Putin və Zelenski öldürülərsə: birinci sülh vəd edir, ikinci intiqam - GƏLİŞMƏ
Tarix: 25-05-2022, 14:40 | Çap et
Ukrayna Prezidenti Volodimir Zelenski Davos forumunda çıxışı zamanı Rusiyanın ona qarşı sui-qəsd cəhdlərindən birinin uğur qazanacağı təqdirdə planlarının olub-olmamasına dair suala cavabında deyib ki, onu əvəzləyəcək şəxslər mövcuddur: “Ukrayna parlamentli prezident respublikasıdır və hakimiyyət ölkə rəhbərliyindən kiminsə öldürülməsi ehtimalı ilə bağlı müxtəlif variantlar təqdim edib. Qanunvericiliyimizə görə, dövləti idarə edəcək kimsə var. Biz hazırlaşmışdıq, mən də, Baş nazir də, parlamentin başçısı da. Bu və ya digər hakimiyyət itkisi olsa, onu qarşılamağa hazırıq. Biz Nazirlər Kabinetini iki hissəyə böldük ki, ölkə belə nəticələrdən də qorunsun”.
Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü davam edir. Fevralın 24-də başlayan təcavüz zamanı həm Rusiya, həm də Ukrayna tərəfi ağır itkilər verir. Bir neçə dəfə Zelenskiyə qarşı sui-qəsd hazırlandığı barədə məlumatlar yayılsa da, bu cəhdlərin hamısı nəticəsiz olub. İddialara görə, mövcud şəraitdə həm Rusiya Prezidenti Vladimir Putinin, həm də Ukrayna lideri Volodimir Zelenskinin qətlə yetirilməsi ehtimalları yüksəkdir.
Bəs, görəsən, Putin və Zelenski sui-qəsd nəticəsində qətlə yetirilərsə, hər iki ölkəni hansı aqibət gözləyəcək? Bu, müharibənin gedişinə hər hansı təsir göstərəcəkmi? diaaz.space xəbər verir ki, politoloq Zərdüşt Əlizadə AYNA-ya açıqlamasında Zelenskinin ölümünün Ukrayna üçün sarsıdıcı olacağı, lakin cidid dəyişikliklərə səbəb olmayacağı qənaətindədir: “Bu gün Ukraynada Zelenskini əvəz edəcək, onun yolunu davam etdirəcək kifayət qədər siyasətçilər mövcuddur. Onlar da Zelenski kimi Rusiyaya qarşı barışmaz mövqe tuturlar. Əgər Moskva düşünürsə ki, Zelenskini qətlə yetirməklə Ukraynanı geri çəkilməyə vadar edəcək, yanılır. Əksinə, Zelenskinin qətlə yetirilməsi Rusiyaya qarşı təzyiqləri gücləndirəcək. Bu, Putin üçün arzuolunmaz nəticələrə gətirib çıxaracaq”.
“Görünən odur ki, Putin başını itirib və repressiv siyasətini davam etdirməkdə israrlıdır. Bu gün Ukraynada hadisələrə baxış fərqlidir. Prezident, nazir, məmur, deputat olmasından asılı olmayaraq, hər kəs özünü ilk növbədə Ukrayna vətəndaşı sayır. Hesab edirlər ki, onların heç biri hər gün həlak olan ukraynalılardan artıq deyil. Bu, tam normal və vətənpərvər bir yanaşmadır. Bu mənada Zelenskinin qətlə yetirilməsi Ukraynada mübarizə əzmini nəinki azaltmayacaq, əksinə, daha da artıracaq”, - deyə həmsöhbətimiz bildirib.
Onun fikrincə, Ukraynadan fərqli olaraq, Putinin ölümü Rusiyada ciddi dəyişikliklərə səbəb olacaq: “Hər bir insanın həyatına, ömür müddətinə Allah qərar verir. Heç kim başqasının ölümünə sevinməməlidir. Bu mənada Zelenskiyə də - hansı ki, öz ölkəsinin azadlığı urğunda fədakarcasına mübarizə aparır - Putinə də sağlamlıq arzu edirəm! Lakin dünya təcrübəsində, xüsusən müharibələr gedən ölkələrinin rəhbərlərinə qarşı sui-qəsd cəhdləri az olmayıb. Putin avtoritar rəhbər olduğuna görə, onun ölümü Rusiyada inqilabi dəyişikliklərə səbəb olar. Hətta mümkündür ki, xalq ayağa qalxıb ona bağlı qüvvələrin iqtidara yiyələnməsinə imkan verməsin”.
“O ki qaldı müharibəyə təsirinə, Putinin ölümü müharibənin dayanmasına gətirib çıxarar. Çünki Ukraynaya qarşı təcavüzün bilavasitə səbəbkarı və ideoloqu Putindir. Məhz onun gedişi ilə bu müharibə də başa çatar”, - deyə Əlizadə vurğulayıb.
Macarıstanda yaşayan həmyerlimiz, sosioloq Fərqanə Bayramlı AYNA-ya açıqlamasında xatırladıb ki, həm Putin, həm də Zelenski yüksək səviyyədə qorunur: “Bu baxımdan onların hər hansı birinin qətlə yetirilməsi az inandırıcıdır. Təbii ki, istisna da olunmur. Belə cəhdlər yəqin ki, baş verib”.
“Zelenski qətlə yetirilsə, bu, Ukraynanın Rusiyaya qarşı mübarizəsini daha da artıracaq. Dünya miqyasında Moskvaya təzyiqləri gücləndirəcək. Belə bir cəhdin baş verməsi Putin üçün də arzuolunan deyil. Çünki Zelenskini əvəz edəcək şəxs daha amansız olacaq və bu, Kremlə heç nə verməyəcək. Əvəzində Prezidentə qarşı sui-qəsd ona qarşı dünyəvi koalisiyanı daha da gücləndirəcək. Bundan sonra Putinə qarşı da analoji addım atıla bilər. Ukrayna parlament respublikasıdır. Yəni, yeni Prezident seçkiləri keçirməyə ehtiyac yoxdur. Parlamentin üzvləri toplaşıb ölkə rəhbərini seçə bilirlər. Zelenskiyə qarşı sui-qəsd və onun aradan götürülməsi onu nəinki Ukraynada, dünyada bir simvola çevirəcək”, - deyə müsahibimiz söyləyib.
Əlavə edib ki, Putinlə bağlı vəziyyət isə fərqlidir: “Məlumdur ki, Rusiya prezident üsul-idarəsinin hökm sürdüyü federasiyadır. Bu ölkədə Prezident seçkilər yolu ilə seçilir. Bu mənada Putin hər hansı səbəbdən postunu tərk edərsə, mütləqdir ki, növbəti prezident seçkiləri keçirilsin”.
“Konstitusiyaya uyğun olaraq Prezident səlahiyətləri digər şəxsə həvalə edilə bilər. Misal üçün, Baş nazir Mixail Mişustinə. Lakin Mişustin Prezident kürsüsündə rəsmiləşmədən, müharibə və sanksiyalar şəraitində Putinin etdiklərini edə bilməyəcək. Ona qarşı təzyiqlər o qədər çox olacaq ki, istefa verməyə məcbur olacaq. Putinə qarşı sui-qəsd həm müharibəni dayandıracaq, həm də regiona sabitlik, sülh və əmin-amanlıq gətirəcək. Amma bu, real görünmür. Çünki Kremldə də bunu bilirlər və Putinin mühafizəsi ən yüksək səviyyədə təmin olunub”, - deyə Bayramlı fikrini yekunlaşdırıb.
Qeyd edək ki, dünya təcrübəsində bu cür hallar az olmayıb. Onların bir qismini təqdim edirik:
1865-ci il aprel ayının 14-də ABŞ-ın 16-ci Prezidenti Avraam Linkoln qətlə yetirilib. ABŞ-ın iki hissəyə parçalanması və vətəndaş müharibəsi dövründə ölkəyə rəhbərlik edən, Amerikada quldarlığın ləğvini təmin edən Linkoln müharibənin başa çatmasından beş gün sonra, “Ford” teatrının səhnəsində qoyulan “Mənim amerikalı kuzenim” tamaşası zamanı, cənub tərəfdarı olan aktyor Con Uilks But Prezident lojasına daxil olaraq, onun başına tapancadan atəş açıb və səhnəyə çıxaraq latınca “Tiranların taleyi belədir” kəlməsini səsləndirib. Səhəri gün Avraam Linkoln həlak olub. ABŞ-ın 20-ci Prezidenti Ceyms Qarfild 1881-ci il iyulun 2-də Vaşinqton şəhərinin dəmir yolu vağzalında olarkən, psixi cəhətdən sağlam olmayan Şarlem Gito Prezident Qarfildə arxadan atəş açır. Güllə dərinə getməsə də, həkimlərin onu çıxarmaq cəhdləri qara ciyərin zədələnməsinə və infeksiya keçməsinə səbəb olur. Uğursuz və səriştəsiz müalicə sui-qəsddən iki ay sonra - 1881-ci il sentyabrın 19-da Ceyms Qarfildin ürək dayanması nəticəsində vəfat etməsi ilə nəticələnir.
ABŞ tarixində ilk katolik və XX əsrdə doğulmuş ilk Prezident olan Con Kennedi 1963-cü il noyabrın 22-də snayper tüfəngindən açılan atəş nəticəsində qətlə yetirilib. Birinci mərmi onun boynuna, ikincisi isə başına dəyib. Həkimlər 25 dəqiqə ərzində Kennedini xilas etməyə çalışsalar da, onu ölümün pəncəsindən xilas edə bilməyiblər.
Misirin üçüncü Prezidenti Ənvər Sədat 1981-ci ilin oktyabr ayının 6-da, Qələbə Günündə tribunada əyləşdiyi zaman meydana qəfil daxil olan terrorçular tərəfindən qətlə yetirilib. Rəsmi məlumata görə, sui-qəsdi dörd nəfərdən ibarət qrup həyata keçirib: baş leytenant Əl-İslambuli və üç əsgər. Onların hamısı təməlçi islamçıların “Əl-təkfir vəl-Hicrə” təşkilatına mənsub olublar.
Rusiya Federasiyasına bağlı Çeçen Respublikasının birinci dövlət başçısı Əhməd Kadırov 2004-cü ildə üsyançıların törətdiyi terror nəticəsində öldürülüb. Daha əvvəl bir neçə il Çeçenistanın müftisi olan Kadırov İkinci Çeçenistan müharibəsindən sonra Federal hökumətin tərəfinə keçib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fransanın təlim keçdiyi əsgərlər fərarilik edirlər - Poroşenko
Bu gün, 20:18 |
|
|
|
• Tehran hakimiyyəti Amilinin səhvini düzəltməyə səy göstərir - ALINACAQMI?
Bu gün, 20:14 |
|
|
|
• "Düşünürəm ki, bunu etsəm, nə deyərlər?.. - Uşaqlarım var axı.."
Bu gün, 19:59 |
|
|
|
• İrandan Azərbaycana qarşı hədyan – Əmr oradan verilib
Bu gün, 19:51 |
|
|
|
• UNDP-nin Bakı ofisində milyon dollarlıq qanunsuz qrant əməliyyatları - İFŞA
Bu gün, 19:49 |
|
|
|
• "Əhd eləmişəm Zəngəzur dəhlizi çəkilsə İrəvana gedəcəm" - Zərdüşt Əlizadə
Bu gün, 19:02 |
|
|
|
• “Elmanado” MMC ölkədən pul çıxarmaqda ittiham edilir - DETALLAR
Bu gün, 19:00 |
|
|
|
• Prezidentdən Zəngəzur mesajı - “Bu bəyanatın arxasında güc dayanır"
Bu gün, 18:58 |
|
|
|
• “Beer Muxtar”da alkoqollu içkilərə də HARAM QATIRLAR...
Bu gün, 18:09 |
|
|
|
• Bu şirkət Zəngilanda yaşayış məntəqəsini yenidən quracaq - 19 MİLYON QAZANACAQ
Bu gün, 18:05 |
|
|
|
• "“Əmrahbank”la məhkəməmiz davam edir..." - QALMAQAL
Bu gün, 18:01 |
|
|
|
• Azərbaycan və Türkiyənin maraqları Suriyada da üst-üstə düşür - ŞƏRH
Bu gün, 17:58 |
|
|
|
• Tural Abbaslı 150 manatlıq ayaqqabı geyinir, digər siyasətçilər isə... - SORĞU
Bu gün, 17:57 |
|
|
|
• Müğənni Samir Bağırov cinsiyyətini DƏYİŞİB? - özündən AÇIQLAMA
Bu gün, 17:52 |
|
|
|
• Nazir 16 ildir rəis işləyən polkovniki işdən çıxardı - ƏMR
Bu gün, 17:47 |
|
|
|
• Dollar satışı niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:44 |
|
|
|
• Almatıdan Antalyaya uçan təyyarə Aktauda təcili eniş edib
Bu gün, 17:42 |
|
|
|
• Vəzifəli şəxsi maşın vurub öldürdü - FOTO
Bu gün, 17:40 |
|
|
|
• Azərbaycanda hərbi xidmət müddəti 6 ay olur? - AÇIQLANDI
Bu gün, 17:39 |
|
|
|
• Vardanyanı hansı cəza gözləyir? - AÇIQLAMA
Bu gün, 17:35 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağının tarixi dəyişdi - YENİ TARİX
Bu gün, 17:30 |
|
|
|
• Müşfiq Həşimov həbsdə ÖLDÜ
Bu gün, 17:22 |
|
|
|
• Raqif Abbasovun məhkəməsi başladı - DETALLAR
Bu gün, 17:17 |
|
|
|
• “Həyatı boyu pul yemərəm, mən ancaq pulu saymışam” - MƏHKƏMƏ
Bu gün, 17:16 |
|
|
|
• Hacı İbrahim Nehrəmlinin şirkəti MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 17:09 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə neçə namizədlə qatılacaq? – SORĞU
Bu gün, 17:06 |
|
|
|
• Adil Əliyev də KÖHNƏ YOLU GEDİR... - İTTİHAM VAR...
Bu gün, 17:03 |
|
|
|
• Mirzoyan Qarabağdan köçən ermənilərin geri qayıdacağına İNANMIR
Bu gün, 16:56 |
|
|
|
• Mirzoyan Hakan Fidanla telefon danışığının təfərrüatlarını açıqlayıb - “news.am”
Bu gün, 16:53 |
|
|
|
• AZƏRİQAZ ÇİLƏSİ: `Soyuğa görə məcbur olub Bakıya qayıtdıq...` - NARAZILIQ VAR...
Bu gün, 16:51 |
|
|
|
• Avropa Azərbaycandan hidrogen almağa hazırdırmı? – Rusiyalı ekspertin fikri
Bu gün, 16:48 |
|
|
|
• Tarif Şurası əsasnaməsinə zidd hərəkətlərə yol verir - AXI NİYƏ?..
Bu gün, 16:46 |
|
|
|
• Gəncə Dövlət Filarmoniyasının binası çökür: Xəbərdarlıq edildi - FOTOLAR
Bu gün, 16:43 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün, 16:40 |
|
|
|
• Ramazan ayında Qədr gecələrinin vaxtları məlum olub - DİQQƏT!
Bu gün, 16:39 |
|
|
|
• Azərbaycan gəmiləri İranın sifarişi ilə həbs edilib? - İDDİA
Bu gün, 16:36 |
|
|
|
• Vladimir Karasevin sərsəmləmələrinə rusiyalı politoloqdan SƏRT CAVAB
Bu gün, 16:27 |
|
|
|
• Makron özünü "yeni Napoleon" zənn edir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 16:24 |
|
|
|
• Bakıdan Tehrana açıq mesajlar və tələb: İndi “top” İran tərəfdədir - BUNDAN SONRA...
Bu gün, 16:19 |
|
|
|
• Hüseyn Əsgərov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 16:16 |
|
|
|
• "Instagram"da tanış olduğu həmyaşıdını öldürənə 19 İL HƏBS TƏLƏBİ - VİDEO
Bu gün, 16:14 |
|
|
|
• “RRM TƏMİR-TİKİNTİ” MMC-yə bir ay arzinə milyonlarla manat dəyəri olan dörd müqavilə bağlamağa şəraiti kimlər yaradıb - İLGİNC FAKTLAR...
Bu gün, 16:10 |
|
|
|
• Ermənistan yenidən müharibə istəyir - Azərbaycan hazırlıq görməlidir
Bu gün, 16:08 |
|
|
|
• Dünyanın məşhur jurnalı “Forbes” Veysəloğlu Şirkətlər Qrupundan yazdı
Bu gün, 16:05 |
|
|
|
• Xəstə uşaqların 1 milyon qanpulu hansı “böyük adam”ın cibindədir? - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• "Caspian Marine Services B.V.” gəmilərinin saxlanılmasına dair açıqlama yayıb - MƏTN
Bu gün, 15:26 |
|
|
|
• Provkasiyon fotosessiya onları bir araya gətirdi - FOTO
Bu gün, 15:20 |
|
|
|
• Amiliyə Qırğızıstandan da ETİRAZ GƏLDİ - "Onun fikri nədir?"
Bu gün, 15:17 |
|
|
|
• Bakı 107 illik sənədi masaya gətirə bilər – Tramp da təkzib etmir…
Bu gün, 15:01 |
|
|
|
• Qeyri-rəsmi yaşadığı qadına karxana bağışlayan başçı kimdir? - İLGİNC
Bu gün, 14:57 |
|
|
|
|