DAHA BİR ALİ TƏDRİS OCAĞI BAĞLANMA YOLUNDA
Tarix: 22-11-2013, 12:10 | Çap et
 DİA.AZ: - Etibarlı mənbənin redaksiyamıza verdiyi məlumata görə, “Odlar Yurdu” Universitetinin rektoru, deputat Əhməd Vəliyevin başı üzərini qara buludlar alıb. Məlumatlı mənbə DİA.AZ-a bildirir ki, OYU-nun bağlanması ilə bağlı təhsil nazirliyində müzakirələr aparılıb. Səbəbsə bu ali təhsil ocağının rəhbəri ilə hakimiyyətin müəyyən dairələrinin ciddi problemlər yaşadığı göstərilir. Amma fakt ondan ibarətdir ki, bu gün keçmiş rektoru Fransada oturub rəsmi Bakını təhdid edən ABU kimi, OYU-da da tələbələrə təhsildən başqa hər şey verilir.
Bildirək ki, Əhməd Vəliyevin daxil olduğu çevrənin böyüklüyü bir o qədər nəzərə çarpmasa da, onun universitetdən başqa bir neçə iri biznes şəbəkəsi ilə əlaqəsi var. Bunlar da "Muğanbank" və "Jalə Biznes" MMC-dir ki, bu biznes obyektlərinin rəhbərlərinin Vəliyevin yaxın qohumlarının olduğu söylənilir. Əhməd Vəliyev istirahətə də "Muğanbank"ın rəhbəri ilə birgə gedir.
"Odlar Yurdu" Universitetində qanunsuzluqluq və özbaşınalıq kulminasiya nöqtəsinə çatıb. Ali təhsil ocağında rüşvətin adət halına çevrildiyini deyəsən, korrupsiya ilə mübarizə apardığını bəyan edən rəsmilərimiz də qəbul etməyə başlayıblar. Lakin hansısa qüvvələr ali məktəbin rektoru Əhməd Vəliyevlə "dostluq müqaviləsi"ni pozmaq istəmir, onun universiteti barədə deyilənləri ört-basdır etməklə məşğuldurlar.
Belə olmasaydı, heç kəsə universitet rəhbərliyinin daha çox gözdən pərdə asmaq məqsədi ilə keçirdiyi "islahatlarına" və şişirdilmiş "inkişaf" rəqəmlərinə göz yummazdı. Onun rüşvət üzrə yarışlarda "birinci" yeri tutması isə dəfələrlə ölkə mətbuatında işıqlandırılıb. Hazırda isə qış imtahanları ərəfəsi olduğundan ali məktəbdə rüşvətin tüğyan etdiyi bildirilir.
Etibarlı mənbənin verdiyi məlumata görə, "Odlar Yurdu" Universitetində vəziyyət olduqca acınacaqlı bir durumdadır. Məlumatı verən mənbə hesab edir ki, Əhməd Vəliyevin rəhbərlik etdiyi bu ali tədris ocağı əslində, rüşvətin ilk dəfə mərkəzləşdiyi ünvan kimi qəbul olunmalıdır. Çünki ali məktəb özəl olduğu üçün burada qaydaları da rəhbərlik müəyyən edir. Rüşvət isə əsl "qaydaya" çevrilib.
Əslində ali məktəblərdə rüşvət yeni problem deyil. Lakin "Odlar Yurdu" Universitetindəki durum tamam başqa məcrada cərəyan edir. Mənbə bildirir ki, tələbələr sözügedən məbləği ödədikdən sonra onlara hətta qəbz də verilir və bu qəbz də dekanatlığa təqdim olunur. Bununla da Əhməd Vəliyev özünün gəlirini standartlaşdırmış olur.
Sözügedən mənbə onu da qeyd edir ki, "Odlar Yurdu" Universitetinin digər bir özəlliyi də onun rektorun ailəsinə xidmət etməsidir: "Əhməd Vəliyev bəlkə də yeganə rektordur ki, övladlarını da universitetin rəhbərliyinə gətirib, iki oğlunu özünə prorektor təyin edib".
Təbii ki, belə bir situasiya onu nəhayətdə hədəfə çevirməli idi. Çünki onun kimi Elşad Abdullayev də eyni qaydada “ailə podratı” qurmuşdu. Sadəcə olaraq sonradan Elşad Abdullayevin qardaşı böyük pullarla müəmmalı şəkildə ortadan yox oldu. Hər halda bütün bunlar mətbuatda iddia olunub. Bununla da Elşad Abdullayevin ciddi siyasi dairələrlə problemləri yarandı.
Doğrudur, Əhməd Vəliyev eyni qaydada problem yaşamasa da, onun da “kitabının bağlandığı” deyilir. İlk addım isə atılıb. Nazirlikdə müzakirə aparılıb və OYU-ya tələbə qəbulunun dayandırılması qərarı verilib. Bu isə qapanışın ilk qaranquşu anlamına gəlir…


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• "Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Bu gün, 13:58 |
|
|
|
• Ermənistan-Gürcüstan-Azərbaycan üçtərəfli formatının genişlənəcəyinə ümid edirik - Paşinyan
Bu gün, 13:22 |
|
|
|
• "Məni hörmətdən salmaq istəyirlər"
Bu gün, 13:18 |
|
|
|
• Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: - “Hitler olsaydı…”
Bu gün, 13:15 |
|
|
|
• Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib - Şok təfərrüat
Bu gün, 13:12 |
|
|
|
• “Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” - Qətlin açdığı dəhşətli FAKTLAR
Bu gün, 13:10 |
|
|
|
• Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Bu gün, 11:42 |
|
|
|
• “Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Bu gün, 11:01 |
|
|
|
• “Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Bu gün, 10:47 |
|
|
|
• İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Bu gün, 10:44 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Bu gün, 10:41 |
|
|
|
• Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:36 |
|
|
|
• Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:33 |
|
|
|
• "Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Bu gün, 10:31 |
|
|
|
• 5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Bu gün, 10:25 |
|
|
|
• PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Bu gün, 10:22 |
|
|
|
• Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Bu gün, 10:19 |
|
|
|
• Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Bu gün, 10:09 |
|
|
|
• Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01 |
|
|
|
• "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59 |
|
|
|
• 38 yaşlı sabiq məmur həbsxanada öldü
Bu gün, 09:49 |
|
|
|
• Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:46 |
|
|
|
• Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44 |
|
|
|
• İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31 |
|
|
|
• “Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21 |
|
|
|
• Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19 |
|
|
|
• Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08 |
|
|
|
• TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01 |
|
|
|
• Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58 |
|
|
|
• Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57 |
|
|
|
• Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55 |
|
|
|
• Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47 |
|
|
|
• “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42 |
|
|
|
• "Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41 |
|
|
|
• "Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39 |
|
|
|
• “Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33 |
|
|
|
• “Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26 |
|
|
|
• Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23 |
|
|
|
• “Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24 |
|
|
|
• Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22 |
|
|
|
• DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21 |
|
|
|
• "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19 |
|
|
|
• Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17 |
|
|
|
• Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15 |
|
|
|
• Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17 |
|
|
|
• "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02 |
|
|
|
• "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53 |
|
|
|
|