Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunub .....                     "Azərsun Holdinq" şəhid atasının torpağını əlindən alıb .....                     Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır .....                     Saxladığı qadına karxana bağışlayan keçmiş başçıdan AÇIQLAMA .....                     Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyil .....                     Laçında 2 ədəd kənd yaşayış məntəqəsinin layihəsi hazırlanır .....                     Bakıda yeni tikinti şirkəti yaradılıb .....                     “Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” .....                     Xose Bernardo narkotik aludəçisidir? .....                     Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi .....                     Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib .....                     Ermənistanın yersiz ambisiyası .....                     Ermənistanda himn qalmaqalı: .....                     “Ermənistan rəhbərliyinin “B planı” yoxdur” .....                     Tiktoker Fatimə ev dustaqlığına buraxıldı .....                     Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? .....                     Ermənistan Rusiyanı və İranı necə aldatdı?! .....                     Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi .....                     "Xozeyn" ləqəbli tiktoker .....                     Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb .....                     Əhmədian əslində Ermənistana mesaj ötürur .....                     “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” .....                     Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib .....                     İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK .....                     Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz .....                     "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı .....                     “Sea Breeze”ə yaxın şirkət yaradılıb .....                     "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı" .....                     Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir .....                     Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? .....                     “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” .....                     BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb .....                     Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə .....                     Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin .....                     Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? .....                     Gülzar Qurbanova virusa yoluxub .....                     "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, .....                     Müsavat Partiyası Sabir Rüstəmxanlıya .....                     “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” .....                     Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb .....                 

Ağ Ev Putinin hər dediyinə reaksiya verməyəcəyini bildirib - Qərb mediası
Tarix: 24-12-2021, 08:21 | Çap et
Ağ Ev Putinin hər dediyinə reaksiya verməyəcəyini bildirib
DİA.AZ: - ABŞ rəsmiləri bildiriblər ki, Rusiyanın Ukrayna yaxınlığında qoşun cəmləşdirməsi ilə bağlı danışıqlar yanvar ayında keçirilə bilər. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Cenevrədə görüş keçiriləcəyinə ümid etdiyini bildirmişdi. DİA.AZ xəbər verir ki, Putin böhranın aradan qaldırılması üçün NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair yazılı qarantiya tələb edir.

BBC yazır ki, Putin hərbi tədbirlərə əl ata biləcəyini bildirsə də, Ukraynaya müdaxilə hazırladığı barədə iddiaları inkar edir.

Ağ Evin vəzifəli rəsmiləri Rusiya prezidentinin NATO-nun Şərqi Avropada bütün fəaliyyətinin dayandırılmasına dair tələbinə reaksiya verməkdən imtina ediblər.

Ağ Evin sözçüsü Cen Psaki deyib ki, diplomatik danışıqlar barədə hələ son qərar verilməsə də, ABŞ bu istiqamətdə işləməkdədir.

Xanım Psaki dekabrın 23-də deyib ki, hələlik baş verən yeganə təcavüzü Ukrayna ilə sərhəddəki Rusiya qüvvələri və cənab Putinin “davakar ritorikası” törədir.

Bu arada The Independent qəzetinin yazdığına görə Ağ Ev bildirib ki, Putinin NATO-dan Ukraynaya dair qarantiya tələblərinə potensial danışıqlaradək heç bir cavab verilməyəcək.

Ağ Evin vəzifəli rəsmilərindən biri Putinin mətbuat konfransı barədə suala cavab verərkən deyib ki, bu barədə hər hansı danışıqlardan əvvəl ABŞ-ın rəsmi reaksiyası olmayacaq.

Həmin rəsmi gələn ay ABŞ və Rusiya nümayəndələrinin Cenevrədə görüşəcəyinə dair Moskvanın bəyanatı barədə də hələki konkret razılaşma olmadığını deyib.

Rəsmi bildirib ki, Rusiyanın qaldırdığı məsələlər açıq bəyanatlarla cavablandırıla bilməz:

“Çünki biz Rusiyanın qaldırdığı məsələləri açıq müzakirə etməyi planlaşdırmırıq. Bu bizə konstruktiv görünmür və belə diplomatik söhbətlərlə irəliləyiş əldə olunması keçmişdə qalıb. Biz Rusiya prezidenti daxil heç kimin hər təklifinə və ya şərhinə reaksiya vermək niyyətində deyilik”.

Rəsmi deyib ki, Rusiya ilə hər hansı dialoq qarşılıqlı olmalıdır və bu halda masa üzərinə Vaşinqtonun da narahatlıqları qoyulacaq.

O əlavə edib ki, Vaşinqton bütün partnyor və müttəfiqləri ilə koordinasiya edilmədən və ya “onlarsız onlar barədə” heç nəyi müzakirə etməyəcək:

“Bizim nəzərimizcə danışıqlar Avropa təhlükəsizliyinə dair - ərazi bütövlüyünü tanıyan, sərhədlərin hərbi güclə dəyişdirilməsini qadağan edən, ölkələrin suverenliyinə və suveren qərarlar qəbul etmək hüququna hörmətə söykənən sənəd və prinsiplər üzərində başlamalıdır”.

Rəsminin sözlərinə görə, Ağ Ev üçün aydındır ki, gələn ay keçiriləcək danışıqlarda “substantiv irəliləyiş” yalnız Rusiya “de-eskalasiya mühitini” seçərsə edilə bilər.

Rəsmi deyib ki, əgər cənab Putin Ukrayna ərazisinə qoşun göndərmək qərarına gəlsə, bilməlidir ki, ABŞ və onun müttəfiqlərinin görəcəyi tədbirlər yalnız iqtisadi hərəkətlərlə məhdudlaşmayacaq.

“Biz demişik ki, öz ərazisinin müdafiəsi üçün Ukraynaya dəstəyimizi artıracağıq”.

The Guardian qəzeti isə Vladimir Putinin son günlərdə belə davakar ritorikasının arxasında nəyin dayandığını araşdırmağa çalışıb.

Rand Corporation analitik mərkəzinin politoloqu Samuel Şarap vəziyyəti belə izah edib:

“Onlar bu nəticəyə gəliblər ki, işlər onların istədikləri istiqamətdə getmir, onların qlobal məğlubiyyətinə doğru gedir. Kremlin ukraynanıların özlərinin yeni hökumətindən bezəcəyinə və Qərbin Ukraynaya marağı itirəcəyinə dair erkən gözləntiləri doğrulmayıb. Buna görə də Kreml qərara gəlib ki, hazırkı status quo dözülməzdir və dəyişilməlidir”.

Ekspert bildirir ki, bu səbəbdən də Putin danışıqlara açıq olduğunu bildirir və NATO-nun bu təşkilata 1997-ci ildən sonra qoşulmuş ölkələrin ərazisindəki qoşun və infrastrukturunun çıxarılmasını tələb edir.

Politoloqun fikrincə bir çox Şərqi Avropa ölkələri üçün belə bir şərt danışıqlar mövzusu ola bilməz.

Bunu yaxşı başa düşən Putin bəri başdan işarə edib ki, ABŞ prezidenti Co Baydenə hörməti olsa da, ona inanmır.

Bir sıra təhlilçilər Putinin son bəyanatlarını onun Rusiya lideri kimi öz mövqeyini möhkəmlətmək istəyi ilə bağlayırlar.

Moskvadakı Carnegie Mərkəzindən Aleksandr Baunov bu ay bu barədə yazmışdı:

“Belə görünür ki, onun Ukraynada nəyə nail olması Putinin 2024-cü ildən sonra da hakimiyyətdə qalmasının həlledici faktoru olacaq”.

Bununa belə Putinin 24 illik hakimiyyəti rahatlıqla qoyub gedəcəyi gözlənilmir.

Belə olduğu halda “qardaş Ukrayna” xalqını geri qaytarmaq məqsədi onun hakimiyyətdə qalmasına əsas verə bilər. Baunov bu barədə yazıb:

“Əgər bu məsələdə uğur qazanılmasa, deməli hakimiyyətdən getməyin də hələ vaxtı deyil”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunub
Bu gün, 06:12
"Azərsun Holdinq" şəhid atasının torpağını əlindən alıb - AÇIQLAMA
Bu gün, 00:35
Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır – Bu, qanun pozuntusudur
Bu gün, 00:29
Saxladığı qadına karxana bağışlayan keçmiş başçıdan AÇIQLAMA - "Biri mənim anadan olduğum tarix..."
Bu gün, 00:28
Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyil - Ağ Ev
Bu gün, 00:23
Laçında 2 ədəd kənd yaşayış məntəqəsinin layihəsi hazırlanır - 1,8 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 00:05
Bakıda yeni tikinti şirkəti yaradılıb
Bu gün, 00:02
“Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” – Boşyan
Dünən, 23:48
Xose Bernardo narkotik aludəçisidir? - VİDEO
Dünən, 23:44
Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi
Dünən, 23:40
Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Dünən, 19:20
Ermənistanın yersiz ambisiyası sülh müqaviləsinin perspektivlərinə mənfi təsir göstərir
Dünən, 19:00
Ermənistanda himn qalmaqalı: - Paşinyan təkid edir, daşnaqlar qarşı çıxır
Dünən, 18:58
“Ermənistan rəhbərliyinin “B planı” yoxdur” - Suren Sarkisyan
Dünən, 18:04
Tiktoker Fatimə ev dustaqlığına buraxıldı
Dünən, 18:02
Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? - “Şirkətlər Bakıda bina tikmək istəmir”
Dünən, 17:54
Ermənistan Rusiyanı və İranı necə aldatdı?! - GƏLİŞMƏ...
Dünən, 17:51
Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi - ƏMR
Dünən, 17:48
"Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ
Dünən, 17:46
Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb - FOTO
Dünən, 17:44
Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Dünən, 17:31
“ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Dünən, 17:29
Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Dünən, 17:28
İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Dünən, 17:15
Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Dünən, 17:12
"German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Dünən, 17:09
“Sea Breeze”ə yaxın şirkət yaradılıb
Dünən, 17:05
"Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Dünən, 17:01
Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Dünən, 16:59
Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Dünən, 16:58
“2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Dünən, 16:54
BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Dünən, 16:51
Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Dünən, 16:49
Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Dünən, 16:47
Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Dünən, 16:20
Gülzar Qurbanova virusa yoluxub
Dünən, 16:17
"Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Dünən, 16:16
Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Dünən, 16:14
“Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Dünən, 16:12
Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:08
Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Dünən, 16:05
İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Dünən, 16:03
Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Dünən, 16:00
Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Dünən, 15:59
Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Dünən, 15:58
Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Dünən, 15:57
Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Dünən, 15:53
Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Dünən, 15:49
"Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Dünən, 15:46
Açıq mesajın şifrəsi - Hələlik 1:0
Dünən, 15:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru