"Azərsun Holdinq" şəhid atasının torpağını əlindən alıb .....                     Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır .....                     Saxladığı qadına karxana bağışlayan keçmiş başçıdan AÇIQLAMA .....                     Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyil .....                     Laçında 2 ədəd kənd yaşayış məntəqəsinin layihəsi hazırlanır .....                     Bakıda yeni tikinti şirkəti yaradılıb .....                     “Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” .....                     Xose Bernardo narkotik aludəçisidir? .....                     Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi .....                     Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib .....                     Ermənistanın yersiz ambisiyası .....                     Ermənistanda himn qalmaqalı: .....                     “Ermənistan rəhbərliyinin “B planı” yoxdur” .....                     Tiktoker Fatimə ev dustaqlığına buraxıldı .....                     Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? .....                     Ermənistan Rusiyanı və İranı necə aldatdı?! .....                     Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi .....                     "Xozeyn" ləqəbli tiktoker .....                     Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb .....                     Əhmədian əslində Ermənistana mesaj ötürur .....                     “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” .....                     Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib .....                     İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK .....                     Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz .....                     "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı .....                     “Sea Breeze”ə yaxın şirkət yaradılıb .....                     "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı" .....                     Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir .....                     Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? .....                     “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” .....                     BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb .....                     Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə .....                     Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin .....                     Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? .....                     Gülzar Qurbanova virusa yoluxub .....                     "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, .....                     Müsavat Partiyası Sabir Rüstəmxanlıya .....                     “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” .....                     Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb .....                     Paşinyan Putinlə vidalaşır .....                 

Qazaxıstanda etirazlar niyə böyüdü - İNCƏLƏMƏ...
Tarix: 6-01-2022, 10:40 | Çap et
Qazaxıstanda etirazlar niyə böyüdü
DİA.AZ: - Qazaxıstanda gərginlik illərdi qaynayırdı, amma heç kəsin ağlına gəlməzdi ki, yanvarın 2-də Janaozen şəhərində onlarlar etirazçının küçəyə çıxması ölkədə kütləvi nümayişlərə, baş nazirin istefasına gətirəcək, etirazçılar hökumət binalarına girəcək, polisi, əsgərləri tərksilah edəcəklər.

DİA.AZ-ın məlumatına görə, AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Brüs Panyer yazır ki, Janaozendə maye qazın iki dəfə bahalanması əhalidə illərlə yığılmış məyusluğu alovlandırdı. Hökumət korrupsiyası, təbii resurslarla zəngin ölkədə pis iqtisadi şərait, azad və ədalətli seçki keçirilməməsi əhalinin səbr kasasını daşdırdı.

2016-cı ilin yazında Qazaxıstanda minlərlə insan torpaq özəlləşdirilməsi islahatlarına qarşı çıxıblar. Onda torpağın özəlliklə çinlilər olmaqla əcnəbilərə satılacağı haqda şayiələr yayılmışdı.

Ancaq etirazçıların tələb siyahısındakı məsələlərdən biri milli valyuta tengenin devalvasiyasından öncə xarici valyutada kredit götürmüş şəxslərin borc yükünün azaldılması ilə bağlı idi.

2015-ci ilin sonunda bir dolların 182 tengedən 340-a qalxması inflyasiyanı yüksəltdi. 2016-cı ilin yazında əhali etiraza çıxdı.

O zaman hökumət torpaq islahatı təklifini geri çəkdi, borcluların yükünü azaltmaqdan ötrü banklarla işlədi, maaşları, sosial müavinətləri qaldırdı.

Amma bütün bunlar əhalinin problemlərinin həllinə cüzi təsir göstərdi.

2019-cu ilin martında Qazaxıstanın ilk və o vaxtdan yeganə prezidenti Nursultan Nazarbayev istefa verərək, dostu və tərəfdarı Kasım Jomart Tokayevi varisi seçdi.

Tokayevin ilk addımlarından biri paytaxt Astananı Nur-Sultan adlandırmaq oldu. O, Nazarbayevin qızı Dariqanı ölkədə ikinci vəzifəyə, Senatın spikeri postuna gətirdi.

Bu addımlar da qazaxıstanlıların çoxunu qəzəbləndirdi. 2019-cu ilin 9 iyun erkən prezident seçkisindən əvvəl və sonra etirazlar baş verdi.

Üstəlik, Tokayevin dəyişiklik vədinə baxmayaraq, Nazarbayev Təhlükəsizlik Şurasının katibi kimi ölkə siyasətində əsas rolunu saxladı.

Müəllif Tokayevin istənilən islahat cəhdinin əhalinin ümidlərini doğrultmadığını yazır. Koronavirus pandemiyası isə hakimiyyətə etiraz nümayişlərinin qarşısını almaq fürsəti verdi.

Qazaxıstan parlamentinin aşağı palatası Məclisə 2021-ci ilin 10 yanvar seçkilərindən əvvəl və sonra da etirazlar oldu. Qeyri-demokratik keçmiş seçkilərin nəticələrinə görə, eyni hökumətyönlü partiyalar qanunverici orqana keçdi. Müxalifət partiyalarının seçkiyə getməsinə imkan verilmədi.

Senat üzvlərinin seçilməsində isə seçicilər ümumiyyətlə iştirak etmir.

O zaman Qazaxıstanda leksikona “ketlinq” termini daxil oldu. Polisin etirazçıları mühasirəyə alaraq həmin əraziyə heç kəsin girib-çıxmasına icazə verməməsinə “ketlinq” deyilir. Bəzən saatlarla çəkən bu taktikanın məqsədi etirazçıların planlarnı pozmaqdır.

İctimai yürüşlərlə bağlı yeni qanun isə hakim orqanlardan icazə alınmasını məcburi etdi. Hökumətin siyasətinə qarşı nümayiş planlaşdıranlara bir qayda olaraq icazə verilmirdi.

Hakimiyyət eyni zamanda fəallara, yürüş təşkilatçılarına qarşı qabaqlayıcı reydlər keçirdilər, sosial şəbəkələr vasitəsilə elan olunan nümayişlərdən öncə, ta aksiya müddəti bitənədək onları naməlum ittihamlarla saxladılar.

Bu arada bəzi sosial müavinətlər qaldırılsa da, adamlar tələblərinin hamısını əldə edə bilmirdilər. ötən il ölkədə hər şeyin bahalanması son 20 ilin ən böyük fəhlə etirazları və tətillərinə səbəb oldu.

Tətilçilərə müəyyən güzəştlər olunsa da, tələbləri tam yerinə yetirilmədiyindən tətili davam etdirdilər.

Nazarbayev istefa verəndə Qazaxıstanın yeni eraya daxil olacağı, əhalinin siyasətdə daha böyük rol oynayacağına, həyat səviyyəsinin yüksələcəyinə ümidlər yaranmışdı.

Üç il keçməsinə baxmayaraq, Tokayevin idarəçiliyi altında bunlar baş vermədi, sonucda məyus xalq kütləvi etirazlara çıxdı.

Nazarbayevin ailəsi və dostlarının inanılmaz sərvəti, dəbdəbəli həyatı haqda informasiyalar yayıldığı bir dönəmdə bir çox sakinlərin dolanışığı çətindir. Siyasi sistem isə əhalini çıxdaş etməkdədir. Bəzi müxalifət qrupları qeydiyyata alına bilmir.

Janaozendə hökumət bəzi məmurları etitrazçılarla görüşə göndərsə də, onlar nifrətlə qarşılanıblar. 2021-ci il etirazlarında da oxşar hal yaşanmışdı. İki hökumətyönlü partiyadan rəsmilər tətil edən neftçilərlə görüşdə onlara deyiblər ki, “biz sizin seçdiyiniz deputatlarıq”. Fəhlələr isə belə cavab veriblər: “Sizi bu postlara təyin ediblər – sizi xalq seçməyib”.

Son illər Qazaxıstanda “Şal ket”, yəni “rədd ol, qoca” sözləri tez-tez eşidilirdi. Bu sözlər həm Nazarbayevə, həm də onun yaratdığı sərt rejimə aid edilir.

Brüs Panyer Qazaxıstanda indiyədək görünməyən etirazların xalqın hökumətə etimadsızlığının göstəricisi olduğunu yazır.

“Görünən odur ki, rəsmilərin qazaxıstanlılara verdiyi yarımçıq vədlər, etdiyi cüzi güzəştlər bu dəfə işə yaramayacaq”, – müəllif yazır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azərsun Holdinq" şəhid atasının torpağını əlindən alıb - AÇIQLAMA
Bu gün, 00:35
Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır – Bu, qanun pozuntusudur
Bu gün, 00:29
Saxladığı qadına karxana bağışlayan keçmiş başçıdan AÇIQLAMA - "Biri mənim anadan olduğum tarix..."
Bu gün, 00:28
Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyil - Ağ Ev
Bu gün, 00:23
Laçında 2 ədəd kənd yaşayış məntəqəsinin layihəsi hazırlanır - 1,8 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 00:05
Bakıda yeni tikinti şirkəti yaradılıb
Bu gün, 00:02
“Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” – Boşyan
Dünən, 23:48
Xose Bernardo narkotik aludəçisidir? - VİDEO
Dünən, 23:44
Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi
Dünən, 23:40
Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Dünən, 19:20
Ermənistanın yersiz ambisiyası sülh müqaviləsinin perspektivlərinə mənfi təsir göstərir
Dünən, 19:00
Ermənistanda himn qalmaqalı: - Paşinyan təkid edir, daşnaqlar qarşı çıxır
Dünən, 18:58
“Ermənistan rəhbərliyinin “B planı” yoxdur” - Suren Sarkisyan
Dünən, 18:04
Tiktoker Fatimə ev dustaqlığına buraxıldı
Dünən, 18:02
Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? - “Şirkətlər Bakıda bina tikmək istəmir”
Dünən, 17:54
Ermənistan Rusiyanı və İranı necə aldatdı?! - GƏLİŞMƏ...
Dünən, 17:51
Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi - ƏMR
Dünən, 17:48
"Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ
Dünən, 17:46
Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb - FOTO
Dünən, 17:44
Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Dünən, 17:31
“ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Dünən, 17:29
Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Dünən, 17:28
İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Dünən, 17:15
Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Dünən, 17:12
"German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Dünən, 17:09
“Sea Breeze”ə yaxın şirkət yaradılıb
Dünən, 17:05
"Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Dünən, 17:01
Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Dünən, 16:59
Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Dünən, 16:58
“2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Dünən, 16:54
BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Dünən, 16:51
Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Dünən, 16:49
Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Dünən, 16:47
Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Dünən, 16:20
Gülzar Qurbanova virusa yoluxub
Dünən, 16:17
"Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Dünən, 16:16
Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Dünən, 16:14
“Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Dünən, 16:12
Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:08
Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Dünən, 16:05
İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Dünən, 16:03
Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Dünən, 16:00
Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Dünən, 15:59
Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Dünən, 15:58
Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Dünən, 15:57
Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Dünən, 15:53
Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Dünən, 15:49
"Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Dünən, 15:46
Açıq mesajın şifrəsi - Hələlik 1:0
Dünən, 15:44
Xamenei Azərbaycandan üzr istəməlidir! – Tehran bizə qarşı heç vaxt səmimi olmayıb
Dünən, 15:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru