Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ .....                     Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi .....                     İlham Əliyev və Nikol Paşinyan .....                     “Fikrimdə qalıram, Tramp sülh gətirəcək” .....                     Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Trend mahnısının cümləsi qalmaqallı oldu: .....                     "Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb .....                     Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi .....                     3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? .....                     Vaşinqton İrəvana necə "hamilik" edəcək? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib .....                     Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb .....                     Paşinyan Rusiyanın təhdidlərindən narahatdır .....                     316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? .....                     Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir .....                     Maaş azlığı, yoxsa alim riyakarlığı .....                     Ermənistan ordusunun Baş Qərargah rəisi .....                     Akif Marifliyə yeni vəzifə verildi .....                     Ruslardan ABSURD İDDİA... Qazaxlar susur: QARA QUTU açılana qədər... .....                     GDU-nun nəzdində Regional Kollecə yeni təyinatlar olub .....                     İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? .....                     "Quska"nın vəkilləri məhkəməyə gəlmədi .....                     Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur .....                     Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb .....                     Faiq Ağayevdən səs-küy yaradan fotosessiya .....                     Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir .....                     Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu .....                     Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər .....                     Rusiya Ermənistana qarşı hərəkətə keçdi .....                     "Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" .....                     Hospital rəisindən Elçin Quliyevə şikayət .....                     Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs .....                     Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... .....                     Sənubər Nəzərova Departament rəhbəri təyin edildi .....                     "Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." .....                     Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb .....                     Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib .....                     Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... .....                     “Atamın qızıllarını Sevda verib Günaya” .....                 

“Üçlü format” Suriyaya sabitlik vəd edir - TƏHLİL
Tarix: 24-11-2017, 09:39 | Çap et
“Üçlü format” Suriyaya sabitlik vəd edir
Soçidə Rusiya, İran və Türkiyə prezidentləri – Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan arasındakı danışıqlar başa çatsa da, onun nəticələri hələ uzun müddət müzakirə olunacaq. İndi hamını bir sual düşündürür – "üçlü format”da yeni bir əməkdaşlıq sisteminin formalaşacağını müşahidə edə biləcəyikmi? Eləcə də, Bəşər Əsədin dünən inamla söylədiyi "Qərbin Suriyaya qarşı planı məhv oldu” bəyanatı nə qədər real olacaq? Görünən odur ki, sammit iştirakçıları hələ ki, bu istiqamətdə nikbin görünürlər. Bəzi ekspertlər hətta bir qədər irəli gedərək Soçidə bir alyansın elementlərinin sezildiyini də irəli sürürlər. Bu əməkdaşlıq bu gün konkret olaraq Yaxın Şərq regionu ilə bağlı olsa da, gələcəkdə münasibətlərin daha da yaxınlaşmasını müşahidə edəcəyimiz bir qədər qaranlıq görünür. Sammit göstərdi ki, regionda əsas təşəbbüs Rusiyanın, İranın və Türkiyənin əlindədir. İlk baxışda belə bir fikir formalaşır ki, regionda ABŞ-ın siyasəti artıq fiaskoya uğrayıb. Bu isə Rusiyanın Suriyada real qələbə çaldığı anlamına gəlir. Rusiya ilk dəfə olaraq, beynəlxalq müstəvidə özünün hərbi, siyasi qüdrətini təsdiq edə bildi. Bu baxımdan hesab etmək olar ki, Rusiya İranın və Türkiyənin dəstəyini almaqla, bu qələbəsini tam möhkəmləndirmək üçün əlindən gələni edəcək.

O ki qaldı sammitdə qəbul olunan qərarlara - əsas olan odur ki, Suriyadakı 6 illik müharibəyə son qoyulması məqsədilə "konfrans”ın keçirilməsi barədə razılığa gəlinib. Bu konfransda Suriya hökuməti və müxalifət nümayəndələrinin iştirakı nəzərdə tutulur. V.Putin bu barədə bəyanatı üçtərəfli danışıqlardan sonra verib. Üç liderin birgə bəyanatını səsləndirən Rusiya prezidenti deyib ki, İran və Türkiyə prezidentləri Suriya Milli Konqresinin təşkil edilməsi barədə təşəbbüsü dəstəkləyiblər: "Biz bu çox mühüm tədbirləri müvafiq səviyyədə keçirmək və burada Suriya cəmiyyəti nümayəndələrinin geniş iştirakını təmin etmək barədə razılığa gəlmişik”. Rusiya prezidenti əlavə edib ki, liderlər diplomatlara, təhlükəsizlik və müdafiə rəsmilərinə Soçidə keçiriləcək konfransın tərkibi və tarixi üzərində işləmək tapşırığı veriblər: "Əldə olunmuş üçtərəfli razılaşmaya əsasən, Suriyanın müxtəlif siyasi partiyaları, daxili və xarici müxalifət üzvləri, etnik və dini qrupların təmsilçiləri danışıqlar masası arxasına gətiriləcəklər”. Lakin yeni konfransın indiyədək Suriyaya dair aparılan iki paralel danışıqlar prosesindən necə fərqlənəcəyinə aydınlıq gətirilməyib.

Rusiya prezidenti "Suriyalılar öz talelərini özləri həll etməlidirlər. Suriyanın iqtisadi və sosial həyatının bərpası üçün fikir mübadiləsi apardıq” deyib.

İran prezidenti Həsən Ruhani isə öz növbəsində Suriya Milli Konqresində ölkədəki bütün tərəflərin iştirakının vacibliyini qeyd edib: "Bu konqres Suriyanın yeni konstitusiya hazırlıqlarına zəmin yaradacaq”. İran prezidenti hər kəsə təhlükəsiz və azad Suriya seçkilərinin şahidi olmağı arzulayıb.

Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək, "terrorçu ünsürlərin bu prosesdən kənar tutulması bizim üçün prioritet məsələ olaraq qalır” deyib. Türkiyə prezidenti Astana danışıqlarının Suriyada atəşkəs və deeskalasiya zonaları ilə bağlı faydalı nəticələrini xatırladıb, Cenevrə danışıqlarının davamlı həll istiqamətindəki rolunu qeyd edib. Ərdoğan bu görüşdə atılan addımların uğurunun Suriya rejimindən və digər aktyorlardan asılı olduğunu vurğulayıb, üç liderin Suriyanın milli birliyi və ərazi bütövlüyünü təsdiq etdiyini söyləyib. Türkiyənin dövlət başçısı bir daha ölkəsinin milli təhlükəsizliyinə qəsd edən terror təşkilatı ilə eyni masanın arxasında oturmayacağını bəyan edib: "Əli qanlı bir dəstəni qanuni tərəf olaraq qəbul edə bilmərik”. Birgə bəyanatda üç təminatçı ölkə Suriyada zorakılığın azaldılması məsələsində əldə olunan uğurun qorunması üçün koordinasiya işini davam etdirəcəklərini bildirib. Üç ölkə lideri zorakılığın böyük ölçüdə nəzarət altına alındığı Suriyada siyasi həll axtarışlarının sürətlənməsi üçün etibar çoxaldıcı tədbirlərin vacibliyinə toxunublar. Sözügedən tədbirlər sürətli, etibarlı və fasiləsiz humanitar yardım, məhbusların sərbəst buraxılması, cənazələrin qaytarılması və itkin düşən insanların təsbiti şəklində sıralanıb.

Yeri gəlmişkən, Türkiyə prezidenti terror təşkilatı PKK/PYD mövzusuna da toxunaraq, qərarlı mövqeyini ortaya qoyub. Ölkə başçısı bildirib ki, "Suriyanın siyasi birliyi və ərazi bütövlüyü və Türkiyənin milli təhlükəsizliyi üçün terrorçu ünsürlər prosesdən kənarlaşdırılmalıdır. Terror təşkilatı PKK/PYD siyasi həllə xidmət etməsi nəzərdə tutulan bir platformada iştirak edərsə, Türkiyə orada olmayacaq. Uğura çatmaq üçün Suriya hökuməti və müxalifət ilə yanaşı, üç təminatçı ölkənin də bir-birinə qarşılıqlı hörmət və güzəşt anlayışının davam etməsi həlledici məqamdır”.

Suriyadakı qanlı vətəndaş müharibəsində 2011-ci ildən bəri 310 min insan həlak olub, 5 milyon suriyalı qaçqın düşüb. BMT münaqişəyə siyasi həllin tapılması məqsədilə Cenevrədə sülh danışıqlarına rəhbərlik edir. Bununla eyni vaxtda Rusiya, İran və Türkiyə Qazaxıstanın paytaxtı Astanada Suriya münaqişəsinə dair bir neçə dövrədə danışıqlar aparıblar. Bu danışıqlarda əsasən atəşkəsin tətbiq edilməsi yolları müzakirə edilib. Rusiya və İran Suriya münaqişəsində prezident Bəşər Əsədin rejimini dəstəkləyirlər. Türkiyə və Birləşmiş Ştatlar isə bu rejimə qarşı mübarizə aparan qiyamçı qrupların tərəfindədirlər. İslam Dövləti ekstremist təşkilatı da bu münaqişəyə qoşulub, lakin o bütün tərəflərə qarşı döyüşür. Moskvanın bu münaqişəyə iki il əvvəl başlanmış müdaxiləsi müharibədəki qüvvələr balansını Əsədin xeyrinə dəyişib. Rusiya onun hava kampaniyası zamanı yüzlərlə dinc sakinin həlak olmasına görə beynəlxalq tənqidlərlə üzləşib. ABŞ və müxalifət qüvvələri bundan əvvəl Əsədin gedişini ilkin şərt kimi irəli sürsələr də, həm keçmiş prezident Obama, həm də Tramp sonradan bu tələbi bir qədər yumşaldıblar.

Maraqlısı odur ki, Rusiyada bir sıra müstəqil ekspertlər Putinin bu hərəkətliliyini qarşıdan gələn seçkilərlə əlaqələndirirlər. Rusiya prezidenti namizədliyini rəsmiləşdirməsə də, hər halda seçkiyə ciddi hazırlaşır və prosesə böyük nailiyyətlərlə getmək istəyir. Suriyadakı uğur ona bu nailiyyəti qazandıra bilər.

Beləliklə, Soçidə keçirilən görüş "üçlüy”ün ifadə etdiyi kimi, uğurla başa çatdı. Lakin əsas olan odur ki, dünya düzənin əsas oyunçusu Birləşmiş Ştatların buna reaksiyası necə olacaq. Hər halda, ABŞ-ın baş verən proseslərdən kənarda qalmağa üstünlük verdiyini demək sadəlövhlük olar. Çox güman ki, Ağ ev yaxın günlər ərzində öz mövqeyini açıqlayacaq.
\\kaspi.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ - xüsusi AÇIQLAMA
Bu gün, 12:59
Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi - son söz Anri Oxanaşvilidə qalır
Bu gün, 12:57
İlham Əliyev və Nikol Paşinyan Davosa gedəcəklər
Bu gün, 12:53
“Fikrimdə qalıram, Tramp sülh gətirəcək” - Natiq Cəfərli
Bu gün, 12:50
Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42
Trend mahnısının cümləsi qalmaqallı oldu: -"Aygün Kazımovaya hər şey olar"
Bu gün, 12:41
"Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - HESABAT
Bu gün, 12:39
Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 12:30
3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? - Şəki sakinləri TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ
Bu gün, 12:28
Vaşinqton İrəvana necə "hamilik" edəcək? - Elçin Alıoğlu yazır...
Bu gün, 12:21
Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib
Bu gün, 12:17
Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb - VİDEO
Bu gün, 12:15
Paşinyan Rusiyanın təhdidlərindən narahatdır - “Hraparak”
Bu gün, 12:13
316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? - İLGİNC İDDİALAR
Bu gün, 12:11
Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir - Seyidov danışdı
Bu gün, 12:01
Maaş azlığı, yoxsa alim riyakarlığı - REPLİKA
Bu gün, 11:59
Ermənistan ordusunun Baş Qərargah rəisi NATO iclasında iştirak edir
Bu gün, 11:56
Akif Marifliyə yeni vəzifə verildi
Bu gün, 11:52
Ruslardan ABSURD İDDİA... Qazaxlar susur: QARA QUTU açılana qədər... - NƏ BAŞ VERİR?
Bu gün, 11:50
GDU-nun nəzdində Regional Kollecə yeni təyinatlar olub - ƏMR
Bu gün, 11:48
İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? - Eurasiya.net
Bu gün, 11:43
"Quska"nın vəkilləri məhkəməyə gəlmədi - bu səbəbdən də...
Bu gün, 11:38
Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur - FAKT BUDUR!
Bu gün, 11:36
Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb - Polis İŞƏ QARIŞDI
Bu gün, 11:32
Faiq Ağayevdən səs-küy yaradan fotosessiya - FOTO
Bu gün, 11:30
Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir - ŞOK məlumat
Bu gün, 11:29
Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu - ƏMR
Bu gün, 11:26
Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər - "The Telegraph"
Bu gün, 11:19
Rusiya Ermənistana qarşı hərəkətə keçdi – Durum kəskinləşir
Bu gün, 11:16
"Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:05
Hospital rəisindən Elçin Quliyevə şikayət - NARAZILIQ VAR...
Bu gün, 11:02
Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs vaxtından əvvəl azadlığa çıxmaq istəyir
Bu gün, 10:58
Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... - AKTUAL
Bu gün, 10:55
Sənubər Nəzərova Departament rəhbəri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:54
"Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." - İLGİNC İDDİA
Bu gün, 10:52
Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb - 10 dəqiqəlik interval bir saata qaldırılıb
Bu gün, 10:46
Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib
Bu gün, 10:45
Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... - ETİRAZ VAR...
Bu gün, 10:44
“Atamın qızıllarını Sevda verib Günaya” – 186 minlik ZƏRGƏRLİK İŞİ
Bu gün, 10:27
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:12
Müharibə olacaq, Zəngəzur dəhlizi... - Danielyan
Bu gün, 10:07
"Tramp üçün də əlavə başağrısı yaradırlar" - deputat
Bu gün, 10:03
Seçki ayında bələdiyyələr birləşir - nələr dəyişəcək?
Bu gün, 09:56
“Capital City” ilə KİMSƏ BACARA BİLMİR? - "Başqa əlacımız qalmayıb..."
Bu gün, 09:41
"Rusiya İranın bu addımına qətiyyən razı olmaz" - ŞƏRH
Bu gün, 09:36
Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 09:33
Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? - Köhnə eşalonun SON QALASI...
Bu gün, 09:26
Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... - Hər keçənə hürən molla rejimi bu dəfə LAL OLUB...
Bu gün, 09:16
Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış - TƏFƏRRÜAT
Bu gün, 09:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru