Afrin əməliyyatı Amerika üçün çətin sınağa çevrilir
Tarix: 25-01-2018, 08:51 | Çap et
Türkiyə ordusunun Afrin rayonunun azad edilməsi məqsədilə başlatdığı “Zeytun budağı” əməliyyatı 6-cı gündür davam edir. Kürdlər gündüzlər gizlənsə də, gecələr fəallaşaraq müqavimət göstərməyə çalışırlar. Məsələ ondadır ki, Türkiyə ordusu havadan və qurudan artilleriya atəşi ilə kürd mövqelərini məhv edir, kürdlər isə gecələr bayıra çıxırlar.
Əməliyyatın 5-cü günü Ankarada prezident sarayında təşkil olunan toplantıda çıxış edən Rəcəb Tayyib Ərdoğan bildirib ki, əməliyyat başladıqdan bu günə qədər Türkiyə ordusu və müttəfiq qüvvələrin ümumilikdə 7-8 nəfər itkisi olub. Qarşı tərəfdən isə 268 nəfər məhv edilib. Ərdoğan ASO-nun irəlilədiyini və Afrin tamamilə təmizlənənə qədər əməliyyatın davam edəcəyini bildirib.
Türkiyə ordusunun yaydığı rəsmi məlumata əsasən yanvarın 24-dək Afrin əməliyyatında 3 hərbçi şəhid olub. Bunlar piyada gizir Musa Özalkan, baş leytenant Oğuz Kaan Usta və gizir Mehmet Muratdağıdır.
Baş nazir Binali Yıldırım bəyan edib ki, Afrində əməliyyatlar çərçivəsində 214 hədəf vurulub məhv edilib: “Ərazidə sonuncu terrorçu zərərsizləşdirilənə qədər əməliyyat davam edəcək”.
Türkiyə ordusu Afrində əməliyyat apardığı bir zamanda Ankarada hökumət aktiv diplomatiya aparır. Söhbət əməliyyatla bağlı mənfi rəylərin və əks-təbliğatın aparılmasının qarşısını almaqdan gedir. Həftənin əvvəlində Ərdoğan Rusiya prezidenti Putin, Fransa prezidenti Makronla telefonla danışıb və “Zeytun budağı” əməliyyatı haqqında məlumat verib.
Bundan başqa, xarici işlər naziri iki gün əvvəl Parisdə ABŞ dövlət katibi Reks Tuillersonla görüşüb. Bu görüşdən sonra açıqlama verilib ki, ABŞ prezidenti Trampın istəyi ilə ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı aparılacaq.
Qeyd edək ki, Ərdoğan Putinlə telefon danışığından sonra bildirib ki, Suriya mövzusunda Rusiya ilə koordinasiyalı çalışırlar. Eyni zamanda Ərdoğanın Trampla görüşünün əsas mövzusu da Afrindəki vəziyyət olacaq.
Bu arada Türkiyə daxilində “Zeytun budağı” əməliyyatı əleyhinə təbliğat aparan şəxslərə qarşı əməliyyatlar davam edir. "Anadolu" agentliyi xəbər yayıb ki, Afrin əməliyyatı əleyhinə təbliğat apardığı üçün saxlanılan 150 nəfərdən 11-i barəsində həbs qərarı çıxarılıb. Saxlanılmaların əsas səbəbi sosial şəbəkələrdə “Zeytun budağı” əməliyyatı əleyhinə və PYD/PKK lehinə təbliğat aparmalarıdır.
Türkiyə ordusunun Almaniya istehsalı olan tanklarla Afrinə hücum etməsi bəzi alman siyasətçiləri narazı salıb. Əməliyyatda Almaniya istehsalı “Leopard” tanklarından istifadə olunur. Bir neçə partiyadan olan siyasətçilər hökumətə müraciət edərək Türkiyəyə tank satışını dayandırmağa çağırıblar. Baş nazir Merkelin partiyasından olan deputat Norbert Röttgen BBC-yə bildirib ki, Türkiyənin Afrin əməliyyatı qanunsuzdur. O hökuməti Ankaraya silah embarqosu tətbiq etməyə çağırıb.
Almaniya Sol Partiyanın Federal məclisdəki fraksiya sədri Sahra Wagenknecht bildirib ki, Afrin əməliyyatına cavab olaraq Konyadakı NATO bazasında xidmət edən Almaniya hərbçiləri geri çağırılmalıdır. Fraksiya sədri deyib ki, Konyadakı bazada AWACS kəşfiyyat təyyarələri tərəfindən əldə olunan kəşfiyyat bilgiləri Afrin əməliyyatında istifadə olunur. Almaniyada PKK həssaslığı yeni hadisə olmasa da, son zamanlarda mülayimləşməkdə olan Almaniya-Türkiyə münasibətlərinin yenidən pisləşəcəyini demək olar.
Daha bir diqqəti cəlb edən tendensiya isə Qərb mediasının mövqeyidir. Doğrudur, siyasi dairələr Türkiyənin Afrin əməliyyatına sözdə dəstək versələr də. Mediada fərqli ab-hava hiss olunur. Məsələn, ABŞ-ın nüfuzlu “Nyu York Tayms” qəzeti yayınladığı analitik məqaləsində Afrin əməliyyatının Türkiyənin mövqelərini gücləndirdiyi, bunun əksinə, ABŞ-ın mövqelərinin zəiflədiyini iddia edib. Qəzetin yazısında iddia olunur ki, Vaşinqton indi həm kürdləri qorumaq, həm də Türkiyə kimi müttəfiqini itirməmək arasında qalıb, çıxış yolu axtarır. Eyni zamanda Tramp hökumətinin Suriya kürdlərinə 30 min nəfərlik sərhəd mühafizə xidməti təşkil etməsi proqramının iflas etdiyini, Ankaranın ciddi təpkilərinə səbəb olduğunu qeyd edən məqalədə Ağ Evin indi bu iki həssas durum arasında seçim etməyə çalışdığını qeyd edib. Ancaq eyni zamanda Suriyada savaş meydanı daraldıqca bu ölçünü saxlamanın da çətinləşdiyi, manevr imkanlarının tükəndiyi, seçim etmək məcburiyyətinin yarandığı qeyd olunur. İndi Vaşinqton qarşısında iki seçim var. Birincisi, ya kürd silahlılarına dəstəyini böyük ölçüdə azaldacaq, bununla da kürdlər qarşısında xəyanətkar kimi görünəcək və planları pozulacaq, ya da NATO müttəfiqi Türkiyə ilə qarşıdurmaya girəcək.
Hələliksə Vaşinqton ikisi arasında manevr edir. Həm Afrin əməliyyatını dəstəkləyir, həm də kürdlərə dəstəyini davam etdirir. Ancaq bu durumun nə qədər davam edəcəyi bilinmir. Çünki Afrin əməliyyatı davam edir və irəliləyən zamanda ABŞ-ın daha konkret mövqe sərgiləməsi lazım gələcək. Maraqlıdır ki, Pentaqon Suriyanın şərqindəki kürd qüvvələrinə Afrinə keçməməklə bağlı xəbərdarlıq edib. Çünki belə olarsa, əməliyyatın miqyası və şiddəti daha da böyüyə bilər. Mümkündür ki, amerikalılar yaxın günlərdə kürdləri fakt qarşısında qalaraq Afrindən vaz keçməyə razı salsınlar və bununla da müəyyən müddətə Türkiyənin də maraqlarının təmin olunması və Suriyada kürdlərin mövqelərinin əsas Raqqa bölgəsində qorunub saxlanmasına nail olsunlar. Musavat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Bu gün, 20:52 |
|
|
|
• "Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Bu gün, 20:49 |
|
|
|
• Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 20:46 |
|
|
|
• NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Bu gün, 20:43 |
|
|
|
• 'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Bu gün, 20:40 |
|
|
|
• Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Bu gün, 19:00 |
|
|
|
• “Yapı Kredi Bank”ın gəliri - AZALIB
Bu gün, 18:58 |
|
|
|
• Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Bu gün, 18:22 |
|
|
|
• Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Bu gün, 18:20 |
|
|
|
• Hindistanlı generala İrəvanda medal verildi
Bu gün, 18:10 |
|
|
|
• Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Bu gün, 18:08 |
|
|
|
• Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Bu gün, 18:07 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Bu gün, 18:01 |
|
|
|
• Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Bu gün, 17:57 |
|
|
|
• İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Bu gün, 17:53 |
|
|
|
• "Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Bu gün, 17:52 |
|
|
|
• Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Bu gün, 17:49 |
|
|
|
• Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Bu gün, 17:41 |
|
|
|
• Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Bu gün, 17:33 |
|
|
|
• Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:31 |
|
|
|
• Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Bu gün, 17:30 |
|
|
|
• "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Bu gün, 17:24 |
|
|
|
• “Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Bu gün, 17:22 |
|
|
|
• Nazir müdiri işdən çıxardı - ƏMR
Bu gün, 17:18 |
|
|
|
• Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Bu gün, 17:15 |
|
|
|
• Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Bu gün, 17:10 |
|
|
|
• "O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Bu gün, 17:03 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Bu gün, 17:02 |
|
|
|
• “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49 |
|
|
|
• 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46 |
|
|
|
• Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43 |
|
|
|
• Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41 |
|
|
|
• Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38 |
|
|
|
• Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33 |
|
|
|
• "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30 |
|
|
|
• Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16 |
|
|
|
• Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11 |
|
|
|
• Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41 |
|
|
|
• Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36 |
|
|
|
• Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28 |
|
|
|
• Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur - İrəvana pis xəbər
Bu gün, 15:24 |
|
|
|
• Almaniya Ermənistana 20 milyon avro bağışlayır
Bu gün, 15:18 |
|
|
|
• Bank sektorunun SARI ÇÖKÜŞÜ... - Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər
Bu gün, 15:12 |
|
|
|
• Toyun toy, vayın da vay yeri var: - İslama görə müsiqi ilə dəfn mərasimi icazəli deyil
Bu gün, 15:09 |
|
|
|
|