Bu ifadə generalın sonunu gətirə bilər .....                     Tiktokda əxlaqsızlıq təbliği… .....                     "Gəncə-Quşçuluq" ASC də dövlətə borclu imiş... .....                     Nazirlik Sevinc İsgəndərovadan 262 min manata ofis icarəyə götürüb .....                     Əhali arasında yayılan dəhşətli 'VİRUS'... .....                     Mərkəzi bankın 3 qəpiklik ŞOUSU .....                     “Bakı Abadlıq Xidməti MMC” AYRILAN PULLARI YEYİB? .....                     İran elitası silkələnir: Pezeşkian istefa verir? .....                     Qanuna tabe olub, qanunsuzluqla üzləşən vətəndaş problemi necə həll edə bilər? .....                     İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında .....                     DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin... .....                     Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir .....                     5 dəqiqəyə 20 minin xərclənməsi... .....                     Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... .....                     Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir” .....                     Minimum əməkhaqqı ARTIRILDI .....                     Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? .....                     "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib .....                     “Serdar Ortac canlı yayında məni dinləyib ağladı” .....                     Bundan sonra utanıb siçan deşiyinə girsinlər .....                     Fransanın yerini hansı dövlət tutub? .....                     Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? .....                     Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb .....                     Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri .....                     Rusiyadan qaçaq düşən `AST Telman`ın Bakıdakı şirkəti... .....                     1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı .....                     Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam .....                     Xaos davam edir: .....                     Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı .....                     Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? .....                     Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI .....                     Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib .....                     General bu xanımı idarə rəisi təyin etdi .....                     Ramil Usubovun ailəsində xoş gün .....                     Kommunal xətlər keçən ərazidə tikilən evlərlə bağlı BƏD XƏBƏR .....                     “Mənə pul xərcləyən adamı tapsanız...” .....                     “Heç bilmirəm “xalq artisti” adını necə alırlar, onlar mənim qədər sevilmirlər” .....                     Suriyanın müxalif qrupları dağılmaq və müdafiə nazirliyi altında birləşmək barədə razılığa gəlib .....                     “Əlil olduğum üçün banklar mənə kredit vermir, halbuki həmin bankdan əməkhaqqı alıram” .....                     Azərbaycan Quru Qoşunları komandanı türkiyəli həmkarı ilə görüşüb .....                 

İSTANBULDAKI GİZLİ GÖRÜŞÜN ŞOK TƏFƏRRÜATLARI
Tarix: 7-11-2013, 13:13 | Çap et
İSTANBULDAKI GİZLİ GÖRÜŞÜN ŞOK TƏFƏRRÜATLARI
Post seçki dövrü üçün Azərbaycanla bağlı yeni siyasi oyunlara yeni oyunçular cəlb olunub.

Bu dəfə maraq qrupları konkret addımlar atmağa başlayıblar. Seçkilərdən sonra üçün cızılan təlatüm ssenarisi baş tutmadı. Çünki ortada real nəticə, beynəlxalq təşkilatların əksəriyyətinin müsbət rəyi və seçkilərdən cəmi 60 saat sonra keçirilən razılaşdırılmış mitinqin görüntüləri vardı. İndiki ssenarinin məqsədi isə Azərbaycanda hakimiyyətə müxalif olan qüvvələri tam idarəolunan vəziyyətə gətirmək, o qüvvələri asılı vəziyyətə salaraq onlardan hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etməkdir. Artıq bu istiqamətdə ilk addımlar atılıb.

İstanbulda gizli görüş

Bu günlərdə Türkiyənin İstanbul şəhərində “Çırağan Sarayı”nda fəaliyyət göstərən restoranda Azərbaycanla bağlı gizli görüş keçirilib. APA-nın özəl mənbələrindən əldə etdiyi məlumata görə, görüş axşam saat 19-20 radələrində baş tutub. Görüşdə Azərbaycan baş nazirinin sabiq müavini, hazırda Rusiyada “Azərros” diaspor təşkilatının Ağsaqqallar Şurasına sədrlik edən Abbas Abbasov, onun oğlu, millət vəkili Aydın Abbasov və “LUKoil” şirkətinin Türkiyə nümayəndəliyinin rəhbəri olan digər oğlu Vüsal Abbasov və Milli Şuranın prezidentliyə namizədi olmuş Cəmil Həsənli iştirak ediblər.

Qeyd edək ki, mətbuatda Cəmil Həsənli ilə Abbas Abbasov arasında belə bir görüşün olması barədə məlumat yayılsa da, Cəmil Həsənli bu xəbəri təkzib edib. Lakin APA-nın mənbəsi belə bir görüşün şahidi olduğunu israrla bildirib.

Mənbənin sözlərinə görə, görüş çox isti şəraitdə keçirilib. Tərəflər bir-biri ilə xeyli mehriban və çoxdankı tanışlar kimi söhbət edib, yemək yeyiblər. Hətta Cəmil Həsənlinin restorandan məhz Abbasovların avtomobilində ayrıldığı bildirilir.

Araşdırmalarımız zamanı meydana çıxan daha bir maraqlı fakt isə görüşdə iştirak edən Aydın Abbasovun İstanbula Bakıdan birbaşa getməməsi olub. Məlum olub ki, əvvəlcə Moskvaya gedən Aydın Abbasov oradan ləngimədən İstanbula yola düşüb. Çox maraqlıdır ki, Bakıdan Moskvaya gündə 2 reys olmasına baxmayaraq, Azərbaycandan təkcə “AZAL” Hava Yolları ilə İstanbulun iki hava limanına 4 reys, Türk Hava Yolları ilə daha 2 reys var. Hələ Aydın Abbasovun deputat mandatı aldığı Gəncədən də İstanbula hər gün daha ucuz qiymətə bir təyyarə reysi yola salınır. Əcaba, deputatın İstanbula “çerez” Moskva getməsinin sirri-xudası nədir? İz itirməkmi, yoxsa Cəmil Həsənliyə daha detallı təlimatlar çatdırmaqmı? Araşdırmalar isə daha maraqlı məqamları ortaya çıxarır...

İSTANBULDAKI GİZLİ GÖRÜŞÜN ŞOK TƏFƏRRÜATLARI

Niyə məhz İstanbul?

Əslində Aydın Abbasovun da əvvəlcə Moskvaya getməsi görüşün məhz bu məkanda planlaşdırıldığını deməyə əsas verir. Lakin daha sonra Cəmil Həsənlinin İstanbulda Türk Tarix Qurumunun toplantısında iştirak edəcəyi dəqiqləşdikdən sonra görüş yeri olaraq məhz İstanbul seçilib.

Yeri gəlmişkən, bu barədə mediada yayılmış məlumatda Abbas Abbasovun da Türk Tarix Qurumunun toplantısına dəvət edildiyi bildirilir. Lakin araşdırmalarımız nəticəsində bəlli olub ki, A. Abbasova belə bir dəvət olmayıb. O, İstanbula məhz C. Həsənli ilə görüşmək üçün gedib.

Moskvadakı qaynaqlardan daxil olan məlumata görə isə əvvəlcə Cəmil Həsənlinin hansısa tədbir çərçivəsində Rusiya paytaxtına dəvət edilməsi ilə bağlı müzakirə aparılıb. A. Abbasovun yaxın dostu Söyün Sadıqov tərəfindən verilən bu təklif artıq Milli Şura ilə bağlı proseslərdən tamamilə kənarda qalmış Rüstəm İbrahimbəyov tərəfindən etirazla qarşılanıb. O, bu etirazını Milli Şuranın onsuz da “Kremlin layihəsi” kimi dəyərləndirilməsi, Cəmil Həsənlinin bu gəlişinin də həmin ehtimalları daha da gücləndirəcəyi ilə əsaslandırıb. Daxil olan məlumata görə, bundan sonra görüşün məhz İstanbulda baş tutmasına qərar verilib.

Görüşün keçirilməsini zəruri edən məqamlardan biri isə Cəmil Həsənlinin seçkilərdən sonrakı statusundakı qeyri-müəyyənlikdir. Milli Şuranın son mitinqində quruma daxil olan partiyaların nə sədrlərinin, nə ikinci dərəcəli şəxslərinin çıxış etməməsi, Cəmil Həsənlinin Müsavat Partiyasının qərargahında narazılıqla qarşılanması, medianın artıq onu siyasi karyerası bitmiş siyasətçi kimi qələmə verməsi bu qeyri-müəyyənliyi daha da artırıb. A. Abbasovu daha çox narahat edən məsələ də Cəmil Həsənlinin indiki statusu ilə bağlıdır. Moskvadakı mənbənin bildirdiyinə görə, Abbasov orada da bu barədə tez-tez müzakirələr aparıb: “Cəmil Həsənli seçki dövründə prezidentliyə namizəd idi. Hazırda Milli Şuranın sədri Rüstəm İbrahimbəyovdur. Lakin İbrahimbəyov, ümumiyyətlə, bu proseslərə qarışmır və kino çəkilişləri ilə məşğuldur. Müsavat və AXCP-nin də öz sədrləri var. Hətta Rauf Arifoğlunun iki partiyanın birləşməsi, sədrinin də Cəmil Həsənli olması ilə bağlı təklifi də top-tüfənglə qarşılandı. İndiki halda Cəmil Həsənblinin heç bir statusu yoxdur. O, ancaq prezidentliyə keçmiş namizəddir. Abbas Abbasovu da narahat edən məhz bu məqamdır. O, özünün və dostlarının məhz Cəmil Həsənliyə “stavka” etdiyini deyir. Ona görə də yaxın günlərdə Cəmil Həsənlinin statusunun müəyyənləşməsi Abbas Abbsovun marağındadır. Yəqin ki, İstanbuldakı müzakirələr də bu istiqamətdə olub. Çünki Moskvadakı danışıqlarda əsas müzakirə bu məsələ ətrafında idi. Həm də Abbas Abbasov artıq Cəmil Həsənli və Əli Kərimli ilə işləyir, Rüstəm İbrahimbəyov və Eldar Namazova ehtiyac duymur.

Çünki Əli Kərimlinin Rüstəm İbrahimbəyov və Eldar Namazovla münasibətləri son dərəcə kəskindir. Əli Kərimli artıq Eldar Namazovun telefon zənglərinə cavab vermir. Cəmil Həsənli isə birmənalı olaraq Əli Kərimlinin təsiri altındadır, onunla müzakirə etmədən heç bir addım atmır. Müsavat rəhbərliyi də seçkilərdə Cəmil Həsənliyə dəstək verməsinə rəğmən, postseçki dövründə Əli Kərimlinin təsiri altında olan bu şəxsi yaxına buraxmaq istəmir.

İSTANBULDAKI GİZLİ GÖRÜŞÜN ŞOK TƏFƏRRÜATLARI

Və Söyün Sadıqov. Cəmil Həsənlinin statusunun müəyyənləşməsində maraqlı olan, Moskvada məlum şəxslərin Cəmil Həsənliyə “stavka” etməsini təmin edən, Abbas Abbasovun təminatına qarantiya duran şəxs...

İki Abbas Abbasov

Hələ ötən ilin əvvəlində “Azərros”a sədrlik edən Söyün Sadıqov Rusiyadakı Azərbaycan diasporunun “müstəqilliyini” əsas gətirərək, mütəmadi tənqidlərə başlamışdı. Bir müddət sonra bu tənqidlər Azərbaycan hakimiyyətinə qarşı yönəldi. Söyün Sadıqovdan bir neçə il əvvəl eyni məzmunda tənqidləri Rusiya mətbuatına “Bakı böyük bir kəndə çevirilib, orada elita yoxdur” məzmunlu müsahibə verən Rüstəm İbrahimbəyov səsləndirmişdi. Daha sonra Ziyalılar Forumu ilə “yola çıxan” İbrahimbəyov həmin tənqidlərin dozasını getdikcə artırdı və “bir nömrəli müxalifətçi” statusu ilə Azərbaycan hakimiyyətinə müxalif olan əsas qüvvələri birləşdirmək iddiasını ortaya atdı.

İbrahimbəyovun yeni yola qədəm basması ilə Rusiyada Azərbaycan diasporunun “başsız qalması” iddialarının səslənməsi ilə eyni vaxta təsadüf etdi. Bu iddiaların müəllifi Azərbaycan baş nazirinin sabiq müavini Abbas Abbasov idi. Hətta Putinlə görüşən, ondan medal alan və bunu mediada piar edən Abbasov bir az sonra Rusiyadakı azərbaycanlı oliqarxlardan ibarət, mətbuatda “Milyarderlər İttifaqı” kimi tanınan qurumu yaratdı. Bu qurumun başına keçən Abbas Abbasovun yanındakılar kim idi? Rüstəm İbrahimbəyov və Söyün Sadıqov.

Daha sonra qeyri-korrekt yanaşmaları, siyasi məsələlərə qaba ticarətçi mövqeyi ilə münasibət bildirən Söyün Sadıqovun səhvləri Abbas Abbasova daha bir revanş üçün əsas verdi. Cənab Abbasov Söyün Sadlqovu partiya yaratrağa göndərib (üstündən 6 ay keçsə də, partiya yaranmır -müəl.) faktiki olaraq “Azərros”u öz nəzarəti altına aldı və Azərbaycan hakimiyyətinin əleyhinə ciddi müsahibələr verməyə başladı.

Ta o vaxta qədər ki… Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfər etdi. Bundan sonra Abbas Abbasov Rusiyadakı Azərbaycan diasporunun “cümlə faciələrinə bais” bildiyi Ümumrusiya Azərbaycanlıları Konqresinin və Azərbaycanın Rusiyadakı səfirliyinin keçirdiyi tədbirlərə dəvət olunmadan belə qatılmağa başladı. O özünə yaxın olan media qurumlarına ard-arda “Azərbaycan prezidentini çox sevməsi barədə açıqlamalar verir, guya siyasi mövqeyindən heç bir dəyişiklik yoxmuş imici yaratmağa çalışır, özünü Rusiyada yaşayan azərbaycanlıların cəfakeşi qismində təqdim etməyə çalışırdı.

Bu da diasporun pis günü: Haydı, danışın!

Və nəhayət, seçkidən bir neçə gün sonra Rusiyada həmyerlimiz Orxan Zeynalovla bağlı məlum hadisələr baş verir. Qafqazlılara, o cümlədən azərbaycanlılara qarşı millətçi hücumlar olur, bazarlar bağlanılır, minlərlə azərbaycanlı iş yerindən, çörəyindən olur. Üstündən bir az da keçəndən sonra 14 yaşlı əlil soydaşımız Rövşən Kazımovun vəhşicəsinə döyülərək, kor edilməsi hadisəsi baş verir. Azərbaycanın dövlət rəsmiləri etiraz bildirir, səfir çox kəskin açıqlamalarla çıxış edir, Abbas Abbasov isə bir cümlə deyir: “Biz azərbaycanlılara müraciət etmişik ki, onlar restoranlara getməsinlər”. Və daha sonra əlavə edir ki, “belə pisliklər hər millətdə var”. Son bir ay ərzində Azərbaycanın gündəmini Rusiyadakı soydaşlarımızın başına gətirilən müsibətlərlə bağlı məlumatlar zəbt edib. Döyülürlər, tutulurlar, təhqir olunurlar, həbsə atılırlar. Rusiya televiziyaları azərbaycanlılara qarşı açıq kampaniya aparır.

Azərbaycan “diasporunun fədai”ləri isə hələ bir toplantı belə keçirməyiblər. Söyün Sadlqov ortalıqda yoxdur, Rüstəm İbrahimbəyov film çəkir, Abbas Abbasovun səsi isə Türkiyədən Cəmil Həsənli ilə görüşdən gəlir. Əcaba, o görüşdə Rusiyadakı azərbaycanlıların düşdüyü durummu müzakirə olunurdu?! Əslində hə. Amma bir az başqa formada. Rusiyadakı azərbaycanlıların salındığı durumdan Azərbaycan hakimiyyətinə qarşı istifadə etməyin yolları...

Niyə Cəmil Həsənli?

… Orxan Zeynalov məsələsində azərbaycanlıların mövqeyini ciddi-cəhdlə müdafiə edən Rusiyanın Birinci kanalının aparıcısı, telejurnalist Maksim Şevçenkonun son açıqlamalarını xatırlatmaq yerinə düşür. O, soydaşlarımızın çalışdığı bazarlara basqınların sifariş olduğunu deyir və təəssüflə qeyd edir ki, bu sifarişin müəllifinin AZƏRBAYCANLA ƏLAQƏLİ ŞƏXSLƏRdir. Rusiyada bu cür genişmiqyaslı ssenarini həyata keçirə biləcək Azərbaycanla əlaqəli şəxslər ən azı yüksək maddi imkanlara sahib olan soydaşlarımız, başqa sözlə desək, “Milyarderlər İttifaqı”nın üzvləridir. İttifaqın əsas hərəkətvericisi olan Abbas Abbasovun verdiyi istehza dolu açıqlama (“Moskvada yaşayan azərbaycanlılara məsləhət görürəm ki, qarışıqlıqdır, mümkün qədər restoranlara getməsinlər”) Maksim Şevçenkonun iddiasının doğruluğu ehtimalını daha da artırır.

Baş verən hadisələr Azərbaycana qarşı təzyiqdir, bunu hətta ruslar belə inkar etmir. Səbəbə gəldikdə isə... Azərbaycana Gömrük İttifaqına üzvlüyə məcbur etmək, Rusiyanın maraqlarına cavab verməyən irimiqyaslı regional layihələrdən çəkindirmək və s. Səbəblər gətirmək olar. Amma əsas səbəb maraqlı qüvvələrin Azərbaycan daxilində sabitliyi pozmaq cəhdidir. Bu planın müəllifləri miqrantlara narazı sosial kütlə kimi baxır və hesab edirlər ki, miqrantların kütləvi şəkildə Azərbaycana dönüşü ölkədə sosial narazılığı daha da gücləndirəcək. Deməli, həmin qüvvələrə hansı yolla olursa-olsun Azərbaycanda sosial narazılığı gücləndirmək lazımdır.

Abbas Abbasovun son bir illik fəaliyyətini mütəmadi izləmək onun indiki hakimiyyətdən narazılığının olduğunu və bunu gizlətmədiyini görməyə əsas verir. Deməli, sosial narazı kütlə olan miqrantların Azərbaycana təbii dönüşünü təmin etmək işin birinci hissəsidir. Artıq bunun üşün Rusiyada zəmin yaradılıb. Amma əsas məsələ həmin “narazı kütlə”nin Azərbaycanda hökumətə qarşı çıxışını təmin etməkdir axı. Abbas Abbasov və “Milyarderlər İttifaqı”nın digər üzvləri bu prosesi istəsələr belə kənardan təmin edə bilməzlər. Bu mərhələdə əsas ağırlıq artıq Rusiyanın planlarında rol almaq istəyəcək daxili qüvvələrin üzərinə düşür. Bax, Cəmil Həsənli ilə İstanbuldakı görüşün də “sirri”, “hikməti” burdadı. Çünki bu rola namizəd seçiləcək adamın layihəni uğurla başa çatdıra biləcəyinə əminlik olmalıdır.

Abbas Abbasov oğlanları ilə birlikdə İstanbulda Cəmil Həsənlini “dişinə vurdu”. Nəticə nə olacaq? Onu da görəcəyik…









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu ifadə generalın sonunu gətirə bilər - Polkovnik məhkəmədə elə faktlar açdı ki…
Bu gün, 07:07
Tiktokda əxlaqsızlıq təbliği… – Xalq şairi çağırış etdi
Bu gün, 07:01
"Gəncə-Quşçuluq" ASC də dövlətə borclu imiş... - FOTO
Bu gün, 06:56
Nazirlik Sevinc İsgəndərovadan 262 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 06:51
Əhali arasında yayılan dəhşətli 'VİRUS'... - Azərbaycan üçün böyük TƏHLÜKƏ
Bu gün, 06:48
Mərkəzi bankın 3 qəpiklik ŞOUSU - baha başa oturdu....
Bu gün, 06:40
“Bakı Abadlıq Xidməti MMC” AYRILAN PULLARI YEYİB? - NARAZILIQ VAR
Bu gün, 06:36
İran elitası silkələnir: Pezeşkian istefa verir? – Son durum
Bu gün, 06:22
Qanuna tabe olub, qanunsuzluqla üzləşən vətəndaş problemi necə həll edə bilər? - NƏ ETMƏLİ?
Bu gün, 00:14
İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında - GƏLİŞMƏ
Bu gün, 00:11
DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin... - ÇAĞIRIŞ
Dünən, 23:27
Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir - Uraloğlu
Dünən, 23:24
5 dəqiqəyə 20 minin xərclənməsi... - “TikTok”da çirkli pullar necə yuyulur?
Dünən, 20:27
Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... - FAKT BUDUR!
Dünən, 19:00
Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir”
Dünən, 18:58
Minimum əməkhaqqı ARTIRILDI - "1000 manat da ola bilər amma..."
Dünən, 18:05
Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? - Dolların kursu və manatın məzənnəsi isə...
Dünən, 18:00
"Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib
Dünən, 17:58
“Serdar Ortac canlı yayında məni dinləyib ağladı” - VİDEO
Dünən, 17:16
Bundan sonra utanıb siçan deşiyinə girsinlər – Fürsətdir!
Dünən, 17:09
Fransanın yerini hansı dövlət tutub? - İNCƏLƏMƏ
Dünən, 17:04
Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? - NƏ ETMƏLİ?
Dünən, 17:02
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 16:58
Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri Polotsk Kadet Məktəbində olub
Dünən, 16:56
Rusiyadan qaçaq düşən `AST Telman`ın Bakıdakı şirkəti... CƏRİMƏLƏNDİ!
Dünən, 16:54
1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı - TƏFƏRRÜAT
Dünən, 16:46
Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam - Naxçıvan Səfərbərlik xidmətinin həbsdə olan sabiq rəisi
Dünən, 16:40
Xaos davam edir: - "Müharibələr ssenarisinə hazır olmalıyıq"
Dünən, 16:29
Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - İLGİNC...
Dünən, 16:25
Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? - AKTUAL
Dünən, 16:00
Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım, sinəm kiçilmədi!
Dünən, 15:55
Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib - SƏBƏB
Dünən, 15:52
General bu xanımı idarə rəisi təyin etdi - FOTO
Dünən, 15:51
Ramil Usubovun ailəsində xoş gün
Dünən, 15:49
Kommunal xətlər keçən ərazidə tikilən evlərlə bağlı BƏD XƏBƏR - Söküləcək və kompensasiya VERİLMƏYƏCƏK?
Dünən, 15:46
“Mənə pul xərcləyən adamı tapsanız...” – Nazilədən SƏS-KÜYLÜ VİDEOMÜSAHİBƏ
Dünən, 15:44
“Heç bilmirəm “xalq artisti” adını necə alırlar, onlar mənim qədər sevilmirlər” - ETİRAZ
Dünən, 15:42
Suriyanın müxalif qrupları dağılmaq və müdafiə nazirliyi altında birləşmək barədə razılığa gəlib - Suriyanın yeni administrasiyası
Dünən, 15:40
“Əlil olduğum üçün banklar mənə kredit vermir, halbuki həmin bankdan əməkhaqqı alıram” - BU NƏDİ BELƏ?..
Dünən, 15:36
Azərbaycan Quru Qoşunları komandanı türkiyəli həmkarı ilə görüşüb
Dünən, 15:19
Mərkəzin direktoru təqaüdə GÖNDƏRİLDİ - FOTO
Dünən, 15:18
Ət kağız üstündə artır, bəs bazarda? - ŞƏRH
Dünən, 15:14
İsrail Pezeşkianın istefasını gözləyir – “Keyhan”
Dünən, 15:13
Ən çox sığorta haqqı toplayan - 6 ŞİRKƏT
Dünən, 15:09
Bir düz bütün səhvləri aparır: Zəngəzur həqiqətləri, İrəvan nağılları - GƏLİŞMƏ
Dünən, 15:07
Banklar tərəfindən təqdim olunan ən yüksək əmanət faziləri – Tam siyahı
Dünən, 15:05
Yeni il şənliyi bizə neçəyə başa gələcək? - 500 manata MENYU
Dünən, 15:02
Tiktokerlərə hansı cəza verilə bilər? - Vəkildən AÇIQLAMA
Dünən, 14:59
Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq - 14 milyonluq dələduzluq işi
Dünən, 14:58
Onları ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir - Başqa cür ola da bilməz...
Dünən, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru