“Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” .....                     "Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa .....                     Ermənistan-Gürcüstan-Azərbaycan üçtərəfli formatının genişlənəcəyinə ümid edirik .....                     "Məni hörmətdən salmaq istəyirlər" .....                     Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: .....                     Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib .....                     “Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” .....                     Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı .....                     “Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası .....                     “Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...” .....                     İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib .....                     İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... .....                     Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi .....                     Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir .....                     "Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" .....                     5000 manat maaş alıram, necə qənaət edim? .....                     PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! .....                     Paşinyan komandasına xəbərdarlıq etdi: .....                     Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... .....                     Şirkətlər qrupunda yeni ASC yaradılıb .....                     "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək .....                     38 yaşlı sabiq məmur həbsxanada öldü .....                     Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb .....                     Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... .....                     İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... .....                     “Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” .....                     Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək .....                     Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... .....                     TARİXİ BAKI... HƏDƏFDİRMİ? .....                     Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı .....                     Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası .....                     Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı .....                     Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI .....                     “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” .....                     "Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" .....                     “Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” .....                     “Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək .....                     Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... .....                 

"SƏNAYE"Sİ ALINSA DA, ENERGETİKA ONDADIR
Tarix: 6-11-2013, 09:33 | Çap et
"SƏNAYE"Sİ ALINSA DA, ENERGETİKA ONDADIR
Prezident seçkilərindən sonra yeni hökumət kabinetinin formalaşdırılması zamanı ən ağır itkilərdən biri ilə heç şübhəsiz, energetika naziri Natiq Əliyev üzləşdi. Belə ki, əvvəllər Sənaye və Energetika Nazirliyinə rəhbərlik edən Natiq Əliyevin rəhbərlik etdiyi qurumdan sənaye sahəsi alındı və bu sahə üzrə səlahiyyətlər yeni yaradılan nazirliyə - Sənaye və İqtisadiyyat Nazirliyinə, bir az da konkretləşdirsək, həmin vaxtadək iqtisadi inkişaf naziri postuna rəhbərlik edən Şahin Mustafayevin nəzarətinə verildi.

Bir çoxları üçün bu, gözlənilən, bəziləri üçün isə gözlənilməz oldu. Məsələ burasındadır ki, son bir ildə Natiq Əliyevə qarşı onunla soyuq münasibətlərdə olan bəzi rəqiblərinin həmlələrini diqqətə alsaq, əslində gözlənilməz heç nə baş vermədi: energetika naziri onsuz da səlahiyyət itkilərinə məruz qalmışdı və son prezident seçkilərindən sonra bu, özünün pik nöqtəsinə çatmış oldu.
Digər tərəfdən, Natiq Əliyev hakimiyyətdaxili məmur qovğalarına qarışmaması, adının korrupsiya ilə bağlı tənqid və ittihamlardan qoruya bilməsi ilə seçilirdi. Buna baxmayaraq, onun son bir il, ilyarım ərzində davamlı şəkildə səlahiyyət itkilərinə məruz qalması gözlənilməz də hesab edilə bilər.
Düzdür, hələ bu ilin mayında Natiq Əliyevə tabe olan Dövlət Enerji Nəzarət İdarəsinin səlahiyyətlərinin genişləndirilməsi bəzi ekspertlərdə belə bir rəy yaratmağa başlamışdı ki, artıq energetika naziri hökumətdaxili rəqibləri ilə mübarizədə müəyyən üstünlüklər qazanmağa başlamaqdadır. Şübhəsiz ki, bundan onun iqtidar içində soyuq münasibətdə olan çevrələr məmnun ola bilməzdilər. Hesab edilirdi ki, sözügedən idarənin səlahiyyətlərinin dəqiqləşməsi və artıq rəsmi şəkildə kifayət qədər genişlənməsi Natiq Əliyevə öz rəqiblərinə qarşı əks-həmlə üçün yeni imkanlar yaradır. Amma sonradan biz tamamilə əks-prosesin şahidi olduq və rəqiblərinin energetika nazirinin zəiflədilməsi istiqamətində səylərinin və bu səylərin nəticəsiz qalmadığının şahidi olduq.
Xatırladaq ki, hələ sentyabr ayında məlum oldu ki, Natiq Əliyev səlahiyyətlərinin bir hissəsini itirib. Bu barədə hökumətin son qərarından görünürdü. Belə ki, Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları"nda dəyişikliklər edilməsi barədə qərar verilmişdi. Dəyişikliyə əsasən, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Sənaye və Energetika Nazirliyinin tərkibindən çıxarılmışdı.
Hələ o vaxt “Unikal” olaraq yazmışdıq ki, energetika naziri ilə iqtidar daxilindəki bir sıra iri məmurların çəkişməsi uzun müddətdir davam edir. Məsələ burasındadır ki, bu ilin yazında o vaxtki Sənaye və Energetika Nazirliyi Cənubi Koreyanın mütəxəssisləri ilə birlikdə Azərbaycanın sənayeləşdirilməsi və onun inkişaf yolları proqramı hazırlamağa başlayıb. Çox keçmədən belə bir proqramın hazırlandığını sənaye və energetika naziri Natiq Əliyev jurnalistlərə açıqlamasında təsdiqləyib. Nazir onu da vurğulamışdı ki, proqram qəbul olunarsa, Azərbaycanda bu sahədə tezliklə daha böyük inkişaf əldə olunacaq. Maraqlı olan isə üstündən xeyli vaxt keçməsinə rəğmən həmin proqramdan əsər-əlamət olmaması idi. Natiq Əliyev haqqında danışılan dövlət proqramı layihəsinin qısa müddətdə təsdiqlənəcəyini gözləsə də, bu, baş verməyib. Gecikmənin isə əslində çox sadə səbəbi vardı. Nazirin iqtidar içindəki rəqibləri həmin proqramın təsdiqlənməsinin Natiq Əliyevin mövqelərini gücləndirəcəyindən çəkinirdilər və buna bütün mümkün yollarla mane olurdular. Sonda isə sənaye sahəsi ümumiyyətlə, Natiq Əliyevdən alındı ki, bu da qəzetimizin vaxtilə yazdıqlarının təsdiqi sayıla bilər.
Amma bir çox müşahidəçilər energetika nazirinin revanş ala biləcəyini, son vaxtlarkı səlahiyyət itkilərinin yerini doldurmaq istəyəcəyini düşünürlər. Bəs bu sırada hansı həmlələr ola bilər? İstisna edilmir ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yenidən Energetika Nazirliyinin tərkibinə qaytarılsın.
Bundan başqa, “Azərenerji” Səhmdar Cəmiyyətinin də Natiq Əliyevin nazirliyinin tərkibinə verilməsi və öz fəaliyyətini İstehsalat Birliyi kimi davam etdirməsi mümkün sayılır. Qeyd edək ki, artıq belə təcrübə mövcuddur: vaxtilə “Azəriqaz” Səhmdar Cəmiyyəti ləğv olunmuş, əvəzində eyni adlı İstehsalat Birliyi yaradılmış ARDNŞ-in tərkibinə verilmişdi. Bu təcrübənin Energetika Nazirliyi ilə bağlı da yaşana bilməsi istisna edilmir.
Hər halda bütün bunlar ehtimallardır. Proseslərin hansı istiqamətdə cərəyan edəcəyini zaman göstərəcək. O da mümkündür ki, iqtidariçi nüfuz savaşlarına həvəs göstərməyən və sadəcə, sakit şəkildə öz işi ilə məşğul olmağa çalışan Natiq Əliyev heç bir revanş arzusunda olmasın, beləliklə də onunla soyuq münasibətdə olan iri məmurları “iqnor” etmiş olsun.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
"Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Bu gün, 13:58
Ermənistan-Gürcüstan-Azərbaycan üçtərəfli formatının genişlənəcəyinə ümid edirik - Paşinyan
Bu gün, 13:22
"Məni hörmətdən salmaq istəyirlər"
Bu gün, 13:18
Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: - “Hitler olsaydı…”
Bu gün, 13:15
Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib - Şok təfərrüat
Bu gün, 13:12
“Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” - Qətlin açdığı dəhşətli FAKTLAR
Bu gün, 13:10
Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Bu gün, 11:42
“Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Bu gün, 11:01
“Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Bu gün, 10:47
İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Bu gün, 10:44
İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Bu gün, 10:41
Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:36
Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:33
"Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Bu gün, 10:31
5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Bu gün, 10:25
PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Bu gün, 10:22
Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Bu gün, 10:19
Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Bu gün, 10:09
Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01
"Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59
38 yaşlı sabiq məmur həbsxanada öldü
Bu gün, 09:49
Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:46
Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44
İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31
“Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21
Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19
Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08
TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01
Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58
Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57
Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55
Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47
“Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42
"Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41
"Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39
“Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33
“Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26
Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23
“Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24
Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22
DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21
"Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19
Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17
Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru