RÖVNƏQ ABDULLAYEVİN «ÖLÜM MAŞINI»…
Tarix: 9-12-2013, 13:01 | Çap et
DƏM QAZI QURBANLARININ SAYI ƏSGƏR ÖLÜMÜ FAKTINI BELƏ ÜSTƏLƏYİB
DİA.AZ: - Bildirilir ki, Səfər Əbiyev müdafiə naziri postundan məhz əsgər ölümü faktlarının şişirdilməsi səbəbindən alındı. Amma bu fakt heç də inandırıcı deyil. Əgər belə olsaydı, o zaman Rövnəq Abdullayevi dəm qazı qurbanlarının sayının çoxluğu səbəbindən ən azından bir gündə işdən 10 dəfə çıxarmaq lazım idi. Bu gün Azərbaycanın ayrı-ayrı yerlərindən dəm qazı qurbanları ilə bağlı məlumatlar durmadan daxil olur. Havalar soyuyar-soyumaz qara xəbərlər bir-birinin ardına düzülür…
Təbii fəsil soyuğuna heç bir ölkə sərhəd bağlamaq gücündə deyil. Eləcə də Azərbaycan… Artıq qış özünü ölkəmizdə də göstərməkdədir. Havaların qəfil soyuması isə başqa bir problem yaradıb. Tempraturun aşağı düşməsi ilə Bakıda artıq neçə şəxs dəm qazından zəhərlənərək ölüb.
DİA.AZ bildirir ki, artıq neçənci qış fəslidir ki, dəm qazı gözə görünməz killer kimi ailələri gözüyaşlı qoyur. Son üç ölüm hadisəsi də onu göstərdi ki, ötən illərdəki çoxsaylı ölümlərə baxmayaraq, hökumət faciələrin qarşısını alamaq üçün heç bir addım atmayıb. Rəsmi statistikaya görə Azərbaycanda dəm qazından zəhərlənmə halları son illərdə bir neçə dəfə artıb. Hər il xüsusilə qış mövsümündə Bakıda və regionlarda yüzlərlə insan dəm qazının qurbanı olur.
Ekspertlər zəhərlənmənin bir neçə səbəbdən baş verdiyini bildirirlər. İrandan və başqa xarici ölkələrdən gətirilən qaz sobalarının standartlara cavab verməməsi, binaların havalanma sisteminin vaxtında təmizlənməməsi, vətəndaşların qızdırıcı vasitələrdən düzgün istifadə etməməsi faciəyə səbəb olan əsas səbəblər kimi göstərilir. Bütün bunlara görə isə ayrı-ayrı dövlət qurumları cavabdehdir. Başqa sözlə, ölkə vətəndaşlarının təhlükəsizliyinə təminatçı olması haqda and içən dövlət başçısının təyin etdiyi vəzifəli şəxslərin səhlənkarlığı üzündən insanlar dünyasını dəyişir. Amma başlıca səbəb yenə də dəm qazı olaraq qalır.
Axı bu dəm qazı nədir, o, insanı necə zəhərləyir? Kimyəvi adı karbon monoksid (CO) olan dəm qazı yanacaq məhsullarının xaric olması üçün yer olmadıqda və ya həmin yer tutulmuş olanda natamam yanma nəticəsində əmələ gəlir. Eyni zamanda alışma sistemi pis işləyən avtomobillər də dəm qazı istehsalçısı sayıla bilər. Avtomobilin havaya buraxdığı dəm qazı ümumi ekoloji ağırlıq yaratsa da, insan həyatını ölüm həddinə çatdıra bilmir. Çünki dəm qazı qapalı şəraitlərdə təhlükəli olur. Karbon monoksidə gözəgörünməz killer də demək olar. Bu qaz iysiz, rəngsiz olduğundan insan onu hiss etmir. İnsan bu qazla zənginləşmiş hava ilə tənəffüs etdikdə karbon monoksid qana daxil olur və nəticədə karboksihemoqlobin yaranır. Məhz bu birləşmənin hesabına toxumalar oksigensizləşir, hipoksiya yaranır.
Qaz zəhərlənmələrində soyuq aylarda əhalinin qazla təminatında fəsillələrin yaranması, qaz kəsilmələri də rol oynayır. Əslində havanın tempraturundan asılı olmayaraq qaz təminatında fasilələrin yaranması qeyri-qanunidir. Paytaxda qaz verilən bütün zonalara sayğaclar quraşdırldığı üçün hamının evində sayğaclar var. Burda qış mövsümü sözünü ortaya qoymaq düzgün deyil. Fəsildən və gündən asılı olmayaraq əhaliyə qaz verilməli və işlətdikləri enerji borcuna görə pul tələb olunmalıdır. Hər bir vətəndaş öz isçtəyinə uyğun olaraq yayda da qızıdırıcıdan istifadə edə bilərəm. Bunun heç nə ilə əlaqəsi yoxdur. Ona görə də "Azəriqaz" əhalini normal qazla təmin etməlidir. Havanın temperaturuna uyğun olaraq qazın təchizatı sərfiyyata uyğun olmalıdır. Rəsmi məlumatlara inansaq, Azərbaycanın qaz ehtiyyatları imkan verir ki, təlabat tam ödənilsin. Dəm qazından zəhərlənmələrlə bağlı başqa bir maraqlı məqam da var.
Əslində diqqətlə araşdırsaq görərik ki, problem əhaliyə verilən təbii qazın keyfiyyətindədir. Azərbaycan Layihə və Qaz Elmi-Tədqiqat İnstitutu hər ay əhaliyə verilən qazın tərkibini yoxladığını və bu zaman məişət qazının istilikvermə qabiliyyəti, karbohidrogen tərkibinin təhlil olunduğunu bildirir. Amma nəticə başqa faktı ortaya qoyur.
İlk növbədə zəhərlənmə hallarının niyə məhz son beş ildə birdən-birə baş verməsi sualına cavab axtarmaq lazımdır. Beş il əvvələ qədər əhalinin təbii qaz təminatı Rusiya qazı hesabına ödənilirdi. O vaxta qədər dəm qazından zəhərlənmə hallarına demək olar ki, təsadüf edilmirdi. Amma indi hər gün zəhərlənmədən ölüm hallarının olduğunu eşidirik. Dəm qazından zəhərlənmə halları 2007-ci ilin əvvəlində Rusiya Azərbaycana qaz ixracını dayandırandan sonra olub. Həmin ildən Azərbaycan abonentləri "Şahdəniz" qazından istifadə edir. Görünən isə odur ki, bu qaz məişətdə istifadəyə yaramır. Düzdür, rəsmi qurumlar "Şahdəniz" qazının da tərkibinin müayinə edilirək əhaliyə verildiyini bildirir amma bütün hallarda sözügedən yatağın qaz ehtiyyatlarından istifadədən sonra zəhərlənmələrin sayının da artdığı göz önündədir. Buna görə də məsələ ilə bağlı məsuliyyəti 2009-cu ildən "Azəriqaz"ı öz tabeçiliyinə keçirən Dövlət Neft Şirkəti məsuliyyət daşıyır.
Ümumiyyətlə, ARDNŞ əhaliyə verilən qazla bağlı maraqlı siyasət yürüdür. Ölkə əhalisini yetərincə qazla təmin edə bilməyən ARDNŞ qazı xarici ölkələrə satır. Azərbaycan tərəfinin Rusiyaya qaz satması ölkəmiz üçün olduqca uğurludur. Bu, ölkəmizin regionda mövqelərinin və imicinin yüksəlməsində, dünyada tanınmasında böyük köməklik edəcək bir addımdır. Amma bu siyasət həm də ölkə vətəndaşlarının maraqlarına qarşı yönəlib. Bu gün qaz satışı ölkənin ən sərfəli və ən gəlirli sahələrindən birinə çevrilib. Orta hesablamalara görə, 30 dollara başa gələn təbii qazı ARDNŞ əhaliyə 120 dollara satır. Bir növ ARDNŞ qazın satışından düz 4 dəfə artıq gəlir əldə edir. Bununla yanaşı soyuq aylarda həmin qazanc mənbəyi həm də "ölüm maşını"na çevrilir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək - camaata xəstəlik keçirə bilər, deyə...
Bu gün, 08:25 |
|
|
|
• Naxçıvan eli səndən narazıdır, cənab CANİŞİN - BU DA BELƏ...
Bu gün, 08:24 |
|
|
|
• Bu ifadə generalın sonunu gətirə bilər - Polkovnik məhkəmədə elə faktlar açdı ki…
Bu gün, 07:07 |
|
|
|
• Tiktokda əxlaqsızlıq təbliği… – Xalq şairi çağırış etdi
Bu gün, 07:01 |
|
|
|
• "Gəncə-Quşçuluq" ASC də dövlətə borclu imiş... - FOTO
Bu gün, 06:56 |
|
|
|
• Nazirlik Sevinc İsgəndərovadan 262 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 06:51 |
|
|
|
• Əhali arasında yayılan dəhşətli 'VİRUS'... - Azərbaycan üçün böyük TƏHLÜKƏ
Bu gün, 06:48 |
|
|
|
• Mərkəzi bankın 3 qəpiklik ŞOUSU - baha başa oturdu....
Bu gün, 06:40 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” AYRILAN PULLARI YEYİB? - NARAZILIQ VAR
Bu gün, 06:36 |
|
|
|
• İran elitası silkələnir: Pezeşkian istefa verir? – Son durum
Bu gün, 06:22 |
|
|
|
• Qanuna tabe olub, qanunsuzluqla üzləşən vətəndaş problemi necə həll edə bilər? - NƏ ETMƏLİ?
Bu gün, 00:14 |
|
|
|
• İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında - GƏLİŞMƏ
Bu gün, 00:11 |
|
|
|
• DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin... - ÇAĞIRIŞ
Dünən, 23:27 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir - Uraloğlu
Dünən, 23:24 |
|
|
|
• 5 dəqiqəyə 20 minin xərclənməsi... - “TikTok”da çirkli pullar necə yuyulur?
Dünən, 20:27 |
|
|
|
• Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... - FAKT BUDUR!
Dünən, 19:00 |
|
|
|
• Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir”
Dünən, 18:58 |
|
|
|
• Minimum əməkhaqqı ARTIRILDI - "1000 manat da ola bilər amma..."
Dünən, 18:05 |
|
|
|
• Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? - Dolların kursu və manatın məzənnəsi isə...
Dünən, 18:00 |
|
|
|
• "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib
Dünən, 17:58 |
|
|
|
• “Serdar Ortac canlı yayında məni dinləyib ağladı” - VİDEO
Dünən, 17:16 |
|
|
|
• Bundan sonra utanıb siçan deşiyinə girsinlər – Fürsətdir!
Dünən, 17:09 |
|
|
|
• Fransanın yerini hansı dövlət tutub? - İNCƏLƏMƏ
Dünən, 17:04 |
|
|
|
• Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? - NƏ ETMƏLİ?
Dünən, 17:02 |
|
|
|
• Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 16:58 |
|
|
|
• Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri Polotsk Kadet Məktəbində olub
Dünən, 16:56 |
|
|
|
• Rusiyadan qaçaq düşən `AST Telman`ın Bakıdakı şirkəti... CƏRİMƏLƏNDİ!
Dünən, 16:54 |
|
|
|
• 1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı - TƏFƏRRÜAT
Dünən, 16:46 |
|
|
|
• Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam - Naxçıvan Səfərbərlik xidmətinin həbsdə olan sabiq rəisi
Dünən, 16:40 |
|
|
|
• Xaos davam edir: - "Müharibələr ssenarisinə hazır olmalıyıq"
Dünən, 16:29 |
|
|
|
• Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - İLGİNC...
Dünən, 16:25 |
|
|
|
• Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? - AKTUAL
Dünən, 16:00 |
|
|
|
• Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım, sinəm kiçilmədi!
Dünən, 15:55 |
|
|
|
• Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib - SƏBƏB
Dünən, 15:52 |
|
|
|
• General bu xanımı idarə rəisi təyin etdi - FOTO
Dünən, 15:51 |
|
|
|
• Ramil Usubovun ailəsində xoş gün
Dünən, 15:49 |
|
|
|
• Kommunal xətlər keçən ərazidə tikilən evlərlə bağlı BƏD XƏBƏR - Söküləcək və kompensasiya VERİLMƏYƏCƏK?
Dünən, 15:46 |
|
|
|
• “Mənə pul xərcləyən adamı tapsanız...” – Nazilədən SƏS-KÜYLÜ VİDEOMÜSAHİBƏ
Dünən, 15:44 |
|
|
|
• “Heç bilmirəm “xalq artisti” adını necə alırlar, onlar mənim qədər sevilmirlər” - ETİRAZ
Dünən, 15:42 |
|
|
|
• Suriyanın müxalif qrupları dağılmaq və müdafiə nazirliyi altında birləşmək barədə razılığa gəlib - Suriyanın yeni administrasiyası
Dünən, 15:40 |
|
|
|
• “Əlil olduğum üçün banklar mənə kredit vermir, halbuki həmin bankdan əməkhaqqı alıram” - BU NƏDİ BELƏ?..
Dünən, 15:36 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanı türkiyəli həmkarı ilə görüşüb
Dünən, 15:19 |
|
|
|
• Mərkəzin direktoru təqaüdə GÖNDƏRİLDİ - FOTO
Dünən, 15:18 |
|
|
|
• Ət kağız üstündə artır, bəs bazarda? - ŞƏRH
Dünən, 15:14 |
|
|
|
• İsrail Pezeşkianın istefasını gözləyir – “Keyhan”
Dünən, 15:13 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan - 6 ŞİRKƏT
Dünən, 15:09 |
|
|
|
• Bir düz bütün səhvləri aparır: Zəngəzur həqiqətləri, İrəvan nağılları - GƏLİŞMƏ
Dünən, 15:07 |
|
|
|
• Banklar tərəfindən təqdim olunan ən yüksək əmanət faziləri – Tam siyahı
Dünən, 15:05 |
|
|
|
• Yeni il şənliyi bizə neçəyə başa gələcək? - 500 manata MENYU
Dünən, 15:02 |
|
|
|
• Tiktokerlərə hansı cəza verilə bilər? - Vəkildən AÇIQLAMA
Dünən, 14:59 |
|
|
|
|