36
Azərbaycan Quru Qoşunları komandanı türkiyəli həmkarı ilə görüşüb
Dünən, 15:19
Mərkəzin direktoru təqaüdə GÖNDƏRİLDİ - FOTO
Dünən, 15:18
Ət kağız üstündə artır, bəs bazarda? - ŞƏRH
Dünən, 15:14
İsrail Pezeşkianın istefasını gözləyir – “Keyhan”
Dünən, 15:13
Ən çox sığorta haqqı toplayan - 6 ŞİRKƏT
Dünən, 15:09
Bir düz bütün səhvləri aparır: Zəngəzur həqiqətləri, İrəvan nağılları - GƏLİŞMƏ
Dünən, 15:07
Banklar tərəfindən təqdim olunan ən yüksək əmanət faziləri – Tam siyahı
Dünən, 15:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru