Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə... - FOTO
Tarix: 20-04-2024, 11:45 | Çap et
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət adından yaradılan publik hüquqi şəxslər, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və digər dövlət müəssisə və təşkilatları tərəfindən satınalmanın planlaşdırılması və icrasına başlanılmazdan əvvəl nəzarət məqsədilə elektron sistem yaradılıb.
TNS xəbər verir ki, maliyyə nazirinin müavini, nazirin səlahiyyətlərini müvəqqəti icra edən Həsən İsmayılov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinə müraciət edərək dövlət satınalmalarına nəzarətin gücləndilməsi, büdcə vəsaitlərindən qənaətlə və səmərəli istifadənin təmin olunması məqsədilə muxtar respublikanın müəssisə və təşkilatlarına elektron sistemə məlumatların təqdim edilməsi üçün göstəriş verilməsini xahiş edib.
Naziri əvəzi 12 fevral 2024-cü il tarixli məktubunda bu elektron sitemin yaradılmasını onunla əsaslandırıb ki, 2023-cü il Naxçıvan Muxtar Respublikası büdcəsinin icrası prosesində bəzi büdcə təşkilatları tərəfindən ciddi zərurət olmadan smeta xərclərində nəzərdə tutulmuş xərclərin israfçılıqla xərclənməsi ilə bağlı satınalma prosesləri həyata keçirilib və lüzumsuz öhdəliklər götürülüb.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədlinin imzası ilə muxtar respublikanın dövlət orqanlarının rəhbərlərinə göndərilən məktubda Maliyyə Nazirliyinin müvafiq məktubunun gələcək fəaliyyətlərində nəzərə alınması xahiş olunub.
Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını və qaydalarını “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu müəyyən edir.
Qanunun 3.2 – 3.11-ci, 15.7-ci və 47.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla, bu Qanun satınalan təşkilatlar tərəfindən keçirilən bütün satınalmalara şamil edilir.
Qanunda dövlət satınalmalarına nəzarət və vahid internet portalı ilə bağlı maddələr var.
Qanunun “Dövlət satınalmalarının vahid internet portalı” adlı 15-ci maddəsində göstərilir ki, bu Qanunun 15.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, satınalma yalnız portal vasitəsilə həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli Qərarı ilə “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə və elektron satınalmanın keçirilməsi Qaydaları” təsdiq edilib.
Azərbaycan Respublikasında dövlət satınalmalarına nəzarət funksiyasını həyata keçirən orqan və vahid internet portalının operatoru Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətidir.
Mövcud qanunvericiliyə görə, satınalma prosedurları yalnız bu portal vasitəsilə həyata keçirilməlidir.
Göründüyü kimi, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi başqa dövlət orqanının səlahiyyətlərini mənimsəməyib, dövlət satınalamaları ilə bağlı ikinci bir elektron sistem yaradıb. Halbuki, bu, qanunla qadağandır.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi isə muxtar respublikanın dövlət orqanlarını həmin elektron sistemdən istifadəyə təşviq edib.
Bu məsələyə aydınlıq gətirilməsi üçün Səlahiyyətli Nümayəndəliyin rəsmi şəxslərinə müraciət etdik. Ancaq suallarımız cavabsız qaldı. Bizə Maliyyə Nazirliyinə müraciət etməyimiz tövsiyə olundu. Rəsmi şəxslər bu məsələnin ictimailəşdirilməsinə isə etiraz etmədilər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə bundan əvvəl müxtəlif mövzularla bağlı göndərdiyimiz sorğulara cavab verilməyib. Ona görə də biz suallarımızı ictimailəşdirərək aidiyyəti dövlət orqanlarına yönəltməyə qərar verdik.
Maliyyə Nazirliyində “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa zidd olaraq elektron sistem niyə yaradılıb? Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi bu qanunsuzluğun qarşısının alınması əvəzinə dövlət orqanlarını elektron sitemdən istifadəyə niyə təşviq edib? Maliyyə Nazirliyi nəyə görə tabe olduğu Naxçıvan Muxtar Respubliasının Ali Məclisinə və Nazirlər Kabinetinə müraciət etməyib? Ali Məclis və Nazirlər Kabineti Maliyyə Nazirliyinin səlahiyyət həddini aşmasına niyə göz yumub?
Ümid edirik ki, aidiyyəti dövlət orqanları bizim suallarımızı cavablandıracaq və bu məsələyə aydınlıq gətirəcəkdir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 23 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda BOKT qızıllarını satışa çıxarır - DETALLAR
Bu gün, 00:02 |
|
|
|
• Qriqoryanın açıqlamasında yenilik yoxdur - RƏY
Dünən, 23:34 |
|
|
|
• Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış - "Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi..."
Dünən, 23:28 |
|
|
|
• İrəvan Bakının bu tələbindən niyə yayınır? – Mühüm məqam
Dünən, 23:26 |
|
|
|
• Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" - NƏ BAŞ VERİR?
Dünən, 19:46 |
|
|
|
• Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Dünən, 19:02 |
|
|
|
• Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Dünən, 19:00 |
|
|
|
• Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Dünən, 18:58 |
|
|
|
• 20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Dünən, 18:56 |
|
|
|
• Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Dünən, 18:03 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Dünən, 18:01 |
|
|
|
• Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Dünən, 18:00 |
|
|
|
• Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Dünən, 17:58 |
|
|
|
• "Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Dünən, 17:48 |
|
|
|
• Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Dünən, 17:40 |
|
|
|
• Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Dünən, 17:37 |
|
|
|
• Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Dünən, 17:27 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Dünən, 17:23 |
|
|
|
• Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Dünən, 17:14 |
|
|
|
• ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Dünən, 17:10 |
|
|
|
• Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Dünən, 17:03 |
|
|
|
• Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Dünən, 16:57 |
|
|
|
• Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Dünən, 16:53 |
|
|
|
• Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Dünən, 16:50 |
|
|
|
• Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Dünən, 16:48 |
|
|
|
• İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Dünən, 16:46 |
|
|
|
• Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Dünən, 16:42 |
|
|
|
• Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Dünən, 16:41 |
|
|
|
• Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Dünən, 16:34 |
|
|
|
• "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Dünən, 16:32 |
|
|
|
• Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Dünən, 16:30 |
|
|
|
• “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Dünən, 16:28 |
|
|
|
• Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Dünən, 16:23 |
|
|
|
• Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Dünən, 16:21 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Dünən, 16:19 |
|
|
|
• Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Dünən, 16:17 |
|
|
|
• “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Dünən, 16:13 |
|
|
|
• “Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Dünən, 16:12 |
|
|
|
• Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Dünən, 16:09 |
|
|
|
• “İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Dünən, 16:08 |
|
|
|
• “Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Dünən, 15:36 |
|
|
|
• Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Dünən, 15:34 |
|
|
|
• Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Dünən, 15:33 |
|
|
|
• Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Dünən, 15:29 |
|
|
|
• Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Dünən, 15:26 |
|
|
|
• Ərdoğan və Makron arasında telefon danışığı olub
Dünən, 15:25 |
|
|
|
• Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Dünən, 15:24 |
|
|
|
|