ABŞ Donanması Çinə nüvə zərbəsi endirməyə hazır olduqlarını elan edib
Tarix: 27-07-2017, 10:30 |
Çap et
ABŞ Sakit Okean Donanmasının komandanı Skott Svift prezidentin fərmanı olarsa “lap elə gələn həftə” gəmilərinin Çinə nüvə zərbəsi endirməyə hazır olduğunu bəyan edib. FaktXeber.com-un məlumatına görə, bu barədə Associated Press xəbər yayıb.
Bildirililir ki, hərbi rəis Avstraliya Milli Universiteti tərəfindən təşkil olunan təhlükəsizlik məsələləri üzrə konfransda belə deyib. Onun sözlərinə görə, hərbçilərin fəaliyyəti mülki hökumətin nəzarətindən çıxarsa ciddi problemlər yarana bilər.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ və Avstraliya birgə hərbi manevrlər keçirilib.