Ziya Məmmədov "cəbhəsinə" daha bir zərbə... - Nazir oğlunun villası "plana düşdü"
Tarix: 2-10-2015, 10:38 | Çap et
Nəqliyyat naziri Ziya Məmmədovun “vurulması” prosesi özünün məntiqi sonluğuna yaxınlaşmaqdadır. Qeyd edək ki, nəqliyyat nazirinin və yaxın ətrafının zəiflədilməsi prosesi uzun müddətdir ki, davam edir. Elə təkcə son bir neçə ay ərzində baş verənlərə nəzər salmaq kifayətdir ki, nazirin və oğlunun səlahiyyət və “rıçaq”larının bir-birinin ardınca əllərindən çıxdığına şahidlik edəsən.
Nəqliyyat naziri Ziya Məmmədovun və oğlu başda olmaqla ona yaxın şəxslərin səlahiyyətlərinin məhdudlaşdırılması və ailə biznes-imperiyasının aktivlərini əldən verməsi prosesi sona yaxınlaşmaqdadır. Gəlin faktlara nəzər salaq, son aylar ərzində Məmmədovlar ailəsi hansı itkilərlə üzləşib? İlk olaraq qeyd etməliyik ki, nazirin oğlu Anar Məmmədovun şirkəti olan və bir vaxtlar Bakının sərnişindaşıma nəqliyyatında inhisarçı mövqeyə sahib “Transgate” MMC-yə məxsus bütün avtobus marşrutları şirkətdən alınıb. Bunu Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) də rəsmən təsdiqləyiblər. Mərkəzdən bildirildiyinə görə, şirkətə məxsus avtobuslar istifadəyə yararsız olub və elə bu səbəbdən də xətdən uzaqlaşdırılıb. Bunun ardınca isə “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtobusları xətlərə buraxıldı və bununla da Ziya Məmmədovun və oğlu Anar Məmmədovun şəhər sərnişindaşımasında inhisarçı mövqeyinə nöqtə qoyuldu. Xatırladaq ki, Prezident İlham Əliyev nəqliyyat sektorundakı problemləri bir neçə dəfə tənqid edib. Prezident iqtisadi məsələlərə və büdcə layihəsinə həsr olunmuş məlum müşavirədə də nəqliyyat sahəsində ciddi problemlərin olduğunu qeyd edib. Bu sahədə bəzi səlahiyyətlərin artıq ASAN xidmətə verildiyini xatırladıb. Prezidentin digər bir fərmanı ilə isə “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarıldı. Bu fərman eyni zamanda Ziya Məmmədovun səlahiyyətlərinin getdikcə məhdudlaşdırılması istiqamətində davamlı addımların atıldığını bir daha ortaya qoydu. Çünki bundan əvvəl də, Nəqliyyat Nazirliyinin bəzi səlahiyyətləri əlindən alınıb, bəzilərinə isə başqa qurumlar da ortaq edilib. Bir müddət əvvəl Nəqliyyat Nazirliyi sahə avtomobil yollarının adlandırılması və indeksasiyası ilə bağlı səlahiyyətini itirdi. Bundan əlavə son aylar Nəqliyyat Nazirliyinin bəzi səlahiyyətləri başqa qurumlar arasında bölüşdürülüb. Qeyd edək ki, bu qərarlara qədər Bakı yollarının təmir-bərpası funksiyası da Nəqliyyat Nazirliyindən alınıb Bakı şəhər İcra Hakimiyyətinə verilib. Bundan əlavə bir neçə ay əvvəl Ziya Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyinin bir səlahiyyəti Daxili İşlər Nazirliyinə verilib. Belə ki, baş nazir Artur Rəsizadənin qərarı ilə “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nda dəyişiklik edilib. Dəyişikliyə əsasən, bundan sonra Daxili İşlər Nazirliyi də avtomobil yollarının istənilən sahəsində və nəzarət postlarında (məntəqələrində) xüsusi ölçü alətləri və cihazları ilə bu cür nəqliyyat vasitələrinin faktiki qabarit ölçülərinin yoxlanılmasını, stasionar və daşına bilən xüsusi avtomobil tərəziləri vasitəsilə ümumi kütləsinin və oxlara düşən ağırlığının təyin edilməsini həyata keçirəcək. Hansı ki, bu funkusiya indiyə qədər Nəqliyyat Nazirliyində idi və bu işlə nazirliyin Nəqliyyat Müfəttişliyi məşğul olurdu. Ziya Məmmədovun zəiflədilməsinin sübutu kimi digər faktlar da göstərmək olar. Bütün bunlar isə göstərir ki, Nəqliyyat Nazirliyinin səlahiyyətləri bir-bir əlindən alınır. Hər halda son aylar verilən fərman, sərəncam və qərarlardan sonra Ziya Məmmədov demək olar ki, əksər səlahiyyətlərini itirib. Faktiki olaraq “portfel nazir”ə çevrilib. “Unikal” qəzetinin əldə etdiyi son məlumatda isə daha maraqlı mətləblərdən bəhs olunur. Qəzetimizi məlumatlandıran mənbənin sözlərinə görə, proses təkcə nazir Ziya Məmmədovun və oğlunun səlahiyyət dairəsinin daraldılması ilə məhdudlaşmayacaq. Belə ki, artıq Məmmədovların qanunsuz yollarla əldə etdiyi mal-mülkün də hesabı sorulmağa başlayıb. Bunun təsdiqi kimi isə nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsus villanın yerlə yeksan edilməsini göstərmək olar. Söhbət Anar Məmmədovun Qubanın Qəçreş kəndində özü üçün inşa etdirdiyi dəbdəbəli villadan gedir. Mənbəmiz bildirir ki, bir müddət öncə həmin villa texnikanın köməkliyi ilə uçurulub. Bu isə artıq Ziya Məmmədov və oğlu üçün olduqca təhlükəli siqnal sayıla bilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bir qrup müəllim ADNSU-u ilə bağlı Prezidentə müraciət ünvanladı - REKTOR ƏVƏZİNDƏN ŞİKAYƏT
Bu gün, 07:34 |
|
|
|
• Bakıda Peşə Təhsil Mərkəzinin tələbələrinə niyə iki aydır təqaüd verilmir? - NARAZILIQ VAR...
Bu gün, 07:28 |
|
|
|
• Fikonun Kiyevə təhdidləri: “Avropa ona təzyiq etməlidir” - GƏLİŞMƏ
Bu gün, 07:24 |
|
|
|
• "Məlumatlar, artıq Qazaxıstanın istintaq orqanlarına təqdim olunub" - deputat
Bu gün, 07:20 |
|
|
|
• İran ətrafında çənbər daralır: Əliyev şərtlərini elan etdi - NƏ BAŞ VERİR?
Bu gün, 07:16 |
|
|
|
• "Ömrümüzü dedi qodulardan uzaq yaşayaq"
Bu gün, 02:00 |
|
|
|
• Yalnış laboratoriya diaqnozları ilə "müalicə" olunan QHT sədri MÜRACİƏT ETDİ - "Mənimlə bərabər 1800-ə yaxın insanın həyatı..."
Bu gün, 01:59 |
|
|
|
• Atəşkəsin pozulmasında kənar qüvvələrin rolu var - BU, FAKTDIR!
Bu gün, 01:51 |
|
|
|
• Dövlət qurumu 1 milyon manata yaxın laborator avadanlıqlar aldı - QALİB ŞİRKƏT
Bu gün, 00:05 |
|
|
|
• Xankəndidə 100 manat sərmayə ilə tibb mərkəzi yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• Prezident İlham Əliyevdən İranla bağlı sərt mesajlar - “O molla qovulmalıdır, Azərbaycandan üzr istəməlidir"
Dünən, 22:38 |
|
|
|
• Azərbaycanın 3 gəmisi heyətlə birgə girov götürülüb - VİDEO
Dünən, 22:36 |
|
|
|
• Biri-birini təkzib edən açıqlamalar: - İranda hakimiyyət bir nöqtədən idarə olunmur
Dünən, 19:00 |
|
|
|
• "Nikol Paşinyan Ermənistan ordusuna nəzarəti itirib, sülh müqaviləsini gündəlikdən çıxartmağa çalışır"
Dünən, 18:58 |
|
|
|
• Paşinyanın qadınlarla bağlı qərarı etiraz yaratdı
Dünən, 18:09 |
|
|
|
• Sülh olmasa, müharibə başlaya bilərmi? - ŞƏRH
Dünən, 18:08 |
|
|
|
• Kiyev xaricdəki ukraynalıları geri qaytarmaq istəyir
Dünən, 18:01 |
|
|
|
• Ərini öldürüb, meyitini parçalayan qadınla bağlı ŞOK FAKTLAR - VİDEO
Dünən, 17:56 |
|
|
|
• Azərbaycanda dəhşət: Fəhlə betonqarışdıranın içində öldü - "İş düzgün araşdırılmır"
Dünən, 17:52 |
|
|
|
• İki ölkəni hədəf alan plan Bakıda məhv edildi – Qafqazda yeni təhlükə
Dünən, 17:48 |
|
|
|
• “Premium Bank”a sığorta agenti fəaliyyəti lisenziyası verilib
Dünən, 17:45 |
|
|
|
• Yardımlı sakini ünvanlı sosial yardım ala bilmir - nazirlikdən xahiş edir
Dünən, 17:36 |
|
|
|
• Naxçıvan Dövlət Milli Dram Teatrına direktor təyin edilib - FOTO
Dünən, 17:35 |
|
|
|
• Köçəryanın oğlunun işi üzrə məhkəmə iclası keçirilir
Dünən, 17:23 |
|
|
|
• Nazirin bacanağının şirkəti ilə dövlət qurumu arasında sığorta qalmaqalı - TƏFƏRRÜAT
Dünən, 17:21 |
|
|
|
• Suraxanıda ağacları kəsib yerində obyekt tikirlər - BU DA BU...
Dünən, 17:16 |
|
|
|
• Moskvanın “ölüm səssizliyi”... DAVAM EDİR!
Dünən, 17:10 |
|
|
|
• "Putinin dövlət başçımıza iki dəfə zəng etməsi və üzr istəməsi..." - deputat
Dünən, 17:06 |
|
|
|
• Sankt-Peterburqdan Özbəkistana uçan təyyarə Moskvaya məcburi eniş edib
Dünən, 17:00 |
|
|
|
• İsrail Türkiyə ilə müharibəyə hazır olmalıdır? - AKTUAL
Dünən, 16:45 |
|
|
|
• Türkiyə 2 min km mənzilli raket istehsal edib - Ərdoğan
Dünən, 16:40 |
|
|
|
• Bu şirkət icarə xidmətindən 1,5 milyon manat – QAZANACAQ
Dünən, 16:36 |
|
|
|
• Naxçıvanda camaata NƏ YEDİRİRLƏR: BİLMƏK İSTƏYİR... - "...camaat da məcbur qalıb keyfiyyətsiz çörək alır"
Dünən, 16:30 |
|
|
|
• Saxta həkimlərin qurbanı olanlar: Bu qadınlar ərindən xəbərsiz süni mayalanmaya gedir - BU NƏDİ BELƏ?..
Dünən, 16:26 |
|
|
|
• Qazaxıstan ədalətli araşdırmadan yayınacaqmı? - SUAL BUDUR... BU!
Dünən, 16:17 |
|
|
|
• Şahin Bağırov şöbə rəisini işdən çıxardı: Xidmətə müavin təyin etdi - FOTO
Dünən, 16:13 |
|
|
|
• Gəncədəki Mərkəzi Qan Bankına SU DAMIR... - VİDEO
Dünən, 16:08 |
|
|
|
• Azərbaycanda bir sıra büdcə təşkilatlarında əməkhaqları artırılıb - SİYAHI
Dünən, 16:03 |
|
|
|
• "Mən ailəmin çörəyindən kəsib, odun alıram" - NARAZILIQ VAR...
Dünən, 16:01 |
|
|
|
• “Dedilər ki, bu qədər ödə, sizə “Əməkdar artist” adı verək" - İTTİHAM VAR...
Dünən, 15:55 |
|
|
|
• AYNA-dan qulaqardı YANAŞMA – “Təkliflər versəm də, nəzərə almadılar”
Dünən, 15:52 |
|
|
|
• Sərhəddə atılan güllələrin üzərində hansı paytaxtların adı yazılıb? - Ermənistan hücuma keçdi
Dünən, 15:49 |
|
|
|
• Vüqar Qurbanov onu baş həkim təyin etdi - ƏMR
Dünən, 15:47 |
|
|
|
• ABŞ-dan Bakıya gözlənilən məktub: - Əliyev 13 gün sonra Vaşinqtona gedəcək?
Dünən, 15:28 |
|
|
|
• Lalə Şövkətdən yeni qərar: Əvəz Temirxana qadağa qoydu - AÇIQLAMA
Dünən, 15:26 |
|
|
|
• Azərbaycan niyə İranda bu qədər qıcıq yaradır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:24 |
|
|
|
• “Veysəloğlu”da yeni təyinat - ƏMR
Dünən, 15:22 |
|
|
|
• Pentaqon “WeChat”ın tərtibatçısını Çin ordusu ilə əlaqəli olan şirkətlərin siyahısına saldı - “Reuters”
Dünən, 15:22 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: - Qollarını doğradı, sonra özünü asdı
Dünən, 15:15 |
|
|
|
• MN-də 143 milyon mənimsəmə faktına görə təqsirləndirilən sabiq vəzifəli şəxslər barələrindəki hökmdən apellyasiya şikayəti veriblər - DETALLAR
Dünən, 15:13 |
|
|
|
|