Rusiya-Ukrayna müharibəsi: Real vəziyyət, yeni hücum ehtimalları - İNCƏLƏMƏ...
Tarix: 18-04-2022, 11:07 | Çap et
Ukrayna Rusiyanın Qara dənizdəki donanmasının əsas vuran əli olan “Moskva” kreyserini vurub dənizin sularına qərq etdikdən sonra müharibənin xarakteri şiddətlənir.
Qara dənizdə gəmisi batan (həm həqiqi, həm də metafora) Rusiya Kiyevi və Polşa ilə sərhəddəki Lvovu atəşə tutmaqla qisas aldığını düşünür, amma bundan sonra Moskvanın hərbi planlarının daha dağıdıcı olacağını da söyləmək mümkündür.
Rusiya quru döyüşlərində uğur qazanmaq potensialından məhrumdur, onun əsas gücü məsafədən raket zərbələri endirməklə məhdudlaşır - ən azından, indiki məqam üçün. Buna görə də Rusiyanın yenidən geri çəkildiyi əraziləri və Lvovu bombardman edəcəyi gözləniləndir.
Hərçənd ki, Rusiya hazırda Kiyevə, Sumıya, Çerniqova zirehli texnikalarla və desant qüvvələri ilə hücum həyata keçirmir, amma Ukraynanın cənubunda və şərqindəki müharibə alovlarını daha yüksəklərə qaldırmaqla şimal-şərqdəki məğlubiyyətinin əvəzini çıxır.
Rusiya qüvvələri işğal etdiyi İzyum oxunda yeni cığırlar açmaq üçün vurnuxur, davamlı olsa da, keyfiyyətcə uğursuz hücumlara imza atır.
Bu hücumların imitasiya xarakterli planın tərkib hissəsi olduğu versiyası güclüdür, yəqin ki, Rusiya ordusu Ukraynanın şərqində genişmiqyaslı hücuma keçmək üçün tələsmir. Təxirə salınmağın səbəbləri Rusiya ordusunun mənəvi ovqatındakı ruh düşkünlüyü və onların təchizat problemləri ilə üzləşməsidir, lakin Rusiyanın hər vəchlə özünü ələ alaraq enerji toplamağa davam etdiyi görünür.
Xersonu və Mariupolu ələ keçirən Rusiyaya qarşı dirənişlər davam edir, hətta Mariupolda partizan döyüşlərinə də start verilib.
Mariupol Rusiya-Ukrayna müharibəsindəki dəhşətli mənzərələrin mərkəzinə çevrilir, vəziyyəti daha da qəlizləşdirən isə limana və Azovstal zavoduna hücumların davam etməsidir.
Xəritə ABŞ Müharibə Tədqiqatları İnstitutuna məxsusdur.
Böyük ehtimal ki, Rusiya Azovstal zavodunun yerdə qalan müdafiəçilərini atəş gücü ilə təslim olmağa vadar edəcək, bununla belə, ukraynalı döyüşçülər təslim olmamaq prinsipiallığından geri çəkilmirlər.
Rusiyanın Ukraynanın şərq və cənub-şərq cinahlarında üstünlük qazanması onun yenidən Kiyevə hücum edəcəyi ehtimallarını artırır.
Ukrayna tərəfindən verilən bəyanatlar həmin ehtimalın real zəminə keçəcəyi ssenarilər üzərində fikir yürütməyə əsas verir, hərçənd ki, Rusiyanın indi Kiyevə hücum üçün toparlanmağı xeyli vaxt tələb edər.
Rusiyanın Kiyevə təcavüz planına dair açıqlamaların nüvəsi barədə digər versiya da səsləndirmək olar.
Mümkündür ki, Qərb və Ukrayna bu mövzunu ortaya atmaqla Ukraynanın intensiv silahlandırılmasının davamlılığını təmin etmək istəyir, bu isə müharibənin müddətini uzadan faktorlardan birinə çevrilir.
Aqşin Kərimov
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvanın Aİ İDEYASI... - NƏ QƏDƏR REALDIR?
Bu gün, 07:21 |
|
|
|
• Paşinyanın son təklifi: Bakının bu tələbini qəbul etdi - ŞƏRH
Bu gün, 07:05 |
|
|
|
• "Bələdiyyə sədri kimdir ki, icra başçısından icazəsiz bir qarış torpaq versin" - Qubada NƏ BAŞ VERİR?
Bu gün, 07:02 |
|
|
|
• Departament müdiri niyə köməkçi vəzifəsini üstün sayıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:55 |
|
|
|
• Sülh sazişinin imzalanmasını tezləşdirmək lazımdır - ÇAĞIRIŞ
Bu gün, 06:52 |
|
|
|
• "Bərdədə biz kasıbların başına oyun açırlar..." - Prezidentə MÜRACİƏT
Bu gün, 06:47 |
|
|
|
• Bankların kredit siyasətində ədalətsiz yanaşma... - Mərkəzi Bank bu duruma niyə müdaxilə etmir?
Bu gün, 06:41 |
|
|
|
• Məsafədən dialoq: sülh üçün şərtlər və tələblər - GƏLİŞMƏ
Bu gün, 06:37 |
|
|
|
• ABŞ-Azərbaycan münasibətləri necə olacaq? - Demokratların "basqı siyasəti"
Bu gün, 06:34 |
|
|
|
• Hollivud ulduzundan Aytənin şərhinə reaksiya - FOTO
Bu gün, 06:32 |
|
|
|
• Ermənistan Rusiyanın sanksiyalara məruz qalmasını qazanca çevirib - deputat
Bu gün, 06:29 |
|
|
|
• Tehranın “qırmızı xətt” elan etdiyi məsələyə münasibəti niyə yumşaldı? - Zəngəzur üçün Suriya sürprizi
Bu gün, 06:27 |
|
|
|
• Trampın Ukrayna ilə bağlı məqsədi: Putinə güzəştə getməyəcək, amma... - NƏ BAŞ VERİR?
Bu gün, 06:24 |
|
|
|
• Paşinyan Əliyevin dediyi sözü ermənilərdən soruşdu – İlginc
Bu gün, 06:22 |
|
|
|
• “Həmin sənətkarlar cinayətkardır, ona görə ki...” - 76 yaşlı xalq artisti
Bu gün, 01:43 |
|
|
|
• Benziya niyə hələ də Azərbaycana qayıtmayıb?
Bu gün, 01:40 |
|
|
|
• Trampın komandası hələ Ukrayna münaqişəsinin həlli ilə bağlı qərar verməyib - KİV
Bu gün, 01:35 |
|
|
|
• Aİ Rusiya üzərində uçuşlarla bağlı tövsiyələri sərtləşdirib - BUNDAN SONRA...
Bu gün, 01:32 |
|
|
|
• Azərbaycanda 3,1 milyon manat sərmayə ilə yaradılmış 4 aylıq şirkət LƏĞV EDİLİR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda yeni yaradılmış 9.3 milyon manatlıq holdinq şirkəti ləğv edilir
Bu gün, 00:02 |
|
|
|
• Ermənistan sürpriz edə bilər – Zəngəzur dəhlizinin açılması...
Dünən, 20:42 |
|
|
|
• “Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq - AÇIQLAMA
Dünən, 20:39 |
|
|
|
• İcra başçısı vətəndaşların müraciətini dinləyib
Dünən, 20:37 |
|
|
|
• "Zümrüd hansısa insanların oyununun qurbanıdır..."
Dünən, 20:01 |
|
|
|
• Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət – İki məşhurun həbsi…
Dünən, 19:58 |
|
|
|
• DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... - XAİN PLANI...
Dünən, 19:53 |
|
|
|
• Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb - FOTO
Dünən, 19:18 |
|
|
|
• Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti - GƏLİŞMƏ
Dünən, 19:00 |
|
|
|
• "Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında Bakının öz iradəsi dayanır
Dünən, 18:58 |
|
|
|
• Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır - FOTO
Dünən, 18:55 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... prosesləri ört-basdır etməsinədir
Dünən, 18:10 |
|
|
|
• Nə sən doymaq biləsən, nə səndən doyan ola... - ANIM
Dünən, 18:07 |
|
|
|
• Nazirlikdən getdi, müşavir təyin edildi - ƏMR
Dünən, 18:01 |
|
|
|
• Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? - VİDEO
Dünən, 17:58 |
|
|
|
• Əməliyyat zamanı ad günü keçirilən klinika Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur
Dünən, 17:54 |
|
|
|
• Yeni işğal planı açıqlandı, dünya təşvişdə: - 50 illik sənəd pozulur
Dünən, 17:49 |
|
|
|
• Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: - Sərkisyan açıqladı
Dünən, 17:45 |
|
|
|
• Regional təhsil idarəsində kütləvi ixtisar... - NƏ BAŞ VERİR?
Dünən, 17:42 |
|
|
|
• İKi şəxs “FinEx Kredit” BOKT-nin rəhbərliyini tərk edib - SİYAHI
Dünən, 17:39 |
|
|
|
• Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI
Dünən, 17:33 |
|
|
|
• Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən KƏNARLAŞDIRILDI
Dünən, 17:31 |
|
|
|
• Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib
Dünən, 17:22 |
|
|
|
• DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:21 |
|
|
|
• Ayxan Hacızadə Paşinyana CAVAB VERDİ
Dünən, 17:03 |
|
|
|
• Şamaxıda olay: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir..." - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
• Şirkətdən sifarişlə göndərilən Şaxta baba SAXTA çıxdı - Bakıda şagirdlərin tədbirində QALMAQAL
Dünən, 16:55 |
|
|
|
• ADNSU-nun rektorundan daha bir alim şikayət etdi – Qanunsuz işdən çıxarılma….
Dünən, 16:46 |
|
|
|
• Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm - Zelenski
Dünən, 16:42 |
|
|
|
|