Siyasi partiyalara maliyyə yardımı niyə artırılır? .....                     Ermənistanın yeni münaqişə planı .....                     "Bu halda korrupsiya ilə mübarizənin effektivliyi olacaq" .....                     Ermənistan Fransa silahını rus pulu ilə alır .....                     «“Vesta Construction” şirkətinin bizə yaşatdığı zülm sərhəd tanımır…» .....                     Sərbəst auditor Novruz Pənahov vəfat edib .....                     Şirkətin təsis olunduğu gün kredit verildiyini bildirəndə "sən qarışma" dedi .....                     "Bu yaxında çökəcəksiz, hazırlıqlı olun..." .....                     "Bank Respublika" mənfəətini bölüşdürəcək .....                     İlqar Abbasov NƏ İŞLƏR ÇEVİRİR... .....                     XİN-nin sabiq müavini də həbsin bir addımlığında .....                     İşlək sayğaclar 5 ildən bir niyə DƏYİŞDİRİLİR? .....                     Zəngəzur üçün tarixi şəraitin yetişməsi... .....                     Ünvanlı sosial yardım üçün müraciət etsə də... .....                     4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? .....                     Epidemiologiya Mərkəzinin direktorundan ŞİKAYƏT .....                     Artıq günün bütün vaxtları "pik saat"dır: Niyə taksi tapa bilmirik? .....                     Xaçmazın elə bil ki başçısı... başbiləni yoxdur... .....                     Çıxış yolu çıxılmazlıqda tapılır .....                     Əmək hüquqları sahəsində əlillərim hansı hüquq və dövlət təminatları nəzərdə tutulur? .....                     İlham Əliyev ona işarə etdi ki... .....                     Əliyevin sülh üçün 2+2 tələbi: İrəvan niyə yayınır? .....                     “ATEF” in rəhbəri Talıb Əlixanbəyov xaricə valyuta çıxarıb? .....                     BU NƏDİ BELƏ: Bakıda 2 manatlıq sosiskalar satışda... .....                     Bakıda ifşa edilən şəbəkə ilə məşhur ailənin gizli əlaqəsi? .....                     23 illik nəqliyyat şirkəti .....                     Azərbaycanda BOKT qızıllarını satışa çıxarır .....                     Qriqoryanın açıqlamasında yenilik yoxdur .....                     Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış .....                     İrəvan Bakının bu tələbindən niyə yayınır? .....                     Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" .....                     Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... .....                     Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR .....                     Texnologiyanın yeni BƏLASI: .....                     20 min manatlıq yerli avtomobili kim alır? .....                     Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir .....                     Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb .....                     Alternativ hərbi xidmət: .....                     Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir .....                     "Müəllimi bu həddə çatdırmaq olmaz" .....                 

ARİF HACILI MÜSAVATÇILARA SƏSLƏNDİ
Tarix: 30-01-2012, 16:58 | Çap et
ARİF HACILI MÜSAVATÇILARA SƏSLƏNDİ

“NİZAMNAMƏ DƏYİŞSİN, DƏYİŞMƏSİN” DARTIŞMASI YEKUNLAŞMALIDIR”

Məhbus müsavatçı Arif Hacılı həbsxanadan partiyadaşlarına müraciət edib.

“Media forum” saytının məlumatına görə, müraciətdə deyilir ki, Müsavatın qurultayına qalan vaxt azaldıqca başqan seçkisi ilə bağlı müzakirələr intensivləşir: “Müsavatçılar üçün bir sınaq olacaq bu qurultaya ictimai maraq təbiidir. Görürəm ki, bu müzakirələrdə hələlik daha çox iqtidar nümayəndələri, bizə opponentlik edən siyasi qüvvələrin təmsilçiləri və sabiq müsavatçılar iştirak edirlər. Müsavat Partiyasını quran, gücləndirən, uğurlarını təmin edib çətinliklərinə və əzablarına qatlaşan, partiyanın resurslarını yaradan sizlərin iddiasız olaraq təvazökarlıqla susması və ya fikirlərinizi ifadə etməyə tribuna tapmamağınız partiyanın çağdaş durumu və gələcəyi barədə həm yanlış, həm də ziyanlı təəssürat yaradır.

Qurultaydan sonra Müsavatın zəifləyəcəyini, dağılacağını deyənlər, belə fikirləri tirajlayanlar Müsavat Partiyasına ən azı dost münasibətdə deyil. Səmimi olaraq belə düşündükləri üçün bu fikirləri yayanlarsa yanılır və təkcə yanılmır, həm də Müsavata ziyan vurur. Hesab edirəm ki, dostlarımız nəinki belə fikirlər səsləndirməməli, həm də opponentlərin bu istiqamətdə təbliğatının qarşısını almağa çalışmalıdırlar.

Nizamnamədə dəyişiklik olsa da, olmasa da, İsa bəy başqanlıqdan getsə də, getməsə də, Müsavat zəifləməyəcək, dağılmayacaq. Çünki Müsavat müsavatçılığın müqəddəs prinsipləri əsasında yaradılıb, bu partiyanı sağlam təməl üzərində dövlətimiz və millətimiz üçün həyati vacib olan hədəflərə çatmaq naminə bərpa etmişik, ölkənin əsas siyasi qüvvəsinə çevirmişik və istənilən halda yaxın zamanlarda iqtidara daşıyacağıq!

Sizinlə təmas imkanlarım olmadığı üçün bəzi fikirlərimi bu məktub vasitəsi ilə çatdırmaq istəyirəm. İsa bəy razılaşarsa, nizamnamənin dəyişdirilməsinə və ya hansısa bir yolla onun başqanlıqda qalmasına mən də razıyam. Nizamnamə dəyişilməyəcəksə, başqanlığa namizədliyimi irəli sürməyərək İsa bəy kimi partiyanın sıravi üzvü olaraq qala da bilərəm.

Zamanında hakimiyyətdə olan AXC Ali Məclisinin sədri vəzifəsini Müsavat Partiyasının bərpa edilməsi işində İsa Qəmbərlə və digər dostlarımızla birlikdə olmaq üçün Müsavat bərpa mərkəzində sıravi üzvlüyə dəyişmişəm. Bilirəm ki, siyasətçinin gücünü, təsir imkanlarını yalnız onun hər hansı partiyada tutduğu vəzifə müəyyən etmir.

Bunlar həlledici məsələ deyil. Həlledici məsələ partiyada monolitliyi, partiya üzvləri arasında birliyi qoruyub saxlamaq, partiyanı daha çevik və səmərəli fəaliyyət göstərən, daha güclü təşkilata çevirməkdir. Müsavat Partiyası başqanlığına namizədliyimi bunu partiya və cəmiyyət üçün həyati zəruri hesab etdiyim təqdirdə irəli sürmək niyyətindəyəm. İstərdim ki, bu fikirlərimi açıq qapını sındırmaq istəyənlərə çatdırasınız. Çünki indi mənim belə imkanlarım yoxdur.

Məncə, on ilə yaxın davam edən “nizamnamə dəyişsin, dəyişməsin” dartışması, nəhayət, yekunlaşmalıdır. Müsavatın taleyinin guya bu qərardan asılı olduğu haqda ziyanlı təbliğata son qoyulmalıdır.

Bu mövzunu başqa məqsədlərini pərdələmək, üz-üzə qoyulması mümkün olmayan adamları üz-üzı qoymaq, partiyaiçi qarşıdurma yaratmaq üçün qabardanlar kifayət qədərdir. Buna əmin olmaq üçün iqtidar və bizə dost olmayan mətbuat orqanlarında yer alan açıqlamaları oxumaq kifayətdir.

İndiki qeyri-müəyyən vəziyyət davam etdikcə Müsavata çirkin əllərin və çirkin dillərin uzanması davam edəcək. Daxili məsələlərə həddən artıq vaxt sərf edilməsini hədərə gedən zaman, boşa xərclənən enerji hesab edirəm. İsa Qəmbər həm də bu amilləri nəzərə alaraq partiya qurultayını vaxtından əvvəl, hələ 2009-cu ildə keçirməyi təklif edirdi.

Müsavat Partiyasının bu günü və gələcəyi üçün məsuliyyət daşıyan adamlardan biri kimi Azərbaycan cəmiyyətinin ciddi dəyişikliklər ərəfəsində olduğunu, xalqın bizdən cəmiyyətdə inqilabi dəyişikliklər prosesinə başçılıq edəcəyimizi gözlədiyini nəzərə alaraq, ləngimədən lazımi qərarları qəbul etməyinizi xahiş edirəm.

Sizi bir daha əmin edirəm ki, Azərbaycan dövlətinin mənafelərini naminə mübarizəni istər meydanda, istərsə də həbsxanada, istər partiya başqanı olaraq, istərsə də sıra nəfəri kimi davam etdirəcəyəm”.

Arif Hacılı 1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədri, 1990-1995-ci illərdə parlamentin deputatı olub. Əbülfəz Elçibəyin prezidentliyi dövründə dövlət müşaviri postunu tutub.

1992-ci ildən Müsavat Partiyasının üzvüdür. Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavinidir.

Hazırda Bakıdakı 16 saylı Cəzaçəkmə Müəssisəsində məhbus həyatı yaşayır. Arif Hacılı müxalif İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi sanksiyalaşdırılmamış etiraz aksiyasına görə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Arif Hacılı 2003-2005-ci illərdə də həbsdə olub.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Siyasi partiyalara maliyyə yardımı niyə artırılır? - AÇIQLAMA
Bu gün, 09:42
Ermənistanın yeni münaqişə planı – “Bakının ilk iki hədəfi bu olacaq”
Bu gün, 09:27
"Bu halda korrupsiya ilə mübarizənin effektivliyi olacaq" - ŞƏRH
Bu gün, 09:25
Ermənistan Fransa silahını rus pulu ilə alır - BU DA FAKT!
Bu gün, 09:23
«“Vesta Construction” şirkətinin bizə yaşatdığı zülm sərhəd tanımır…» - NARAZILIQ VAR...
Bu gün, 09:18
Sərbəst auditor Novruz Pənahov vəfat edib
Bu gün, 09:12
Şirkətin təsis olunduğu gün kredit verildiyini bildirəndə "sən qarışma" dedi - “Şlyapa Zahid”in məhkəməsi
Bu gün, 09:09
"Bu yaxında çökəcəksiz, hazırlıqlı olun..." - Müştərisi "Bank of Baku"ya SƏSLƏNDİ
Bu gün, 09:08
"Bank Respublika" mənfəətini bölüşdürəcək - TOPLANTI
Bu gün, 09:01
İlqar Abbasov NƏ İŞLƏR ÇEVİRİR... - Seçkilərdə BAŞÇI BARMAĞI...
Bu gün, 08:57
XİN-nin sabiq müavini də həbsin bir addımlığında - NADİR HÜSEYNOVUN YÜZ MİLYONLARLA ÖLÇÜLƏN ƏMLAKI
Bu gün, 08:45
İşlək sayğaclar 5 ildən bir niyə DƏYİŞDİRİLİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:39
Zəngəzur üçün tarixi şəraitin yetişməsi... - NƏ BAŞ VERİR?
Bu gün, 08:37
Ünvanlı sosial yardım üçün müraciət etsə də... - GİLEY
Bu gün, 08:30
4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? - Asif Məcidovun diplomu da prolemlidir
Bu gün, 08:28
Epidemiologiya Mərkəzinin direktorundan ŞİKAYƏT - SAXTA SƏNƏD İTTİHAMI...
Bu gün, 08:26
Artıq günün bütün vaxtları "pik saat"dır: Niyə taksi tapa bilmirik? - AKTUAL
Bu gün, 08:21
Xaçmazın elə bil ki başçısı... başbiləni yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 08:20
Çıxış yolu çıxılmazlıqda tapılır - Aqşin Yenisey yazır...
Bu gün, 08:06
Əmək hüquqları sahəsində əlillərim hansı hüquq və dövlət təminatları nəzərdə tutulur? - Ekspert danışır...
Bu gün, 08:03
İlham Əliyev ona işarə etdi ki... - İNCƏLƏMƏ
Bu gün, 08:01
Əliyevin sülh üçün 2+2 tələbi: İrəvan niyə yayınır? - GƏLİŞMƏ
Bu gün, 07:04
“ATEF” in rəhbəri Talıb Əlixanbəyov xaricə valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 06:32
BU NƏDİ BELƏ: Bakıda 2 manatlıq sosiskalar satışda... - "Leş Tofiq" yenə iş başındadır?
Bu gün, 06:26
Bakıda ifşa edilən şəbəkə ilə məşhur ailənin gizli əlaqəsi? - Oxlar ora aparır…
Bu gün, 06:22
23 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
Azərbaycanda BOKT qızıllarını satışa çıxarır - DETALLAR
Bu gün, 00:02
Qriqoryanın açıqlamasında yenilik yoxdur - RƏY
Dünən, 23:34
Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış - "Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi..."
Dünən, 23:28
İrəvan Bakının bu tələbindən niyə yayınır? – Mühüm məqam
Dünən, 23:26
Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" - NƏ BAŞ VERİR?
Dünən, 19:46
Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Dünən, 19:02
Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Dünən, 19:00
Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Dünən, 18:58
20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Dünən, 18:56
Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Dünən, 18:03
Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Dünən, 18:01
Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Dünən, 18:00
Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Dünən, 17:58
"Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Dünən, 17:48
Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:44
Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Dünən, 17:40
Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Dünən, 17:37
Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Dünən, 17:27
“Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Dünən, 17:23
Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Dünən, 17:14
ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Dünən, 17:10
Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Dünən, 17:05
İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Dünən, 17:03
Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Dünən, 16:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru