Qarabağdakı müharibə Donbasa keçir: gərginliyin sirri - TƏHLİL
Tarix: 6-03-2021, 10:04 | Çap et
Donbasda böyük müharibə çox yaxındadır. Rusiyalı siyasətçi, LDPR lideri Vladimir Jirinovski belə hesab edir. Onun fikrincə, hər şey təxribatla başlayacaq. “İlk bir-iki gün onlar dözəcəklər, sonra Rusiya köməyə gələcək...” , - Jirinovski bildirib.
“Yeni Müsavat” xəbər verir ki, o, mayda Rusiya-Ukrayna müharibəsinin başlaya biləcəyini anons edib. Jirinovskinin sözlərinə görə, Qərbə Ukrayna ancaq Rusiya ilə müharibə üçün lazımdır: “1941-ci ildə olduğu kimi böyük müharibə olmayacaq, amma qurbanlar olacaq. Donbas uğrunda, Luqansk uğrunda müharibə, Krıma qarşı vuruşmaq cəhdi. Ukrayna tərəfi artıq müharibəyə hazırlaşıb və Donetsk vilayətinə qüvvələr cəmləşdirib. Və Ukrayna ordusu indiki halda Qərb üçün ”top yemi" olacaq. Böyük təxribat üçün onlar ilk bir-iki gün dözəcəklər. Sonra hamısı məhv ediləcək".
Rus siyasətçi bildirir ki, Donetsk özünü müdafiə qüvvələrinin köməyinə Rusiya gələcək, rusdilli vətəndaşları, Rusiya pasportu olanları qorumaq üçün. Onlar isə orada yüz minlərlədir. Azərbaycanın Qarabağı hərbi yolla azad etməsindən sonra Donbas separatçıları ciddi təşvişə düşüb. Onlar narahatdır ki, Ukrayna ordusu da eyni ssenari ilə, Türkiyədən aldığı “Bayraktar”ları da tətbiq etməklə hücuma keçəcək.
Ötən gün Rusiya mənbələri “Donetsk özünümüdafiə ordusu”ndakı acınacaqlı vəziyyət barədə məlumatlar yaymışdı və orada deyilirdi ki, Ukraynanın yazda gözlənilən hücumu ərəfəsində separatçıların ordusunda texnikanın yarıdan çoxu “metallom”dur, muzdlulara maaş verilmir, təchizat çox pisdir, motivasiya yoxdur. Ən adi hərbi vasitələr belə çatışmır.
Məlumdur ki, Ukrayna 44 günlük müharibədə Azərbaycana mənəvi cəhətdən dəstək olan dost ölkələrdən biriydi. O baxımdan Azərbaycanın da Donbasda gedəcək savaşa susqun qalmayacağı gözlənilir. Həmçinin Qərb dünyası və Türkiyə də separatizmə son qoyulmasının tərəfdarıdır.
Politoloq Cümşüd Nuriyev Ukrayna məsələsinin ABŞ-ın diqqətində olduğunu güman edir. Onun “Yeni Müsavat”a dediyinə görə, ABŞ-da Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Corc Fridman da “Növbəti 10 il” əsərində bu məsələyə toxunub və hesab edir ki, Ukrayna ərazilərini geri qaytarmalıdır. “Amerikanın mövqeyi budur ki, Ukrayna məsələsində birinci Polşa, sonra Türkiyə kömək etməlidir. Türkiyə Krımı ilhaq kimi qəbul edib. Jirinovski isə Rusiya təhlükəsizlik orqanlarının general-leytenantıdır, Kremlin sözçüsüdür, onun dili ilə məlumatı yayırlar”, - deyə siyasi təhlilçi qeyd etdi.
C.Nuriyev Baydenin çıxışını yada saldı: “ABŞ Prezidenti elan etmişdi ki, Ukraynanın hüquqlarının bərpasını istəyirik, strateji düşmənimiz əvvəlcə Rusiyadır, sonra Çindir. Seçkidən qabaq da Bayden demişdi ki, Amerika qayıdır. Demək, Amerikanın qayıdışı bu imiş. Ona görə Jirinovskinin sözlərinə baxmayın, Ukrayna məğlub olmayacaq. Ölkənin milli elitası milliyyətcə ukraynalıdır”.
Politoloq hesab edir ki, ilk vaxtlarda Luqansk, Donetskdə ruslar hansısa irəliləyiş əldə edə bilər: “Amma çox davam etməyəcək, Ukrayna hərbi elitası imkan verməyəcək. Rusiyanın baş qərargah rəisi özü milliyətcə ukraynalıdır. Nəzər alın ki, Ukraynanın 50 milyona yaxın əhalisi var, hərbi gücü də ruslardan aşağı deyil. Yenə deyirəm ki, ilk vaxtlarda ruslar üstünlük götürə bilər, amma bu qardaş qırğını Rusiyanın məhvinə gətirib çıxaracaq. Hətta Ukrayna Belqorodu, Rostovu, Smolenski tələb edə bilər ki, nəticədə Rusiya kifayət qədər torpaq itirəcək. NATO da Ukraynanın yanındadır, Stoltonberq demişdi ki, qapımız Ukrayna və Gürcüstana açıqdır”.
C.Nuriyevin sözlərinə görə, Azərbaycanın Qarabağda uğuru Ukraynada ciddi presedentdir: “Ukraynada qəbul ediblər ki, separatizmə son qoymaq mümkündür. Onlar da başa düşürdü ki, Ermənistanın arxasında Rusiya dayanıb. Prezident Zelenski haqda deyə bilmərəm ki, peşəkar siyasətçidir, ancaq siyasətini reallaşdıran komanda var. Odur ki, qan töküləcək, amma rusların fikirləşdiyi kimi Kiyevin ələ keçirilməsi ilə olmayacaq. Əksinə, bu, Rusiyanın sonunun başlanğıcı olacaq.
Mənə elə gəlir ki, MDB və KTMT siyasi cəhətdən parçalanacaq. Rusiya özbaşına qərar qəbul edib ora girəcəksə, Qazaxıstan, Qırğızıstan qoşulmaycacaq, Ukraynada döyüşməyə getməyəcəklər. Bu da siyasi parçalanmaya səbəb olacaq. Digər tərəfdən Ukrayna niyə də torpaqlarını geri almasın?! Biz 30 il gözlədik, onlarda hələ 7 il keçib..."
Siyasi şərhçi Züriyə Qarayevanın özlərinə görə, Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində zəfəri postsovet məkanında Rusiyanın nəzarətindəki “qaynar bölgələri” canlandırıb. Onun fikrincə, Moldova Dnestryanı bölgədə, Gürcüstan Abxaziya və Cənubi Osetiyada, Ukrayna isə Donetsk və Krımda Rusiya ilhaqına son verməyin yollarını axtarırlar: “Jirinovskinin bu günlərdə söylədiyi imperialist fikirlər, əslində Rusiya hakimiyyətinin çılğın, ərköyün qoca deputatın dili ilə sadaladığım bölgələrdə Qarabağ presedentindən ilhama gələnlərə bir hədələyici mesajdır. Real həqiqət isə bundan ibarətdir ki, Rusiyanın əl çəkmək istəmədiyi Donbas daş kömür hövzəsindən Putinə 800 şaxtaçının imzası ilə ünvanlanmış müraciətində sonrakı canlanmadan başqa bir şey deyil.
Rusiyanın əli ilə Donbas şaxtalarına nəzarət edən Sivilyov buranı şəxsi biznesinə çevirərək, şaxtaçılara ödəməli olduğu yüksək məvacibləri mənimsədiyindən, rezonans doğuracaq narazılığı Rusiyanı düşündürməyə başlayıb. Rusiya gözəl bilir ki, Ukrayna ilə açıq müharibəyə getsə, Avropa və ABŞ Ukraynanı dəstəkləyəcək. Gürcüstan və Moldova da fürsəti əldən verməyəcək. Ona görə Rusiya müharibəyə getməz".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bu gün, 11:33 |
|
|
|
• İrəvandan açıqlama: Zəngəzur dəhlizinə nəzarət... - KİV
Bu gün, 11:30 |
|
|
|
• KAPİTAL BANK-dan total narazılıq olsa da... - Nə dinləyən var... nə də həll edən...
Bu gün, 11:26 |
|
|
|
• Rusiya 2024-cü ildə İspaniyanın ikinci ən böyük qaz tədarükçüsü olub - “Enagás”
Bu gün, 11:09 |
|
|
|
• Prokuror gənc sevgilisini öldürən qadına AĞIR CƏZA İSTƏDİ
Bu gün, 11:04 |
|
|
|
• Yüz and iç ki, Azərbaycana qarşı ərazi iddiamız yoxdur... - FAKT... FAKTDIR!
Bu gün, 11:00 |
|
|
|
• “Veysəloğlu” 30 illik fəaliyyətini əks etdirən imic videosunu təqdim etdi - VİDEO
Bu gün, 10:56 |
|
|
|
• Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb - "Guya ki..."
Bu gün, 10:54 |
|
|
|
• Putin nədən təyyarə faciəsinə görə Azərbaycan xalqından görüntülü üzr istəmədi?.. - ŞOK İDDİALAR...
Bu gün, 10:50 |
|
|
|
• ADNSU ilə bağlı qalmaqal davam edir - "Cümlə qura bilmir..."
Bu gün, 10:49 |
|
|
|
• İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi 47 maddədən ibarətdir
Bu gün, 10:45 |
|
|
|
• Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağını deyib
Bu gün, 10:41 |
|
|
|
• Azərbaycanlı Ukraynada itkin düşdü - FOTO
Bu gün, 10:39 |
|
|
|
• Elmar Məmmədyarovu səfir göndərmək istəyiblər: "Amma alınmadı” - özü AÇIQLADI
Bu gün, 10:37 |
|
|
|
• Samir Şərifovu Bayramovun qardaşı əvəzlədi - BUNDAN SONRA...
Bu gün, 10:34 |
|
|
|
• Putinə daha bir zərbə: bu ölkə Rusiyanı "satdı" - Müqavilələr LƏĞV EDİLİR
Bu gün, 10:32 |
|
|
|
• Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 10:23 |
|
|
|
• Məhkəmə hakimi NECƏ GƏRGİNLİK YARADIR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 10:15 |
|
|
|
• Los-Ancelesdə Paşinyan və Alen Simonyanın da villaları yandı?.. - Erməni KİV
Bu gün, 10:11 |
|
|
|
• Rüşvət alan keçmiş məmur azadlığa çıxmaq istəyir - MƏHKƏMƏ
Bu gün, 10:09 |
|
|
|
• DAHA BİR OLAY: Həkimlərimizin BAŞI QAÇIB? - FOTOFAKT
Bu gün, 10:04 |
|
|
|
• Laçının 2 kəndinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Bu gün, 09:56 |
|
|
|
• İran parlamentinin nümayəndə heyəti İrəvandadır - KİV
Bu gün, 09:50 |
|
|
|
• Naxçıvanda qanun-manun hərləyən yoxdur... - ŞOK İTTİHAM
Bu gün, 09:45 |
|
|
|
• `GÖZƏGÖRÜNMƏZLƏR` `QEYB`DƏN QAYIDIR? - "...əsl konsert onda olardı"
Bu gün, 09:38 |
|
|
|
• Daha bir şirkət ölkədən pul çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 09:22 |
|
|
|
• Tramp Putinlə nə vaxt görüşəcək? - Vaşinqtondan açıqlama
Bu gün, 09:19 |
|
|
|
• Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər - VİDEO
Bu gün, 09:14 |
|
|
|
• İlyas İsmayılovdan ağsaqqal məsləhəti... - "Lax yumurtalarla uğraşma!"
Bu gün, 09:12 |
|
|
|
• Rusiyadan bu torpaqları geri almaq mümkün deyil - ABŞ
Bu gün, 09:08 |
|
|
|
• “Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək - TOPLANTI
Bu gün, 09:02 |
|
|
|
• Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? - ETİRAZ VAR...
Bu gün, 08:57 |
|
|
|
• Bu halda işçilərin əmək hüquqları pozulur... - Ekspert danışır...
Bu gün, 08:38 |
|
|
|
• Müstəqillik tariximizin 20 Yanvar faciəsi - MƏQALƏ
Bu gün, 08:34 |
|
|
|
• Xalqımızın qan yaddaşı: 20 Yanvar... - İsrafil Kərimovun yazısı
Bu gün, 08:32 |
|
|
|
• Naxçıvanda kredit-mredit OYUNU - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:30 |
|
|
|
• Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? - BUNDAN SONRA...
Bu gün, 07:18 |
|
|
|
• Bu gün Köhnə Yeni ildir: - hansı ölkələr qeyd edir?
Bu gün, 07:08 |
|
|
|
• “Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” - keçmiş nazir
Bu gün, 07:04 |
|
|
|
• Bu həftə onun da 'ulduzu sönəcək'... - İDDİA
Bu gün, 07:01 |
|
|
|
• Naxçıvanda mühüm posta TƏYİNAT GÖZLƏNİLİR...
Bu gün, 06:51 |
|
|
|
• Putin üçün həyəcan siqnalı... - səmimi xristianların qəzəbi püskürə bilər
Bu gün, 06:40 |
|
|
|
• "İstəyənin bir, verməyənin iki üzü qara... - Onsuz da verəcəm..."
Bu gün, 06:30 |
|
|
|
• Ermənistandakı silahlar kimə tuşlanacaq? - AKTUAL
Bu gün, 06:26 |
|
|
|
• İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi - “Müharibə vaxtı NATO…”
Bu gün, 06:24 |
|
|
|
• Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Bu gün, 06:21 |
|
|
|
• Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25 |
|
|
|
• “Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• "Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16 |
|
|
|
• İsrail Azərbaycana yeni səfir təyin edib - İsrail mediası
Bu gün, 00:10 |
|
|
|
|