Yevlaxda Ticarət Mərkəzi tikdirən idarə müdirinə görə Saleh Məmmədovun məsuliyyəti... - BU NƏDİ BELƏ?!
Tarix: 25-01-2024, 09:57 | Çap et
54 saylı Xocalı Yol İstismar İdarəsinin rəisi Məzahir Səlimov Yevlax şəhər Heydər Əliyev prospekti 52 ünvanında yerləşən 2 mərtəbəli ticarət mərkəzi tikdirir... Əslində bu Azərbaycan reallığı üçün sıradan bir xəbərdir. Çünki Bakıdakı yüksək ranqlı məmurların ölkə daxilində və xaricində çoxlu bizneslərinin olduğu kimi, rayonlardakı orta və kiçik çinli məmurların da yerlərdə və Bakıda çox saylı mülk və biznes obyektlərinin olması heç kimə sirr deyil. Hətta bəzi xırda məmurların belə xaricdə mülkləri və biznes obyektlərinin olması da məlumdur. Onların bu mülklər və biznes obyektləri üçün pullarını hardan qazandıqları da heç kimə sirr deyil. Bu pulların hamısı dövlət büdcəsindən korrupsiya yolu ilə mənimsənilib. Halbuki o pullar sosial layihələrə sərf edilməli və həmin layihələr daha keyfiyyətli şəkildə həyata keçirilməliydi.
Açığı desək bu məsələ bizim, yəni bütün Azərbaycanın yaralı yeridir. Ona görə də 54 saylı Xocalı Yol İstismar İdarəsinin rəisi Məzahir Səlimov Yevlaxda Ticarət Mərkəzi tikdirməsi də sıradan bir xəbərdir və bununla bağlı Məzahir Səlimovla korrupsiyaya qarşı mübarizə aparan qurumların maraqlanmayacağını hamı bilir. Lakin Məzahir Səlimovun məsələsində diqqət çəkən bir neçə məqam var. Onlardan birincisi 54 saylı Xocalı Yol İstismar İdarəsinin rəisinin Yevlaxda tikdirdiyi Ticarət Mərkəzinin öz adına sənədləşdirməsidir. Çoxları öz biznes strukturlarını yaxın qohumlarının, mülklərini isə ailə üzvlərinin adına sənədləşdirirlər. Amma Məzahir Səlimov belə davranmayıb. Diqqət çəkən başqa bir məqam isə odur ki. dünənə qədər işğal altında olan Xocalının Yol İstismar İdarəsinin rəisi bu qədər pulu hardan qazanıb. Xocalının Yol İdarəsinin rəisi haralarda yol çəkib ki, bu qədər varlana bilib? Məlumata görə son 3 ildə Məzahir Səlimov işğaldan azad olunan ərazilərdə yol çəkir. Demək ki, Məzahir müəllim “müqəddəs tikəyə” əl uzadıb...
Bu arada görəsən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bu barədə nə düşünür? İşğaldan azad olunan ərazilərin bərpası üçün ayrılan pullarla Yevlaxda Ticarət Mərkəzinin tikilməsi cənab Məmmədova necə təsir göstərir? Saleh Məmmədovun bu barədə xəbəri olmaya bilərdi. Halbuki bu az inandırıcı görünür. Çünki hələ Cavid Qurbanovun vaxtından bütün rayonların yol idarələrinin müdirləri “şah balası” kimi yaşayırlar və onların hamısı hardasa milyonçulardı.
Yəni uzun illərdir ki, bu sistemdə çalışan Saleh Məmmədovun bu Agentlikdə baş verən korrupsiyalardan xəbərsiz olması imkansızdır. Digər tərəfdən isə yerli mətbuatda gedən yazılardan çıxış edərsək, uzun illər boyu Azərbaycanda yol çəkməklə məşğul olan Saleh Məmmədov özü də “süddən çıxmış ağ qaşıq deyil” və yazılanlara inanarsaq cənab Məmmədovun oğlunun adına xarici ölkələrdə dəyəri on milyonlarla ölçülən mülklər və biznes obyektləri var. O üzdən də Saleh Məmmədovun Məzahir Səlimovun korrupsiyasından bixəbər olması az inandırıcı görünür...
Belə çıxır ki, Saleh Məmmədov işğaldan azad olunan ərazilərə ayrılan vəsaitlərin mənimsənilməsinə göz yumur. Ya da bu vəsaitlərin mənimsənilməsində iştirakçı olur. Biz arzu edərdik ki. bu ehtimalalrın heç biri doğru olmasın. Lakin məsələ ondadır ki, Saleh Məmmədovun yol idarələrində baş alıb gedən korrupsiyadan bixəbər olmasını qəbul etsək belə, onun bundan sonrakı davranışları çox şeydən xəbər verəcək. Çünki cənab Məmmədov artıq Məzahir Səlimovun korrupsiyasından xəbərdardır.
Şekspirin təbiri ilə desək, indi bütün məsələ “olum, ya da ölüm” məsləsidir. Yəni Saleh Məmmədov məsuliyyətini dərk edərək “müqəddəs tikəyə” uzanan haram əli kəsəcəkmi, yoxsa yox?..
Poliqon.info


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Bu gün, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Bu gün, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Bu gün, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Bu gün, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Bu gün, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Bu gün, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Bu gün, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Bu gün, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Bu gün, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Bu gün, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Bu gün, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Bu gün, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Bu gün, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Bu gün, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Bu gün, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Bu gün, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Bu gün, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Bu gün, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54 |
|
|
|
• Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33 |
|
|
|
• Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24 |
|
|
|
• DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14 |
|
|
|
• İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23 |
|
|
|
• Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35 |
|
|
|
• Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21 |
|
|
|
|