Milli Elmlər Akademiyasında "ixtisar üsyanı" qopa bilər - Minlərlə elm adamı taleyindən narahatdır
Tarix: 3-07-2014, 11:46 | Çap et
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elmi işçilərin sayı 2-3 min nəfər azaldıla bilər. Belə ki, "AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyası"nda qeyd olunub ki, Azərbaycan Milli Elmlər Akademiyası üçün kadr potensialı məsələsi ən kəskin problemlərdən biri olaraq qalır. Bu problemin həlli yollarından biri AMEA-da elmi işçilərin sayının (təxminən 2-3 min nəfər) əsaslı şəkildə azaldılmasıdır. Onların əvəzinə isə xüsusi şərtlər daxilində xaricdən alimlərin cəlb olunması (hər şeydən əvvəl Azərbaycan elmi diasporunun nümayəndələrini), fəaliyyəti xarici reytinqli elmi dərgilərdə nəşr olunma, müxtəlif qrant müsabiqələrində aktivliyi və beynəlxalq elmi yığıncaqlarda iştirakının yüksək göstəriciləri ilə xarakterizə edilən əməkdaşlar elmdə saxlanılmalıdır. Səmərəli əmək fəaliyyətini stimullaşdırmaq üçün AMEA-da müddətli əmək müqaviləsi əsasında işləyənlərin sayının tədricən artırılması vacibdir. Yeni vakansiyalara müsabiqələr beş il müddətinə əmək müqaviləsinin bağlanmasının göstərilməsi şərti ilə keçirilməlidir. Nəticədə müddətsiz əmək müqavilələrinin bağlanması yalnız akademiyanın yüksək beynəlxalq reytinqli elmi işçilərinə aid olmalıdır. Bununla yanaşı, elmi işin keyfiyyətini yüksəltmək, rəqabət mühitini yaratmaq və mobilliyi artırmaq lazımdır. Bu səbəbdən xüsusilə gənclər arasında gənc mütəxəssislərin fəaliyyətinin stimullaşdırılmasının şərtlərini əks etdirən müqavilələrin bağlanılması məqsədəuyğundur. Konsepsiyada qeyd olunub ki, AMEA əməkdaşlarının mənzil probleminin həlli məqsədilə tədbirlər planı hazırlanmalıdır. Alimlər üçün müəssisə və ipoteka mənzili tikintisi proqramını daha geniş və qəti şəkildə həyata keçirmək, fərdi ev və yataqxanaların tikintisini genişləndirmək, gənc və dəvət olunmuş mütəxəssislərin mənzil kirayəsi haqqının bir hissəsinin kompensasiya edilməsi üçün vəsait ayrılması həllini gözləyən məsələlərdəndir. Bundan əlavə, AMEA-da mənzil statusunun, mənzil sertifikatının, sosial ipotekanın işlənilməsi və təkmilləşdirilməsi zəruridir. Azad Həmkarlar İttifaqı ilə birgə sosial obyektlərin - alimlər evi, sanatoriya, pansionat, poliklinika və s. obyektlərin akademik şəbəkəsini yaratmaq, ilk növbədə istedadlı, yaradıcı gənclərin peşəkar inkişafına imkan yaradan əlavə maddi resursların axtarışının həyata keçirilməsi vacibdir. Milli Elmlər Akademiyasında işçilərin sayının 2-3 min nəfər azaldılacağı xəbəri AMEA əməkdaşları arasında şok effekti yaradıb. Uzun illərdir onsuz da ağır maddi və sosial şərtlər altında çalışan AMEA işçiləri gözlənilən ixtisarları yeni rəhbərliklə bağlı xəyal qırıqlığı hesab edirlər. Məsələ burasındadır ki, Akif Əlizadə AMEA prezidenti seçildikdən sonra Akademiya işçiləri müsbət istiqamətdə dəyişikliklərin olacağı gözləntisi içində idilər. Amma iş elə gətirib ki, Akademiyanın yeni prezidenti işə başlayandan bəri əməkdaşlar bir qayda olaraq xoş olmayan sürprizlərlə qarşılaşırlar. Belə ki, hələ bu ilin yanvar ayında Azərbaycan Milli Elmlər Akademiyasında işə davamiyyəti artırmaq və işçilərin işdən yayınma hallarının qarşısını almaq məqsədilə kart sisteminə ("turniket") keçilməsi etirazlara səbəb olmuşdu. Həmin vaxt KİV yazırdı ki, AMEA institutlarının girişində qoyulan "turniket"lər iş intizamını və keyfiyyətini artırmaq üçün nəzərdə tutulub. Lakin ötən ilin noyabrın 19-dan start verilən yenilik - kart sisteminə keçiddən sonra AMEA strukturunda çalışan elmi işçilərin narazılığına səbəb olub. Alimlər bildirirlər ki, "turniket"ə keçiləndən sonra hər gün 2-3 dəfə AMEA institutlarında çalışanların yerində olub-olmadığını yoxlayırlar. "Əvvəllər elmi işçilərə həftənin çərşənbə və cümə axşamları "yaradıcılıq günü" kimi verilirdisə, kart sisteminə keçiddən sonra bu da aradan qaldırılıb. Yəni, yaradıcılıq günlərində kadrlar işə gəlməkdə sərbəst idilər, kitabxanaya gedir, elmi yaradıcılqla məşğul olurdular. Bu ənənənin aradan qaldırılması da narazılığa səbəb olub. Bundan əlavə, AMEA-dan bildirlib ki, "turniket"ə keçiləndən sonra qaydalara əsasən, işə az gələnlərin maaşlarından müəyyən məbləğ tutulur. Aşağı maaş alan və bu səbəbdən 2-3 yerdə işləməyə məcbur olan Akademiya işçiləri arasında yeni qaydaların ciddi narazılıq doğurduğu vurğulanır. Çünki az maaşla yüksək intizam tələb olunan yerdə işçilərin axşama qədər akademiyada qalması onlara sərf etmir. Məsələn, fəlsəfə doktoru olan böyük elmi işçi ayda 254 manat, elmi dərəcəsi omayanlar 150-170 manat məvacib alırlar" - həmin vaxt yayılan xəbərlərdə bildirilirdi. İndi isə ümumiyyətlə, AMEA-da ixtisarların ola biləcəyi yönündə iddiaların ciddiləşməsi daha sərt narazılıqlara yol aça bilər. Akademiya işçilərinin 2-3 min nəfər azaldılması kimi olduqca geniş ixtisar dalğasının hansı şəkildə etirazlar doğuracağını zaman göstərəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycana Rusiyadan pul köçürmələri azalıb... - NƏ BAŞ VERİR?
Bu gün, 15:24 |
|
|
|
• Ərazilərin ələ keçirilməsi qələbə deyil: - Rusiya müharibəni artıq uduzub
Bu gün, 15:19 |
|
|
|
• Müştəri 4,2 manata görə mərkəzin müdirini döydü - 1000 manat cərimə
Bu gün, 15:17 |
|
|
|
• “Qara qutu”dan gələn səsə doğru - Qəlpələrin izi ilə
Bu gün, 15:08 |
|
|
|
• İrəvan silah almadı - Rusiya borcunu silir
Bu gün, 15:02 |
|
|
|
• “Tiktokerlər tutulmamalıdır” - Hüquqşünas səbəbləri AÇIQLADI
Bu gün, 14:58 |
|
|
|
• Ramzan Kadırov necə şişibsə... – Özbəkistana əl və dil uzadır
Bu gün, 14:53 |
|
|
|
• Daha bir tiktoker HƏBS OLUNDU
Bu gün, 14:52 |
|
|
|
• Ekipaj komandirinin, ikinci pilotun qəhrəmanlığı nəticəsində sağ qalmışıq - Bələdçi
Bu gün, 14:50 |
|
|
|
• Paşinyan Lukaşenkodan inciyib, amma Ərdoğana görüşməyə tələsir
Bu gün, 14:02 |
|
|
|
• İrəvan ATƏT-in Minsk qrupunun buraxılmasına razılaşacaq - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• Yoxsulluqla mübarizə resepti: 285 manat və... - ARAŞDIRMA
Bu gün, 13:58 |
|
|
|
• Avropa İttifaqı Rusiya tankerlərinə qarşı sanksiyaları genişləndirəcək
Bu gün, 13:16 |
|
|
|
• Ermənistan Xankəndi sakininin meyitini qəbul etmir, Azərbaycanda dəfn ediləcək
Bu gün, 13:13 |
|
|
|
• AZAL Rusiyanın bir sıra şəhərlərinə uçuşları dayandırdı - SİYAHI
Bu gün, 13:10 |
|
|
|
• Oyun alveri: Azərbaycanda bu klubun 8 futbolçusu həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:07 |
|
|
|
• Azərbaycanda 2025-ci il üçün yaşayış minimumu təsdiqlənib
Bu gün, 13:06 |
|
|
|
• İsrail dövləti Azərbaycana YARDIM TƏKLİF ETDİ - "HAZIRIQ..."
Bu gün, 13:02 |
|
|
|
• Ermənistan ordusunda qeyri-döyüş itkiləri: - bu il 34 nəfər
Bu gün, 13:01 |
|
|
|
• Çeçenistan qəzadan 1 dəqiqə sonra nə etdiyini anlayıb – Etiraf niyə gecikir?
Bu gün, 12:52 |
|
|
|
• Baş Prokurorluq Qroznıya XÜSUSİ HEYƏT YOLLADI - Prezident göstəriş verib...
Bu gün, 12:45 |
|
|
|
• Azərbaycanda dövlət qulluqçusu olmayan şəxslərin aylıq vəzifə maaşları artırılıb - Əli Əsədov qərar imzaladı
Bu gün, 12:43 |
|
|
|
• Azərbaycandan Rusiyaya bütün uçuşlar LƏĞV OLUNA BİLƏR - RƏSMİ AÇIQLAMA
Bu gün, 12:41 |
|
|
|
• Qaziləri aldadanların Vərəm Dispanserindəki görüşləri - Şöbə müdirindən şikayət geri götürülüb
Bu gün, 12:38 |
|
|
|
• Məşhur aparıcının qohumu da qəzada HƏLAK OLUB - “Ümidlərim puç olsa da…”
Bu gün, 12:32 |
|
|
|
• “Ehtiyat zabit hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib - VİDEO
Bu gün, 12:30 |
|
|
|
• Məhkəmə FHN-in həbsdə olan eks-əməkdaşı ilə bağlı qərar çıxardı
Bu gün, 12:26 |
|
|
|
• “Yəqin ki, Tramp Azərbaycana qarşı da məcburetmə siyasəti aparacaq...” - Etibar Məmmədov
Bu gün, 12:23 |
|
|
|
• Təyyarəmiz vurulan an Putin nə edib? – Detallar
Bu gün, 12:15 |
|
|
|
• AZAL-ın qəzaya uğramış təyyarəsinin pilotları və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaq
Bu gün, 12:11 |
|
|
|
• Xüsusi karantin rejiminin müddəti uzadıldı - QƏRAR
Bu gün, 12:10 |
|
|
|
• Qazaxıstan aviaşirkəti Astanadan Yekaterinburqa uçuşları dayandırıb - KİV
Bu gün, 12:09 |
|
|
|
• Ölkə yas içində... “XƏZƏR” Universitetində VUR ÇATDASIN... ÇAL OYNASIN!.. - BU NƏDİ BELƏ?..
Bu gün, 12:05 |
|
|
|
• Kadırovun təklifindən Bakı imtina etdi - PA-dan AÇIQLAMA
Bu gün, 11:59 |
|
|
|
• “İpək Yolu Sığorta”nın yeni strukturu təsdiqlənəcək
Bu gün, 11:57 |
|
|
|
• Qroznı və Mahaçqala hava limanları fəaliyyətini dayandırdı -FOTOLENT
Bu gün, 11:44 |
|
|
|
• Bacarırsınızsa, Ukrayna dronları ilə baş edin... - ŞƏRƏFSİZ YIĞINI...
Bu gün, 11:37 |
|
|
|
• Azərbaycan təyyarəsi BELƏ vurulub – ŞOK DETALLAR
Bu gün, 11:32 |
|
|
|
• 300 saylı məktəbdə də BAZAR AÇIBLAR... - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:28 |
|
|
|
• BU QƏDƏR SADƏ: Hər şagird 10 manatdan gətirsin... şənbə-bazar evdə qalsın! - Daha bir TƏHSİL PİŞTAXTASI...
Bu gün, 11:22 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı 3 BOKT-un vəzifəli şəxslərini cərimələyib
Bu gün, 11:12 |
|
|
|
• “Aqrarkredit” QSC-nin “Libra” MMC-yə qarşı MİN OYUNU... - İLGİNC FAKTLAR...
Bu gün, 11:11 |
|
|
|
• "COVİD" bəhanəsilə Putinin yanına getməyən Paşinyandan PAYLAŞIM... - "İşə gedirik"
Bu gün, 11:04 |
|
|
|
• Türkiyəli məşhur astroloq təyyarəmizin vurulacağını DEYİBMİŞ... - Həm də bir neçə saat əvvəl
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan təyyarəsi Rusiya raketi ilə vurulub - Baş Kəşfiyyat İdarəsinin rəisi
Bu gün, 10:57 |
|
|
|
• Bakıdan sürpriz həmlə: Qazaxıstan və Kremlin "təyyarə oyunu" pozuldu - AKTUAL
Bu gün, 10:45 |
|
|
|
• Antiinhisar xidməti Mərkəzi Bankın tenderini – LƏĞV EDİB
Bu gün, 10:39 |
|
|
|
• İlhamə Elşadqızı ağır ittihamla həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:35 |
|
|
|
• "Bu şirkətdən bir şey almaq istəyirsinizsə..." - GİLEY
Bu gün, 10:29 |
|
|
|
• Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqləyib
Bu gün, 10:23 |
|
|
|
|