Dövlət qurumu 1 milyon manata yaxın laborator avadanlıqlar aldı .....                     Xankəndidə 100 manat sərmayə ilə tibb mərkəzi yaradılıb .....                     Prezident İlham Əliyevdən İranla bağlı sərt mesajlar .....                     Azərbaycanın 3 gəmisi heyətlə birgə girov götürülüb .....                     Biri-birini təkzib edən açıqlamalar: .....                     "Nikol Paşinyan Ermənistan ordusuna nəzarəti itirib, .....                     Paşinyanın qadınlarla bağlı qərarı etiraz yaratdı .....                     Sülh olmasa, müharibə başlaya bilərmi? .....                     Kiyev xaricdəki ukraynalıları geri qaytarmaq istəyir .....                     Ərini öldürüb, meyitini parçalayan qadınla bağlı ŞOK FAKTLAR .....                     Azərbaycanda dəhşət: Fəhlə betonqarışdıranın içində öldü .....                     İki ölkəni hədəf alan plan Bakıda məhv edildi .....                     “Premium Bank”a sığorta agenti fəaliyyəti lisenziyası verilib .....                     Yardımlı sakini ünvanlı sosial yardım ala bilmir .....                     Naxçıvan Dövlət Milli Dram Teatrına direktor təyin edilib .....                     Köçəryanın oğlunun işi üzrə məhkəmə iclası keçirilir .....                     Nazirin bacanağının şirkəti ilə dövlət qurumu arasında sığorta qalmaqalı .....                     Suraxanıda ağacları kəsib yerində obyekt tikirlər .....                     Moskvanın “ölüm səssizliyi”... .....                     "Putinin dövlət başçımıza iki dəfə zəng etməsi və üzr istəməsi..." .....                     Sankt-Peterburqdan Özbəkistana uçan təyyarə Moskvaya məcburi eniş edib .....                     İsrail Türkiyə ilə müharibəyə hazır olmalıdır? .....                     Türkiyə 2 min km mənzilli raket istehsal edib .....                     Bu şirkət icarə xidmətindən 1,5 milyon manat .....                     Naxçıvanda camaata NƏ YEDİRİRLƏR: BİLMƏK İSTƏYİR... .....                     Saxta həkimlərin qurbanı olanlar: Bu qadınlar ərindən xəbərsiz süni mayalanmaya gedir .....                     Qazaxıstan ədalətli araşdırmadan yayınacaqmı? .....                     Şahin Bağırov şöbə rəisini işdən çıxardı: Xidmətə müavin təyin etdi .....                     Gəncədəki Mərkəzi Qan Bankına SU DAMIR... .....                     Azərbaycanda bir sıra büdcə təşkilatlarında əməkhaqları artırılıb .....                     "Mən ailəmin çörəyindən kəsib, odun alıram" .....                     “Dedilər ki, bu qədər ödə, sizə “Əməkdar artist” adı verək" .....                     AYNA-dan qulaqardı YANAŞMA .....                     Sərhəddə atılan güllələrin üzərində hansı paytaxtların adı yazılıb? .....                     Vüqar Qurbanov onu baş həkim təyin etdi .....                     ABŞ-dan Bakıya gözlənilən məktub: .....                     Lalə Şövkətdən yeni qərar: Əvəz Temirxana qadağa qoydu .....                     Azərbaycan niyə İranda bu qədər qıcıq yaradır? .....                     “Veysəloğlu”da yeni təyinat .....                     Pentaqon “WeChat”ın tərtibatçısını Çin ordusu ilə əlaqəli olan şirkətlərin siyahısına saldı .....                 

Türkiyəyə qarşı gizli ABŞ-Rusiya əməkdaşlığı? - NƏ BAŞ VERİR?
Tarix: 10-06-2022, 08:07 | Çap et
Türkiyəyə qarşı gizli ABŞ-Rusiya əməkdaşlığı?
Suriyadakı çirkin oyunu addım-addım, qətiyyətlə pozan Türkiyə əvvəlki əməliyyatlarda olduğu kimi yeni əməliyyatdan əvvəl həm ABŞ, həm də Rusiya ilə eyni vaxtda mübarizə aparır. Buna görə də yerlərdə terrorçuların təmizlənməsi üçün hərbi hazırlıqlara paralel olaraq hər iki ölkə ilə sıx diplomatik gediş-gəliş var.

Yəni dünyanın, ABŞ-ın, Rusiyanın nəbzini yoxlamadan, onun siyasi və diplomatik ölçülərindən yan keçərək əməliyyat keçirmir. Bu çərçivədə xarici işlər naziri Çavuşoğlu daha əvvəl amerikalı həmkarı Blinkenlə, dünən isə Rusiyanın xarici işlər naziri Lavrovla görüşüb. Və bir daha çox açıq şəkildə izah edib ki, Suriyanın şimalında terrorçuların mövcudluğu qəbuledilməzdir.

Əslində buna “səbr kasası diplomatiyası” da demək olar. Çünki hər iki ölkə Türkiyəyə 3 il əvvəl “PKK/YPG/PYD heç vaxt olmayacaq, qaçqınların geri qayıtması üçün mühit yaradılacaq” deyərək imzaladıqları sözü tutsaydı, buna ehtiyac qalmazdı. Amma öz öhdəliklərini xatırlamaq bir yana, Türkiyənin artan təhdid və hücumlara qarşı özünümüdafiə haqqını belə, görməzdən gəlir, “bu cür cəhdləri qəbul etmirik, qınayırıq” kimi absurd bəyanatlar verirlər. Sanki terrorçuları qorumaq üçün bir-biri ilə yarışırlar. Səbəbi də məlumdur.

Kimsə separatçı terror təşkilatını qanuniləşdirmək istəyir və bunu gizlətmir. Digəri isə PKK/YPG/PYD “kart”ını ABŞ-ın əlinə verməmək üçün terrorçuları Dəməşq ordusuna xüsusi strukturla inteqrasiya etmək planından əl çəkməyib.

Açığını deyim ki, Türkiyə terror təşkilatını zərərsizləşdirməyə çalışarkən, razılaşdığı aktorlardan biri olan NATO üzrə müttəfiqi ABŞ terror təşkilatını inkişaf etdirməyə və gücləndirməyə, digər oyunçu Rusiya isə bu missiyanı öz üzərinə götürməyə çalışır. İnkişaf etməkdə olan beynəlxalq konyukturaya və sahə reallığına görə iki ölkə arasında get-gəl vəziyyəti yaşanır.

Hətta terror təşkilatının mövcudluğu və istifadəsi baxımından aralarında üstüörtülü razılaşmanın olduğunu da söyləmək olar. Məsələn, ABŞ belə bir əməliyyatın İŞİD ilə mübarizəyə zərər verəcəyindən danışarkən, Rusiya bu gedişatdan narahatlığını bildirdi. ABŞ-a arxalanan və onurğa sütununu PKK/PYD/YPG-nin təşkil etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) Türkiyənin mümkün əməliyyatı halında Dəməşq rəhbərliyi ilə də əməkdaşlıq siqnalı verib. Əslində, SDQ-nin başında olan “Mazlum Kobani” və ya “Şahin Cilo” kod adlı PKK terrorçubaşı Ferhat Abdi Şahin Əsəddən Türkiyə döyüş təyyarələrinə qarşı hava hücumundan müdafiə sistemlərindən istifadə etməsini istəyib. Bənzərlərini əvvəllər də görmüşük.

“Sülh çeşməsi” əməliyyatı zamanı Ankaraya tələsik gəlib “biz çəkilirik, YPG də çıxacaq” sözünü verən ABŞ (bu da mübahisəli) boşalan yerləri Rusiyaya verdi. Biri geri çəkilərkən, digəri eyni vaxtda həmin ərazilərə daxil olmuşdu. Yaxud oradakı terrorçulara himayədarlıq etmək üçün ABŞ bayrağı endirilərkən Rusiya bayrağı qaldırılıb.

Bir sözlə, hər ikisinin terror təşkilatına baxışı və sevgisi üzündən Türkiyəyə qarşı hər cür çirkli əlaqələr və əməkdaşlıq mövcuddur. Buna görə də yaşanan və hələ də davam edən sıx diplomatic təmaslara baxmayaraq, hər an başlaması mümkün olan əməliyyatdan əvvəl son görüntü çox da fərqli deyil.

ABŞ birbaşa olaraq PKK/YPG/PYD ilə bağlı muxtar strukturun yaradılmasını müdafiə edir və əməliyyatın tərəfdarı deyil. Əvvəlcə “Türkiyə Suriyada baş verənlərə biganə qala bilməz” deyə Ankaraya “yaşıl işıq” yandıran, lakin sonradan Zaxarovanın açıqlamaları ilə bir fərqli mövqe sərgiləyən Lavrovun dünənki açıqlamasının mənası isə beləydi: topu daha çox ABŞ-ın qucağına atmaq. Yəni: “ABŞ Suriyada qeyri-qanuni olaraq bəzi təşkilatları qidalandırır. Suriya sərhədində xarici qüvvələrin yaratdığı təhdidlərlə bağlı türkiyəli dostlarımızın həssaslıqlarını nəzərə alırıq”.

Amma bu açıqlamalar əməl ilə də təsdiqlənirmi? Çünki Lavrov öz sözlərində Əsədlə dialoqa da işarə edib, üstəlik, bu hadisələr baş verərkən Suriya və Rusiya hərbi hava qüvvələrinin birgə hərbi təlimi də var.

Belə olan halda demək olar ki, Ankaranın bu günə qədərki əməliyyatları da, bundan sonra keçiriləcəkləri də tam qanunidir və beynəlxalq hüquqa əsaslanır. Artıq Türkiyənin nağıllara qarnı toxdur.

Bu məqamda milli müdafiə naziri Hulusi Akarın son açıqlamasını da xatırlatmaq yerinə düşər: “Millətimizə 40 il fəlakət yaşadan bu terror bəlasından xilas olacağıq. Biz qərarlıyıq və buna qadirik. Bu məsələdə heç kim qarşımıza çıxmasın, bizə mane olmağa çalışmayın. Bizim yeganə hədəfimiz terrorçulardır”.

Müəllif: Tunca Bengin
Mənbə: "milliyet.com.tr"
Tərcümə AYNA-ya məxsusdur










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət qurumu 1 milyon manata yaxın laborator avadanlıqlar aldı - QALİB ŞİRKƏT
Bu gün, 00:05
Xankəndidə 100 manat sərmayə ilə tibb mərkəzi yaradılıb
Bu gün, 00:02
Prezident İlham Əliyevdən İranla bağlı sərt mesajlar - “O molla qovulmalıdır, Azərbaycandan üzr istəməlidir"
Dünən, 22:38
Azərbaycanın 3 gəmisi heyətlə birgə girov götürülüb - VİDEO
Dünən, 22:36
Biri-birini təkzib edən açıqlamalar: - İranda hakimiyyət bir nöqtədən idarə olunmur
Dünən, 19:00
"Nikol Paşinyan Ermənistan ordusuna nəzarəti itirib, sülh müqaviləsini gündəlikdən çıxartmağa çalışır"
Dünən, 18:58
Paşinyanın qadınlarla bağlı qərarı etiraz yaratdı
Dünən, 18:09
Sülh olmasa, müharibə başlaya bilərmi? - ŞƏRH
Dünən, 18:08
Kiyev xaricdəki ukraynalıları geri qaytarmaq istəyir
Dünən, 18:01
Ərini öldürüb, meyitini parçalayan qadınla bağlı ŞOK FAKTLAR - VİDEO
Dünən, 17:56
Azərbaycanda dəhşət: Fəhlə betonqarışdıranın içində öldü - "İş düzgün araşdırılmır"
Dünən, 17:52
İki ölkəni hədəf alan plan Bakıda məhv edildi – Qafqazda yeni təhlükə
Dünən, 17:48
“Premium Bank”a sığorta agenti fəaliyyəti lisenziyası verilib
Dünən, 17:45
Yardımlı sakini ünvanlı sosial yardım ala bilmir - nazirlikdən xahiş edir
Dünən, 17:36
Naxçıvan Dövlət Milli Dram Teatrına direktor təyin edilib - FOTO
Dünən, 17:35
Köçəryanın oğlunun işi üzrə məhkəmə iclası keçirilir
Dünən, 17:23
Nazirin bacanağının şirkəti ilə dövlət qurumu arasında sığorta qalmaqalı - TƏFƏRRÜAT
Dünən, 17:21
Suraxanıda ağacları kəsib yerində obyekt tikirlər - BU DA BU...
Dünən, 17:16
Moskvanın “ölüm səssizliyi”... DAVAM EDİR!
Dünən, 17:10
"Putinin dövlət başçımıza iki dəfə zəng etməsi və üzr istəməsi..." - deputat
Dünən, 17:06
Sankt-Peterburqdan Özbəkistana uçan təyyarə Moskvaya məcburi eniş edib
Dünən, 17:00
İsrail Türkiyə ilə müharibəyə hazır olmalıdır? - AKTUAL
Dünən, 16:45
Türkiyə 2 min km mənzilli raket istehsal edib - Ərdoğan
Dünən, 16:40
Bu şirkət icarə xidmətindən 1,5 milyon manat – QAZANACAQ
Dünən, 16:36
Naxçıvanda camaata NƏ YEDİRİRLƏR: BİLMƏK İSTƏYİR... - "...camaat da məcbur qalıb keyfiyyətsiz çörək alır"
Dünən, 16:30
Saxta həkimlərin qurbanı olanlar: Bu qadınlar ərindən xəbərsiz süni mayalanmaya gedir - BU NƏDİ BELƏ?..
Dünən, 16:26
Qazaxıstan ədalətli araşdırmadan yayınacaqmı? - SUAL BUDUR... BU!
Dünən, 16:17
Şahin Bağırov şöbə rəisini işdən çıxardı: Xidmətə müavin təyin etdi - FOTO
Dünən, 16:13
Gəncədəki Mərkəzi Qan Bankına SU DAMIR... - VİDEO
Dünən, 16:08
Azərbaycanda bir sıra büdcə təşkilatlarında əməkhaqları artırılıb - SİYAHI
Dünən, 16:03
"Mən ailəmin çörəyindən kəsib, odun alıram" - NARAZILIQ VAR...
Dünən, 16:01
“Dedilər ki, bu qədər ödə, sizə “Əməkdar artist” adı verək" - İTTİHAM VAR...
Dünən, 15:55
AYNA-dan qulaqardı YANAŞMA – “Təkliflər versəm də, nəzərə almadılar”
Dünən, 15:52
Sərhəddə atılan güllələrin üzərində hansı paytaxtların adı yazılıb? - Ermənistan hücuma keçdi
Dünən, 15:49
Vüqar Qurbanov onu baş həkim təyin etdi - ƏMR
Dünən, 15:47
ABŞ-dan Bakıya gözlənilən məktub: - Əliyev 13 gün sonra Vaşinqtona gedəcək?
Dünən, 15:28
Lalə Şövkətdən yeni qərar: Əvəz Temirxana qadağa qoydu - AÇIQLAMA
Dünən, 15:26
Azərbaycan niyə İranda bu qədər qıcıq yaradır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:24
“Veysəloğlu”da yeni təyinat - ƏMR
Dünən, 15:22
Pentaqon “WeChat”ın tərtibatçısını Çin ordusu ilə əlaqəli olan şirkətlərin siyahısına saldı - “Reuters”
Dünən, 15:22
Azərbaycanda DƏHŞƏT: - Qollarını doğradı, sonra özünü asdı
Dünən, 15:15
MN-də 143 milyon mənimsəmə faktına görə təqsirləndirilən sabiq vəzifəli şəxslər barələrindəki hökmdən apellyasiya şikayəti veriblər - DETALLAR
Dünən, 15:13
AQTA-da hansı ölkənin qanunları işləyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:08
Ukraynaya Belarusu müharibəyə sürükləmək əmri verilib - Lukaşenko
Dünən, 15:02
BRICS-in Kazan sammiti narahatedici siqnaldır - Fransa XİN
Dünən, 15:01
İran-Azərbaycan münasibətləri niyə gərginləşib? - AKTUAL
Dünən, 14:02
Tehran Zəngəzur dəhlizi problemini Türkiyəyə "aparır" - RƏY
Dünən, 14:00
“Unibank”da səhmdarların növbədənkənar yığıncağı keçiriləcək
Dünən, 13:58
Tehranın Zəngəzur qorxusu: - Pərdə arxasındakı 4 SƏBƏB
Dünən, 13:05
Bakı Tbilsi və İrəvandan daha ucuz şəhərdir - “Numbeo”
Dünən, 13:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru