İsrail kəşfiyyatına uduzan İran: köhnəlmiş texnika və metodla işləyən Tehran - NƏ BAŞ VERİR?
Tarix: 28-06-2022, 15:04 | Çap et
Coğrafi baxımdan bir-birindən uzaqda yerləşən ölkələri çağdaş texnologiya yaxınlaşdırıb. Bu və başqa səbəblərdən dövlətlərin təhlükəsizliyinin sərhədləri ölkələrin daxilləri ilə məhdudiyyətləşmir.
Öz milli təhlükəsizliyini dost, yaxud yaxın olan dövlətlərlə yanaşı rəqiblər və düşmənlər də üçüncü ölkənin ərazisində qurmağa çalışır, həmin ərazidən onun fəaliyyətini müşahidə edir. Hadisələr və rəsmilərin çıxışlar deməyə əsas verir k, İran və İsrail də bir-birini başqa dövlətlərin ərazisindən izləyir.
Son günlər Türkiyənin İstanbul şəhərində israillilərə qarşı hazırlanan 3 terror aktının qarşısının alınması da bunu təsdiqləyir. “İsrael a-Yom”un məlumatına görə, terror aktlarını İrana aid üç ayrı qruplar reallaşdırmağa hazırlaşırmış. Onların birincisi İstanbulun Bəyoğlu rayonunda, İsrailin keçmiş səfiri və onun həyat yoldaşına qarşı, ikincisi, İstanbulda İsraildən olan çoxsaylı turistlərin getdiyi bazarda, üçüncü hadisə isə İran və Türkiyə vətəndaşlarından ibarət qrup tərəfindən israillilərə qarşı törədiləcəkmiş. Sonuncu barədə detallı məlumat yayılmayıb.
İslam Respublikası orqanlarının törətmək istədikləri terror aktları Türkiyə və İsrailin uyğun qurumları tərəfindən ifşa olunub. Rəsmi mənbələr bildirib ki, bu cinayətlər İranın Kəşfiyyat Nazirliyi (SAVAMA, Məhəmmədrza Şahın dövründə SAVAK) hazırlayıb. Əməliyyat nəticəsində 8-10 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Beləliklə, İran SAVAMA-sının əməliyyatı iflasa uğrayıb. Bu, İslam Respublikası kəşfiyyat və təhlükəsizlik qurumlarının zəiflədiyindən, yoxsa İsrailin uyğun orqanların daha güclü işlədiyindən xəbər verir? Çünki əvvəllər İranın kəşfiyyat orqanları ABŞ və İsrail vətəndaşlarına, vəzifəli şəxslərinə qarşı bir sıra teraktlar törədiblər. Həmin cinayətləri törədənlər ələ keçməsi barədə geniş məlumat olmayıb, nəticədə belə qalmaqal da yaranmayıb. Ancaq bu dəfə qruplar faş olunub.
Yeri gəlmişkən, İranın kəşfiyyat, təhlükəsizliklə məşğul olan bir neçə orqanı var: İnformasiya Nazirliyi (ETTELAAT), Silahlı Qüvvələrin Kəşfiyyatı, Hərbi Kəşfiyyat (şahdan qalma, ənənəvi Ərteşin kəşfiyyat orqanı), İnqilab Keşikçiləri Qvardiyasının siyasi və hərbi-siyasi kəşfiyyatı, Asayiş Keçikçiləri qüvvəsinin hərbi-siyasi kəşfiyyatı və s. Bu orqanlar kəşfiyyat rəhbərliyinin fəaliyyətini və planlarını reallaşdırırlar. Kəşfiyyatın ali rəhbəri İran İslam Respublikasının Ali Baş Komandanı və Ali Rəhbəridir. İndi bu vəzifəni ayətullah Seyid Əli Xamənei tutur. Kəşfiyyatın baş siyasi xəttini o müəyyənləşdirir və Ali Milli Təhlükəsizlik Şurasına uyğun tapşırıqlar verir.
Şurada aşağı instansiyalardan daxil olan əməliyyat-kəşfiyyat və əks-kəşfiyyat məlumatları təhlil edilir.Onun əsasında hər bir konkret hal və yaranmış vəziyyət üçün optimal həll yolu işlənib hazırlanır.
Kəşfiyyatın fəaliyyət istiqaməti barədə də qısaca məlumat vermək istərdik.
Məhəmməd Xatəmin prezidentliyi dönəmində SAVAMA-ya, “ETTELAAT”a başçılıq etmiş Əli Yunisi MDB ölkələrinin xüsusi xidmət orqanları, xüsusilə Rusiya, Qazaxıstan, Ermənistan və s. ilə əməkdaşlığa diqqət ayırıb. Onun rəhbərliyi altında ABŞ-ın İraqdakı fəaliyyəti ilə bağlı bir sıra əməliyyatlar keçirilib.
İran kəşfiyyatının xaricdəki bütün nümayəndəlikləri və səfirliklərində bölmələri fəaliyyət göstərir. Bunun üçün qvardiya və ETTELAAT-da xüsusi bölmə fəaliyyət göstərir. Onlar müxtəlif ölkələr üzrə casusular toplayırlar. İranın başlıca güc strukturu İnqilab Keşikçiləri Qvardiyası və onun kəşfiyyat orqanı sayılır. Bu hərbi qurumun son illər ən çox “Qüds” adlı Xüsusi Təyinatlı Qüvvəsinin adı hallanır. Bu qüvvə xaricdə islam adı altında yaranan iranyönlü müxtəlif təşkilatlara hərtərəfli (maddi, maliyyə və s.) yardım edir. Terror əməliyyatları həyata keçirir, yaxud onu təşkil edir. “Qüds” casus şəbəkəsi yaradır, intiharçı-terrorçu hazırlayır. Bu qolun xaricdə qanunsuz olaraq rezidentliyi də fəaliyyət göstərir. Onun 8 idarəsi var. Onlardan biri də Türkiyə və Cənubi Qafqaz üzrə fəaliyət göstərir. “Qüds” Türkiyədə kürd etnik qrupuna məxsus “Hizbullah” Hərəkatını, terrorçu PKK-nı və Azərbaycanda İslam Partiyasını dəstəkləyir.
Qeyri-rəsmi mənbələrin məlumatına əsasən, “Qüds”ün tərkibində “İmam Əli” adlı idarə də fəaliyyət göstərir. Bu idarədə hərbi birində 18 nəfər kişilərdən ibarət intiharçı-döyüşçü olmaqla 30 dəstə, hər birində 10-15 qadın intiharçı-döyüşçülər olmaqla 45 dəstə var və s...
Yayılan məlumatlara əsasən, son illər “Qüds” müxtəlif ərazilərdə, Hindistan və Keniyada, habelə regoin ölkələrində ciddi qüsurlara yol verib. Onun agentləri ifşa olunub və ya əxlaqsızlıqla məşğul olduqları aşkarlanıb. Son 10 ildə bu qolun ən “uğurlu” əməliyyatı Bolqarıstanda İsrail turistlərini aparan avtobusu partlatması sayılır. İsrailin o vaxtkı Baş naziri Benyamin Netaniyahu hadisəyə görə İranı suçlamışdı. Bolqarıstanın Burqas şəhərindəki hava limanında avtobusun partlaması nəticəsində azı 3 nəfər ölmüş, 20-dən çox turist isə yaralanmışdı.
2020-ci il yanvarın 3-də “Qüds”ün komandanı general Qasım Süleymaninin qətlə yetirilməsi İran kəşfiyyatı və qvardiyasının son illərdəki ən böyük uğursuzluqlarından sayıla bilər.
Bunun bir neçə səbəbi ola bilər: İranın kəşfiyyat orqanlarında mövcud hakimiyyətə sadiqlik azalıb; kəşfiyyat qurumlarının texniki təchizatı köhnəlib; bu qurumların əməkdaşlarının maliyyə tələbatı ödənilmədiyi üçün işin öhdəsindən gələ bilmir; kəşfiyyat və xüsusi xidmət orqanlarının əməkdaşları İran hakimiyyətinə inanmadıqları üçün informasiya sızdıdırılır və s.
İran regionun hegemon dövləti olmaq uğrunda uzun illərdir İsraillə mübarizə və rəqabət aparır. Regionda müsəlmanların çoxluğunu nəzərə alsaq Tehran bu üstünlükdən yararlanmağı bacarmır. Sadaladığımız və başqa səbəblərdən İran İsrailə təbliğatda və fəaliyyətdə uduzur. Son hadisələrin ifşa olunması onun kəşfiyyatına, xüsusi ilə qvardiyasına, o cümlədən “Qüds”ə böyük zərbədir... //report.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dövlət qurumu 1 milyon manata yaxın laborator avadanlıqlar aldı - QALİB ŞİRKƏT
Bu gün, 00:05 |
|
|
|
• Xankəndidə 100 manat sərmayə ilə tibb mərkəzi yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• Prezident İlham Əliyevdən İranla bağlı sərt mesajlar - “O molla qovulmalıdır, Azərbaycandan üzr istəməlidir"
Dünən, 22:38 |
|
|
|
• Azərbaycanın 3 gəmisi heyətlə birgə girov götürülüb - VİDEO
Dünən, 22:36 |
|
|
|
• Biri-birini təkzib edən açıqlamalar: - İranda hakimiyyət bir nöqtədən idarə olunmur
Dünən, 19:00 |
|
|
|
• "Nikol Paşinyan Ermənistan ordusuna nəzarəti itirib, sülh müqaviləsini gündəlikdən çıxartmağa çalışır"
Dünən, 18:58 |
|
|
|
• Paşinyanın qadınlarla bağlı qərarı etiraz yaratdı
Dünən, 18:09 |
|
|
|
• Sülh olmasa, müharibə başlaya bilərmi? - ŞƏRH
Dünən, 18:08 |
|
|
|
• Kiyev xaricdəki ukraynalıları geri qaytarmaq istəyir
Dünən, 18:01 |
|
|
|
• Ərini öldürüb, meyitini parçalayan qadınla bağlı ŞOK FAKTLAR - VİDEO
Dünən, 17:56 |
|
|
|
• Azərbaycanda dəhşət: Fəhlə betonqarışdıranın içində öldü - "İş düzgün araşdırılmır"
Dünən, 17:52 |
|
|
|
• İki ölkəni hədəf alan plan Bakıda məhv edildi – Qafqazda yeni təhlükə
Dünən, 17:48 |
|
|
|
• “Premium Bank”a sığorta agenti fəaliyyəti lisenziyası verilib
Dünən, 17:45 |
|
|
|
• Yardımlı sakini ünvanlı sosial yardım ala bilmir - nazirlikdən xahiş edir
Dünən, 17:36 |
|
|
|
• Naxçıvan Dövlət Milli Dram Teatrına direktor təyin edilib - FOTO
Dünən, 17:35 |
|
|
|
• Köçəryanın oğlunun işi üzrə məhkəmə iclası keçirilir
Dünən, 17:23 |
|
|
|
• Nazirin bacanağının şirkəti ilə dövlət qurumu arasında sığorta qalmaqalı - TƏFƏRRÜAT
Dünən, 17:21 |
|
|
|
• Suraxanıda ağacları kəsib yerində obyekt tikirlər - BU DA BU...
Dünən, 17:16 |
|
|
|
• Moskvanın “ölüm səssizliyi”... DAVAM EDİR!
Dünən, 17:10 |
|
|
|
• "Putinin dövlət başçımıza iki dəfə zəng etməsi və üzr istəməsi..." - deputat
Dünən, 17:06 |
|
|
|
• Sankt-Peterburqdan Özbəkistana uçan təyyarə Moskvaya məcburi eniş edib
Dünən, 17:00 |
|
|
|
• İsrail Türkiyə ilə müharibəyə hazır olmalıdır? - AKTUAL
Dünən, 16:45 |
|
|
|
• Türkiyə 2 min km mənzilli raket istehsal edib - Ərdoğan
Dünən, 16:40 |
|
|
|
• Bu şirkət icarə xidmətindən 1,5 milyon manat – QAZANACAQ
Dünən, 16:36 |
|
|
|
• Naxçıvanda camaata NƏ YEDİRİRLƏR: BİLMƏK İSTƏYİR... - "...camaat da məcbur qalıb keyfiyyətsiz çörək alır"
Dünən, 16:30 |
|
|
|
• Saxta həkimlərin qurbanı olanlar: Bu qadınlar ərindən xəbərsiz süni mayalanmaya gedir - BU NƏDİ BELƏ?..
Dünən, 16:26 |
|
|
|
• Qazaxıstan ədalətli araşdırmadan yayınacaqmı? - SUAL BUDUR... BU!
Dünən, 16:17 |
|
|
|
• Şahin Bağırov şöbə rəisini işdən çıxardı: Xidmətə müavin təyin etdi - FOTO
Dünən, 16:13 |
|
|
|
• Gəncədəki Mərkəzi Qan Bankına SU DAMIR... - VİDEO
Dünən, 16:08 |
|
|
|
• Azərbaycanda bir sıra büdcə təşkilatlarında əməkhaqları artırılıb - SİYAHI
Dünən, 16:03 |
|
|
|
• "Mən ailəmin çörəyindən kəsib, odun alıram" - NARAZILIQ VAR...
Dünən, 16:01 |
|
|
|
• “Dedilər ki, bu qədər ödə, sizə “Əməkdar artist” adı verək" - İTTİHAM VAR...
Dünən, 15:55 |
|
|
|
• AYNA-dan qulaqardı YANAŞMA – “Təkliflər versəm də, nəzərə almadılar”
Dünən, 15:52 |
|
|
|
• Sərhəddə atılan güllələrin üzərində hansı paytaxtların adı yazılıb? - Ermənistan hücuma keçdi
Dünən, 15:49 |
|
|
|
• Vüqar Qurbanov onu baş həkim təyin etdi - ƏMR
Dünən, 15:47 |
|
|
|
• ABŞ-dan Bakıya gözlənilən məktub: - Əliyev 13 gün sonra Vaşinqtona gedəcək?
Dünən, 15:28 |
|
|
|
• Lalə Şövkətdən yeni qərar: Əvəz Temirxana qadağa qoydu - AÇIQLAMA
Dünən, 15:26 |
|
|
|
• Azərbaycan niyə İranda bu qədər qıcıq yaradır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:24 |
|
|
|
• “Veysəloğlu”da yeni təyinat - ƏMR
Dünən, 15:22 |
|
|
|
• Pentaqon “WeChat”ın tərtibatçısını Çin ordusu ilə əlaqəli olan şirkətlərin siyahısına saldı - “Reuters”
Dünən, 15:22 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: - Qollarını doğradı, sonra özünü asdı
Dünən, 15:15 |
|
|
|
• MN-də 143 milyon mənimsəmə faktına görə təqsirləndirilən sabiq vəzifəli şəxslər barələrindəki hökmdən apellyasiya şikayəti veriblər - DETALLAR
Dünən, 15:13 |
|
|
|
• AQTA-da hansı ölkənin qanunları işləyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:08 |
|
|
|
• Ukraynaya Belarusu müharibəyə sürükləmək əmri verilib - Lukaşenko
Dünən, 15:02 |
|
|
|
• BRICS-in Kazan sammiti narahatedici siqnaldır - Fransa XİN
Dünən, 15:01 |
|
|
|
• İran-Azərbaycan münasibətləri niyə gərginləşib? - AKTUAL
Dünən, 14:02 |
|
|
|
• Tehran Zəngəzur dəhlizi problemini Türkiyəyə "aparır" - RƏY
Dünən, 14:00 |
|
|
|
• “Unibank”da səhmdarların növbədənkənar yığıncağı keçiriləcək
Dünən, 13:58 |
|
|
|
• Tehranın Zəngəzur qorxusu: - Pərdə arxasındakı 4 SƏBƏB
Dünən, 13:05 |
|
|
|
• Bakı Tbilsi və İrəvandan daha ucuz şəhərdir - “Numbeo”
Dünən, 13:02 |
|
|
|
|