Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR .....                     Texnologiyanın yeni BƏLASI: .....                     20 min manatlıq yerli avtomobili kim alır? .....                     Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir .....                     Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb .....                     Alternativ hərbi xidmət: .....                     Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir .....                     "Müəllimi bu həddə çatdırmaq olmaz" .....                     Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi .....                     Gömrükdə sifarişlərim saxlanılır .....                     Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır .....                     Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir .....                     “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib .....                     Gürcüstan arzusuna çatdımı? .....                     ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir .....                     Sıra Nazilə Səfərliyə gəldi... .....                     İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək .....                     Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı .....                     Suriya-Türkiyə münasibətləri .....                     Ermənistan sülh əvəzinə yeni ərazi istədi .....                     Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib .....                     İrəvandan Zəngəzur açıqlaması: .....                     Gəncədə məktəbli məktəblini bıçaqlayıb .....                     Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? .....                     Azərbaycanın İnterpola verdiyi şəxs .....                     "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" .....                     Kürdəmir rayon prokuroru müavininin işinə .....                     “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” .....                     Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan .....                     Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: .....                     Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın .....                     Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi .....                     “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? .....                     “Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi .....                     Nazirin köməkçisi bacısından sonra .....                     “İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” .....                     “Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” .....                     Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var .....                     Zaxarova əsəbiləşdi: .....                     Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? .....                 

ALMAN TƏHLİLÇİ NİYƏ QAYĞILI İDİ?
Tarix: 7-02-2012, 13:24 | Çap et
ALMAN TƏHLİLÇİ NİYƏ QAYĞILI İDİ?

“MƏNƏ ATƏŞ AÇIRLAR”...

Əsasında populyar film çəkilmiş bir məşhur komediya əsəri var – Catch-22. Əsərin qəhrəmanı Amerika hərbi təyyarəçisi John Yossariandır. 1943-cü ildə İtaliyada yerləşmiş eskadriliyada xidmət edir.

Əsərə görə Yossarian qəribə bir psixoloji problem yaşayır. Ona elə gəlir ki, hamı onu öldürmək istəyir. Sübut üçün də uzağa getmir: “Mənə atəş açırlar!” – deyir. Ona bildirirlər ki, müharibədir sən də alman təyyarələri ilə döyüşə girən bir Amerika təyyarəçisisən.

“Bəs onda niyə mənə atəş açırlar?” – soruşur. Yenə ona deyirlər, çünki alman hərbçiləri bütün Amerikalılara atəş açırlar.

“Fərqi nədir?” - Yossarian hesab edir ki, bütün ikinci dünya müharibəsi bir oyundur ki, axırda onu öldürsünlər. Ona atəş açan düşmən tərəf də məhz onu öldürməyə çalışır. Onu hərbi tapşırığa göndərən komandanlıq da eyni işi görür. Yossarian üçün bütün olaylar şəxsi xarakter daşıyır. Bir dəfə də ağlına gətirmir ki, ona atəş açırlar çünki müharibə gedir, o da qarşıduran tərəflərdən biridir.

Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransındakı çıxışına baxırdım. Almaniya xarici siyasət və təhlükəsizlik institutunun direktoru Volker Perthesin naqolay bir sualı və prezident İlham Əliyevin həmin suala cavabı oxşar bir psixoloji tablo yaratdı.

Alman təhlilçi niyə qayğılı idi?

Almaniyada kifayət qədər ciddi bir siyasi instituta rəhbərlik edən Volker Perthesin sualı bu idi ki, baş verən ərəb inqilabları fonunda Hosni Mubarak dövrünü xatırladan indiki Azərbaycana sərmayə yatırmaq nə dərəcədə təhlükəlidir. Azərbaycan prezidentinin də bu suala gözlənilən cavabı təbii ki, ondan ibarət olmalı idi ki, Azərbaycanda ciddi siyasi islahatlar gedir, inqilab gözlənilmir və s.

Prezident Əliyev həmin cavabı verir, amma belə: “Kimsə Azərbaycanda Misirdə baş verən hadisələr kimi nəsə görmək istəyirsə, sizi əmin edirəm ki, nəyisə arzu edib-etməməyinizdən asılı olmayaraq bunu görməyəcəksiniz.” Təbii ki, prezidentin cavabı təkcə bu cümlədən ibarət olmur. Bəzi statistik rəqəmlər sadalanır, deyilir ki, Azərbaycanda azad mətbuat və hətta azad internet var.

Amma diqqəti məhz sitat gətirilən cümləyə cəlb etmək istəyirəm. Bilmirəm ki, orta statistik azərbaycanlı və prezident Əliyev bu bəyanatı necə təfsir edər amma kənardan bu fikir emosional tutumlu bir cümlə kimi səslənir: “Arzunuz gözünüzdə qalacaq, görməyəcəksiniz o arzuladığınız inqilabı!” Kimə deyilir bu fikir?

Alman institutunun prezidentinə. Bu birinci dəfə deyil ki, Azərbaycan rəsmiləri, o cümlədən prezident İlham Əliyev, dünya dövlətləri və beynəlxalq təşkilat nümayəndələrinə belə diş qıcıdıblar.

Müxtəlif vaxtlarda ABŞ Dövlət Departamenti, Böyük Britaniya hökuməti, Almaniya və Fransa hökumətləri Azərbaycanda aranı qarışdırmaq istəyən “qara qüvvələr” kimi tənqid atəşinə tutulublar. Freedom House, Amnesty International, Sərhədsiz Reportyorlar, Human Rights Watch, hətta Avropa Şurası və ATƏT strukturlarının bəyanatlarına da oxşar reaksiyalar verilib.

Bakı üçün də hamı sözü bir yerə qoyub?

Qəribə bir mənzərə alınır. Belə çıxır ki, bütün dünya sözü bir yerə qoyub ki, Azərbaycanı qaralasın, onun təmiz adına ləkə yaxsın, ona şər atsın, onun barəsində böhtanlar səsləndirsin.

Azərbaycanın isə öz həqiqəti var, heç kimin başa düşmədiyi, qəbul etmədiyi, yalnız Bakı və Naxçıvanda dövlət rəsmilərinin başa düşdüyü bir həqiqət. Azərbaycanın dövlət başçısı Münhen Konfransında belə bir psixoloji portret cızdı özü və təmsil etdiyi hökumət üçün.

Reallıq isə elə də mürəkkəb deyil. Azərbaycanda qeyri-azad bir siyasi sistem var. Bu sistem dünyanın aparıcı dövlətlərinin paylaşdığı dəyərlərlə bir araya sığmır.

Üstəlik müasir dövrdə bu sistemlərin həm də qeyri-sabit olduğu üzə çıxıb. Buna görə də Qərb mediası, qeyri-hökumət təşkilatları, bəzən isə dövlət qurumları ara-sıra Azərbaycanı və Azərbaycan kimi onlarla diktaturanı buynuzlayırlar.

Bu dinamikada şəxsi qərəz axtarmaq olar və hətta tapmaq da olar, necə ki, Catch-22-nun qəhrəmanı John Yossarian axtarırdı və tapırdı. Amma bu qənaətlər atəşləri dayandırmayacaq. Çünki həmin qənaətlər açılan atəşləri yaradan səbəb deyil və deməli, onu susduran səbəb də ola bilməz.

Qorxmaz ƏSGƏROV









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Bu gün, 19:00
Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Bu gün, 18:58
20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Bu gün, 18:56
Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Bu gün, 18:03
Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Bu gün, 18:01
Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Bu gün, 18:00
Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Bu gün, 17:58
"Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Bu gün, 17:48
Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:44
Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Bu gün, 17:40
Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Bu gün, 17:37
Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Bu gün, 17:27
“Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Bu gün, 17:23
Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Bu gün, 17:14
ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Bu gün, 17:10
Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Bu gün, 17:05
İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Bu gün, 17:03
Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Bu gün, 16:57
Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Bu gün, 16:53
Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Bu gün, 16:50
Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Bu gün, 16:48
İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Bu gün, 16:46
Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Bu gün, 16:42
Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Bu gün, 16:41
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Bu gün, 16:34
"Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Bu gün, 16:32
Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Bu gün, 16:30
“Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Bu gün, 16:28
Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Bu gün, 16:23
Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Bu gün, 16:21
Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Bu gün, 16:19
Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Bu gün, 16:17
“Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Bu gün, 16:13
“Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Bu gün, 16:12
Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Bu gün, 16:09
“İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Bu gün, 16:08
“Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Bu gün, 15:36
Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Bu gün, 15:34
Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Bu gün, 15:33
Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Bu gün, 15:29
Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Bu gün, 15:26
Ərdoğan və Makron arasında telefon danışığı olub
Bu gün, 15:25
Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Bu gün, 15:24
Məhkəmədən Xoşqədəm Hidayətqızına daha bir QADAĞA
Bu gün, 15:22
"Həyat yoldaşı adamı qocaldır" - Əməkdar artist
Bu gün, 15:18
"Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur – ŞİRKƏT RƏHBƏRLİYİ MƏHKƏMƏ QƏRARINA MƏHƏL QOYMUR
Bu gün, 15:14
ŞOK İDDİA: İsrail helikopteri Dəməşqə ENDİ - 20 dəqiqəlik GİZLİ ƏMƏLİYYAT
Bu gün, 15:02
Prezident “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”ni “yalançı dördlük” adlandırıb
Bu gün, 14:57
"Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə ölkəmizə qara yaxırlar - Prezident İlham Əliyev
Bu gün, 14:52
“Daxmamız qəzalı vəziyyətdədir, acınacaqlı durumdayıq” - Ağdam sakinindən icra başçısına MÜRACİƏT
Bu gün, 14:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru