“GÜVƏN”in 1 damcısına da GÜVƏNMƏK OLMAZ... - BƏS AQTA HARA BAXIR?
Tarix: 21-09-2023, 10:06 | Çap et
Artıq bir neçə illərdir ki, ölkə ərazisində əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması və bu sahədə əmələ gələn hər cür problemlərin aradan qaldırılması, aidiyyatı dövlət qurumlarının qarşısında duran ən vacib vəzifələrdən biri hesab olunur. Bütün bunlara baxmayaraq, bu gün də ölkəmizin iqtisadi həyatında “çapolçuluq”la məşğul olub pul qazanan elə işbazlar var ki, onları xalqın sağlamlıq durumu, yaşadığımız dövlətin gələcək taleyi və s. kimi aktual məsələlər heç bir halda düşündürmür. Onları yalnız bir amal və istək düşündürür, o da hansı yolla olursa-olsun mümkün qədər daha çox var-dövlət əldə etməkdir. Qeyd edək ki, bu cür əməl və amal sahibi olan işbazlar, hər il mövsümə uyğun addımlarını atırlar və belə bir yolla külli miqdarda gəlirlər də əldə edirlər. Qeyd edək ki, ölkəmizin içməli su sektorunda fəaliyyət göstərən və hal-hazırda bu sahəni bir növ inhisarında saxlayanlardan biri də, «AQUA LUXE» adı altında fəaliyyət göstərən su şirkətidir. Bir müddət bundan əvvəl adının çəkilməsini istəmədiyimiz şəxs tərəfindən deryaz.az saytının redaksiyasına, ölkə əhalisinin müəyyən hissəsinin «AQUA LUXE» suyu ilə təmin olunmasında canfəşanlıq göstərən şəxslərin qol qoyduqları əməllərlə bağlı xeyli məlumatlar çatdırılmışdı. Məlumatlarda qeyd olunurdu ki, belə bir ad altında su satışı ilə məşğul olan müəssisənin hansı hüquqi ünvanda fəaliyyət göstərməsi haqda tam əksəriyyət məlumatsızdır. Məlumatı olanlar yalnız onu bilirlər ki, «AQUA LUXE» suyunun qablaşdırılması işləri Abşeron rayonu, Xırdalan şəhəri ərazisində həyata keçirilir. Əldə etdiyimiz son məlumatlara görə isə, bu şirkət fəaliyyətini müvəqqəti dayandırmış və hal-hazırda «AQUA LUXE» su şirkəti “GÜVƏN” adı altında fəaliyyət göstərməyə başlayıb. Məsələnin maraqlı və düşündürücü tərəfi odur ki, 19 litrlik bidon qablarda satışı həyata keçirilən “GÜVƏN” suyuna aid rekzivitdə, bu şirkətə aid ünvan da Abşeron rayonu, Xırdalan şəhəri ərazisi göstərilir. O halda sual oluna bilər ki, bu nə deməkdir və belə də ünvanmı olar? Digər tərəfdən, «AQUA LUXE» su şirkətinə aid mobil telefon nömrələri “GÜVƏN” adı altında satışa çıxarılan 19 litrlik su qablarının üzərində də qeyd olunur. Bu da onu ehtimal etməyə əsas verir ki, vaxtilə «AQUA LUXE» su şirkətinə rəhbərlik edən şəxslər, bu gün növbəti qanunsuzluq və fırıldaq əməllərini “GÜVƏN” adı altında həyata keçirməkdədirlər.
Onu da bildirək ki, redaksiyamıza «AQUA LUXE» su şirkətinin qanunsuzluğa söykənən fəaliyyəti ilə bağlı silsilə məlumatlar daxil olduqdan sonra, bu ilin iyul ayında həmin məlumatların araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rəsmi qaydada məktubla müraciətlər etdik. Təəccüb doğuran hal odur ki, ünvanladığımız məktubda «AQUA LUXE» su şirkətinin fəaliyyətinin yoxlanması və aparılmış yoxlamaların nəticəsi ilə bağlı redaksiyamıza rəsmi cavab məktubunun verilməsini xahiş etsək də, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları yoxlama işlərini Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ünvanında yerləşən “Su satışı” adlı təsərrüfat subyektində həyata keçirirlər. 16 avqust 2023-cü il tarixdə isə, redaksiyamıza 2 saylı Ərazi Vergilər Baş idarənin rəis müavini, vergi xidməti mşaviri cənab Anar Qurbanovun imzası ilə təsdiq olunmuş cavab məktubu verilib. Məktubda yazılıb ki, “Qeyd etdiyiniz faktlar vergi orqanı tərəfindən nəzarətə götürülmüş və vergi nəzarəti tədbirləri zamanı hər hansı qanun pozuntusu faktı aşkar edildiyi təqdirdə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəkdir”. Bu cür yanaşmanın varlığı, əslində gülünc hissi doğurur. Bütün bunlar azmış kimi cavab məktubunda o da qeyd olunub ki, “Araşdırmada iştirakınızın təmin edilməsi məqsədilə sizə dəvət məktubu göndərilmiş, lakin gəlmədiyinizə görə araşdırma iştirakınız olmadan aparılmışdır”. Bir sözlə, bu cür cavablar tamamilə ağyalan olmaqla bərabər, heç də həqiqəti əks etdirmir.
Digər tərəfdən, əgər «AQUA LUXE» su şirkətində istehsalçı Həsənov Rüfət Nazim oğlunun, sifarişçi Quliyev Məhəmməd Ələkbər oğlunun adları yazılırdısa, Vergilər İdarəsi yoxlamanı «Sultan» şirkətində aparmış və ikinci saxta şirkət olan “GÜVƏN” suyunda isə istehsalçı Kərimov Sultan Elxan oğlunun, sifarişçi Quliyeva Fatma Mahir qızının adları yazılıb. Bu da “GÜVƏN” suyuna aid müəssisədə sənədləşmə işlərinin qanunamüvafiq qaydada olması və qol qoyulan digər qanunsuzluq haqda baş qaldıran şübhələri daha da artırır. Sual onuna bilər ki, nəyə görə “GÜVƏN” suyunun satışı ilə məşğul olan müəssisənin hüquqi ünvanı ictimaiyyətdən gizlədilir, yaxud da bu müəssisəyə aid insağram səhifəsində yayımlanan reklamda dəqiq ünvan göstərilmir? Kim, yaxud da hansısa dövlət qurumunun səlahiyyətli şəxs(lər)i təminat verə bilərlər ki, bu müəssisədə sular lazımi şəraitdə, tələb olunan dərman preparatlarından istifadə olunmaqla, həmçinin gigiyenik qaydalara tam şəkildə əməl olunmaqla qablaşdırılır? Bundan əlavə, “GÜVƏN” suyunun satışı ilə məşğul olan müəssisədə suyun tərkibi azonlaşdırılırmı, müəssisəyə aid dolum aparatı varmı, qablaşdırma prosesi zamanı suyun dezinfeksiyası həyata keçirilirmi? Bu müəssisədə istifadə olunan qablar hansı sexdən alınır və “GÜVƏN” su ilə həmin sex arasında hansısa müqavilə sənədi varmı? Yaxud da, alınan su qablarına dair sertifikat varmı? Ən əsası, istifadə olunan suyun mənbəyi məlum deyil. Söz yox ki, bütün bunların hər biri ortaya düşündürücü sualların çıxmasına səbəb olur. Ümumiyyətlə, baş verənləri təhlil edib belə qənaətə gəlmək olar ki, “GÜVƏN” suyunun satışı ilə məşğul olan həmin müəssisə, bu gün də istehlakçılara “badalaq” gəlməklə məşğul olur. Çünki, yuxarıda qeyd etdiyimiz faktların hər biri ciddi qanun pozuntularının varlığından xəbər verir. Ona görə də ümidvarıq ki, Dövlət Vergi Xidməti, Qida Təhlükəsizliyi Agentliyi və digər dövlət qurumları, bu gün də istehlakçıları aldadan və “GÜVƏN” suyunun satışı ilə məşğul olan həmin müəssisədə lazımi araşdırmalar aparacaq, həmçinin qol qoyulan hər cür qanunsuzluqların qarşısının alınması yöndə əməli addımlarını da atacaqlar. Yəqin ki, o halda istehlakçıları “GÜVƏN” suyu adı altında aldadan həmin müəssisənin “çirkli biznes”inə birdəfəlik son qoyulacaq. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
P.S.Biz də redaksiya olaraq «AQUA LUXE» su şirkətinə məxsus olan su qablarının üzərində qeyd olunan nömrəyə zəng edib istehsalçı Məhəmməd bəyə zəng edib fəaliyyətləri ilə maraqlandıq. O, bildirdi ki, biz artıq fəaliyyət göstərmirik, su satışı ilə də məşğul deyilik. Sabahı gün eyni nömrəyə müştəri qismində zəng edib su lazım olduğunu dedik. Məmnuyyətlə deyib suyu hansı ünvana çatdırılmasını soruşdular. Görünür, Məhəmməd bəyin dediyi yalandır. Dəyişən ancaq etiket olub Mövzu diqqətimizdədir.
Deryaz.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məhkəmə "Azercell"lə bağlı QƏRAR VERƏCƏK
Bu gün, 11:48 |
|
|
|
• Sabiq icra başçısının qardaşı oğulları HAKİM QARŞISINDA
Bu gün, 11:45 |
|
|
|
• Vaşinqtonun İranla bağlı acı etirafı
Bu gün, 11:40 |
|
|
|
• Rusiya-Azərbaycan sazişinin layihəsi təsdiqlənib - DETALLAR
Bu gün, 11:38 |
|
|
|
• Belə bir sui-qəsd təşkil etmək üçün Ukraynanın imkanları məhduddur
Bu gün, 11:37 |
|
|
|
• Naxçıvanda 1.6 milyon manat sərmayə ilə yeni şirkət yaradılıb - “Şahbuz Office” MMC...
Bu gün, 11:35 |
|
|
|
• ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında 4 pillə yüksəlib
Bu gün, 11:33 |
|
|
|
• Küçədə KÜTLƏVİ DAVA: azərbaycanlı məktəblilər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:28 |
|
|
|
• Yeganə dələduzu ifşa etdi, başına iş gəldi - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• Fuad Nəcəflinin ƏCAİB STATİSTİKASI... - Rəqəmlər bir başqa... reallıq tamam başqa...
Bu gün, 11:14 |
|
|
|
• İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən nədir - İLGİNC FAKTLAR...
Bu gün, 11:10 |
|
|
|
• Xırdalanın yolları BURMA-BURMADIR... - NARAZILIQ VAR...
Bu gün, 11:02 |
|
|
|
• Paşinyanla gizli anlaşma üzə çıxdı - 11 ölkədən 170 minlik ordu...
Bu gün, 10:56 |
|
|
|
• Azərbaycanda bloger estetik əməliyyatdan iki gün sonra öldü
Bu gün, 10:53 |
|
|
|
• Bakıda uşaq bağçasında azyaşlılara köhnə xörəklər verilir? - ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 10:50 |
|
|
|
• 18 yaş əsgərlik üçün tezdir? - Psixoterapevt danışdı
Bu gün, 10:43 |
|
|
|
• Azərbaycanın əsas sülh tələbləri gündəmdədir - İki şərt dəyişməyib
Bu gün, 10:38 |
|
|
|
• Erməni separatçılarının işi: məhkəməyə səfirliklər dəvət olunsun? - AKTUAL
Bu gün, 10:35 |
|
|
|
• `Azəriqaz`da yeni ixtisarlar gözlənilir... - BUNDAN SONRA...
Bu gün, 10:29 |
|
|
|
• General polkovniki Qobustan İstintaq təcridxanasına rəis təyin etdi - ƏMR
Bu gün, 10:15 |
|
|
|
• Ukrayna ordusunda döyüşən daha bir azərbaycanlı həlak oldu
Bu gün, 10:10 |
|
|
|
• Prezident Administrasiyasında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:06 |
|
|
|
• Əli Vəliyev yenidən nazir müavini postuna QAYTARILIR? - İLGİNC İDDİALAR
Bu gün, 10:00 |
|
|
|
• Ədliyyə Nazirliyinin həbsdə olan sabiq şöbə rəisi ilə bağlı qərar çıxarıldı
Bu gün, 09:53 |
|
|
|
• Naxçıvanda vəzifəli şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 09:48 |
|
|
|
• Siyasi partiyalara maliyyə yardımı niyə artırılır? - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• Ermənistanın yeni münaqişə planı – “Bakının ilk iki hədəfi bu olacaq”
Bu gün, 09:27 |
|
|
|
• "Bu halda korrupsiya ilə mübarizənin effektivliyi olacaq" - ŞƏRH
Bu gün, 09:25 |
|
|
|
• Ermənistan Fransa silahını rus pulu ilə alır - BU DA FAKT!
Bu gün, 09:23 |
|
|
|
• «“Vesta Construction” şirkətinin bizə yaşatdığı zülm sərhəd tanımır…» - NARAZILIQ VAR...
Bu gün, 09:18 |
|
|
|
• Sərbəst auditor Novruz Pənahov vəfat edib
Bu gün, 09:12 |
|
|
|
• Şirkətin təsis olunduğu gün kredit verildiyini bildirəndə "sən qarışma" dedi - “Şlyapa Zahid”in məhkəməsi
Bu gün, 09:09 |
|
|
|
• "Bu yaxında çökəcəksiz, hazırlıqlı olun..." - Müştərisi "Bank of Baku"ya SƏSLƏNDİ
Bu gün, 09:08 |
|
|
|
• "Bank Respublika" mənfəətini bölüşdürəcək - TOPLANTI
Bu gün, 09:01 |
|
|
|
• İlqar Abbasov NƏ İŞLƏR ÇEVİRİR... - Seçkilərdə BAŞÇI BARMAĞI...
Bu gün, 08:57 |
|
|
|
• XİN-nin sabiq müavini də həbsin bir addımlığında - NADİR HÜSEYNOVUN YÜZ MİLYONLARLA ÖLÇÜLƏN ƏMLAKI
Bu gün, 08:45 |
|
|
|
• İşlək sayğaclar 5 ildən bir niyə DƏYİŞDİRİLİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:39 |
|
|
|
• Zəngəzur üçün tarixi şəraitin yetişməsi... - NƏ BAŞ VERİR?
Bu gün, 08:37 |
|
|
|
• Ünvanlı sosial yardım üçün müraciət etsə də... - GİLEY
Bu gün, 08:30 |
|
|
|
• 4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? - Asif Məcidovun diplomu da prolemlidir
Bu gün, 08:28 |
|
|
|
• Epidemiologiya Mərkəzinin direktorundan ŞİKAYƏT - SAXTA SƏNƏD İTTİHAMI...
Bu gün, 08:26 |
|
|
|
• Artıq günün bütün vaxtları "pik saat"dır: Niyə taksi tapa bilmirik? - AKTUAL
Bu gün, 08:21 |
|
|
|
• Xaçmazın elə bil ki başçısı... başbiləni yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 08:20 |
|
|
|
• Çıxış yolu çıxılmazlıqda tapılır - Aqşin Yenisey yazır...
Bu gün, 08:06 |
|
|
|
• Əmək hüquqları sahəsində əlillərin hansı hüquq və dövlət təminatları nəzərdə tutulur? - Ekspert danışır...
Bu gün, 08:03 |
|
|
|
• İlham Əliyev ona işarə etdi ki... - İNCƏLƏMƏ
Bu gün, 08:01 |
|
|
|
• Əliyevin sülh üçün 2+2 tələbi: İrəvan niyə yayınır? - GƏLİŞMƏ
Bu gün, 07:04 |
|
|
|
• “ATEF” in rəhbəri Talıb Əlixanbəyov xaricə valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 06:32 |
|
|
|
• BU NƏDİ BELƏ: Bakıda 2 manatlıq sosiskalar satışda... - "Leş Tofiq" yenə iş başındadır?
Bu gün, 06:26 |
|
|
|
• Bakıda ifşa edilən şəbəkə ilə məşhur ailənin gizli əlaqəsi? - Oxlar ora aparır…
Bu gün, 06:22 |
|
|
|
|