Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti .....                     Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! .....                     "Mənim danışmağımdan siz qorxursunuzsa..." .....                     Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb .....                     Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... .....                     Türk şirkəti Azərbaycan bazarından gedir .....                     4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… .....                     “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” .....                     Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək .....                     Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı .....                     Dilarə “Cazibə”si ilə ərəb mediasında .....                     “Bakı” qəzetinin yaradılmasından 67 il ötür .....                     Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb .....                     Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR .....                     Sabir Rüstəmxanlı siyasətdən gedir? .....                     Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum .....                     "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib .....                     Tibb bacısı necə ginekoloq oldu? .....                     `Bank Respublika`nın qurbanı oldu və... .....                     Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər .....                     Azərbaycan İrandan artıq heç nə ummur .....                     Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları .....                     Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ .....                     İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... .....                     Sahibkar Prezidentdən KÖMƏK İSTƏYİR .....                     "Trampın Türkiyə rəhbərliyi ilə də sıx münasibətlərini diqqətdən qaçırmaq olmaz" .....                     Binəqədi-Novxanı yolunun üstündə TƏHLÜKƏ! .....                     Haça-paça qalan İrəvan üçün SEÇİM ANI... .....                     Şəhərsalma və Memarlıq Dövlət Komitəsində şok korrupsiya... .....                     Yerin altında gizlədilməyə çalışılan 'KARYERA YÜKSƏLİŞİ "... .....                     Əhmədian İrəvana səfərlə bu mesajı ötürdü .....                     İran hər baxımdan "kritik durumda" .....                     Paşinyanın qəbuledilməz təklifləri... .....                     Cənubi Qafqaz: Qlobal fırtınalar və ortaq gələcək ümidi arasında .....                     "Xalq yazıçısı Anar pis idi, yaşlandıqca daha da pis oldu..." .....                     "İcra başçısı evimizi ikinci dəfə dağıtdı" .....                     "Ermənistan dəhlizi xoşluqla açmasa,,," .....                     Dünya xəritəsi yenidən cızılır: Ermənistan belə yerləşəcək .....                     Baydendən QORXUNC anons: Benzinin qiyməti artacaq .....                     Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunub .....                 

ABŞ niyə Türkiyəni “oyundankənar vəziyyətə” saldı - "F-35"-dən "8 zərbə"
Tarix: 15-11-2021, 10:45 | Çap et
ABŞ niyə Türkiyəni “oyundankənar vəziyyətə” saldı
Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib ki, Vaşinqton Ankaranı “F-35” proqramından kənarlaşdırmaq üçün “F-35” konsorsiumuna imza atan digər 8 ölkəyə təzyiq göstərərək anlaşmadan çıxarıb: “9 ölkənin birləşərək qurduğu “F-35” konsorsiumundan 8 ölkə çıxdı. Beləliklə, Türkiyə layihədə tək qaldı. Nəticədə “F-35” ortaqlığı Türkiyəsiz yenidən quruldu”.

Nazir qeyd edib ki, buna səbəb olaraq Türkiyənin Rusiyadan “S-400” silahlarını alması göstərilsə də, əslində məqsəd başqadır: “Niyyət Türkiyənin olmadığı yeni proqram hazırlamaqdır. Hazırda ABŞ rəsmiləri ilə bu istiqamətdə danışıqlar davam etdirilir. İlk görüş Ankarada keçirilib. Yaxın aylarda ABŞ-da görüşün keçirilməsi qərara alınıb. İndiyə qədər çəkdiyimiz xərclər və 6 təyyarənin vəziyyəti ilə bağlı müzakirələr davam edir”.

Xatırladaq ki, ABŞ və Türkiyə ilə yanaşı, Böyük Britaniya, İtaliya, Hollandiya, Danimarka, Kanada, Norveç və Avstraliya konsorsiumda təmsil olunurdu. Bir çox ekspertlər hesab edirlər ki, ABŞ-ın Türkiyəyə qarşı təzyiqləri Rusiyadan “S-400” almasına görə deyil, müstəqil siyasət yürütməsi ilə bağlıdır.

Türkiyəli siyasi icmalçı, Dr. Can Kasapoğlu AYNA-ya şərhində deyib ki, Türkiyə istehsalçı dövlət olaraq konsoriumun üzvü idi: “Yəni, bu, o deməkdir ki, Türkiyə “F-35”-i hazır almırdı, onun istehsalı prosesində iştirak etməli idi. Təbii ki, belə bir qərarın verilməsi Türkiyə üçün arzuolunan deyil. Çünki bu, təkcə döyüş təyyarəsi deyildi, eyni zamanda minlərlə yeni iş yeri yaradan layihə idi. Bu mənada Türkiyənin sənaye itkiləri də nəzərə alınmalıdır. Misal üçün, Səudiyyə Ərəbistanı “F-35”-ləri hazır alır, onlar istehsal prosesində iştirak etmirlər. Türkiyənin bu porqramda əsas üstünlüyü həm də istehsal dövləti olması ilə bağlı idi”.

“Dünyada mövcud olan bütün silah sistemlərində olduğu kimi, “F-35”-in də müsbət və mənfi cəhətləri var. Ən böyük mənfi cəhəti müdafiə iqtisadiyyatı ölçüsüdür. “F-35” Birgə Zərbə Qırıcısı inventarda saxlamaq üçün bahalı bir təyyarədir. Hazırda bir F-35-in uçuş saatının qiyməti 36-44 min dollar civarında qiymətləndirilir. Bu isə öz növbəsində bir neçə F-16-nın dəyərindən bahadır. Eyni zamanda ALIS sistemindəki səhvlər əməliyyat xərclərini və iş yükünü daha da artırır. Üstəlik, proqramda aşkar edilən bəzi problemlər cari müqavilə öhdəliklərindən daha çox pul tələb edəcək”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, Rusiyanın “S-400” sistemi indiyə qədər döyüş uğuru əldə etməyib: “Lakin dünyanın ən sıx SAM sistemləri ilə qorunan hava məkanlarından olan Suriyada İsrail Hərbi Hava Qüvvələri “F-35”-lərlə sistemli əməliyyatlar həyata keçirir. İddialara görə, son üç ildə minə yaxın hədəf vurulub və İsrail pilotlarının 70 faizi Suriya hava məkanına daxil olub. Digər yandan hələ “F-35”-in vurulması halları qeydə alınmayıb. Bütün bunlar bir daha göstərir ki, Türkiyənin “F-35”-lə bağlı layihədən kənarda qoyulması mənfi məqamdır. Bu, bizim üçün itki sayıla bilər”.

“Türkiyə dövləti “F-35” proqramında qalmaq istəyini dəfələrlə ən yüksək rəsmi səviyyədə dilə gətirib. Təbii ki, tarixi geriyə çevirmək mümkün deyil və Türkiyənin irəliyə baxmaq vaxtıdır. Təəssüf ki, Avropada Türkiyə üçün müdafiə sənayesi məhdudiyyətləri və çətinliklər siyasi zəmində güclənməkdə davam edir. Hazırda görməli olduğumuz əsas iş Türkiyənin hərbi potensialını artırmaq və döyüş hazırlığı səviyyəsini yüksəltməkdir. Məhz bu yolla itirdiklərimizi kompensasiya edə bilərik. Bir məqamı da unutmaq lazım deyil ki, Türkiyə müdafiə sənayesinin verdiyi itkilərin ödənilməsi ən azı hərbi potensialın gücləndirilməsi qədər vacibdir”, - deyə Kasapoğlu fikirini yekunlaşdırıb.

ABŞ-da təhsil almış türkiyəli politoloq, professor Selman Arslanbaş AYNA-ya açıqlamasında söyləyib ki, Baydenin hakimiyyətə gəlməsindən sonra ABŞ-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyub: “Görünən odur ki, Bayden administrasiyası rəsmi Ankara ilə məsafəli siyasət yürütməyə üstünlük verir. ABŞ və Türkiyə liderləri arasında keçirilən son görüş də bunun təsdiqi rolunda çıxış edir. Hazırda münasibətlər yüksək olmasa da, aşağı səviyyədə də deyil. Yəni, çıxış yolu hər zaman var. Bunu hər iki tərəfdə nəzərə alırlar”.

Müsahibimizin dediyinə görə, Suriyada PKK-nın qolu olan YPG-yə ABŞ-ın verdiyi siyasi-hərbi dəstək, Türkiyənin isə “S-400” raketlərini öz ərazisində saxlaması bu münasibətləri gərginləşdirən faktorlar rolunda çıxış edir: “Görünən odur ki, tərəflər hələlik ortaq məxrəcə gələ bilmirlər. Belə olduğu təqdirdə Amerika müttəfiqləri ilə birlikdə Türkiyəyə qarşı təzyiqləri artırır. 9 ölkənin birləşərək qurduğu “F-35” konsorsiumundan 8 ölkənin çıxması, Türkiyənin isə layihədə tək qalması bunun təzahürüdür”.

“Milli müdafiə naziri Hulusi Akarın da qeyd etdiyi kimi, onların əsas məqsədi Türkiyənin olmadığı yeni proqram hazırlamaqdır. Bu yolla Türkiyəni geri çəkilməyə təhrik edə bilməyəcəklər. Türkiyə kifayət qədər güclü dövlətdir. Son illərdə isə daha da güclənib. Bu gün dünyanın əsas beynəlxalq oyunçularından biridir. Regionda Türkiyənin rolu və iştirakı olmadan hər hansı layihənin uğur qazanması mümkün deyil. Yəqin ki, yekunda Qərb dairələri bu faktoru nəzərə alacaq. Əks halda ABŞ-Türkiyə müttəfiqliyinə xələl gələ bilər”, - deyə Arslanbaş vurğulayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01
Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56
"Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44
Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42
Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39
Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26
“Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23
Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05
Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03
Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56
“Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46
Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40
Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38
Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19
Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14
"Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07
Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58
`Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56
Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51
Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49
Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47
Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45
İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43
Sahibkar Prezidentdən KÖMƏK İSTƏYİR - gömrükdəki ÖZBAŞINALIQLA bağlı...
Bu gün, 08:38
"Trampın Türkiyə rəhbərliyi ilə də sıx münasibətlərini diqqətdən qaçırmaq olmaz" - deputat
Bu gün, 08:33
Binəqədi-Novxanı yolunun üstündə TƏHLÜKƏ! - BU NƏDİ BELƏ?..
Bu gün, 08:27
Haça-paça qalan İrəvan üçün SEÇİM ANI... - AKTUAL
Bu gün, 08:22
Şəhərsalma və Memarlıq Dövlət Komitəsində şok korrupsiya... - Nəzarət orqanının rəhbərinə layihələr verilir
Bu gün, 07:14
Yerin altında gizlədilməyə çalışılan 'KARYERA YÜKSƏLİŞİ "... - İLGİNC FAKTLAR
Bu gün, 07:06
Əhmədian İrəvana səfərlə bu mesajı ötürdü - Manqasaryan
Bu gün, 07:02
İran hər baxımdan "kritik durumda" - GƏLİŞMƏ
Bu gün, 06:56
Paşinyanın qəbuledilməz təklifləri... - Bəndlər üzrə İNCƏLƏMƏ
Bu gün, 06:53
Cənubi Qafqaz: Qlobal fırtınalar və ortaq gələcək ümidi arasında - “Xəyali icma”nın gerçək təsviri
Bu gün, 06:47
"Xalq yazıçısı Anar pis idi, yaşlandıqca daha da pis oldu..." - Orxan Saffari
Bu gün, 06:41
"İcra başçısı evimizi ikinci dəfə dağıtdı" - Gəncə terrorunda valideynlərini itirən şəxs FƏRYAD EDİR
Bu gün, 06:37
"Ermənistan dəhlizi xoşluqla açmasa,,," - deputat
Bu gün, 06:27
Dünya xəritəsi yenidən cızılır: Ermənistan belə yerləşəcək - İLGİNC
Bu gün, 06:22
Baydendən QORXUNC anons: Benzinin qiyməti artacaq - ABŞ artıq tədarük görür...
Bu gün, 06:14
Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunub
Bu gün, 06:12
"Azərsun Holdinq" şəhid atasının torpağını əlindən alıb - AÇIQLAMA
Bu gün, 00:35
Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır – Bu, qanun pozuntusudur
Bu gün, 00:29
Saxladığı qadına karxana bağışlayan keçmiş başçıdan AÇIQLAMA - "Biri mənim anadan olduğum tarix..."
Bu gün, 00:28
Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyil - Ağ Ev
Bu gün, 00:23
Laçında 2 ədəd kənd yaşayış məntəqəsinin layihəsi hazırlanır - 1,8 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 00:05
Bakıda yeni tikinti şirkəti yaradılıb
Bu gün, 00:02
“Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” – Boşyan
Dünən, 23:48
Xose Bernardo narkotik aludəçisidir? - VİDEO
Dünən, 23:44
Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi
Dünən, 23:40
Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Dünən, 19:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru