Bütün səylərə baxmayaraq Türkiyə Dağlıq Qarabağın işğalının qarşısını ala bilmədi - Ərdoğan
Tarix: 24-01-2019, 14:40 |
Çap et
Türkiyə Dağlıq Qarabağın işğalının qarşısını bütün səylərə baxmayaraq ala bilmədi.
Trend-in məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, Türkiyə həmin dövrdə güclü dövlət deyildi.
R.T.Ərdoğan əlavə edib ki, Türkiyə öz sərhədlərində baş verən hadisələrdən dərs alıb və başa düşüb ki, çox güclü olmaq lazımdır.