Candərdi keçirilən Aşqabaq Zirvəsi: Putin inamsız, Rəisi narahat, digər liderlər narazı - İNCƏLƏMƏ...
Tarix: 2-07-2022, 10:28 | Çap et
İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib. Zirvə Toplantısı çərçivəsində Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentlərinin geniş tərkibdə görüşü olub. Toplantıda Xəzərin problemi, Xəzəryanı dövlərlərin əməkdaşlığı kimi məsələlər müzakirəyə çıxarılıb. Zirvə Toplantısı çərçivəsində prezidentlərin ayrı-ayrılıqda təkbətək görüşləri də keçirilib, müzakirələr aparılıb. diaaz.space xəbər verir ki, Aşqabaddakı toplantı ilə bağlı fikirlərini AYNA ilə bölüşən "Şərq-Qərb" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib ki, bu Zirvə sönük keçməsi ilə yadda qalıb:
- Ümumiyyətlə, Zircə Toplantısının gündəmi də bəlli deyildi ki, o ölkələrin nəyi müzakirə etdiyini analiz edəsən. Belə təəssürat yarandı ki, bu, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə həyata keçirilən və daha çox G7 ölkələrinin toplantısına, orada verilən qərarlara və NATO-nun Madrid Sammitində verilən qərarlara münasibətin ifadəsi idi. Rusiya bununla göstərmək istəyirdi ki, strateji əhəmiyyətə malik olan Xəzər hövzəsi Rusiyanın nəzarətindədir, Rusiya bu bölgədə söz sahibidir. Çünki artıq Qərb istiqamətində hədəflərinə çata bilməyən Rusiya başa düşür ki, onun nəzarətindən çıxacaq növbəti istiqamət Cənubdur. Xəzər və Cənubi Qafqaz bütövlükdə Rusiya üçün geosiyasi baxımdan son dərəcə əhəmiyyətlidir. Çünki bu bölgəyə nəzarət edən dövlət, qlobal güc iki mühüm dəhlizə nəzarət edəcək - Şimal-Cənub Dəhlizinə və Şərq-Qərb Dəhlizinə. Əlbəttə, buraya nəzarət Rusiyanın istəyidir, niyyətidir.
İran Rusiyanın mövqeyini bir tərəfdən bölüşür, çünki onlar müttəfiqdirlər. Digər yandan, Tehran başa düşür ki, Rusiya İrana həm də rəqibdir. Məhz ona görə də 2018-ci ilin avqustunda Aktauda imzalanmış Xəzərin statusuna dair Konvensiya İran tərəfindən hələ də ratifikasiya olunmayıb. Aşqabadda keçirilən toplantıdakı çıxışlardan da görünürdü ki, üzdəki görüntüyə baxmayaraq, Xəzərin statusu ilə bağlı, ümumiyyətlə, Xəzər hövzəsinə aid siyasətlə bağlı Xəzəryanı ölkələr arasında kifayət qədər mübahisəli məqamlar var.
Görüş haqqında istər Rusiyanın, istər Azərbaycanın, istərsə də digər ölkələrin mediasında məlumatlar son dərəcə az oldu. Görüntü naminə xəbərlər getdi ki, filankəslər görüşdü, filan sözləri dedilər və s. Sammitlə bağlı bir kommunike də yayılmadı ki, nələrin əldə olunduğu, nələrin razılaşdırıldığı aydınlaşsın. Ona görə də dediyim kimi, görüş iki məqsəd daşıyırdı: NATO və G7 ölkələrinə Putinin cavabı və Rusiya göstərmək istəyirdi ki, Cənuba nəzarəti əldə saxlayacaq. Təbii ki, Xəzəryanı ölkələrin burada mövqeyi önəmli olduğu üçün Putin dövlət başçıları ilə ayrı-ayrı görüşlərində də çalışırdı ki, nəbz yoxlaması aparsın. Buna nə qədər nail ola bildi, söyləmək çətindir. Çünki məlumat az oldu.
- Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başlamasından sonra Putin ilk dəfə idi ki, xaricə səfər edirdi. Rusiya Prezidenti Aşqabada getməklə dünyaya hansı mesajı verdi, onun davranışlarından hansı nəticə çıxarmaq olar?
- Ukraynaya qarşı təcavüzkar müharibənin 4 ayından sonra Rusiya rəhbərinin xaricə səfər etməsinə yanaşmada bir sıra detallar vardı ki, bəlkə də, nəzərə almamaq olardı. Məsələ burasındadır ki, Putinin paranoyası, səhhətinə, həyatına görə canını almış qorxu orada da özünü göstərdi. Adi bir misal çəkim: Türkmənistan hökuməti qonaqların qarşılanmasını ənənəvi qaydada, duz-çörəklə həyata keçirdi. Bu qayda təkcə Putinə şamil edilmədi. Putin təyyarədən düşdü, heç kəslə əllə salamlaşmadı, avtomobilinə əyləşdi və birbaşa tədbir keçirilən məkana getdi.
Digər tərəfdən, putinsayağı təşkil olunmuş görüş masası göstərirdi ki, toplantı Rusiya Prezidentinin təklifi ilə, yaxud xahişi və ya israrıyla təşkil edilmişdi. Görüş kadrları göstərir ki, Rusiya Prezidentinin psixoloji vəziyyəti xeyli sual doğurur. Ən nəhayətində, Putinin çıxışlarında inamsızlıq müşahidə edilirdi. Kreml sahibi bütün strateji məsələlər haqqında ötəri danışırdı. Yükdaşımaları, Xəzərin təkindəki resurslardan birgə istifadə, ekoloji məsələlər, daha çox mədəni tədbirlər, kino festivalı və s. tipli mövzulara diqqət çəkdi.
Görünən o oldu ki, Xəzəryanı ölkələrin rəhbərləri ilə Putin arasında ciddi zidiyyətlər var. Belə zidiyyətlər olmasaydı, əlbəttə ki, Sammit ərəfəsində Rusiya Xəzərdən raketlə Ukraynaya zərbələr endirməzdi. Əslində bu, həm də Xəzəryanı dövlətlərə Rusiyanın mesajıdır. Başqa bir mesaj Xəzər hövzəsində marağı olan dünya güclərinə mesajdır.
- Rəsmi açıqlamalara əsasən, nələrin müzakirə edildiyi bəllidir. Sizcə, ikitərəfli görüşlərdə pərdəarxası nələr müzakirə olunub?
- İkitərəfli görüşlərdə, şübhəsiz ki, hansısa məsələlər müzakirə olunub. Əks təqdirdə belə bir tədbirə ehtiyac olmazdı. Əminəm ki, danışıqlar olub, amma hansı kontekstdə, hansı istiqamətdə, dəqiq demək bir qədər çətindir. Rusiya üçün hazırda əhəmiyyətli olan üç məsələ var ki, bunlar haqda danışdıq. Bu, başqa məsələdir ki, Rusiya üçün əhəmiyyətli olan məsələlərə digər Xəzəryanı dövlətlər necə yanaşır. Əlbəttə, neqativ yanaşırlar. Çünki dəhliz məsələlərində Qazaxıstanın maraqları Çinlə, Azərbaycanla, Türkiyə ilə, Avropa Birliyi ilə üst-üstə düşür. Çünki Şərq-Qərb dəhlizi Çin-Avropa əlaqələrini təmin etmək üçün yaradılıb. Daşınmalar, logistika həmin dəhliz üzərindən həyata keçirilir.
Rusiyanın istədiyi ikinci məsələ, təbii ki, Xəzər hövzəsində Xəzəryanı olmayan digər dövlətlərin hərbi təmsilçiliyinin olmamasıdır. Şübhəsiz ki, bu mövzu ətrafında da müzakirələr aparılıb. Üçüncü məsələ var ki, bu, çox önəmlidir. Rusiyanın Avropanın enerji bazarından sıxışdırılması alternativlərə ehtiyac yaradır. Alternativlərdən biri də Xəzəryanı ölkələrin enerji resurslarıdır. Bütün bu enerji daşıyıcılarının daşınma infrastrukturu Azərbaycan ərazisində cəmləşib. İstər Bakı-Tbilisi-Ceyhan olsun, istərsə TANAP və TAP olsun, hamısı Azərbaycan ərazisindən keçir. Deməli, Qazaxıstanın, Özbəkistanın və Türkmənistanın enerji daşıyıcılarını Azərbaycanda olan infrastruktura qoşmaq üçün Transxəzər layihəsi həyata keçirilməlidir. Əlbəttə, Rusiya bunu istəmir.
İran da, ola bilsin ki, Xəzər hövzəsinin digər ölkələri ilə eyni maraqdadır. Çünki İranın kifayət qədər qaz ehtiyatları var. Bu halda şübhəsiz ki, İranın maraqları Azərbaycan və digər Xəzəryanı ölkələrlə üst-üstə düşür, Rusiya istisna olmaqla. Görünür ki, İran məhz bu səbəbdən Aktau Konvensiyasını hələ də ratifikasiya etməyib. Ümumiyyətlə, İran Prezidenti İbrahim Rəisi Aşqabaddakı toplantıda çox narahat görünürdü. Rəisi sanki öz çevrəsində deyildi. Dediyim üç məsələ ətrafında ikitərəfli görüşlərdə müzakirələr olub. Başqa hansı müzakirələrin aparıldığı haqqında fikir yürütmək çətindir.
- İran Prezidenti açıqlama vermişdi ki, Xəzər hövzəsində Xəzəryanı dövlətlərdən başqa ölkələrin hərbi iştirakı yolverilməzdir. Bundan əvvəl Rusiya tərəfindən də belə açıqlamalar verilib. Belə hesab edilir ki, bu bəyanatlar Azərbaycan və Türkiyəyə mesajdır. Çünki Xəzərdə Azərbaycanla Türkiyə hərbi təlimlər gerçəkləşdirmişdi. Maraqlıdır, bu mesajların effekti nə qədərdir?
- Şübhəsiz ki, bu məsələdə ən ciddi rəqib Türkiyədir. Məlumdur ki, Türkiyənin Xəzər hövzəsindəki əsas tərəfdaşı Azərbaycandır. Artıq Azərbaycan Türkiyə ilə birlikdə müəyyən proqramları, layihələri həyata keçirir. O cümlədən də, hərbi və strateji layihələr. Bu, anlaşılandır. Çünki Xəzər təkcə Rusiya üçün Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinə nəzarət baxımından önəmli deyil, Xəzər həm də Türkiyə üçün Mərkəzi Asiyaya çıxış imkanıdır. Ona görə də hesab edirəm ki, Xəzəryanı ölkə rəhbərlərinin "Xəzərdə başqa ölkələrin hərbi iştirakı yolverilməzdir" bəyanatı təbiidir. İstər İran Prezidenti, istərsə də Rusiya Prezidenti bu barədə açıqlamalar veriblər. Bu bəyanatlar Azərbaycan və Türkiyəyə mesajdır.
Lakin düşünmürəm ki, bu mesajların effekti olacaq. Çünki Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik mövcuddur və bu, özünü təkcə Xəzər hövzəsində göstərmir. Prezident İlham Əliyevin son Özbəkistan səfəri, Azərbaycanla Mərkəzi Asiya arasında intensiv əlaqələr göstərir ki, Azərbaycan bu məsələdə Türkiyə ilə tandemdədir. Bu, təhdid, xəbərdarlıq xarakterli bəyanatların effekt verməyəcəyini göstərir. Ona görə ki, 2018-ci ildə imzalanan Xəzərin statusu haqqında Aktau Konvensiyasına əsasən, ölkələrin dəniz suları 20 mil - təxminən 30 kilometrə yaxın məsafəni əhatə edir. Həmin ərazidə də Azərbaycan suveren hüquqlara malikdir. Hüququ olan ərazidə Azərbaycan istəsə Türkiyə ilə, istəsə başqa bir ölkə ilə birgə təlimlər keçə bilər. Hərbi təlimlərin məqsədi təkcə hansısa xarici güclərin Xəzərə gətirilməsi deyil, onların təcrübəsindən yararlanmaqdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Hayların köhnə bayatılarla narahatlıq duymaları təəccüblü deyil -RƏY
Bu gün, 14:02 |
|
|
|
• İran hədəf, Ermənistan vasitə: - Cənubi Qafqazdakı təhlükəli ssenari
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycan şirkəti kapitalından 6.4 milyon manatı geri götürür
Bu gün, 13:58 |
|
|
|
• “Bu həddə çatdırmaq lazım deyil”
Bu gün, 13:04 |
|
|
|
• Ombudsmanın Çağrı Mərkəzi bayram günlərində də fəaliyyətini fasiləsiz davam etdirib
Bu gün, 13:00 |
|
|
|
• COVID-dən daha təhlükəli Metapneumovirus QAPIDA – Bu ölümcül virus nədir, necə QORUNAQ?
Bu gün, 12:58 |
|
|
|
• "Azərbaycanda icra məmuru institutu hüquq-mühafizə orqanları arasında ən bərbadıdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:55 |
|
|
|
• Rusiya qərar verdi: azərbaycanlıların işi çətinləşdi... - Bakının cavabı ləngimədi
Bu gün, 12:47 |
|
|
|
• Bakıdan yeni tələb: "Sülh sazişi" danışıqlarına bu da əlavə olundu - GƏLİŞMƏ
Bu gün, 12:46 |
|
|
|
• Hava bəzi yerlərdə arabir yağıntılı olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Tanınmış həkimdən qadınlara: - Etməyin, çox iyrənc görünürsünüz!
Bu gün, 12:39 |
|
|
|
• Suriyanın yeni hakimiyyəti kürd yaraqlılarından silahı yerə qoymağı tələb edib - "Hürriyet"
Bu gün, 12:37 |
|
|
|
• Sabiq maliyyə nazirinə hökm oxundu - O, məhkəmədə Seymur Talıbova verdiyi pulun məbləğini açıqladı
Bu gün, 12:32 |
|
|
|
• Xalq artistinin nəvəsi vəfat etdi - FOTO
Bu gün, 12:30 |
|
|
|
• Ermənilər YENƏ BAŞLADI: Mövqelərimiz ATƏŞƏ TUTULUB... - QAŞINIRLAR...
Bu gün, 12:29 |
|
|
|
• 2024-cü ildə hansı ölkə xoşbəxt olub?
Bu gün, 12:27 |
|
|
|
• Qəfil halı pisləşən alimin xəstəxanaya verməyə də PULU YOXDUR... - "Ölüm anında ani düşündüm ki..."
Bu gün, 12:22 |
|
|
|
• SOCAR-ın “Petkim”ə investisiyalarının həcmi açıqlanıb
Bu gün, 12:16 |
|
|
|
• Tanınmış milyonçuya qarşı dələduzluqda ittiham olunan şəxslərdən biri ölüb - TƏFƏRRÜAT
Bu gün, 12:03 |
|
|
|
• "Reklam xatirinə işlər görmək, zahiri effektlər yaratmaq mahiyyəti dəyişmir" - Tahir Kərimli AYNA-nı tənqid etdi
Bu gün, 11:57 |
|
|
|
• "Ermənistan" layihəsi başa çatdı: Bakının sülh şərtləri dəyişir... - keçmiş nazir ŞƏRH EDİR
Bu gün, 11:51 |
|
|
|
• Rusiya ordusu Ukraynanın Kuraxovo şəhərini ələ keçirib
Bu gün, 11:47 |
|
|
|
• Əsl erməni faciəsi və qəddarlığı... - ƏLAHƏZRƏT FAKT!
Bu gün, 11:46 |
|
|
|
• Şəkidəki seçkilərdə `OĞRU` MARAĞI... - FOTOFAKT
Bu gün, 11:45 |
|
|
|
• Petrosyanın açıq etirafları... məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır
Bu gün, 11:37 |
|
|
|
• Novayaepoxa.com və Yenicag.info saytları 8 yaşında
Bu gün, 11:35 |
|
|
|
• Yəqin icra başçısı bundan xəbərsizdir... - YOXSA...
Bu gün, 11:32 |
|
|
|
• Bakı həbsxanasında DAHA BİR ÖLÜM
Bu gün, 11:18 |
|
|
|
• İctimai nəqliyyat kimlər üçün pulsuz olacaq? - ARAŞDIRMA
Bu gün, 11:16 |
|
|
|
• “Amin Mərdəkanski”ni qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:09 |
|
|
|
• Nəcəfli sanki Talıbova SƏDAQƏT ANDI İÇİB... - NARAZILIQ VAR...
Bu gün, 11:04 |
|
|
|
• "Naxçıvana maneəsiz gediş-gəliş xalqımız üçün həyati və strateji əhəmiyyət kəsb edən məsələdir" - deputat
Bu gün, 11:01 |
|
|
|
• Vurulmuş təyyarə: haqlı tələblər və haqsız tənələr - Görünəni odur ki...
Bu gün, 10:59 |
|
|
|
• Yeni ildə sülh gözləntisi: ümidlər, risklər və əngəllər - İNCƏLƏMƏ
Bu gün, 10:58 |
|
|
|
• “Lukaşenko məndən üzr istədi, dedi, zavodu vur” – Zelenski
Bu gün, 10:57 |
|
|
|
• Prezident təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşüb
Bu gün, 10:55 |
|
|
|
• Dövlətə xəyanətə görə həbs edilən şəxsin mühakiməsi başlayır - DTX əməliyyatı
Bu gün, 10:54 |
|
|
|
• Beynəlxalq “IQ” testinə görə Azərbaycan Gürcüstandan çox geridə qaldı... - Ermənistan isə...
Bu gün, 10:52 |
|
|
|
• Azərbaycanda xəstəxanada xəyanətin üstü açıldı: Qadın evli kişi ilə... - VİDEO
Bu gün, 10:51 |
|
|
|
• Fars-molla rejimi İŞ BAŞINDA: Bu dəfə təxribata əl atdılar... - guya Azərbaycanda...
Bu gün, 10:47 |
|
|
|
• Bayden Sorosa "Azadlıq" medalı verməklə bu mükafatı dəyərdən saldı - "Fox News"
Bu gün, 10:43 |
|
|
|
• Bankdan vətəndaşların adına kredit necə götürülüb? - 1 milyon manat ziyan var
Bu gün, 10:40 |
|
|
|
• “Avant Group”a yaxın yeni şirkət TƏSİS EDİLDİ
Bu gün, 10:39 |
|
|
|
• Petrosyanın çıxışı: Azərbaycan iddia qaldıra bilər? - AKTUAL
Bu gün, 10:37 |
|
|
|
• “Oleq Bakinski”yə qarşı əlavə ittiham irəli sürüldü - TƏFƏRRÜAT
Bu gün, 10:30 |
|
|
|
• Guya buraları dövlət adına qoruyurlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:28 |
|
|
|
• Tofiq Məmmədovun öldüyü qəzada günahlandırılan sabiq polis kassasiya şikayəti verdi
Bu gün, 10:19 |
|
|
|
• Bakıda 165 ailəni aldadan şəxs azadlıqda! - Hakim Elnur Nuriyevlə Pənah Kərimovu nə bağlayır?
Bu gün, 10:17 |
|
|
|
• Juninyonun "Sevilya"ya keçidinin detalları: - İspaniya klubu "Qarabağ"a əlavə 250 min avro ödəyə bilər
Bu gün, 10:12 |
|
|
|
• Gənclər və İdman Nazirliyinin pulunu mənimsəyən sabiq idarə rəisinin məhkəməsi bu tarixdə başlayacaq
Bu gün, 10:11 |
|
|
|
|