Putin Tokayevin adını təsadüfənmi səhv deyib?
Tarix: 14-01-2022, 08:17 | Çap et
DİA.AZ: - DİA.AZ-ın məlumatına görə, CurrentTime yazır ki, yanvarın 10-da KTMT-nin onlayn iclasında Vladimir Putin Qazaxıstan prezidentinə səhvən Kasım-Jomart yox, Kemel Jomartoviç deyə müraciət edib. Səhv təsadüfi olmaya da bilərdi: Kemel - Tokayevin atasının adıdır.
O Qazaxıstanın sovet çekistləri barədə kitabın müəllifidir.
2019-cu ildə Tokayev Qazaxıstan prezidentinin əvəzi vəzifəsinə gələndə, elə bu adı onun oğlu Timur özünə soyad edib.
AzadlıqRadiosunun Rus xidməti və CurrentTime onun Rusiyadakı biznes aktivlərini aşkar ediblər.
O 2016-cı ildə Mayak MMC-nin direktorlar şurasına daxil idi. Bu şirkətin Moskva ətrafındakı Ximki şəhərində eyniadlı yaşayış kompleksi var.
Bu kompleksin tikintisi böyük qalmaqala səbəb olmuşdu, çünki sakinlərin şəhərdəki yeganə ictimai stadiona yolunu kəsmişdi.
Versiyalardan birinə görə 2022-ci ilin əvvəllərində Qazaxıstandakı iğtişaşlar Tokayevin adamları ilə onun sələfi - Nursultan Nazarbayevin adamları arasında klanlararası mübarizəyə görə başlanıb.
AzadlıqRadiosu hələ 5 il bundan əvvəl aşkar etmişdi ki, Kasım-Jomart Tokayevin rusiyalı arvadından olan oğlu Nazarbayevlərə və onların “pul kisəsi” sayılan iş adamı Kenes Rakişevə bağlı biznes strukturlarından birinə sıx inteqrasiya olunub.
Bəzi təsdiq olunmamış məlumatlara görə etirazlar başlanan kimi Rakişev Qazaxıstanı tərk edib.
Kasım-Jomart Tokayev barədə Vikipediya səhifəsində deyilir ki, o Nadejda Davıdovna Tokayeva ilə evli olub.
Amma Qazaxıstan prezidentinin rəsmi saytına görə Tokayev boşanıb və Timur adlı oğlu var.
Buna da fikir vermişdilər ki, Tokayev 2019-cu ildə prezident vəzifəsinə gələndə barmağında nişan üzüyü var idi. Sonrakı fotolarda artıq üzük görünmürdü.
Jurnalistlər Tokayevin arvadı Nadejda Davıdovna barədə də çox məlumat ala bilməyiblər.
2020-ci ildə acca.media aşkar etmişdi ki, Nadejda Tokayeva 2011-ci ildə BMT Qadın gildiyasının fəxri prezidenti olub. Tokayevin özü isə həmin vaxtlar BMT baş katibinin müavinlərindən biri idi, həm də BMT-nin Cenevrədəki şöbəsinin baş direktoru idi.
Qazaxıstan mediası yazırdı ki, Nadejda Tokayeva rusiyalıdır. Bu da məlum olub ki, Rusiyanın kommersiya reyestrində bu ad və bu soyadla qeydiyyatdan keçən olub.
Həmin Nadejda Tokayeva 2005-ci ildə daşınmaz əmlakın kirayəyə verilməsi ilə məşğul olan sahibkar kimi qeydiyyatdan keçib. Həmin Nadejda Tokayevanın bir sıra pasport göstəriciləri də bu Nadejda Tokayevanın göstəriciləri ilə eyniyyət təşkil edir.
Dəqiq məlum olan budur ki, Tokayevanın Rusiya pasportu hələ də etibarlıdır.
Qazaxıstan medialarının versiyasına görə Nadejda Tokayevanın ərindən boşanmasına səbəb onun Rusiya vətəndaşı olması və Kasım-Jomartın prezidentliyə gətirilməsi ola bilərdi.
Anasından fərqli olaraq Timurun Rusiya pasportu yoxdur.
Aleksey Navalnının 2021-ci ildə Rusiya Ədliyyə Nazirliyinin “xarici agent” siyahısına saldığı korrupsiya ilə mübarizə fondunun videoçarxlarından birində deyilirdi ki, Rosreyestr – yəni Rusiyanın daşınmaz əmlak reyestri yüksək vəzifəli məmurların adlarını gizlətmək üçün “Rusiya Federasiyası” ifadəsindən istifadə edir.
Fondun araşdırmasında bu da deyilirdi ki, Kasım-Jomart Tokayevin arvadının və oğlu Timurun adı reyestrin köhnə variantında Moskvanın mərkəzindəki iki mənzilin sahibləri kimi göstərilsə də, sonradan adlar “Rusiya Federasiyası” ifadəsi ilə əvəz olunub.
AzadlıqRadiosu aşkar edib ki, Nadejda Tokayevaya məxsus daha bir daşınmaz əmlakın sahibi kimi “Rusiya Federasiyası” yazılıb. Bu Abramtsevo qəsəbəsindəki daçadır. Buralara “General daçaları” deyilir və burda mülklərin generallara paylanmasına hələ Stalinin vaxtlarından başlanıb.
AzadlıqRadiosunun açıq mənbələrdə apardığı araşdırmadan məlum olub ki, Mayak MMC-nin direktorlar şurasının üzvlərindən biri də Timur Tokayev olub.
Həmin sənəddə Timur Tokayev barədə əvvəllər dərc olunmamış başqa məlumatlar da var:
“Təhsili – ali. Siyasət elmləri namizədi. Leman Kolleci – Cenevrə, İsveçrə. Rusiya Federasiyası Diplomatiya Akademiyası”.
İnternetdə Timur Tokayevin 2009-cu ildə müdafiə etdiyi dissertasiyanı da tapmaq olar: “Qazaxıstan Respublikasının Qərblə münasibətlərdə strategiyası. Milli maraqlar, prioritetlər, istiqamətlər”.
215 səhifəlik bu elmi işdə Nazarbayevin adı 112 dəfə çəkilib. Putinin adına bircə dəfə rast gəlinir. Obamanın adı 6, Buşun adı 14 dəfə çəkilib. Oğul Tokayev yazır ki, “Rusiya Qazaxıstanın yeganə müttəfiqidir”.
Biznes reyestrlərinin məlumatına görə Timur Tokayev Qazaxıstanda bir neçə hüquqi şəxslə bağlıdır.
O habelə babası – Kemel Tokayevin adını daşıyan xeyriyyə fondunun başçısıdır. Fondun saytında onun idarə heyətininü üzvü olduğu qeyd olunur.
Xeyriyyə fondundan başqa Timur Tokayevin adı habelə iki kiçik şirkətin sahibi kimi keçir. Geoloji kəşfiyyat və texniki ekspertiza ilə məşğul olan bu qurumların mənbələrdə əslində heç bir fəaliyyətinin və gəlirinin olmadığı göstərilir.
Eyni məlumat bazasına görə Timur Tokayev fəaliyyətini dayandırmış Salış şirkətinin həmsahibi olub.
Bu şirkətin adı əvvəllər “Abi Petroleum Capital” idi. Qazaxıstan mənbələrindəki məlumata görə Timur Tokayev onun həmtəsisçilərinin sırasına 2002-ci ildə, yəni 18 yaşındaykən qoşulub və dərhal şirkətə Atırau vilayətindəki Qryadovoye yataqlarının işlənməsi üçün lisenziya verilib.
Timur Tokayev bu şirkətdən payını atası baş nazir postundan xarici işlər naziri postuna keçəndə alıb.
“Abi Petroleum Capital” şirkətinin ikinci şəriki Qazaxıstan diplomatı Temirtay İzbastinin oğlu Muxamed İzbastin olub.
Temirtay İzbastin Kasım-Jomart Tokayevin yeznəsdir.
Bu da xəbər verilir ki, qohum şəriklərin biznesi pis tutmayıb. Onlar 2012-ci ildə 50 milyon dollar təmiz gəlir əldə ediblər.
Bundan sonra gəlir azalıb, 2014-cü ildən isə şirkət ziyanla işləməyə başlayıb. 2020-ci ildə şirkət artıq Saliş adı ilə ləğv olunub.
Açıq mənbələrə görə Timur Tokayev son illərdə ziyanla işləyən KM GOLD şirkətinin minoritar səhmdarı olub. Beləliklə son illərdə biznes prezident oğluna əhəmiyyətli gəlir gətirməyib.
2018-ci ildə Scanner Project saytı “Cenevrəyə səyahət” adlı araşdırma dərc etmişdi.
Bu araşdırmada deyilirdi ki, Timur Tokayevin adı Chemin Gilbert-Trolliet küçəsindəki 3 nömrəli evin sakinləri arasındadır.
Onun qonşularından birinin Semyon Vinokurov olduğu qeyd olunurdu. Vinokurov Rusiya xarici işlər naziri Sergey Lavrovun bacanağıdır.
kz.expert saytının təxminlərinə görə Tokayevin Cenevrə mənzilinin qiyməti 2 milyon dollara yaxındır.
Həmin saytın məlumatına görə Timur Tokayev Moskvada yaşayır və bizneslə məşğul olur.
Bu da qeyd olunur ki, onun biznesində Qazaxıstanın böyük iş adamları iştirak edirlər.
2005-ci ildə Qazaxıstandakı Qryadovoye yatağında geoloji kəşfiyyat işlərini Tokayevin Abi Petroleum Capital şirkəti üçün Kazaxstankaspişelf şirkəti aparırdı. Bu şirkətin yarısı öz növbəsində Qazaxıstanın ən zəngin biznesmeni Kenes Rakişevin "Sat&Company" şirkətinə aid idi.
Əslində Moskvadakı Mayak MMC də Rakişevlə əlaqəli idi.
Mayak MMC-nin səhmlərinin 57.4 faizi Niderlandın Dostyk Investments B.V. şirkətinə məxsus idi.
Bu şirkətə Nazarbayevin böyük qızının əri Timur Kulibaliyev nəzarət edirdi.
Kenes Rakişevin özü də Qazaxıstan elitasına yaxşıca inteqrasiya olunub.
O təkcə faydalı qazıntıların çıxarılması, texnologiya və bank sektorlarında böyük biznesmen olması ilə yox, həm də İmanqali Tasmaqambetovun qızına evli olması ilə məşhurlaşıb.
Tasmaqambetov Nazarbayev administrasiyasının rəhbəri, Almatı və Astana şəhərlərinin başçısı, 2016-2019-cu illərdə isə Qazaxıstanın Rusiydakı səfiri olub.
Onu bu vəzifədən artıq yeni prezident Kasım-Jomart Tokayev azad edib.
Digər tərəfdən Rakişevin Rusiya ilə sıx biznes əlaqələri var. Rusiya mediasında və bloqlarda onu “Nazarbayevin sədaqətli pul kisəsi” adlandırırlar.
Kenes Rakişev habelə Axmat Kadırov ordeni ilə təltif olunub.
Ramzan Kadırov onu “əsl dost və qardaş” adlandırırdı, hərçənd bu dostluq və qardaşlıq uzun sürməyib.
Son illərdə Rakişev səylərini yüksək texnologiyalar sektoruna yönəldib. O smartfonlar və kompüterlər istehsalı üzrə layihələrdə iştirak edir, elekltrik avtomobillərinin istehsalına, Qazaxıstanda isə akkumulyator batareyaları üçün lazım olan metalların emalına investisiyalar yatırıb.
Kasım-Jomart Tokayevin oğlunun Kenes Rakişevin bizneslərindən biri olan Mayak MMC-nin direktorlar şurasına daxil olduğu vaxtdan artıq beş il keçir.
Timur Tokayevin indi nə işlə məşğul olduğu bilinmir. Bilinən budur ki, o 2019-cu ilin aprelindən, yəni atası prezidentin səlahiyyətlərinin icrasına başladığı vaxtdan soyadını dəyişərək Timur Kemel olub.
Rusiyanın biznes informasiya banklarında bu ad və bu soyadda artıq heç kim yoxdur. Ola bilsin ki, o Rusiya biznesində hələ də köhnə soyadından istifadə edir.
Amma “Nazarbayevin sədaqətli pul kisəsi” – Rakişevin nə işlə məşğulı olduğu məlumdur.
O bu ilin 10 yanvarında özünün Kazaxıstandakı bankı – BTA ilə Vladimir Qolubevin “Adamant” şirkəti arasında razılaşma imzalayıb.
Bu razılaşmaya əsasən Rakişev özünün Nord Star şirkətindəki bütün payını Qolubevə satıb.
Bu şirkət 2020-ci ildə Rusiyanın Arktika zonasında ilk mənzillənən qurum olub.
Nazarbayevə çox yaxın biznesmenin bu layihədən soyumasının səbəbi bilinmir. Amma əvəzində Qolubevin bu layihədə iştirakı məntiqli görünür.
Onu da “pul kisəsi” adlandırıblar. Amma bu “pul kisəsi” artıq İqor Seçinə aid idi.
Qolubevin adını 1990-cı illərdə Sankt Peterburqun kriminal aləmi ilə bağlayırdılar.
Jurnalist Andrey Konstantinov özünün “Bandit Peterburqu” kitabında yazırdı ki, Qolubev kriminal avtoritet sayılırdı və ayaması “Barmaley” idi.
O hazırda kriminal aləmlə hər hansı əlaqələrini inkar edir və 2017-ci ildə Google axtarış sistemindən bu barədə resurslara çıxışların silinməsinə nail olub.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Azərsun Holdinq" şəhid atasının torpağını əlindən alıb - AÇIQLAMA
Bu gün, 00:35 |
|
|
|
• Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır – Bu, qanun pozuntusudur
Bu gün, 00:29 |
|
|
|
• Saxladığı qadına karxana bağışlayan keçmiş başçıdan AÇIQLAMA - "Biri mənim anadan olduğum tarix..."
Bu gün, 00:28 |
|
|
|
• Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyil - Ağ Ev
Bu gün, 00:23 |
|
|
|
• Laçında 2 ədəd kənd yaşayış məntəqəsinin layihəsi hazırlanır - 1,8 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 00:05 |
|
|
|
• Bakıda yeni tikinti şirkəti yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• “Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” – Boşyan
Dünən, 23:48 |
|
|
|
• Xose Bernardo narkotik aludəçisidir? - VİDEO
Dünən, 23:44 |
|
|
|
• Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi
Dünən, 23:40 |
|
|
|
• Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Dünən, 19:20 |
|
|
|
• Ermənistanın yersiz ambisiyası sülh müqaviləsinin perspektivlərinə mənfi təsir göstərir
Dünən, 19:00 |
|
|
|
• Ermənistanda himn qalmaqalı: - Paşinyan təkid edir, daşnaqlar qarşı çıxır
Dünən, 18:58 |
|
|
|
• “Ermənistan rəhbərliyinin “B planı” yoxdur” - Suren Sarkisyan
Dünən, 18:04 |
|
|
|
• Tiktoker Fatimə ev dustaqlığına buraxıldı
Dünən, 18:02 |
|
|
|
• Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? - “Şirkətlər Bakıda bina tikmək istəmir”
Dünən, 17:54 |
|
|
|
• Ermənistan Rusiyanı və İranı necə aldatdı?! - GƏLİŞMƏ...
Dünən, 17:51 |
|
|
|
• Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi - ƏMR
Dünən, 17:48 |
|
|
|
• "Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ
Dünən, 17:46 |
|
|
|
• Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb - FOTO
Dünən, 17:44 |
|
|
|
• Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Dünən, 17:31 |
|
|
|
• “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Dünən, 17:29 |
|
|
|
• Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Dünən, 17:28 |
|
|
|
• İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Dünən, 17:15 |
|
|
|
• Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Dünən, 17:12 |
|
|
|
• "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Dünən, 17:09 |
|
|
|
• “Sea Breeze”ə yaxın şirkət yaradılıb
Dünən, 17:05 |
|
|
|
• "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Dünən, 17:01 |
|
|
|
• Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Dünən, 16:59 |
|
|
|
• Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Dünən, 16:58 |
|
|
|
• “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Dünən, 16:54 |
|
|
|
• BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Dünən, 16:51 |
|
|
|
• Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Dünən, 16:49 |
|
|
|
• Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Dünən, 16:47 |
|
|
|
• Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Dünən, 16:20 |
|
|
|
• Gülzar Qurbanova virusa yoluxub
Dünən, 16:17 |
|
|
|
• "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Dünən, 16:16 |
|
|
|
• Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Dünən, 16:14 |
|
|
|
• “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Dünən, 16:12 |
|
|
|
• Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:08 |
|
|
|
• Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Dünən, 16:05 |
|
|
|
• İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Dünən, 16:03 |
|
|
|
• Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Dünən, 16:00 |
|
|
|
• Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Dünən, 15:59 |
|
|
|
• Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Dünən, 15:58 |
|
|
|
• Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Dünən, 15:57 |
|
|
|
• Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Dünən, 15:53 |
|
|
|
• Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Dünən, 15:49 |
|
|
|
• "Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Dünən, 15:46 |
|
|
|
• Açıq mesajın şifrəsi - Hələlik 1:0
Dünən, 15:44 |
|
|
|
• Xamenei Azərbaycandan üzr istəməlidir! – Tehran bizə qarşı heç vaxt səmimi olmayıb
Dünən, 15:42 |
|
|
|
|