MÜXALİFƏTƏ BİRLİK TƏKLİFİ
Tarix: 25-01-2012, 15:57 | Çap et
“QARABAĞ” BLOKU İTTİFAQIN YENİ RESEPTİNİ AÇIQLADI
DİA.AZ: - Qarabağ Bloku Azərbaycan müxalifət partiyalarına birliklə bağlı məktub ünvanlayıb. Redaksiyamıza göndərilən məktubun mətnində deyilir:
“Əziz dostlar! Uzun illərdir Azərbaycan xalqı, aktiv siyasi vətəndaşlar, bitərəflər, ziyalılar, bir sözlə, böyük əksəriyyət ölkəmizin demokratikləşməsini, ciddi siyasi islahatların aparılmasını, korrupsiya və ruşvətxorluğun kökünün kəsilməsini, azad cəmiyyət quruculuğunu, müstəqil məhkəmə sisteminin yaradılmasını, siyasi insititutların inkişafını, söz və ifadə azadlığının təminini gözləyir. Təəssüf ki, mövcüd iqtidar artıq 20 ilə yaxındır ki, gözləntilərin heç birinə adekvat reaksiya vermir, Azərbaycanda vəziyyət ildən-ilə pisləşir. Vəziyyətin kritik olduğunu anlatmaq niyyətindən uzağıq. Biz «Qarabağ» Bloku olaraq vəziyyətdən çıxış yolunu təklif edirik. Azərbaycan xalqı siyasi prosseslərin və demokratikləşmənin böyük bir yükünü siyasi təşkilatların üzərinə qoyub. Hər kəs müxalif siyasi təşkilatlardan mövcud problemlərin həlli istiqamətində ciddi addımlar gözləyir. Lakin bizlər özümüzdə güc, cəsarət, bəzən də soyuq məntiq tapıb çıxış yollarını birgə axtarmaqdan yayınırıq. Bu gün mövcud Azərbaycan iqtidarı siyasi sistemi elə vəziyyətə salıb ki, demokratik hərəkat üçün bir partiyanın və ya xırda birliklərin gücü yetərli deyil. Hamımız uca səslə «biz ən böyük birliyi yaratmışıq» deyə bilərik. Lakin bu birliklər nə qədər böyük olsa da, rejimi demokratik prosseslərə başlamağa, islahatlar aparmağa məcbur edə bilmir. Demək, daha böyük birliyə ehtiyac var. Amma nədənsə, hamı kiçik birlik modelinə üstünlük verir, prosseslərə əhəmiyyətli təsir imkanı əldə etmək fürsətindən və məsuliyyətindən yayınır. Təəssüf ki, hər kəs birlik istəyənləri öz yanına dəvət edir və müxalifətin vahid ünvanını öz yaratdığı qurum hesab edir. «Qarabağ» Bloku olaraq hesab edirik ki, bu yanaşma kökündən yanlışdır, mübarizəmizin və prinsiplərimizin fəlsəfəsinə ziddir. Biz birlik deyərkən heç də ümumi tezislər və nəticəsi bilinməyən qurumların yaradılmasını nəzərdə tutmuruq. Nədənsə, birlik adı gələndə hamı daha çox ümumi məsələlərdən danışır və konkret hədəf müəyyən etməkdən çəkinir. Lakin «Qarabağ» Bloku 2013-cü ilə hesablanmış hədəfi, məqsədi, strukturu olan, hər kəsin məsuliyyətini, vəzifələrini müəyyən edəcək bir birlik təklif edir. Biz müxalifət partiyaları ilə bu ideyanı müzakirə etmişik. Təəssüf ki, əksər qüvvələr daha çox demokratik şəraitin yaradılması, «Seçki məcəlləsi»nin dəyişdirilməsi, MSK, DSK, MnSK-nın paritet əsaslarla formalaşdırılması, sərbəst toplaşmaq azadlığının təmin edilməsi və s. kimi vacib lakin bizdən asılı olmayan şərtləri irəli sürür və yalnız bundan sonra vahid komanda ilə seçkiyə qatılmağı, vahid cəbhə yaradılmasını gərəkli hesab edir.
Əziz dostlar! Yuxarıda sadalananlar olsaydı daha birliyə nə ehtiyac vardı ki?! Hər kəs öz yoluyla gedər və seçkini necə qazanmağı düşünərdi. Birlik bizə ona görə lazımdır ki, biz əslində yuxarıda deyilənləri əldə edək. Bunun üçün də hədəf və strategiya aydın olmalıdır. Ümumi tezis və şüarlarla aktiv təbəqəni - bütövlükdə xalqı, ətrafımızda toparlaya bilmirik. Əksəriyyət hesab edir ki, seçki vaxtı onsuz da müxalifətin birliyi yenidən parçalanacaq, vahid komanda kimi prosseslərə qoşula bilməyəcək. Bəzi beynəlxalq təşkilatlar da bu fikirdədir. İqtidar da nəticədə belə hesab edir ki, əsas müxalifət partiyaları ona qarşı vahid demokratik cəbhə formalaşdıra bilməyəcək. «Qarabağ» Bloku olaraq hesab edirik ki, bizdən asılı olan bu məsələni reallaşdıra bilsək, daha rasional nəticələrə nail ola bilərik.
«Qarabağ» Bloku olaraq 2012-ci ilin mart ayından gec olmayaraq müxalifətin vahid cəbhəsinin yaradılmasını təklif edirik. Bunun üçün :
- Hər kəsin birləşdiyi qurumlara toxunmadan, 2013-cü ilin prezident seçkilərində vahid namizəd və vahid komanda ilə iştirakı şərtləndirən birlik yaradılmasını elan etməli; - Aidiyyatı dövlət strukturlarında təmsilçilik birliyə daxil olan partiyalar arasında bərabər bölünməli, bu ilin 9 ayı ərzində həmin strukturların gələcək islahat paketi partiyalar tərəfindən hazırlanaraq vahid sənəd halına gətirilməli və ictimaiyyətə təqdim edilməli; - Prezident seçkilərində iştirak etmək istəyən partiya sədrləri vahid namizədin öz aralarından seçilməsinin formasını müəyyən etməli, paralel olaraq digər vəzifələri də bölməli; (baş nazir, MM sədri, PA rəhbəri, xarici işlər naziri) - Birlik 18 aydan sonra ölkədə hər kəsin azad, bərabər iştirakına təminat verən seçkinin keçirilməsinin məsuliyyətini öz üzərinə götürməli və bu iqtidarı «demokratiyaya keçid iqtidarı» adlandırmalı; - Siyasi mənsubiyyət qadağan olunan dövlət strukturlarında təmsilçilik vətəndaş cəmiyyəti nümayəndələrindən təşkil olunmalı;
Hörmətli həmkarlar!
Azərbaycanın demokratikləşməsi və mövcud problemlərdən qurtulmaq məsuliyyətinin böyük hissəsi də bizlərin üzərinə düşür. Sizləri birliyə dəvət edir, birliyimizdə xalqın böyük hissəsini ətrafımızda toparlamağa, 2013-cü ildə Azərbaycanda azad, demokratik seçkinin baş tutmasına var gücümüzlə səy göstərməyi xahiş edirik. 2013-cü ili hədəf kimi qarşımıza qoya bilsək, hər kəsin bizimlə olacağını təmin edəcəyik və bununla da Azərbaycan özünün yeni dövrünə qədəm qoyacaq. Bu istək «Qarabağ» Bloku adından təklif edilsə də, əslində sosial bir sifarişdir və beynəlxalq təşkilatların da Azərbaycan müxalifətindən gözlədikləri bir mövqedir.
QARABAĞ BLOKU Qeyd: Müzakirə zamanı «Qarabağ» Bloku daha detallı proqramı təqdim edəcək”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Prezident Administrasiyasında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:06 |
|
|
|
• Əli Vəliyev yenidən nazir müavini postuna QAYTARILIR? - İLGİNC İDDİALAR
Bu gün, 10:00 |
|
|
|
• Ədliyyə Nazirliyinin həbsdə olan sabiq şöbə rəisi ilə bağlı qərar çıxarıldı
Bu gün, 09:53 |
|
|
|
• Naxçıvanda vəzifəli şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 09:48 |
|
|
|
• Siyasi partiyalara maliyyə yardımı niyə artırılır? - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• Ermənistanın yeni münaqişə planı – “Bakının ilk iki hədəfi bu olacaq”
Bu gün, 09:27 |
|
|
|
• "Bu halda korrupsiya ilə mübarizənin effektivliyi olacaq" - ŞƏRH
Bu gün, 09:25 |
|
|
|
• Ermənistan Fransa silahını rus pulu ilə alır - BU DA FAKT!
Bu gün, 09:23 |
|
|
|
• «“Vesta Construction” şirkətinin bizə yaşatdığı zülm sərhəd tanımır…» - NARAZILIQ VAR...
Bu gün, 09:18 |
|
|
|
• Sərbəst auditor Novruz Pənahov vəfat edib
Bu gün, 09:12 |
|
|
|
• Şirkətin təsis olunduğu gün kredit verildiyini bildirəndə "sən qarışma" dedi - “Şlyapa Zahid”in məhkəməsi
Bu gün, 09:09 |
|
|
|
• "Bu yaxında çökəcəksiz, hazırlıqlı olun..." - Müştərisi "Bank of Baku"ya SƏSLƏNDİ
Bu gün, 09:08 |
|
|
|
• "Bank Respublika" mənfəətini bölüşdürəcək - TOPLANTI
Bu gün, 09:01 |
|
|
|
• İlqar Abbasov NƏ İŞLƏR ÇEVİRİR... - Seçkilərdə BAŞÇI BARMAĞI...
Bu gün, 08:57 |
|
|
|
• XİN-nin sabiq müavini də həbsin bir addımlığında - NADİR HÜSEYNOVUN YÜZ MİLYONLARLA ÖLÇÜLƏN ƏMLAKI
Bu gün, 08:45 |
|
|
|
• İşlək sayğaclar 5 ildən bir niyə DƏYİŞDİRİLİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:39 |
|
|
|
• Zəngəzur üçün tarixi şəraitin yetişməsi... - NƏ BAŞ VERİR?
Bu gün, 08:37 |
|
|
|
• Ünvanlı sosial yardım üçün müraciət etsə də... - GİLEY
Bu gün, 08:30 |
|
|
|
• 4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? - Asif Məcidovun diplomu da prolemlidir
Bu gün, 08:28 |
|
|
|
• Epidemiologiya Mərkəzinin direktorundan ŞİKAYƏT - SAXTA SƏNƏD İTTİHAMI...
Bu gün, 08:26 |
|
|
|
• Artıq günün bütün vaxtları "pik saat"dır: Niyə taksi tapa bilmirik? - AKTUAL
Bu gün, 08:21 |
|
|
|
• Xaçmazın elə bil ki başçısı... başbiləni yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 08:20 |
|
|
|
• Çıxış yolu çıxılmazlıqda tapılır - Aqşin Yenisey yazır...
Bu gün, 08:06 |
|
|
|
• Əmək hüquqları sahəsində əlillərim hansı hüquq və dövlət təminatları nəzərdə tutulur? - Ekspert danışır...
Bu gün, 08:03 |
|
|
|
• İlham Əliyev ona işarə etdi ki... - İNCƏLƏMƏ
Bu gün, 08:01 |
|
|
|
• Əliyevin sülh üçün 2+2 tələbi: İrəvan niyə yayınır? - GƏLİŞMƏ
Bu gün, 07:04 |
|
|
|
• “ATEF” in rəhbəri Talıb Əlixanbəyov xaricə valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 06:32 |
|
|
|
• BU NƏDİ BELƏ: Bakıda 2 manatlıq sosiskalar satışda... - "Leş Tofiq" yenə iş başındadır?
Bu gün, 06:26 |
|
|
|
• Bakıda ifşa edilən şəbəkə ilə məşhur ailənin gizli əlaqəsi? - Oxlar ora aparır…
Bu gün, 06:22 |
|
|
|
• 23 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda BOKT qızıllarını satışa çıxarır - DETALLAR
Bu gün, 00:02 |
|
|
|
• Qriqoryanın açıqlamasında yenilik yoxdur - RƏY
Dünən, 23:34 |
|
|
|
• Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış - "Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi..."
Dünən, 23:28 |
|
|
|
• İrəvan Bakının bu tələbindən niyə yayınır? – Mühüm məqam
Dünən, 23:26 |
|
|
|
• Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" - NƏ BAŞ VERİR?
Dünən, 19:46 |
|
|
|
• Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Dünən, 19:02 |
|
|
|
• Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Dünən, 19:00 |
|
|
|
• Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Dünən, 18:58 |
|
|
|
• 20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Dünən, 18:56 |
|
|
|
• Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Dünən, 18:03 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Dünən, 18:01 |
|
|
|
• Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Dünən, 18:00 |
|
|
|
• Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Dünən, 17:58 |
|
|
|
• "Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Dünən, 17:48 |
|
|
|
• Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Dünən, 17:40 |
|
|
|
• Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Dünən, 17:37 |
|
|
|
• Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Dünən, 17:27 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Dünən, 17:23 |
|
|
|
• Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Dünən, 17:14 |
|
|
|
|