ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ .....                     AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir .....                     Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb .....                     Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? .....                     “Tərtər işi”nə görə həbs edilən generalın işi .....                     Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır .....                     Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı .....                     “Ermənistanın qonşularla ticarəti məhv olacaq” .....                     Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib .....                     Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? .....                     Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib .....                     Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? .....                     ADSU-nun rektor əvəzi özü də tələbədir? .....                     Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir .....                     Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik! .....                     Azər Qasımlı ilə bağlı qərar verildi .....                     Mircəlal həkim dedi ki, pul bunlara, sonra Gömrük Hospitalına köçürülür .....                     Dünyanın ən amansız ordusu Ermənistana girə bilər .....                     “Diplomların tanınmamasının əsl səbəbi bunlardır..." .....                     “PASHA Real Estate”də yeni təyinat .....                     Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilər .....                     Bu idarənin rəis müavininə cinayət işi açıldı .....                     Ermənistan ələ keçirdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində deyildi .....                     Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi .....                     Qiymət artımı son 14 ayda ən yüksək səviyyəyə çatıb .....                     Ordumuzun əsgəri vəfat edib .....                     ABŞ-Ermənistan arasındakı sazişi Azərbaycanın uğursuzluğu kimi təqdim edənlərə... .....                     Paşinyan KTMT-dən çıxdığını .....                     Blinken və Mirzoyan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər .....                     "Qayınanamın ayaqlarından öpərəm" .....                     Ermənistan parlamentinin komissiyası ABŞ-nin gömrük orqanları ilə əməkdaşlığa dair sənədi təsdiqləyıb .....                     Əsədi hakimiyyətdə saxlayan qüvvələr Elçibəyi niyə hədəfə aldı? .....                     "Baku Elektroniks" və "TBC Bank"-ın adları Meydan TV işində keçir .....                     Azərbaycana qarşı hibrid və kəşfiyyat müharibəsi... .....                     “Gürcü arzusu” müxalifəti yer üzündən silmək istəyir .....                     ABŞ Ermənistana sərhəd-mühafizə qruplarını göndərməklə nəyə nail olmaq istəyir? .....                     Bayramova ingiliscə saxta məktub... .....                     Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik .....                     “Expressbank”da yüksək kredit faizləri, vaxtı keçmiş kredit portfeli .....                     İranın Zəngəzur planı üzə çıxdı .....                 

AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİNİN HAKİMİ HAQDA ŞOK İDDİA
Tarix: 21-10-2013, 15:34 | Çap et
AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİNİN HAKİMİ HAQDA ŞOK İDDİA
Redaksiyamıza daxil olan şikayət məktubunda bildirilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyev iş adamını aldadaraq aldığı 600 min manat pulu mənimsəmək üçün müxtəlif uğursuz əməliyyatlar həyata keçirib, lakin bu əməliyyatlar sonda özünün “ilişməsinə” səbəb olub.

Sanki kino ssenarisidir

Cəmiyyətimiz başdan-ayağa qəribəliklərlə doludur. Və biz də bu qəribəliklərin içərisində yaşamağa məhkumuq. Bəzən elə hadisələrlə rastlaşırıq ki, el dili ilə desək adamın matı-qutu quruyur. Belə yerdə atalar yaxşı deyib, “Qulaq gündə bir söz eşitməsə kar olar”. Ancaq bizim eşitdiklərimiz qulağı kar etmədi, insanı içindən oynatdı. Redaksiyamıza daxil olmuş bu şikayət məktubu ilə tanış olduqdan sonra fikirləşirsən ki, hakim mantiyası daşıyan, ədalət carçısı olan insan əgər belə əməllərə qol qoyursa, onda artıq dünyanın sonudur. Ataların bir sözü var, deyir “Aləm dəli olanda, mollanın yanına qaçır, bəs molla dəli olanda kimin yanına qaçsın?” Bizə daxil olmuş şikayət məktubu da məhz bu qəbildəndir.

Tez-tez mətbuatda hakimlərin ədalətsiz qərar çıxartdıqları barədə məlumatlar oxuyuruq. Bu məlumatların demək olar ki, 99 faizi düzdür. Çünki hakimlərin alınıb-satıldığı artıq günümüzün reallığına çevrilib. Elə bizə vəkili Adəm Məmmədov vasitəsi ilə şikayət məktubu göndərən Ağdam rayon sakini, hazırda haqqında həbs-qətiimkan tədbiri seçilmiş Məmmədov Elman İnqilab oğlunun başına gələnlər də bu dediklərimizin nəinki bir hissəsi, hətta çoxseriyalı bir kinonun sujetidir. Gəlin konkret mətləbə keçək. Şikayət məktubunda hadisə belə təqdim olunur.

İcra başçısı olmağın qiyməti

Deməli Səlimov Ramazan Babaəli oğlu adında soydaşımızın biri uzun müddət Rusiyada iş qurub və demək olar ki, milyonçu olub. Ancaq nədənsə neçə illik Rusiya həyatına son qoyub vətənə gəlmək qərarını verir. Böyük pulla vətənə gələn R.Səlimov istəyir ki, Rusiyadakı zəngin həyatını öz vətənimizdə davam etdirsin. O öyrənir ki, yaxşı həyatı davam etdirmək üçün Azərbaycanda yaxşı vəzifədə olmalısan. Ona görə də, hər bir vəzifəsinin alınıb-satıldığını öyrənən R.Səlimov 2011-ci ildən tanıdığı iş adamı Elman Məmmədova müraciət edir. R.Səlimov yaxşı bilir ki, E.Məmmədov bir iş adamı kimi yuxarı dairələrlə sıx əlaqələri var. Elə bu səbəbdən də E.Məmmədova R.Səlimov bildirir ki, o hansısa bir rayonun icra başçısı olmaq istəyir. Təbii ki, R.Səlimov bu vəzifənin qiymətini də öyrənmişdir. Ona görə də, E.Məmmədova Rusiyada zavodunu satıb və 5-6 milyon dollar pulu olduğunu bildirir və onu bu məqsədlə lazımi adamlarla görüşdürməyi xahiş edir.

2 deputat kimdir və Misir Mərdanovun qardaşı

E.Məmmədov əvvəlcə R.Səlimovu Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Qəzənfər Novruzovla görüşdürür. Q.Novruzov məsələdən agah olandan sonra bildirir ki, bu onun gücü daxilində olan iş deyil. Bundan sonra E.Məmmədov dostunu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edir. Hakim H.Əliyev öz növbəsində R.Səlimovu dostu, polkovnik Tariyel ilə ( çox təəssüf ki soyadı qeyd edilməyib-red. ) əvvəlcə neft şirkətinə göndərir, lakin burada iş alınmır. Bunu görən H.Əliyev R.Səlimovu yenə dostu Tariyellə şəhərdə yerləşən “Kişmiş” restoranında 2 millət vəkili ilə görüşə göndərir (Hələ ki, həmin millət vəkillərinin adlarını çəkmirik-red.). Bu zaman E.Məmmədov maşında oturub, görüşün nəticəsini gözləyir. Bir müddətdən sonra geri qayıdan R.Səlimov dostuna bildirir ki, deputatlardan ağılı bir şey kəsmir. İşin alınmadığını görən H.Əliyev R.Səlimovu sabiq təhsil naziri Misir Mərdanovun qardaşı, Rabitə və İnformasiya texnologiyaları nazirliyinin idarə rəisi İlham Mərdanovla görüşdürür. R.Səlimov buradan da əli-ətəyindən uzun geri qayıdır. Maraqlıdır ki, əlində o qədər pulu ola-ola R.Səlimov çöllərə düşüb iş axtarır. Belə yerdə atalar yenə yaxşı deyib; “Allah adamın var-dövlətini əlindən almazdan öncə ağlını əlindən alır”. Çünki adama deyərlər ki, əlində sənin yaxşı pulun ola-ola vəzifəni neyləyirsən? Hamı yaxşı bilir ki, bizdə vəzifəyə pul mənbəyi kimi baxırlar. Sənin isə artıq bu pulun var və hər-hansı bir iş və ya biznes qurub bu pulu daha da artırmaq olardı. Ona görə də, bu yerdə “Yeməyənin malını yeyərlər” prinsipi işə düşür. Həsən Əliyev Ramazan və Elmanı çağıraraq Siyəzən rayon icra hakimiyyətinin başçısı Arif Qasımova zəng vurduğunu bildirir və tezliklə işlərinin düzələcəyinə əminliyini ifadə edir. Ona görə də R.Səlimovu yanına alıb Siyəzənə yollanır. Nədənsə Siyəzən RİH-in başçısı A.Qasımov bu məsələyə əl qoymur və hər ikisi kor-peşman geri qayıdır. Lakin bu müddət ərzində R.Səlimov hakim H.Əliyevlə yaxından dostlaşır və köhnə dostu E.Məmmədov yaddan çıxır. Ona görə də artıq E.Məmmədovun hadisənin sonrakı gedişatından xəbəri olmur.



Hakim qurbanını tutdurmaq istəyir



Bu yerdə yaxşı olar ki, hazırda istintaq altında olan E.Məmmədovun vəkili, tanınmış hüquqşünas Adəm Məmmədovu dinləyək: “ Sonrakı hadisələr belə olub. Təxminən bir ildən sonra hakim H.Əliyev E.Məmmədova 050-211-75-65 nömrəli telefondan zəng vuraraq bildirir ki, “evim yıxılıb, mənə kömək elə”. Hüquqlarını müdafiə etdiyim E.Məmmədovla İstintaq Təcridxanasında dəfələrlə söhbət edərək aydınlaşdırmışam ki, onun bu gün həbsdə olmasının heç bir hüquqi əsası yoxdur. Bəs E.Məmmədov necə oldu ki, birdən-birə həbsxanaya düşdü? Artıq araşdırmaların nəticəsində müəyyən etmişəm ki, günahkarlar hamısı azadlıqdadır, yəni pulu alan da, verən də məsuliyyətdən yayınmağı bacarmışlar. Günahsız E.Məmmədov isə təqsirləndirilən şəxs kimi istintaq altındadır. Bəs əslində hadisə necə baş verib?”

Vəkil Adəm Məmmədovun bizə verdiyi məlumatlardan aydın oldu ki, hakim H.Əliyev R.Səlimovun işə düzəltmək adı ilə 300000 (üç yüz min) manat notariat orqanlarında təsdiq olunmuş sənədin və sadə yazılı sənəd formasında Həsən Əliyevin verdiyi imzalı sənəddə 300000(üç yüz min) manat borc olmaqla, cəmi 600000(altı yüz min) borcu olması barədə ona iki ədəd sənəd verib. Elə bununla da, H.Əliyev öz evini yıxıb. Çünki sonradan aldığı 600 min manat pulu qaytarmamaq üçün R.Səlimova şər ataraq, tutdurmaq qərarına gəlib. Bu da ki, Azərbaycan reallığında mümkün olan işdir. Məqsədini həyata keçirmək üçün dostları Neft kimya prosesləri institunda professor vəzifəsində çalışan Qüdrət müəllimi və Tariyeli bu işə qoşur. Deməli bu adamların hər ikisi hakim H.Əliyevin təlimatı əsasında R.Səlimovun üzünə dururlar ki, guya onlara pul borcludurlar. Şərləmə əməliyyatına görə R.Səlimov guya nə vaxtsa Qüdrətdən 5 min, Tariyeldən isə 14 min pul alıb. Amma H.Əliyev şərləmə əməliyyatını inandırıcı qura bilməyib. Pul gözünü nə təhər örtübsə H.Əliyev fikirləşməyib ki, əlində 5-6 milyonu olan adam 19 min manat pulu kimdənsə nəyə görə almalıdır?

Üzəduranlar isə işi getdikcə qəlizləşdirirlər. Gəlin yenə E.Məmmədovun vəkili Adəm Məmmədovun arqumentlərini dinləyək. Şərləmə ilə bağlı verdiyimiz suala cavab olaraq Adəm Məmmədov bunları söylədi: “Artıq olmayan borc pulun tələbi ilə Qüdrət və Tariyel R.Səlimovu təngə gətirirlər. Ona görə də R.Səlimov hakim H.Əliyevə müraciət edərək bildirir ki, sənin dostların məni narahat edirlər. Lakin üzəduranların öz bəd əməllərini davam etdirməsini görəndən sonra R.Səlimov qəti əmin olur ki, bu işin arxasında hakim H.Əliyevin özü dayanır. Ona görə də Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinə yazılı müraciət edir. Bu müraciət əsasında araşdırma gedir. Təbii ki, H.Əliyevin aldığı pullar barədə öz imzası ilə təsdiq edilmiş sənədlər də polisə təqdim edilir. Məsələ bundan sonra böyüməyə başlayır. Yalnız bu zaman bütün karyerasının məhv olacağını anlayan H.Əliyev bir il heç bir xəbəri olmadığı E.Məmmədov yadına düşür və artıq üç ay araşdırma gedəndən sonra köhnə dostuna bildirir ki, onu bu bəladan xilas etsin. Həsən Əliyev hakim olduğundan öz nüfuzuna xələl gəlməməsi üçün dostu Elman Məmmədovu bu işə kömək etmək məqsədi ilə qoşur. 250000 manat pulun verilməsini isə R.Səlimovun qızı, həyat yoldaşı, özü, 16-cı bölmənin rəisi Hikmət Usubov, bölmənin təhqiqatçısı Şövqi müəllimin və Cinayət-Axtarışın Şöbəsinin əməkdaşı Məhərrəm müəllimin iştirakı ilə E.Məmmədov həyata keçirir. Lakin məsələ bununla bitmir. Artıq hakim adı ilə bir araya sığmayan hərəkətlərə yol vermiş H.Əliyevin həbsi gündəmə gəlir. Məsələnin reallaşmasına hakimin toxunulmazlığı hələ ki, əngəl törədir. Ancaq sonradan iş necə qurulub-qoşulursa pul verən və alan qalır kənarda E.Məmmədov isə bu məsələdə təsirləndirilən şəxs qismində cəlb olunaraq və ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham edilərək, barəsində 3 aylıq həbs qətimkan seçilmişdir. Bundan əlavə isə E.Məmmədov həbs olunmamışdan əvvəl qanunsuz olaraq Milli Təhlükəsizlik Nazirliyinə aparılaraq, nazirlik binasının 4-cü mərtəbəsində amansızcasına döyülür.”

Hazırda isə iş Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin rəisi, istintaq qrupunun rəhbəri, III dərəcəli dövlət ədliyyə müşaviri Eldar Əhmədovun icraatındadır. Öz şikayət məktubunda E.Məmmədov qəzetimizdən kömək istəyərək, bildirir ki, onun günahsız həbs olunduğunu aidiyyəti qurumların nəzərinə çatdıraq. Təbii ki, biz bu işi diqqətdə saxlayacağıq. Yəqin ki, respublikanın baş prokuroru cənab Z.Qaralov, daxili işlər naziri cənab R.Usubov və ədliyyə naziri, eyni zamanda məhkəmə-hüquq şürasının sədri cənab F.Məmmədov bu məsələyə biganə qalmayacaqlar.

Deyilənlərə aydınlıq gətirmək üçün bu məsələdə adı çəkilən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə əlaqə saxladıq. O, bizim suallarımıza qısa cavab verdi və deyilənlərin həqiqət olmadığını bildirdi: “ Bu şikayət ərizəsində yazılanlar tamamilə cəfəngiyyatdır. Mən bu adamın pulun mənimsəməmişəm, onu heç bir vəzifəli şəxslə görüşdürməmişəm. Bunlar hamısı şər-böhtandır və istintaq həqiqətləri üzə çıxaracaq”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Bu gün, 17:02
AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Bu gün, 16:58
Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Bu gün, 16:56
Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Bu gün, 16:55
“Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Bu gün, 16:48
Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Bu gün, 16:46
Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Bu gün, 16:43
“Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Bu gün, 16:24
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Bu gün, 16:18
Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Bu gün, 16:17
Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Bu gün, 16:14
Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? - İLGİNC İDDİA
Bu gün, 16:12
ADSU-nun rektor əvəzi özü də tələbədir? - AÇIQLAMA
Bu gün, 16:01
Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir -ŞƏRH
Bu gün, 15:59
Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik!
Bu gün, 15:57
Azər Qasımlı ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 15:56
Mircəlal həkim dedi ki, pul bunlara, sonra Gömrük Hospitalına köçürülür - Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 15:53
Dünyanın ən amansız ordusu Ermənistana girə bilər
Bu gün, 15:39
“Diplomların tanınmamasının əsl səbəbi bunlardır..." - Ekspert
Bu gün, 15:35
“PASHA Real Estate”də yeni təyinat
Bu gün, 15:34
Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilər
Bu gün, 15:32
Bu idarənin rəis müavininə cinayət işi açıldı - FOTO
Bu gün, 15:30
Ermənistan ələ keçirdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində deyildi - ŞƏRH
Bu gün, 15:24
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi - LƏĞV OLUNUR
Bu gün, 15:20
Qiymət artımı son 14 ayda ən yüksək səviyyəyə çatıb - BELƏ HARA GEDİRİK?
Bu gün, 15:17
Ordumuzun əsgəri vəfat edib - FOTO
Bu gün, 15:10
ABŞ-Ermənistan arasındakı sazişi Azərbaycanın uğursuzluğu kimi təqdim edənlərə... - AKTUAL
Bu gün, 15:08
Paşinyan KTMT-dən çıxdığını ELAN EDƏCƏK
Bu gün, 15:02
Blinken və Mirzoyan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər - Ermənistan XİN
Bu gün, 14:58
"Qayınanamın ayaqlarından öpərəm"
Bu gün, 14:43
Ermənistan parlamentinin komissiyası ABŞ-nin gömrük orqanları ilə əməkdaşlığa dair sənədi təsdiqləyıb
Bu gün, 14:41
Əsədi hakimiyyətdə saxlayan qüvvələr Elçibəyi niyə hədəfə aldı? - İLGİNC
Bu gün, 14:32
"Baku Elektroniks" və "TBC Bank"-ın adları Meydan TV işində keçir - ARAŞDIRMA
Bu gün, 14:02
Azərbaycana qarşı hibrid və kəşfiyyat müharibəsi... -RƏY
Bu gün, 14:00
“Gürcü arzusu” müxalifəti yer üzündən silmək istəyir - “Nezavisimaya qazeta”
Bu gün, 13:58
ABŞ Ermənistana sərhəd-mühafizə qruplarını göndərməklə nəyə nail olmaq istəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:02
Bayramova ingiliscə saxta məktub... - Arkov
Bu gün, 12:56
Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 12:53
“Expressbank”da yüksək kredit faizləri, vaxtı keçmiş kredit portfeli - Əhalinin şikayət etdiyi bank
Bu gün, 12:50
İranın Zəngəzur planı üzə çıxdı - Dəhlizi əngəlləmək üçün bu yola əl atdılar
Bu gün, 12:47
Nikol Rusiya ilə əməkdaşlıq imkanlarını azaldır - Pritçin
Bu gün, 12:46
"Başqası ilə eşq yaşayırdı" - Həyat yoldaşını qətlə yetirən şəxs
Bu gün, 12:43
NƏ ETSƏK DƏ... ÇÖRƏYİMİZİN DUZU YOXDUR! - İran ABŞ-la qolboyun olan İrəvanı sükutla seyr edir, Rusiya isə...
Bu gün, 12:39
İntihar edən gənc İbrahim Kərbalıyevin oğlu imiş... - FOTO
Bu gün, 12:34
AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutuları" Braziliyadan Astanaya gətirilib
Bu gün, 12:32
Hakim “14 milyon kimin cibindədir” soruşdu, arestant kürəkəni “Tahir Qədəşovun” cavabını verdi - "ATLANT İŞİ"
Bu gün, 12:30
Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb? - TƏFƏRRÜAT
Bu gün, 12:25
Neft Fondu əməkdaşlarının idmanla məşğul olması üçün 650 min manat xərcləyəcək - DETALLAR
Bu gün, 12:22
“1 milyon əsgər Azərbaycana gələcək” – növbəti çərənləmə
Bu gün, 12:19
Bakı Reqional Məşğulluq Filialına yeni müdir təyin olunub - ƏMR
Bu gün, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru