Ərdoğana `XAİN` deyən dillər NİYƏ QURUMALIDIR? - FAKTLAR BİRBƏBİR...
Tarix: 10-02-2023, 08:35 | Çap et
Bəzi dostlarımız özünə əl qatıb. Hətta zəlzələdən-bu fəlakətdən də Tayyib Ərdoğana qarşı əks təbliğat üçün istifadə etməyə çalışırlar. Çox iyrənc ittihamlar səsləndirirlər. Əsas arqumentləri də budur ki, Ərdoğan diktatordur. Xalqın seçdiyi siyasi liderə necə dictator demək olar? Bəlli deyil. Türkiyədə seçkilər nə vaxtdan saxtalaşdırılır? Yada salıram. Son seçkidə AKP, yəni Ərdoğanın partiyası o boyda İstanbulu, Ankaranı və İzmiri müxalifətə uduzdu. Niyə uduzdu? Çünki müxalifət-PKK-a yanlılarının dəstəyi ilə AKP-ni üstələyə bildi. Yəni Türkiyəni parçalamaq istəyən qüvvələrlə siyasi ittifaq quran müxalifət Türkiyəyə xəyanət yolu tutdu. Onlar indi də həmin yolu gedirlər… Hə, onu deyirdim axı. Türkiyədə seçkilər saxtalaşdırılırsa, niyə AKP bu möhtəşəm mərkəzlərdə müxalifətin qələbəsini qəbul etdi?.. Sözümün canı o ki, kim deyirsə ki, Türkiyədə seçkilərin nəticəsi saxtalaşdırılır o, sadəcə, yalançıdır. PKK ilə ittifaqa girib Türkiyəyə xəyanət edən Türkiyə müxalifəti ilə eyni qafadadır… Keçirəm cənab Ərdoğanın diktator olmasına. Qərb də Ərdoğana diktator deyir. Niyə? Çünki Ərdoğan Qərbin çaldığı ilə oturub-durmur. Ərdoğan Türkiyənin böyük dövlət olması üçün çalışır. Qərb isə Türkiyənin böyük dövlət olmasını istəmir. Özü də bu, nəsə gizli bir məsələ deyil. Hər şey gün kimi ortadadır. Qərbə ram olan, yazıq, zavallı Türkiyə lazımdır. Qərbə PKK-nın at oynatdığı Türkiyə lazımdır… Yenə Ərdoğanın diktatorluğuna qayıdıram. Bir çox tarixçilər Atatürkü də diktator adlandırır… İndi isə keçirəm Türkiyənin demokrat rəhbərlərinə. Turqut Özal Türkiyənin 8-ci prezidenti (1989-1993) olub. 1990-cı il 20 Yanvar qırğınından sonra o, nə demişdi? “Onlar Şii, Biz Sünniyiz. Onlar İran’a daha yakın”. Yəni Türkiyə Azərbaycana heç bir kömək etməli deyil. “Milliyət” qəzetinin 1990-cı il 16 fevral sayında gedən həmin məqalənin sürətini təqdim edirəm... Cənab Turqut Özalın demokrat olmasına kimsə şübhə edirmi? Düşünmürəm. Soruşuram, Azərbaycana Turqut Özal kimi qorxaq, ancaq demokrat Türkiyə rəhbəri lazımdır, hansı ki heç sözdə də Azərbaycanı müdafiə etməyə hünəri çatmadı. Yoxsa Qarabağı erməniyə dəstək verən Qərbin əlindən alıb Azərbaycana qaytaran diktator Ərdoğan Azərbaycan üçün daha münasib siyasi liderdir? Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl (1993-2000) necə yadınızdaırmı? Cənab İlham Əliyev onun sinəsinə öz əli ilə "Şərəf" ordeni taxmışdı. Əslində isə ona Azərbaycan adına heç taxta medal da düşmürdü. Ən azı ona görə ki, Kəlbəcər işğal olunanda Azərbaycan prezidenti Əblüfəz Elçibəy insanları fəlakət zonasından çıxarmaq üçün ondan 3-4 helikopter istədi. Dəmirəl Qərbin və Rusiyanın qorxusundan Azərbaycana 3-4 helikopter vermədi. Hazırda Türkiyə Azərbaycanda F-16 qırıcılarını qoyub getmirmi? Mən sizlərdən soruşuram. Sizə diktator dediyiniz Tayyib Ərdoğan lazımdır, yoxsa Turqut Özal kimi, Süleyman Dəmirəl kimi ən kritik məqamda Azərbaycana arxa çevirən, onu düşmənə satan demokratlar lazımdır... Mən cənab Ərdoğanı seçirəm. Siz özünüz bilərsiz. Mən heç istəməzdim ki, Azərbaycan xalqı nə vaxtsa Türkiyədən belə bir xəyanət görsün. Azərbaycan xalqı Qərbin əlində oyuncaq olan sözdə demokrat liderlərdən bir daha xəyanət gördükdə-bax onda Ərdoğana qəni-qəni rəhmət deyəcək... P.S Bəzi düşüklər belə bir iddia irəli sürür ki, guya bir çoxları Tayyib Ərdoğanı müəyyən təmənnaya görə müdafiə edir. Öz payıma deyirəm. Mənim nə Ərdoğandan, nə İlham Əliyevdən elə bir təmannam yoxdur. Heç onlar bilmir ki, bu dünyada Elbəyi Həsənli deyilən birisi yaşayır. İstəyim odur ki, Azərbaycan yağı düşmənlərin qarşısında heç vaxt xar olmasın, sınmasın, əyilməsin. Bu sadə məntiqi başa düşmək bu qədərmi çətindir?...
Elbəyi Həsənli - DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyanın yeni “sülh” oyunu: “Azərbaycanın şərtlərinə...” - GƏLİŞMƏ
Bu gün, 07:13 |
|
|
|
• İnvestisiya Holdinqinin rəhbəri “Yeni stansiya tikiləcək” deyir, Metropoliten rəsmisi “Tikilməyəcək” - MÜƏMMA...
Bu gün, 07:11 |
|
|
|
• Tramp da işğala “başlayır”: 5 ölkə hədəfdə - ARAŞDIRMA
Bu gün, 07:08 |
|
|
|
• Zaminlik elə kredit götürmək kimi bir şeydir... - ODUR Kİ...
Bu gün, 06:53 |
|
|
|
• Qlobal savaş astanasında: Rusiya - NATO müharibəsi ehtimalı artıb - NƏ BAŞ VERİR?
Bu gün, 06:50 |
|
|
|
• Culfa sakini haqsızlıqla ÜZ-ÜZƏ... - dalağı çıxarılan oğlunun...
Bu gün, 06:45 |
|
|
|
• Göygölün icra başçısı narazılıq yaratdı - MÜRACİƏT
Bu gün, 06:39 |
|
|
|
• Bu gün konserti var idi, amma...
Bu gün, 06:27 |
|
|
|
• Kritik qərar: Ordu çevrilişə hazır vəziyyətə gətirilir – Tapşırıq bu ünvandan verilib
Bu gün, 06:25 |
|
|
|
• "Səkkiz nəfər getmişdilər, ikisindən xəbər var" - VİDEO
Bu gün, 06:21 |
|
|
|
• Qəzaya düşən təyyarədən xilas olan bələdçi ailəsi ilə DANIŞDI - VİDEO
Bu gün, 06:18 |
|
|
|
• Azərbaycan və Qazaxıstan təyyarə qəzası zamanı necə davrandı? - Yerində göstərilən reaksiya
Bu gün, 00:22 |
|
|
|
• Bu gün Azərbaycanda matəm günüdür - BAŞIN SAĞ OLSUN, VƏTƏN!
Bu gün, 00:18 |
|
|
|
• "Embraer" şirkəti qəza ilə bağlı yardım təklif etdi
Dünən, 23:20 |
|
|
|
• AZAL və FHN birgə MƏLUMAT YAYDI - ekipaj üzvlərinin cənazələri...
Dünən, 23:10 |
|
|
|
• Hücum varsa, Rusiya hava məkanını niyə bağlamır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:51 |
|
|
|
• Təyyarəmizdə bu nə dəliklərdir? - Qazaxıstan rəsmisinin cavabı
Dünən, 21:46 |
|
|
|
• Qazaxıstandakı təyyarə qəzasından sonra 14 Azərbaycan vətəndaşı sağ qalıb - 23 vətəndaşımız ölüb
Dünən, 21:43 |
|
|
|
• “Hələ müəyyən edə bilməyiblər” - Stüardessanın qardaşı danışdı
Dünən, 21:08 |
|
|
|
• Qazaxıstanda qəzaya uğrayan təyyarənin üç ekipaj üzvü sağ qalıb, ikisi ölüb - Nəqliyyat naziri
Dünən, 21:03 |
|
|
|
• ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir - Zaxarova
Dünən, 19:32 |
|
|
|
• Azər Zahid haqda həbs qərarı verildi: Bu cinayətlərdə ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 19:09 |
|
|
|
• Ermənistanla səfirliklərin açılması Azərbaycanla koordinasiyalı şəkildə reallaşacaq
Dünən, 19:00 |
|
|
|
• 4 milyon manatlıq şirkət kapitalını 10 min manata endirib
Dünən, 18:58 |
|
|
|
• Kredit daha çox hansı sektora yönəlib? - AKTUAL
Dünən, 18:16 |
|
|
|
• Diplomların tanınmaması normaldır... - ÇÜNKİ...
Dünən, 18:04 |
|
|
|
• “Embraer” təyyarələri nə qədər təhlükəsizdir? – Qəza tarixi
Dünən, 17:52 |
|
|
|
• Qəzadan əvvəl kəlimeyi-şəhadət gətirən sərnişin sağ qaldı - VİDEO
Dünən, 17:41 |
|
|
|
• AZAL-dan MATƏM PAYLAŞIMI - "Onların ağrısı bizim də ağrımızdır..."
Dünən, 17:31 |
|
|
|
• “Oranı qarışdıran əsas İran idi... İranı da təcrid etdilər...” - Etibar Məmmədov
Dünən, 17:21 |
|
|
|
• Məhkəmə sertifikasiyadan kəsilən müəllimlərin tələbini RƏDD ETDİ - TƏFƏRRÜAT
Dünən, 17:15 |
|
|
|
• Rusiya XİN təyyarə qəzasından sonra Aktauya diplomatlar göndərib - Zaxarova
Dünən, 17:13 |
|
|
|
• "Tağı İbrahimov özünü təqsirli bilməsə də, 400 min manat ödəyib" - Emalatxanada 10 nəfərin öldüyü partlayışla bağlı MƏHKƏMƏ
Dünən, 17:06 |
|
|
|
• Möhnətovdan şəhid ruhuna SAYĞISIZLIQ... - BU, HƏDDSİZLİKDİR!!!
Dünən, 17:02 |
|
|
|
• Təyyarə qəzasından sağ çıxan şəxs: - "Havada olarkən partlayış səsi eşitdik"
Dünən, 16:57 |
|
|
|
• “Sun Qaynaq” şirkətindən milyonlarla manat vəsait geri götürüldü
Dünən, 16:46 |
|
|
|
• Təyyarə qəzasında İTV-nin keçmiş əməkdaşı həlak olub - FOTO
Dünən, 16:43 |
|
|
|
• Qəzaya düşən təyyarəni ilk lentə alan bloqer saxlanıldı - FOTO
Dünən, 16:40 |
|
|
|
• Ermənistan SÜLH ÜÇÜN TƏRPƏNMİR -“Prosesi 2026-cı ilə qədər uzatmaq istəyir”
Dünən, 16:37 |
|
|
|
• Təyyarənin qəzaya düşməzdən əvvəl çəkilən son GÖRÜNTÜLƏRİ - VİDEO
Dünən, 16:33 |
|
|
|
• Sədri dəyişən metropolitendə nə dəyişəcək? - "Stansiya və depoların sayı artırılmalıdır, əlaqəli xətt qurulmalıdır"
Dünən, 16:30 |
|
|
|
• “İcra Hakimiyyətində bizi qəbul etməyi özlərinə yaraşdırmırlar” - 5 şəhidi , 70 müharibə iştirakçısı olan kəndin sakinləri çarəsiz vəziyyətdədir
Dünən, 16:27 |
|
|
|
• Paşinyanın rəqibi Vardan Oskanyan olacaqsa... - ŞƏRH
Dünən, 16:22 |
|
|
|
• Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var - Prezident İlham Əliyev
Dünən, 16:20 |
|
|
|
• Matəm günündə dərs olacaq? - RƏSMİ AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Quru sərhədlər açıq olsaydı, qəza baş verməyəcəkdi? - "Bu, nə təfəkkürdür?.."
Dünən, 16:01 |
|
|
|
• Belə qəzalardan heç bir ölkə sığıortalanmayıb... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:59 |
|
|
|
• Tələbələrin ölkədə qalması üçün: Universitetlərə qəbul şərtləri dəyişə bilər - ŞƏRH
Dünən, 15:57 |
|
|
|
• Sabiq deputatı Fərhad Qəribov vəfat edib
Dünən, 15:55 |
|
|
|
• Nə qədər ki Rusiya-Ukrayna sabaşı DAVAM EDİR... - AKTUAL
Dünən, 15:54 |
|
|
|
|