“Rusiya və bütün postsovet məkanı üçün böhran dövrü başlayır” - Ekspert danışır
Tarix: 28-01-2021, 08:33 | Çap et
Məlum olduğu kimi, noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında bağlanan üçtərəfli razılaşmadan sonra Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana təhvil verilsə də, Xankəndi, Xocalı və Xocavəndin taleyi müəmmalı qalmışdı. Müəmmaya səbəb olan məqam isə üçtərəfli razılaşmadan sonra Qarabağa daxil olan Rusiya sülhməramlılarının xoşagəlməz addımları, həmçinin Azərbaycan vətəndaşlarının köçürülmə prosesinin ləngidiyi halda, ermənilərin sülhməramlılarının nəzarəti altında Qarabağa köçürülməsinin dayanmamasıdır. Belə ki, artıq Rusiya sülhməramlılarının nəzarəti altında Qarabağa qaytarılan ermənilərin sayı 50 min nəfəri keçib.
Digər bir maraqlı məqam isə, Ermənistan banklarının Qarabağdakı şöbələrinin bağlanması ilə bağlı yayılan iddialardır. İşğalçı ölkənin sosial şəbəkə platformalarında yayılan məlumatlara görə, Ermənistana məxsus “Ameria” və “Ardşinbank”-ın Qarabağdakı filialları bağlanıb və yerinə Rusiyanın “Vneştorqbank” (“VTB”) bankı yaxın vaxtlarda Qarabağın bank bazarına daxil olacaq. Qeyd edək ki, Rusiyanın adıçəkilən bankı hələ 2008-ci ildə Azərbaycana müraciət etmədən, erməni işğalı altındakı Xankəndidə qeyri-leqal filialını açmış, lakin Azərbaycan Mərkəzi Bankının xəbərdarlığından sonra həmin filial bağlanaraq Azərbaycanın “AF Bank”ının səhm nəzarət paketini alaraq, Azərbaycan bank bazarına daxil olmuşdu.
Ümumiyyətlə, Rusiya sülhməramlıları Qarabağa nə üçün, məhz ermənilərin köçünü təşkil edir, azərbaycanlıların yox? Qeyd edilən məqamlara diqqət yetirsək, Rusiyanın məqsədi nədir və qarşıda hansı proseslər gözlənilir?
Mövzunu AYNA-ya dəyərləndirən Azad Demokratlar Partiyasının (AzDP) sədri, siyasi analtik, keçmiş milli təhlükəsizlik nazirinin sabiq müavini Sülhəddin Əkbərin sözlərinə görə, problemlərin kökü Rusiya İmperiyasının yarandığı dövrə gedib çıxır: “Baltik dənizi uğrunda Rusiya və İsveç arasında 1700-1721-ci illərdə baş vermiş savaşdan sonra Rusiyanın beynəlxalq əhəmiyyəti olduqca artdı, böyük Baltik dənizi dövlətinə çevrildi, Rusiyanın Qərbi Avropa ilə ticarət əlaqələri üçün əlverişli şərait yarandı, onun beynəlxalq siyasətdə artan rolunun ifadəsi ilə də 1-ci Pyotr imperator elan edildi və Rusiya qitənin şərqində və şimalında üstün mövqeni ələ keçirdi. Rusiya imperiya olaraq ilk hərbi yürüşünü də 1722-1723-cü illərdə Xəzər dənizinin qərb sahili bölgələrinə, yəni Azərbaycan ərazisinə etdi və həmin əraziləri işğal edərək, Cənubi Qafqazda möhkəmləndi. Rusiya-Azərbaycan münasibətlərində ən böyük qırılma nöqtəsi isə 1804-1813-cü illərdə Rusiyanın Azərbaycanı ələ keçirmək üçün Qacarlar İmperiyası ilə apardığı iki müharibə oldu. Və hər iki müharibədən sonra çox təəssüf ki, Qacarlar İmperiyası məğlub oldu və nəticədə Azərbaycan Rusiya tərəfindən ilhaq edildi”.
“Rusiya ilə İran arasında 1826-cı ildə başlamış, Azərbaycanın bölüşdürülməsi uğrunda getmiş və 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanması ilə yekunlaşmış müharibə də Rusiyanın qəti qələbəsi ilə sona çatdı. Bundan sonra isə ermənilər Rusiya tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarına köçürülməyə başladı. Belə ki, ermənilər birinci mərhələdə Azərbaycana köçürüdü, ikinci mərhələdə onlara vilayət yaradıldı, üçüncü mərhələdə dövlət verildi, dördüncü mərhələdə isə bu dövləti genişləndirib bu günə gətirib çıxardılar. O cümlədən, Sovet İttifaqı dövründə də Dağlıq Qarabağ Muxtar Vilayətini yaratdılar”, - həmsöhbətimiz deyib.
“Təbii ki, bütün bunlardan sonra Rusiya Azərbaycanın erməni məsələsini birdəfəlik həll etməsinə razı olmaz. Məhz, bu səbəbdən noyabrın 10-da imzalanmış üçtərəfli razılaşmadan sonra Rusiya silahlı qüvvələri Azərbaycan ərazisinə hərbi müdaxilə elədi. Bəs, bu, nə zaman baş verdi? Azərbaycan Ordusu Xankəndinin qapısına dayananda. Çünki Azərbaycan Ordusu Xankəndinin qapısına dayananda ermənilər artıq oranı tərk etmiş və orada cəmi 200-300 erməni silahlı qüvvəsi qalmışdı. Rusiya bunun qarşısını almaqla, strateji planının nədən ibarət olduğunu bir daha göstərmiş oldu. Çünki Ermənistan və qondarma “DQR” Rusiya strateji düşüncəsinin əsas məhsullarından biridir və buna görə də onlar bir neçə yüz illik əməklərinin, enerjilərinin heç nə olmamış kimi havaya sovrulmasına razı olmazdılar”, - deyə Əkbər bildirib.
Partiya sədrinin sözlərinə görə, Rusiya erməniləri sürətli şəkildə Qarabağa qaytarmaqla, status məsələsinin aradan qalxmamasına nail olmaq istəyir: “Çünki əksi olsa, Rusiya kimi qızışdıracaq? Kimə “biz sizin üçün burdayıq” deyəcək? Məlumdur ki, erməni yoxdursa, problem də yoxdur və problem olmasa, Rusiyanın sülhməramlı missiyasına da ehtiyac qalmayacaq. Yəni, ermənilər Qarabağda olmalıdır ki, Rusiya da orda nə üçün olmasını əsaslandıra bilsin və istədiyi zaman ermənilər üçün status məsələsini qaldıra bilsin. Çünki bu, bir neçə yüz illik Rusiya imperiyasınn Cənubi Qafqaz strategiyasının tərkib hissəsi olan məsələdir”.
“Ona görə də Rusiyanın imperiya siyasəti dağılmayınca və rejim dəyişməyincə, Rusiya neo-imperiya siyasətindən imtina etməyincə, bu mübarizə də davam edəcək. Hətta, Rusiya Qarabağda erməni tapmasa, Ermənistandan, Rusiyadan erməniləri Qarabağa köçrüəcək. Çox təəssüf ki, Azərbaycan hazırda sərhədlərinə tam nəzarət edə bilmir deyə, Qarabağa nə qədər erməni gətirildiyini, ümumiyyətlə onların kim olduğunu, əslində, harda qeydiyyatda olub-olmadığını yoxlaya bilmirik. Mən inanmıram ki, bu qədər böyük hadisədən sonra minlərlə erməni könüllü şəkildə Ermənistandan Qarabağa geri dönmək istəsin”, - ekspert vurğulayıb.
Sabiq nazir müavini hesab edir ki, proseslərin gedişi yeni dünya düzəni quruculuğu və geopolitik qarşıdurmanın necə başa çatacağı və Azərbaycanın müdrik siyasət aparıb-apara bilməyəcəyindən asılı olacaq: “Yəni, Azərbaycan rasional deyil, ağıllı, müdrik və çevik siyasət aparmalıdır ki, bu siyasət dünyada yeni nizam quruculuğuna, geopolitik qarşıdurmaya və bu prosesin gedişinə adekvat olsun. Çünki bu, strateji məsələdir və strateji qarşıdurmada hər zaman strateji resursları, gücü və hazırlığı yüksək olan tərəflər qalib gəlir. Heç şübhəsiz ki, ABŞ və Qərb bu uzunmüddətli strateji qarşıdurmada da qalib gələcək və əvvəl-axır Rusiyada rejimin dəyişməsinə nail olacaq”.
“Co Baydenin hakimiyyətə gəlməsi bu posesi daha da sürətləndirəcək. Çünki Ukrayna böhranından sonra, onsuz da dünya nizamı quruculuğu və geopolitik qarşıdurma həlledici mərhələyə daxil olmuşdu, lakin Trampın hakimiyyətə gəlməsi bu prosesi 4 il ləngitdi. Amma Trampın hakimiyyətə gəlməsi də Rusiya üçün istənilən nəticəni vermədi. Çünki pandemiya bu planları təxirə saldı. Yəni, Tramp Rusiyaya yönəlik siyasətdə tormozlayıcı siyasət həyat keçirsə də, pandemiya tam əksinə olaraq sürətləndirici rol oynadı. İndi isə proseslər daha da sürətlənəcək və Bayden dövründə Amerika Birləşmiş Ştatlarının strateji gündəliyində kəskin dönüşlər olmasa, Rusiya məsələsi gündəlikdə olacaq. Bunu da Rusiyada gedən proseslərdə artıq görməyə başlamışıq”, - S.Əkbər qeyd edib.
“Belə ki, ABŞ Ukrayna böhranından sonra, 2015-ci ilin 6 fevralında Barak Obama dövründə öz milli təhlükəsizlik strategiyasına yenidən nəzər saldı və Rusiyanı başlıca milli təhdid hesab etdiyini bəyan elədi. Ondan sonra da bu məsələni Avropa İttifaqı və NATO-ya qəbul etdirdi. Ardı ilə də yeni hazırlıq dövrü başaldı və hazırda başa çatan hazırlığın ən böyük göstəricisi Ukrayna-2020 proqramı idi. İndi isə Obamanın üzvü olduğu Demokratların növbəti nümayəndəsi hakimiyyətdədir və postsovet məkanına da diqqət yetirsək, Belarusdakı siyasi böhranı, Rusiyanın Dombassın bir hissəsi və Kırımı ilhaq etməsini, Moldovada siyasi böhran yaranması və qərbyönümlü Maya Sandunun hakimiyyətə gəlməsini, Abxaziya və Cənubi Osetiyanın yenə də Rusiya tərəfindən işğal edilməsini və Bidzina İvanişvilinin siyasətdən getməsi ilə Gürcüstanın siyasi böhrana düçar olduğunu, Ermənistan-Azərbaycan münaqişəsini, Rusiyanın Qazaxıtanla yaşanan problemlərini, Qırğızıstanda hakimiyyət dəyişikliyini və nəhayət, Rusiyada başlayan yeni ictimai-siyasi prosesləri görə bilərik ki, bütün bunların da hamısı onu göstərir ki, qarşıdakı 4 il ərzində Rusiya başda olmaqla, bütün postsovet məkanı böhranlı dövr yaşayacaq. Biz də bu dövrə hazır olmalı və ABŞ, Avropa İttifaqı və NATO-nun aparacağı strateji siyəsətə adekvat siyasət həyata keçirməliyik”, - deyə analitik fikrini yekunlaşdırıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Təyyarənin vurulması Rusiyanın Azərbaycana xəbərdarlığı idi” - deputat
Bu gün, 19:00 |
|
|
|
• Azərbaycanda bu lizinq şirkəti - LƏĞV OLUNUR
Bu gün, 18:58 |
|
|
|
• Vuçiçi kim qaza gətirmişdi? – Səbəblər aydın olur
Bu gün, 18:11 |
|
|
|
• Prokurorluq Nəzrini öldürən həkimlə bağlı araşdırmaya başladı - Klinika isə susur...
Bu gün, 18:09 |
|
|
|
• Dünyanın ən güclü orduları: - Neçənci yerdəyik?
Bu gün, 18:05 |
|
|
|
• “Amin Mərdəkanski”nin qətlinə görə daha bir nəfər TUTULUB
Bu gün, 17:57 |
|
|
|
• Qadın onu baltalayan ərini bağışladı...
Bu gün, 17:52 |
|
|
|
• "AMAY Abdulla"nın şirkəti məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 17:46 |
|
|
|
• Stomatoloqun tibb bacısı işləyən arvadının meşədən meyiti TAPILDI - Qusarda DƏHŞƏT
Bu gün, 17:41 |
|
|
|
• MAHİR və AZƏR Eyvazovlarının “GOLD Məkan” MMC adlı ölüm poliqonu - İTTİHAM VAR...
Bu gün, 17:33 |
|
|
|
• Samir Şərifov daha bir vəzifəsini İTİRƏCƏK
Bu gün, 17:26 |
|
|
|
• Bakı ABŞ üçün niyə önəmlidir? – “Həmin il hərbi əməliyyatlar zamanı Azərbaycan…”
Bu gün, 17:14 |
|
|
|
• AXC-nin elan edildiyi bina vandalizmə məruz qalıb - FOTO
Bu gün, 17:12 |
|
|
|
• Paşinyan Aİ Prezidenti ilə İrəvan və Bakı arasında normallaşmanı müzakirə edib
Bu gün, 17:07 |
|
|
|
• Müştərilərini itirən "Yelo Bank"ın kredit oyunu – 516 milyonluq depozit hara gedib?
Bu gün, 17:02 |
|
|
|
• Kaliforniyada yanğınlar Parisin sahəsindən daha böyük ərazini əhatə edib - TASS
Bu gün, 16:59 |
|
|
|
• Almaniya ilk dəfə Ukraynaya özüyeriyən artilleriya qurğusunu təhvil verib
Bu gün, 16:48 |
|
|
|
• Məhkəmə "Vaqa" ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 16:48 |
|
|
|
• Bakıda xanım müğənni vəfat edib - FOTO
Bu gün, 16:32 |
|
|
|
• Putinlə Tramp arasında görüşün Bakıda keçirilməsi mümkündür - Sergey Markov
Bu gün, 16:23 |
|
|
|
• “Nə qədər cəsarətli rollar oynasam da, həyat yoldaşım ilk gündən tapşırıb kı...”
Bu gün, 16:22 |
|
|
|
• Putin və Pezeşkian Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini imzalayacaq
Bu gün, 16:14 |
|
|
|
• Konstitusiya Məhkəməsi 13 adda qəzet və jurnal alacaq - SİYAHI
Bu gün, 16:12 |
|
|
|
• Şahlar Əsgərovun himayə etdiyi fermer hektarlarla dövlət torpağını zəbt edib -Kamal Məmişovla KİMSƏ BACARMIR?
Bu gün, 16:09 |
|
|
|
• Monqolustanda nə baş verir? - TƏFƏRRÜAT
Bu gün, 16:01 |
|
|
|
• Ramiz Mehdiyevə məxsus "Bank BTB" Azərbaycanda ötən ay ən çox şikayət olunan bank olub - SİYAHI
Bu gün, 15:57 |
|
|
|
• Azərbaycanda 20 min manatlıq şirkət - LƏĞV OLUNUR
Bu gün, 15:46 |
|
|
|
• “Ömrüm boyu sayğılı nazirimə borcluyam” - Qazi Məğrur Bədəlsoy Vilayət Eyvazova TƏŞƏKKÜR ETDİ
Bu gün, 15:43 |
|
|
|
• Həkimlər Lalə Şövkətə qadağa qoydu - OĞLU DANIŞDI
Bu gün, 15:39 |
|
|
|
• Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir - TƏFƏRRÜAT
Bu gün, 15:37 |
|
|
|
• Azərbaycan əsilli sabiq vəkilin adı daha bir dələduzluqda hallanır - TASS
Bu gün, 15:30 |
|
|
|
• 4 sahibkarı susuz qoydular, Aqrar Sığorta Fondu da 242 mini ödəmədi - QALMAQAL
Bu gün, 15:26 |
|
|
|
• Rauf Vəliyevin işçisi ölkədən nə qədər valyuta çıxarıb? - İLGİNC FAKTLAR...
Bu gün, 15:24 |
|
|
|
• "İran Suriya itkisinin "ağrı-acı"sını Azərbaycan və Türkiyədən siyasi yolla çıxarmağa çalışır"
Bu gün, 15:22 |
|
|
|
• Bu yağın Azərbaycana idxalı qadağan edilməlidir - Ekspert xəbərdarlıq edir
Bu gün, 15:16 |
|
|
|
• Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...
Bu gün, 15:14 |
|
|
|
• Bakıda ölüm saçan klinika: 1 ayda 2 nəfər həyatını itirdi - FOTO
Bu gün, 15:06 |
|
|
|
• "Bakıya giriş ödənişli olsun" - Akif Nağıdan TƏKLİF
Bu gün, 15:05 |
|
|
|
• Salyanda meyiti parçalanan kişinin arvadı HARADADIR? – Yeni DETALLAR
Bu gün, 15:03 |
|
|
|
• "Mollalar özlərinin bildiyi işlərlə məşğul olmalıdırlar, siayəsət onlarlıq deyil" - deputat
Bu gün, 15:02 |
|
|
|
• Nazirlik eyni adama milyonluq tender verdi - İLGİNC...
Bu gün, 15:00 |
|
|
|
• Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi Bakının altını üstünə çevirib – DETALLAR
Bu gün, 14:00 |
|
|
|
• Ermənistan Minsk qrupundan imtina edir, ya yox? – Baş nazir aparatından ziddiyətli açıqlamalar
Bu gün, 13:42 |
|
|
|
• “Elə zəhrimar sifət göstərirəm ki, camaat mənimlə tanış olmağa qorxur”
Bu gün, 13:37 |
|
|
|
• Daha bir keçmiş hərbçiyə ƏSASSIZ İMTİNA cavabı... - "Aylarla çöllərdə qala bilmirəm..."
Bu gün, 13:31 |
|
|
|
• Burun əməliyyatından sonra vəfat edən qızın atası: - "Həkim günahkardı, təkid edib..."
Bu gün, 13:22 |
|
|
|
• Mehriban Abasquliyeva ifadə verməkdən imtina edib - Perinatal Mərkəzdə baş verən yanğınla bağlı məhkəmə
Bu gün, 13:20 |
|
|
|
• “Qarabağ” Juninyonun yerinə onu alır?
Bu gün, 13:15 |
|
|
|
• 3 evi olduğunu deyən AYSUN: - “Buna görə kirayədə qalırıq”
Bu gün, 13:12 |
|
|
|
• Hüseynbala Mirələmovun oğlu da namizəd oldu - FOTO
Bu gün, 13:06 |
|
|
|
|