Naxçıvanda “dədə-baba” qaydası təyinatlar .....                     Naxçıvan Ali Məclisində yeni təyinat .....                     Qazaxda icra başçısı yeni asfalt örtüyü vurulmuş küçələrdə görülmüş işlərlə tanış olub .....                     Naxçıvanda təhsilin evini elə yıxıblar ki... .....                     "Musiqini zina, tərbiyəsizlik, əxlaqsızlıqla əlaqələndirməyin heç bir dini əsası yoxdur" .....                     Sakinlər Nərimanov icra hakimiyyətinə QARŞI... .....                     "Bu münasibətlər zamanın sınağından keçib" .....                     Palata UNEC-də yoxlama apardı .....                     İrəvandan açıqlama: Zəngəzur dəhlizinə nəzarət... .....                     KAPİTAL BANK-dan total narazılıq olsa da... .....                     Rusiya 2024-cü ildə İspaniyanın ikinci ən böyük qaz tədarükçüsü olub .....                     Prokuror gənc sevgilisini öldürən qadına .....                     Yüz and iç ki, Azərbaycana qarşı ərazi iddiamız yoxdur... .....                     “Veysəloğlu” 30 illik fəaliyyətini əks etdirən imic videosunu təqdim etdi .....                     Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb .....                     Putin nədən təyyarə faciəsinə görə Azərbaycan xalqından görüntülü üzr istəmədi?.. .....                     ADNSU ilə bağlı qalmaqal davam edir .....                     İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi .....                     Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağını deyib .....                     Azərbaycanlı Ukraynada itkin düşdü .....                     Elmar Məmmədyarovu səfir göndərmək istəyiblər: "Amma alınmadı” .....                     Samir Şərifovu Bayramovun qardaşı əvəzlədi .....                     Putinə daha bir zərbə: bu ölkə Rusiyanı "satdı" .....                     Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı .....                     Məhkəmə hakimi NECƏ GƏRGİNLİK YARADIR... .....                     Los-Ancelesdə Paşinyan və Alen Simonyanın da villaları yandı?.. .....                     Rüşvət alan keçmiş məmur azadlığa çıxmaq istəyir .....                     DAHA BİR OLAY: Həkimlərimizin BAŞI QAÇIB? .....                     Laçının 2 kəndinin layihələndirilməsi 2 milyon manata başa gələcək .....                     İran parlamentinin nümayəndə heyəti İrəvandadır .....                     Naxçıvanda qanun-manun hərləyən yoxdur... .....                     `GÖZƏGÖRÜNMƏZLƏR` `QEYB`DƏN QAYIDIR? .....                     Daha bir şirkət ölkədən pul çıxarıb .....                     Tramp Putinlə nə vaxt görüşəcək? .....                     Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər .....                     İlyas İsmayılovdan ağsaqqal məsləhəti... .....                     Rusiyadan bu torpaqları geri almaq mümkün deyil .....                     “Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək .....                     Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? .....                     Bu halda işçilərin əmək hüquqları pozulur... .....                 

“Putinin əlində Makrona qarşı güclü kompromat var” və ya Fransa “su bulandırır”
Tarix: 24-02-2021, 11:17 | Çap et
“Putinin əlində Makrona qarşı güclü kompromat var” və ya Fransa “su bulandırır”
“Vaxtı ilə Şimali Atlantika İttifaqı, artıq mövcud olmayan Varşava Paktı ilə güc balansı üçün yaradıldı. NATO-nu dəstəkləyərərk, Avropa bütövlükdə cəmiyyətin bölünməsini dərinləşdirməyə davam edən bir geopolitik məntiqdən yanaşır”.

Bu açıqlama ilə Fransa Prezidenti Emmanuel Makron çıxış edib. NATO-nun bir təşkilat olaraq artıq aktual olmadığını qeyd edən Makron, İttifaqın hərbi formatını tənqid edib: “Bəzən artıq mövcud olmayan və Avropanı parçalamağa davam edən bir geopolitik məntiqlə, artıq mövcud olmayan bir ideologiya və ya təşkilata qarşı mübarizəmizi davam etdiririk”.

Fransa Prezidenti nə qədər haqlıdır? Məsələn, eyni Gürcüstan və Ukrayna üçün potensial NATO üzvlüyü gələcəkdə ərazi bütövlüyünü bərpa etmək üçün yeganə ümid olaraq qalır. Təbii ki, onlar öz torpaqlarını Rusiyadan təkbaşına geri almaq iqtidarında deyil. Yəni Kremlin təcavüzkar istəklərini tarazlaşdırmaq nöqteyi-nəzərindən NATO-nun rolunu qiymətləndirməmək, sadəcə mümkün deyil. Rusiya Federasiyası sərhədləri yaxınlığında nisbətən zəif və kiçik ölkələr çoxdur.

NATO-nu ilk dəfə tənqid etməyən Makronun fikirlərinin arxasında nə dayanır? Daha əvvəl Fransa Prezidenti NATO-nun “beyin ölümü” keçirdiyindən danışmışdı. Son Münhen Təhlükəsizlik Konfransında çıxış edən Makron, Avropanı öz müdafiə strategiyasını inkişaf etdirməyə və bu vəzifəni ABŞ-a həvalə etməməyə çağırdı. Bundan əlavə, əvvəllər o, Rusiya ilə ortaq bir Avropa təhlükəsizlik arxitekturası çərçivəsində bir dialoqa SƏSLƏDİ və “əsl Avropa ordusu”nun yaradılmasında israr etdi.

Doğrudanmı, Avropa Birliyi (AB) ordusu yaradılacağı təqdirdə, NATO kimi qlobal bir hərbi təşkilat olmadan, yalnız Rusiya qoşunlarına təsirli bir şəkildə müqavimət göstərə biləcəyini düşünür? Və Makronun bu cür açıqlamalarının, ondan çox güclü olan Merkelin gedişindən sonra ümumi Avropaya rəhbərlik etmək istəyi ilə əlaqəli olduğunu düşününlər haqlıdırlarmı?

AYNA mövzunu əcnəbi ekspertlərlə müzakirə edib.

Latviyalı siyasi analitik, filologiya elmləri doktoru, müstəqil jurnalist Aleks Qriqoriyevs:

“Fransanın əvvəllər də NATO ilə bağlı fərqli bir mövqedə olmasını unutmayaq. Bir çoxları unudur ki, bu ölkə 1966-cı ildə Fransa Prezidenti general Şarl de Qollun rəhbərliyi altında NATO-nun hərbi komandanlıq strukturlarından çıxdı və hətta, NATO-nun komandanlığı və mərkəzi ofisi Parisdən Brüsselə köçürüldü. Fransanın NATO hərbi strukturlarına qaytarılması yalnız 2009-cu ildə baş verdi.

Demək lazımdır ki, Rusiya mətbuatı Makronun NATO ilə bağlı sözlərini “Financial Times”-a verdiyi müsahibənin əsas məzmunu kimi çatdırsa da, o, NATO-dan yalnız söhbətin sonunda təsadüfi məqam kimi danışır və jurnalistin onu bu mövzuda daha çox sorğu-suala tutmasına imkan vermir. Həm Şarl de Qollun, həm də Emmanuel Makronun məntiqi aydındır: Fransanın rolu və təsiri çoxqütblü bir dünyada böyüyür, iki qütblü dünyada isə azalır. Beləliklə, Fransa Prezidentinin bəzi geopolitik korluğu - Rusiyanı təhdid olaraq görməkdən imtina etmək, hətta kommunist Çinin timsalında bir təhlükə görməkdən imtina etmək bu məntiqdən qaynaqlanır. Buna görə ABŞ-ı Qərb dünyasının yeganə və təbii lideri kimi görməkdən imtina edilir.

Ancaq biz, keçmiş kommunist imperiyasının vətəndaşları, hər şeyi Makrondan daha yaxşı görür və başa düşürük. Bizim üçün Rusiya lap yaxındadır. Bizim, Rusiyanın zaman-zaman cinahlarda mövqe döyüşlərinə çevrilən, əleyhinə hibrid müharibəsi apardığı Qərb dünyasının lideri və qoruyucusu olaraq ABŞ-a həyati olaraq marağımız var. Dnestryanı bölgə, Krım, Donbas, Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ - bütün bu qarşıdurmaların arxasında Rusiya dayanır - SSRİ-nin dağılmasını iyirminci əsrin ən böyük fəlakəti hesab edən Rusiya. Biz burada son müstəmləkə imperiyasının, millətlərin həbsxanasının çöküşünü görürük və Rusiya rəhbərliyi intiqam almaq istəyir, qonşu dövlətləri özünə tabe etməyə, Avropa Birliyini parçalamağa və ABŞ-da qarışıqlıq yaratmağa çalışır.

Yeri gəlmişkən, mənə dedilər ki, Putinin Makrona qarşı kompromatı var və bu, onun ani geosiyasi korluğunu izah edir. Prezident de Qoll ilə tarixi paralellərin işə düşməsini düşünmək istərdim. ABŞ da Böyük Britaniya, Polşa və nəhayət Ukrayna kimi digər Avropa ölkələrini əsas müttəfiqləri olaraq seçəcək. Belə bir ittifaqın artıq formalaşdığına dair bəzi əlamətlər var. Ancaq, ümumiyyətlə, Prezident Baydenin görəcəyi hələ çox işi olduğunu etiraf etməliyik”.

Ukraynalı politoloq, “Strateji XXI əsr” Qlobal Tədqiqatlar Mərkəzinin prezidenti, “Qara dəniz Təhlükəsizlik” jurnalının baş redaktoru Mixail Qonçar:

“Makronun bu açıqlamalarına çox əhəmiyyət verməzdim. NATO-da “hava şəraitini” Paris yox, ABŞ, Kanada və İngiltərənin anqlo-sakson ittifaqı müəyyən edir. Fransa həmişə NATO-da xüsusi bir mövqe tutub. NATO qərargahının Parisdən Brüsselə köçürülməsi ilə başa çatan 60-cı illərdəki Fransız demarşlarını xatırlamaq kifayətdir.

Fransa Avropada liderliyini bərpa etməyi səbirsizliklə gözləyir. Lakin obyektiv səbəblərə görə bugünkü Fransa Almaniya ilə rəqabət edə biləcək bir vəziyyətdə deyil. Yəqin ki, Makron Merkelin gedişi ilə onun kölgəsindən çıxmaq və Avropada birinci olmaq şansının olacağına inanır. Ancaq bunun reallaşması ehtimalı azdır. Dəyərsiz liderlər buna qadir deyillər. Avropa ordusu yaratmaq ideyası yeni bir fikir deyil, amma reallaşma ehtimalı azdır. 1990-cı illərdə Balkanlardakı hadisələr göstərdi ki, ABŞ və NATO olmadan Avropa təhlükəsizlik məsələlərini həll etmək iqtidarında deyil.

NATO dəfələrlə daxili böhran yaşadı. Sovet və daha sonra Rusiya təbliğatı bir neçə dəfə blokun çöküşünü proqnozlaşdırırdı. Bunların heç biri olmadı. İttifaqın üzvlərinin sayı yalnız artdı. Səbəbi Mərkəzi və Şərqi Avropa ölkələrinin NATO çətiri olmadan Rusiyanın təcavüzkar siyasəti qarşısında özlərini təhlükəsiz hiss etməməsidir. Buna görə İttifaqa üzv oldular.

İndi növbədə Gürcüstan və Ukrayna dayanır. Yeri gəlmişkən, 2008-ci ildə NATO-nun Buxarest sammitində bizə Üzvlük Fəaliyyət Planının təqdim edilməsinə maneə törətməklə, Fransa və Almaniyadan ölkələrimizin arxasına saplanan bıçaq olmasaydı, artıq NATO üzvü idik. Və o zaman nə Gürcüstan, nə də Ukraynan Rusiyanın tərəfdən öz ərazilərinin işğalı faktı ilə üz-üzə qalacaqdı”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanda “dədə-baba” qaydası təyinatlar - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:53
Naxçıvan Ali Məclisində yeni təyinat - SƏRƏNCAM
Bu gün, 11:51
Qazaxda icra başçısı yeni asfalt örtüyü vurulmuş küçələrdə görülmüş işlərlə tanış olub
Bu gün, 11:48
Naxçıvanda təhsilin evini elə yıxıblar ki... - Müəllimlər də narazıdır... valideynlər də...
Bu gün, 11:45
"Musiqini zina, tərbiyəsizlik, əxlaqsızlıqla əlaqələndirməyin heç bir dini əsası yoxdur" - deputat
Bu gün, 11:42
Sakinlər Nərimanov icra hakimiyyətinə QARŞI... - DETALLAR
Bu gün, 11:40
"Bu münasibətlər zamanın sınağından keçib" - Razi Nurullayev
Bu gün, 11:38
Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bu gün, 11:33
İrəvandan açıqlama: Zəngəzur dəhlizinə nəzarət... - KİV
Bu gün, 11:30
KAPİTAL BANK-dan total narazılıq olsa da... - Nə dinləyən var... nə də həll edən...
Bu gün, 11:26
Rusiya 2024-cü ildə İspaniyanın ikinci ən böyük qaz tədarükçüsü olub - “Enagás”
Bu gün, 11:09
Prokuror gənc sevgilisini öldürən qadına AĞIR CƏZA İSTƏDİ
Bu gün, 11:04
Yüz and iç ki, Azərbaycana qarşı ərazi iddiamız yoxdur... - FAKT... FAKTDIR!
Bu gün, 11:00
“Veysəloğlu” 30 illik fəaliyyətini əks etdirən imic videosunu təqdim etdi - VİDEO
Bu gün, 10:56
Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb - "Guya ki..."
Bu gün, 10:54
Putin nədən təyyarə faciəsinə görə Azərbaycan xalqından görüntülü üzr istəmədi?.. - ŞOK İDDİALAR...
Bu gün, 10:50
ADNSU ilə bağlı qalmaqal davam edir - "Cümlə qura bilmir..."
Bu gün, 10:49
İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi 47 maddədən ibarətdir
Bu gün, 10:45
Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağını deyib
Bu gün, 10:41
Azərbaycanlı Ukraynada itkin düşdü - FOTO
Bu gün, 10:39
Elmar Məmmədyarovu səfir göndərmək istəyiblər: "Amma alınmadı” - özü AÇIQLADI
Bu gün, 10:37
Samir Şərifovu Bayramovun qardaşı əvəzlədi - BUNDAN SONRA...
Bu gün, 10:34
Putinə daha bir zərbə: bu ölkə Rusiyanı "satdı" - Müqavilələr LƏĞV EDİLİR
Bu gün, 10:32
Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 10:23
Məhkəmə hakimi NECƏ GƏRGİNLİK YARADIR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 10:15
Los-Ancelesdə Paşinyan və Alen Simonyanın da villaları yandı?.. - Erməni KİV
Bu gün, 10:11
Rüşvət alan keçmiş məmur azadlığa çıxmaq istəyir - MƏHKƏMƏ
Bu gün, 10:09
DAHA BİR OLAY: Həkimlərimizin BAŞI QAÇIB? - FOTOFAKT
Bu gün, 10:04
Laçının 2 kəndinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Bu gün, 09:56
İran parlamentinin nümayəndə heyəti İrəvandadır - KİV
Bu gün, 09:50
Naxçıvanda qanun-manun hərləyən yoxdur... - ŞOK İTTİHAM
Bu gün, 09:45
`GÖZƏGÖRÜNMƏZLƏR` `QEYB`DƏN QAYIDIR? - "...əsl konsert onda olardı"
Bu gün, 09:38
Daha bir şirkət ölkədən pul çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 09:22
Tramp Putinlə nə vaxt görüşəcək? - Vaşinqtondan açıqlama
Bu gün, 09:19
Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər - VİDEO
Bu gün, 09:14
İlyas İsmayılovdan ağsaqqal məsləhəti... - "Lax yumurtalarla uğraşma!"
Bu gün, 09:12
Rusiyadan bu torpaqları geri almaq mümkün deyil - ABŞ
Bu gün, 09:08
“Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək - TOPLANTI
Bu gün, 09:02
Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? - ETİRAZ VAR...
Bu gün, 08:57
Bu halda işçilərin əmək hüquqları pozulur... - Ekspert danışır...
Bu gün, 08:38
Müstəqillik tariximizin 20 Yanvar faciəsi - MƏQALƏ
Bu gün, 08:34
Xalqımızın qan yaddaşı: 20 Yanvar... - İsrafil Kərimovun yazısı
Bu gün, 08:32
Naxçıvanda kredit-mredit OYUNU - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:30
Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? - BUNDAN SONRA...
Bu gün, 07:18
Bu gün Köhnə Yeni ildir: - hansı ölkələr qeyd edir?
Bu gün, 07:08
“Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” - keçmiş nazir
Bu gün, 07:04
Bu həftə onun da 'ulduzu sönəcək'... - İDDİA
Bu gün, 07:01
Naxçıvanda mühüm posta TƏYİNAT GÖZLƏNİLİR...
Bu gün, 06:51
Putin üçün həyəcan siqnalı... - səmimi xristianların qəzəbi püskürə bilər
Bu gün, 06:40
"İstəyənin bir, verməyənin iki üzü qara... - Onsuz da verəcəm..."
Bu gün, 06:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru