SƏLİM MÜSLÜMOVU İFŞA EDƏN ŞOK FAKTLAR
Tarix: 2-12-2013, 11:15 | Çap et
NAZİRLİYİN ƏMƏKDAŞI YENİ ƏƏSMN ŞEFİNİN GİZLİ NİYYƏTİNİ AÇIQLADI
DİA.AZ: - Cümə günü əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovun apardığı səs-üylü kadr islahatları ilə yaddaqalan oldu. Əslində, prosesə nəzər yetirdikdə Səlim Müslümovun bu ajitoajda maraqlı göründüyü də nəzərlərdən qaçmamışdı. Və redaksiyamıza ƏƏSMN-dəki qaynaqlardan daxil olan informasiyalardan aydın olur ki, əslində Səlim Müslümov sanki reklamına işləyirmiş kimi gedişlər edib. DİA.AZ bildirir ki, bu barədə “savash.org” portalında məlumat verilib.
Nazirlikdəki mənbənin redaksiyamıza ünvanladığı şok faktları diqqətinizə təqdim edirik:
«Təbii ki, Səlim Müslümov yeni məmur deyil. Bunu hər kəs bilir. Onun ƏƏSMN-ə qədərki fəaliyyəti də hər kəsin xatirindədir. Bu bir faktdır ki, Dövlət Sosial Müdafiə Fondu əhalinin bu günə kimi ən çox narazılıq etdiyi ünvanlardan biri olub. Və dəfələrlə həm mətbuatda və həm də hətta Milli Məclis tribunalarında belə Səlim Müslümovun rəhbərlik etdiyi DSMF-də islahatların aparılması zəruriliyi vurğulanıb.
Yəni o qədər də qənaətbəxş fəaliyyəti olmayan Səlim Müslümov özünü ƏƏSMN rəhbərliyində elə aparır ki, sanki göydən düşüb və bu sistemdə baş verənlər onun üçün qeyri-adi mahiyyət daşıyır. Onun sumqayıtlı əlilin şikayəti ilə Fizuli Ələkbərovdan qalma direktor müavinini işdən çıxarması isə əsl şou idi. Nazir elə davrandı ki, sanki o, əlillərin illik yoxlamadan keçməsi prosedurundan xəbərsiz imiş. Təbii ki, barmağını itirən və yaxud da hansısa əzasından məhrum olan, bunun da nəticəsində əlillik alan bir vətəndaşın hər il tibbi komissiyadan keçirilməsi doğru deyil. Bu da daha çox müvafiq qanunvericiliyin tələblərindən doğan anlaşılmazlıqdır. Amma bu faktdan nazirin sui-istifadə cəhdi tam çılpaqlığı ilə ortada idi.
Səlim Müslümov eyni zamanda daha bir gedişi ilə də sırf imitasiya meylini nümayiş etdirmiş oldu. Söhbət ünvanlı sosial yardım alan vətəndaşların siyahılarının açıqlanmasından gedir. Sizə maraqlı bir faktı açıqlayım. Əslində ÜSM alan vətəndaşların siyahısı keçmiş nazir Fizuli Ələkbərovun vaxtından ictimailəşdirilib və nazirliyin saytında yerləşdirilib. Amma Fizuli Ələkbərovun vaxtında bu iş yetərincə reklam olunmadı.
Bu faktı bilə-bilə Səlim Müslümovun məlum «uğura» sahiblənərək özünü mətbuatda və ictimaiyyətin gözündə açıq-aşkar reklam etdirməsi heç də peşakrlığa və məmur nəzakətinə uymayan bir hadisə idi. Bəlkə də Səlim Müslümov «bundan xəbərim yoxdur, olmayıb» deyərək vəziyyətdən çıxa bilər. Amma belə olsa da, nazirin əlində fürsət var idi və cümə günü mətbuat qarşısında açıqlaya bilərdi ki, hətta deputat Fazil Qəzənfəroğlunun da təşəkkürünə nədən olmuş bu faktın altında öz imzası yatmır. Deyə bilərdi ki, bu siyahı Fizuli Ələkbərovun vaxtından ictimailəşdirilib. Amma demədi…
Bütün bunlar isə baş verənlərin qayəsində yatan yeganə məramdan xəbər verməkdədir: Səlim Müslümovun ciddi şəkildə reklama ehtiyacı var. Ona görə də bir günün içində 14 rayonun TSEK müdirini işdən qovur. Onların hansı səbəbdən və hansı zərurətdən işdən çıxarıldıqlarını cəmiyyətə açsaq və yaxud da bu barədə onların özləri danışsalar, hər halda, yaradılan şou bir yana, sonrakı nəticələrdən belə nazirin hansısa dividenti əldə etməsi imkansız olacaq. Əksinə, ortaya Səlim Müslümovun əleyhinə işləyən bir mənzərə çıxmış olacaq.
Amma buna rəğmən Səlim Müslümov bəri başdan onları susdurmağın da yollarına baş vurub. İşdən qovulanların yol verdikləri nöqsanlardan dolayı cinayət məsuliyyətinə cəlb olunacağını deyən nazir əslində, açıq-aşkar təhdiddə də bulunmuş oldu. Yəni bu o demək idi ki, danışmayın, məsələnin mahiyyəti üzərə susun, əks halda, sizlər həbs olunacaqsınız. Onlar da təbii ki, susacaqlar. Çünki bu gün ucadan eşidilən səs məhz Səlim Müslümova aiddir. Onun sözünün kəsəri, səsinin ötkəmi daha ağırdır.
Əslində Səlim Müslümovun belə bir «reklam roliki»nə nədən ehtiyac duymasının nədənləri də gün kimi aydındır. Hər şey ortadadır. Yeni nazir bu gün sözün əsl mənasında Milli Ordumuzun quruculuğuna müsbət töhfələr verən Zakir Həsənovun xeyrinə işləyən ictimai nüfuzun həsədilə eyni şəkildə divident qazanmağa çalışır. Amma alınmayacaq. Çünki Səlim Müslümovdan fərqli olaraq Zakir Həsənovun həyata keçirdiyi islahatların mahiyyəti var.
Müqayisə aparaq. Yeni müdafiə naziri Zakir Həsənov bu gün apardığı kadr islahatlarının müqabilində kimdənsə nə rüşvət tələb etməyib, nə də xərac yığma marağı güdməyib. Onun nazirliyə yüksək vəzifələrə cəlb etdiyi bütün kadrlar, başda general Vasyak olmaqla, onların hər biri öz sahələrinin peşəkarları olmaqla yanaşı, həm də Azərbaycan ordusunun, xüsusən də Azərbaycan dövlətinin hərbi maraqlarına sərf edən kadrlardır.
Amma Səlim Müslümov özünün gedişləri ilə daha çox ucuz şou təəssüratı yaradır. DSMF-də kifayət qədər «bulaşmış» kadrları nazirliyə transfer etməklə Səlim Müslümov heç də «əhsən» qazana bilməz. Heç də Zakir Həsənov kimi alqışlanmaz. Çünki DSMF-nin kadrları da bu cəmiyyətə yaxşı məlumdur. Və onlara sıravi vətəndaşlar gözəl bələddirlər və yaxşı bilirlər ki, Səlim Müslümovun məlum kadr islahatının arxasında yalnız bir məram dayanır: Etibar etdiyi fiqurlar mühüm postlarda təmsil olunmalıdır. Və bu niyyətdən doğan hansısa kadr dəyişikliyini nə kadr islahatı kimi təqdim etmək olmaz, nə də bu prosesin hesabına reklam olunub, ictimai rəğbəti qazanmaq mümkün deyil.
Belə olan təqdirdə, Səlim Müslümovun ucuz şoularının əks-effektlə müşaiyət olunacağını da bəri başdan söyləmək olar. Hətta bu şounun uzantısı olaraq kimlərinsə qolları qandallansa belə… Səlim Müslümov kimsəni səmimiyyətinə inandıra bilməyəcək. Çünki hər kəs onu yaxşı tanıyır… DSMF-dən onu tanıyırlar»…
Bildirək ki, bu ilginc iddialarla bağlı Səlim Müslümovun və nazirliyin mövqeyini də işıqlandırmağa hazırıq…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakı-İrəvan danışıqları: Hakan Fidan niyə “üçüncü” dedi? - İNCƏLƏMƏ
Bu gün, 15:37 |
|
|
|
• İran Azərbaycanı təbrik etdi: - Dəstəklədik!
Bu gün, 15:36 |
|
|
|
• Əhali banklara inanmır: Maliyyə sektorunda problemlər - NƏ ETMƏLİ?
Bu gün, 15:32 |
|
|
|
• “Azərsu”ya xlor satan “Old Line Trading Company” şirkəti cərimələndi
Bu gün, 15:30 |
|
|
|
• Elza Seyidcahan “villasından, üzüm plantasiyasından, Qubadakı restoranından” DANIŞDI
Bu gün, 15:21 |
|
|
|
• Xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cəzası 5 il azaldılıb
Bu gün, 15:18 |
|
|
|
• AYNA Sumqayıt sahibkarlarını vergidən belə yayındırır - Kart sistemi niyə ləğv edildi?
Bu gün, 15:16 |
|
|
|
• “43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim” - Diplomu saxta çıxan Abdıyeva
Bu gün, 15:10 |
|
|
|
• ATİB-in İdarə Heyətinə yeni üzvlər seçilib
Bu gün, 15:09 |
|
|
|
• Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib - FOTO
Bu gün, 15:04 |
|
|
|
• “Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət! - DİQQƏT
Bu gün, 15:01 |
|
|
|
• “Təhsildə maliyyə çatışmazlığı həm də ayrılan resursların səmərəsiz xərclənməsi ilə bağlıdır...” - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• Putin yenə darıxmağa başlayarsa... - Yüzminlərin qanı ilə suvarılan əyləncə meydanı
Bu gün, 13:58 |
|
|
|
• Kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarların həbslərinin arxasında nələr dayanır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 13:12 |
|
|
|
• KTN-in rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinin vəsatəti təmin edilməyib
Bu gün, 13:10 |
|
|
|
• Tanınmış hüquq müdafiəçisi ŞOK SƏNƏD YAYDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 13:08 |
|
|
|
• Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı? - FAKT BUDUR!
Bu gün, 13:02 |
|
|
|
• Prokuror “Kanal 11”in direktoruna cəza istəyib
Bu gün, 13:01 |
|
|
|
• “Keşlə bazarı”nda söküntü işləri təxirə salınır - BU TARİXƏDƏK...
Bu gün, 12:55 |
|
|
|
• "Bununla bağlı mənə məlumat verməlidirlər" - GİLEY
Bu gün, 12:52 |
|
|
|
• "Qızışdıranlar olmasa, əslində, camaat üçün xoşdur" - Razi Nurullayev
Bu gün, 12:50 |
|
|
|
• Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb - DİQQƏT!
Bu gün, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46 |
|
|
|
• Ağsu RMX-nin dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri özlərini qismən təqsirli biliblər
Bu gün, 12:45 |
|
|
|
• "Özünə hörmət edən adam “feyk” profil işlətməz" - ETİRAZ
Bu gün, 12:42 |
|
|
|
• Rusiya Zaporojye və Xersona 4000 nəfərin iştirakı ilə hücuma hazırlaşır - KİV
Bu gün, 12:40 |
|
|
|
• Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - Polisin internet əməliyyatı
Bu gün, 12:37 |
|
|
|
• Prezident İlham Əliyev bir qrup idmançı və idman mütəxəssisini təltif edib - SİYAHI
Bu gün, 12:36 |
|
|
|
• "Zəlzələ olanda birinci biz hiss edirik..." - NARAZILIQ VAR...
Bu gün, 12:35 |
|
|
|
• Gömrük Komitəsinin tenderi LƏĞV OLUNDU - SƏBƏB
Bu gün, 12:25 |
|
|
|
• Orbanla Fitsonun PUTİN SEVGİSİ - Görünəni odur ki...
Bu gün, 12:20 |
|
|
|
• Əli İnsanov İlham Əliyevi təbrik etdi
Bu gün, 12:18 |
|
|
|
• Almaniyada cinayət törədən şəxsin ekstradisiya işinə baxılır - DETALLAR
Bu gün, 12:15 |
|
|
|
• Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 20 milyon manat ayrıldı
Bu gün, 12:12 |
|
|
|
• "Sual verildi ki, siz niyə filan obyektin vergisini ödəmirsiniz?" - Xoşqədəm həmyerlisini İFŞA ETDİ
Bu gün, 12:08 |
|
|
|
• Azərbaycan və Maldiv arasında diplomatik, xidməti və rəsmi pasport sahibləri qarşılıqlı viza tələbindən azad ediləcək
Bu gün, 12:04 |
|
|
|
• "Qadın ayrılıb deyə “onunla evlənmək olmaz” düzgün düşüncə tərzi deyil" - VİDEO
Bu gün, 11:51 |
|
|
|
• “5A Construction” şirkəti ölkədən pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:44 |
|
|
|
• Culfa və Babək şəhərinin baş planının hazırlanması 351 min manata başa gələcək
Bu gün, 11:40 |
|
|
|
• Tramp-Putin görüşünə hazırlıqlar başlayır
Bu gün, 11:38 |
|
|
|
• "Bakıda hesab edirlər ki, bu, onlara dəhlizi nəzarətə götürmək hüququ verir" - Vardan Oskanyan
Bu gün, 11:33 |
|
|
|
• “Yararlı hərbi qulluqçular yararsız kimi qeyd olunur” - RƏSMİ İTTİHAM
Bu gün, 11:31 |
|
|
|
• Jurnalistə vəzifə verildi - ƏMR
Bu gün, 11:24 |
|
|
|
• Neftçilərdən SOS: Heç birimizin ərzağı qalmayıb!!! - NƏ BAŞ VERİR?
Bu gün, 11:18 |
|
|
|
• Şərurda valideynlər məktəbdən İMTİNA EDİR? - "Siniflərdə oturmaq mümkün deyil..."
Bu gün, 11:08 |
|
|
|
• İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti jilet, papaq, dəbilqə, eynək alacaq - 343 min xərcləyəcək
Bu gün, 11:03 |
|
|
|
• Paşinyan gecikmiş etirafından peşmandır - KİV
Bu gün, 10:59 |
|
|
|
• Elvin Məmmədova yeni vəzifə verildi - ƏMR
Bu gün, 10:58 |
|
|
|
• Qardaşına görə arvadının başını kəsdi – Xırdalanda dəhşət
Bu gün, 10:55 |
|
|
|
• Bakıda daha bir lizinq şirkəti təsis edilib
Bu gün, 10:49 |
|
|
|
|