ABŞ-ın Ankara, Moskva və Tehrana təzyiqlərinin sirri - sanksiyalardan çökməyən üçbucaq
Tarix: 23-02-2021, 08:12 | Çap et
ABŞ və onun Qərbdəki müttəfiqlərinin hər zaman ümdə arzusu əzəli rəqiblərini diz çökdürmək, hegemonluğuna son qoymaq, zəiflətmək olub. Bu, onillərin dəyişməz siyasətidir.
Vaşinqton və “Qoca qitə”nin nəhəngləri üçün Rusiya, İran və Türkiyə həmişə başağrısı, problem, gözügötürməz qüvvələrdir. Bu niyyətlə Ankara, Moskva və Tehran üçbucağı Qərbdən gələn sanksiyalara qarşı bir zolaq yaratmaqdadırlar.
“Yeni Müsavat” yazır ki, bu anti-Qərb cəbhəsi məhz imperialist güclərin təzyiqlərini dəf etməyə, onların iqtisadi sanksiyalarından ağır təsirləri olmadan ötüşməyə hesablanıb.
O baxımdan son illərdə Rusiya-Türkiyə-İran ittifaqı haqda tez-tez danışılır, regionda ABŞ və Avropanın həmlələrinə birgə müqavimət göstəriləcəyi proqnozları səslənir.
Ən maraqlısı budur ki, ABŞ təzyiq göstərdiyi və sanksiya tətbiq etdiyi dövlətlərin heç birini diz çökdürə bilməyib.
Əksinə, bu ölkələr daxili istehsalatı artırıblar, hərbi sənaye kompleksini inkişaf etdiriblər, bir-birinə daha çox bağlanıblar, əməkdaşlığı genişləndiriblər.
Həmçinin Avropa Birliyinin sanksiyaları bu illər ərzində Rusiya və İranı laxlada bilməyib.
Təbii ki, sərt qərarların iqtisadi zərbələri var, dövlətlərə maliyyə baxımından böyük itkilər yaşadır, amma onları fəlakətlə üz-üzə qoymur.
Hətta dünyada ABŞ və Qərbin ikili standartları ikrah hissi doğurmaqdadır, onların səmimiyyətinə inam qalmayıb.
Ümumiyyətlə, Amerika bu ölkələrlə ya “siyasi çilingağac” oynayır, ya da demokratiya, insan haqları, media azadlığı pərdəsi altında apardığı siyasət artıq bu siyasətlə ölkələrə girə bilməməsi prosesə mane olmağa başlayır.
Bəzi təhlilçilərin qənaətinə görə, hər iki versiya qüvvəsində ola bilər. Amma əsas məsələ Amerika və dünyanın digər güclərinin Rusiyanın, İranın tam çökməsində, dağılmasında maraqlı olmamasıdır.
Sadəcə, onları təzyiq altında saxlamaqla bunu yetərli sayırlar, sıxışdırırlar, çabalamağa məcbur edirlər. Yəni Rusiyanın və yaxud İranın çöküşü arzulanmır.
2015-ci ildə bütün Qərb dünyası İranla münasibətlərdə çoxillik böhranın bitməsini və çoxtərəfli beynəlxalq sazişin imzalanmasını bayram edirdi.
Yalnız üç il keçdi və böhran qayıtdı. 2018-ci ilin avqustunda ABŞ birtərəfli olaraq sazişdən çıxdı və İrana qarşı sanksiyaları bərpa etdi.
Böhranın səbəbi İranın nüvə proqramı və onun nüvə silahına yiyələnmək məqsədi, həmçinin İran rəhbərliyinin çıxışlarındakı anti-Amerika üslubu olmuşdu.
İrana qarşı sanksiyaların bərpasının ertəsi günü məlum olmuşdu ki, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.
Amerika hakimiyyəti qərara gəlib ki, keçmiş rusiyalı kəşfiyyatçı Sergey Skripalın və onun qızı Yuliyanın Böyük Britaniyada zəhərlənməsinin arxasında Kreml durur. O vaxtdan sonra ardıcıl müxtəlif səbəblərlə Moskva təzyiq altında saxlanır.
Eyni tarixdə ABŞ Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə qarşı sanksiyalar tətbiq edib - Əbdülhamit Gülün və Süleyman Soylunun bütün Amerika hesabları dondurulub.
Son illərdə Ankara ilə Vaşinqtonun münasibətləri bir neçə səbəb üzündən pisləşib. Türkiyə ABŞ-ın Güləni ona təhvil verməkdən imtina etməsindən və Amerika tərəfinin Suriyadakı kürd könüllülərlə əməkdaşlığından narazıdır.
Amerika hakimiyyəti isə öz növbəsində keşiş Bransonun həbsindən hiddətlənib. ABŞ sanksiyalarının tətbiqi Türkiyə valyutasının - lirənin məzənnəsinə də təsir edib. Beləliklə, biz üç dövlətin təzyiqlərlə üzləşdiyini, lakin məğlub olmadığını müşahidə edirik.
Politoloq Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, nə qədər “öldürücü sanksiyalar tətbiq edəcəyik” desələr də, Rusiya və İran davam gətirir. Onun fikrincə, bu məsələdə Türkiyəni ayırmaq lazımdır: “Qərblə əlaqələri gərginləşə bilər, amma sonra öz məcrasına qayıdır, Ankaraya qarşı dağıdıcı sanksiyalardan istifadə etmirlər, etməyəcəklər də...”
Ekspert hesab edir ki, burada Rusiya və İran aktualdır: “Qərb dünyası Rusiyanı həmişə hədəfdə görüb. Putin Rusiyası isə Qərb üçün daha ciddi təhlükə ərz etməyə başlayıb.
Rusiyanın Ukrayna, Gürcüstana təcavüzü, qonşularına dözümsüzlüyü, Suriya və Liviyadakı hərəkətləri dünya tərəfindən normal qarşılanmır.
Rusiyanın sürətlə silahlanmaya rəvac verməsi, yenidən militaristləşməyə başlaması dünyanı narahat etməkdədir. Baxmayaraq ki, əhalinin rifah səviyyəsi aşağıdır, Kreml gəlirlərinin böyük hissəsini yeni kütləvi qırğın silahlarının, nüvə silahlarının yaradılmasına sərf edir. Hətta Putinin məhdud sayda jurnalistin iştirakı ilə keçirdiyi mətbuat konfransında Rusiyanın yaratdığı yeni nəsil silahlar haqda öyündüyünü görmək olardı. Bu cəhətdən Qərbin hədəfində Rusiya dayanmaqdadır".
Q.Hüseynli güman edir ki, Bayden hökuməti Avropadakı müttəfiqlərini də öz tərəfinə çəkə bilib, Tramp dövründə olan Amerika-Avropa soyuqluğu aradan qaldırılıb, “Qoca qitə”ni Rusiyaya qarşı yönləndirib. Analitik İrana gəldikdə, bildirdi ki, son dövrlər müəyyən yumşalma hiss olunur: “İran MAQATE rəhbərini ölkəyə buraxıb. Onun rəhbəri İranın nüvə məntəqələrini inspeksiyadan keçirəcək.
Tehran Vaşinqtonla danışıqlara getməyə bir şərtlə razıdır ki, Amerika sanksiyaları, xüsusən təbabətlə bağlı qadağaları götürsün.
Amma İsrail MOSSAD-nın və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin mətbuata yaydığı məlumatlara görə, İran uranı zənginləşdirməyə davam edir.
Ona görə Amerika tələsmir, sanksiyaları götürməyə hazırlaşmır. Amma bütövlükdə Bayden administrasiyası və Avropanın özü əsas diqqəti Rusiyaya yönəltməyi fikirləşirlər. Hətta hərbi hava qüvvələri olmayan Finlandiya bunu yaratmağa başlayır, Norveç silahlanır, Rusiyanın hücumu adı altında bir panika qaldırırlar. Odur ki, əsas hədəf Rusiyadır".
Siyasi şərhçi Ramiyə Məmmədova hesab edir ki, Rusiya və İrana sanksiyalar bu dövlətləri çökdürə bilməz: “Çünki hər ikisi daxili istehsalatı olan, Çinlə və başqa dövlətlərlə əməkdaşlığı quran ölkələrdir.
Eyni zamanda Qərb dünyası onları sıxışdırmaqla iqtisadi zərər vurmağı hədəfləyib, heç də onların axırına çıxmaq niyyəti yoxdur, bu, utopik görünər". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Naxçıvanda təhsilin evini elə yıxıblar ki... - Müəllimlər də narazıdır... valideynlər də...
Bu gün, 11:45 |
|
|
|
• "Musiqini zina, tərbiyəsizlik, əxlaqsızlıqla əlaqələndirməyin heç bir dini əsası yoxdur" - deputat
Bu gün, 11:42 |
|
|
|
• Sakinlər Nərimanov icra hakimiyyətinə QARŞI... - DETALLAR
Bu gün, 11:40 |
|
|
|
• "Bu münasibətlər zamanın sınağından keçib" - Razi Nurullayev
Bu gün, 11:38 |
|
|
|
• Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bu gün, 11:33 |
|
|
|
• İrəvandan açıqlama: Zəngəzur dəhlizinə nəzarət... - KİV
Bu gün, 11:30 |
|
|
|
• KAPİTAL BANK-dan total narazılıq olsa da... - Nə dinləyən var... nə də həll edən...
Bu gün, 11:26 |
|
|
|
• Rusiya 2024-cü ildə İspaniyanın ikinci ən böyük qaz tədarükçüsü olub - “Enagás”
Bu gün, 11:09 |
|
|
|
• Prokuror gənc sevgilisini öldürən qadına AĞIR CƏZA İSTƏDİ
Bu gün, 11:04 |
|
|
|
• Yüz and iç ki, Azərbaycana qarşı ərazi iddiamız yoxdur... - FAKT... FAKTDIR!
Bu gün, 11:00 |
|
|
|
• “Veysəloğlu” 30 illik fəaliyyətini əks etdirən imic videosunu təqdim etdi - VİDEO
Bu gün, 10:56 |
|
|
|
• Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb - "Guya ki..."
Bu gün, 10:54 |
|
|
|
• Putin nədən təyyarə faciəsinə görə Azərbaycan xalqından görüntülü üzr istəmədi?.. - ŞOK İDDİALAR...
Bu gün, 10:50 |
|
|
|
• ADNSU ilə bağlı qalmaqal davam edir - "Cümlə qura bilmir..."
Bu gün, 10:49 |
|
|
|
• İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi 47 maddədən ibarətdir
Bu gün, 10:45 |
|
|
|
• Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağını deyib
Bu gün, 10:41 |
|
|
|
• Azərbaycanlı Ukraynada itkin düşdü - FOTO
Bu gün, 10:39 |
|
|
|
• Elmar Məmmədyarovu səfir göndərmək istəyiblər: "Amma alınmadı” - özü AÇIQLADI
Bu gün, 10:37 |
|
|
|
• Samir Şərifovu Bayramovun qardaşı əvəzlədi - BUNDAN SONRA...
Bu gün, 10:34 |
|
|
|
• Putinə daha bir zərbə: bu ölkə Rusiyanı "satdı" - Müqavilələr LƏĞV EDİLİR
Bu gün, 10:32 |
|
|
|
• Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 10:23 |
|
|
|
• Məhkəmə hakimi NECƏ GƏRGİNLİK YARADIR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 10:15 |
|
|
|
• Los-Ancelesdə Paşinyan və Alen Simonyanın da villaları yandı?.. - Erməni KİV
Bu gün, 10:11 |
|
|
|
• Rüşvət alan keçmiş məmur azadlığa çıxmaq istəyir - MƏHKƏMƏ
Bu gün, 10:09 |
|
|
|
• DAHA BİR OLAY: Həkimlərimizin BAŞI QAÇIB? - FOTOFAKT
Bu gün, 10:04 |
|
|
|
• Laçının 2 kəndinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Bu gün, 09:56 |
|
|
|
• İran parlamentinin nümayəndə heyəti İrəvandadır - KİV
Bu gün, 09:50 |
|
|
|
• Naxçıvanda qanun-manun hərləyən yoxdur... - ŞOK İTTİHAM
Bu gün, 09:45 |
|
|
|
• `GÖZƏGÖRÜNMƏZLƏR` `QEYB`DƏN QAYIDIR? - "...əsl konsert onda olardı"
Bu gün, 09:38 |
|
|
|
• Daha bir şirkət ölkədən pul çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 09:22 |
|
|
|
• Tramp Putinlə nə vaxt görüşəcək? - Vaşinqtondan açıqlama
Bu gün, 09:19 |
|
|
|
• Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər - VİDEO
Bu gün, 09:14 |
|
|
|
• İlyas İsmayılovdan ağsaqqal məsləhəti... - "Lax yumurtalarla uğraşma!"
Bu gün, 09:12 |
|
|
|
• Rusiyadan bu torpaqları geri almaq mümkün deyil - ABŞ
Bu gün, 09:08 |
|
|
|
• “Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək - TOPLANTI
Bu gün, 09:02 |
|
|
|
• Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? - ETİRAZ VAR...
Bu gün, 08:57 |
|
|
|
• Bu halda işçilərin əmək hüquqları pozulur... - Ekspert danışır...
Bu gün, 08:38 |
|
|
|
• Müstəqillik tariximizin 20 Yanvar faciəsi - MƏQALƏ
Bu gün, 08:34 |
|
|
|
• Xalqımızın qan yaddaşı: 20 Yanvar... - İsrafil Kərimovun yazısı
Bu gün, 08:32 |
|
|
|
• Naxçıvanda kredit-mredit OYUNU - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:30 |
|
|
|
• Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? - BUNDAN SONRA...
Bu gün, 07:18 |
|
|
|
• Bu gün Köhnə Yeni ildir: - hansı ölkələr qeyd edir?
Bu gün, 07:08 |
|
|
|
• “Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” - keçmiş nazir
Bu gün, 07:04 |
|
|
|
• Bu həftə onun da 'ulduzu sönəcək'... - İDDİA
Bu gün, 07:01 |
|
|
|
• Naxçıvanda mühüm posta TƏYİNAT GÖZLƏNİLİR...
Bu gün, 06:51 |
|
|
|
• Putin üçün həyəcan siqnalı... - səmimi xristianların qəzəbi püskürə bilər
Bu gün, 06:40 |
|
|
|
• "İstəyənin bir, verməyənin iki üzü qara... - Onsuz da verəcəm..."
Bu gün, 06:30 |
|
|
|
• Ermənistandakı silahlar kimə tuşlanacaq? - AKTUAL
Bu gün, 06:26 |
|
|
|
• İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi - “Müharibə vaxtı NATO…”
Bu gün, 06:24 |
|
|
|
• Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Bu gün, 06:21 |
|
|
|
|