
"Rabitəbank"-ın Analar Günü ilə bağlı hazırladığı reklam çarxı sosial şəbəkələrdə tənqidlərə məruz qalıb.
32gun.az xəbər verir ki, İstifadəçilər çarxda şəxsi məlumatların – konkret olaraq telefon nömrəsinin açıq şəkildə göstərilməsini bank üçün ciddi bir səhv kimi dəyərləndiriblər.
Tanınmış marketoloq Müşviq İskəndərov da məsələ ilə bağlı sosial şəbəkədə paylaşım edərək reklam çarxını tənqid edib:
“Rabitəbank Analar Günü (Azərbaycan üçün belə bir gün varmı, onu bilmirəm) üçün hazırladığı videoda nömrəni açıq şəkildə paylaşaraq insanların şəxsi məlumatlarını yayıb. (Fotoda nömrə mənim tərəfimdən silinmişdir). Bu yalnız kontent istehsalçısının səhvi deyil, həm də bankın güvən anlayışına təsir edən ciddi bir məsələdir. Öz əməkdaşlarının ailə üzvlərinin məlumatlarının təhlükəsizliyini təmin etməyən bir bankın, müştəri məlumatlarından necə istifadə etdiyi sual altına düşür. Kiçik görünən məsələlər sonradan böyük problemə çevrilə bilər.”
