Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış .....                     İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... .....                     Sülh prosesini pozan addım: .....                     Sabiq deputatdan qalmaqallı açıqlama: .....                     Daha bir məhkum həbsdə ölüb .....                     Ermənistanın dövlətsizləşdirilməsi planı var .....                     Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram .....                     Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... .....                     Sumqayıtda polis profilaktik tədbir keçirib .....                     Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər .....                     “Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” .....                     Putindən Vaşinqtona “duel” təklifi .....                     İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib .....                     Əliyev bunu ilk dəfə açıqladı .....                     Azərbaycanda ən çox şikayət olunan internet provayderləri .....                     Neftçala DOST filialında təmir işləri bu şirkətə .....                     “Paşinyan iki şeyi yaxşı bacarır: .....                     DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir .....                     Putin niyə ELƏ DEDİ? .....                     Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət .....                     Axı məktəblərimiz niyə bu gündə olmalıdır? .....                     Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib .....                     Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib .....                     Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... .....                     Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə .....                     Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? .....                     Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib .....                     TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi .....                     "Dünya hamıya çatacaq qədər böyükdür" .....                     Suriyada qalib hansı ölkədir? .....                     "Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" .....                     Başçıdan şəhid ailəsinə sayğısızlıq... .....                     "Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının .....                     Vəzifəli şəxs HƏBS OLUNDU .....                     Nəsimi RİH-də kitab təqdimatı oldu .....                     2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq .....                     “Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” .....                     Erməni politoloqdan Azərbaycanla bağlı .....                     Rusiya Suriyada məqsədinə nail olub .....                     AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... .....                 

İnam Kərimovun “Cənnət Park”a düşmə həvəsi... - KTN-in ardından məhkəmələr ŞUMLANIR
Tarix: 17-05-2023, 08:42 | Çap et
İnam Kərimovun “Cənnət Park”a düşmə həvəsi...
Azərbaycan Ali Məhkəməsində bir neçə gün əvvəl qəbul edilmiş bir məhkəmə aktı bəlkə də indiyədək qəbul olunmuş bu tip qərarların hamısını kölgədə qoydu. O dərəcədə ki, Ali Məhkəmə eyni motiv-baxılan iş üzrə Azərbaycan Konstitusiya Məhkəməsinin 2 dəfə qəbul etdiyi qərarı, nəinki rədd etmiş oldu, hətta hakim Bəhmən Qəribov bununla ölkə Konstitusiyasına, açıq desək, tüpürmüş oldu! Elə bu səbəbdən də “Biləcəri təmir quraşdırma” QSC-nin kollektivi Prezident İlham Əliyevə məhz Ali Məhkəməyə yenicə sədr təyin edilmiş İnam Kərimovun bu məhkəmə sistemində indiyədək baş vermişlərə son qoyacağı barədə olan ümidlərin necə dəfn edildiyini sübut edən faktlarla müraciət qəbul edib. Müraciətin bir surəti də “Təzadlar” qəzetinə təqdim olunub.

Kollektiv müraciətdə yazılır:

“Çox hörmətli cənab Prezident!

Bir neçə ay əvvəl Azərbaycan Ali Məhkəməsinə İnam Kərimovun təyin edilməsi xəbəri bizi bu qurumdakı indiyədək başımıza gətirilənlərə, nəhayət, son veriləcəyinə inamımızı artırdı. Biz inanırdıq ki, keçmiş sədr Ramiz Rzayevin tapşırığı ilə kollektiv hüquqlarımızın necə qəsb olunmasına dair çıxarılmış ədalətsiz və qanunsuz qərarlara axır ki, son veriləcək, 8 ildir davam edən məhkəmə karuseli bitəcək. Lakin bu günlərdə Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi Bəhmən Qəribovun sədrliyi ilə 11 may 2023-cü il tarixdə “Cənnət Park” MTK-nın kassasiya şikayətinə baxılarkən bütün ümidlərimiz puç oldu. Məlumat üçün bildirək ki, Bakı Apellyasiya Məhkəməsi 19 sentyabr 2022-ci il tarixdə 8 illik məhkəmə çəkişmələrinə son verən 2-2(103)-774-2022 nömrəli, 19.09.2-22-ci il tarixli qətnamə qəbul etmişdir. Qətnamsədə qət edilmişdir: “1 saylı Bakı İnzibati Məhkəməsinin 2-2(81)-448-2018 iş üzrə 25 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “Cənnət Park” MTK-nın iddiası təmin edilməsin. Cavabdeh: “Biləcəritəmirquraşdırma” Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin”.

İzah verək ki, yuxarıda adı çəkilən 1 saylı Bakı İnzibati Məhkəməsinin 2-2(81)-448-2018 saylı iş üzrə 25 iyul 2018-ci il tarixli qətnaməsinin mahiyyəti bu idi ki, “Biləcəritəmirquraşdırma” QSC-yə məxsus metal borular Allahsızcasına alınaraq “Cənnət Park” MTK-ya verilsin. Çünki “Cənnət Park” MTK-nın rəhbərliyi adını çəkmək istəmədiyimiz bir sabiq nazirin (hazırda da yüksək vəzifədə çalışır) qudasıdır, Ali Məhkəmənin keçmiş sədri Ramiz Rzayevin yaxın dostudur və s. İndiyədək bui ş üzrə Azərbaycan Konstitusiya Məhkəməsi 2 dəfə xeyrimizə qərar qəbul edərək mülkiyyət hüquqlarımızı tanıdığı halda, Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi Bəhmən Qəribovun sədrliyi ilə bir neçə gün əvvəl- 11 may 2023-cü il tarixdə “Cənnət Park” MTK-nın kassasiya şikayətinə baxılarkən ölkənin hüquq və məhkəmə sisteminə ağır zərbə vuran qərar qəbul edildi. Məhkəmə hakimi Məhmən Qəribov hüquq tarixində olmayan bir ədalətsiz və qanunsuz qərar qəbul etdi. Hansı ki, təkrar edirik, 2 dəfə Azərbaycan Konstitusiya Məhkəməsi və eləcə də hakimin binasında oturub Azərbaycan dövlətinin adından qərarlar qəbul etdiyi bu Ali Məhkəmənin Plenum qərarlarını və müvafiq olaraq bu qərarlara əsaslanıb obyektiv və qanuni qərarlar qəbul etmiş Bakı Apellyasiya Məkəməsinin qərarını birdəfəlik ləğv edib ynnidən “Cənnət Park” MTK-nın xeyrinə qanunsuz və ədalətsiz qərar qəbul etmişdir...”.

“Təzadlar” xatırladır ki, “Biləcəritəmirquraşdırma” QSC-nin kollektivi dərhal bu qanunsuzluqların qarşısının alınması və Ali Məhkəmə hakiminin cəzalandırılması üçün Prezidentə teleqram vurmuşdur. Teleqramda yazılır: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Çox hörmətli Cənab Prezident! Azərbaycanda Sizə qarşı birbaşa təxribat aparan Ali Məhkəmənin yeni rəhbəri İnam Kərimov ilk günlərdən təsdiq etdi ki, Ali Məhkəmədə indiyədək baş vermiş hərc-mərcliyin qarşısını ala bilməyəcək. Belə ki, 11 may 2023-cü il tarixdə 8 il davam edən və “Biləcəritəmirquraşdırma” QSC-yə məxsus metal borularla bağlı məhkəmə prosesində hakim Bəhmən Qəribovun sədrliyi ilə məhkəmə kollegiyasında əcaib qərar qəbul edilmişdir. Konstitusiyanın qarantı olan cənab prezidentin etimadına ağır zərbə vuran və 2 dəfə Konstitusiya və Ali Məhkəmə Plenumlarının qərarlarını və müvafiq olaraq bu qərarlara əsaslanıb obyektiv qərar çıxarmış Bakı Apelyasiya Məhkəməsinin qərarı birdəfəlik ləgv edilərək “Cənnət Park” MTK-nın xeyrinə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. 8 ildir Ali Məhkəmənin sifariş və tapşırıqla ədalətsiz məhkəmə aktları qəbul etdirən rəhbərliyinin günahı üzündən həyatımız zəhərə dönüb. Böyük sosial problemlərin həll edildiyi bir vaxtda Ali Məhkəməyə yeni təyin edilmiş sədr İnam Kərimov və Azərbaycan dövlətinin adından qərar qəbul edən hakim nə düşünüblər? Onlar Sizin qarantı olduğunuz Azərbaycan Konstitusiya Məhkəməsinin iki dəfə çıxardığı plenum qərarlarının da əksinə gedərək qanunsuz və ə\dalətsiz qərar qəbul etmişlər. Bu qərarla Konstitusiya Məhkəməsini aşağılayan və qanunlara hörmətsizlik nümayiş etdirən Ali Məhkəmə rəhbərliyinin bu cür addımlarına nə ad vermək olar?

Cənab prezident, sahibkar olaraq haqqı qorumalı olan Ali Məhkəmənin yeni sədri haqqımızı birbaşa Sizin etimada xəyanəti ilə təsdiq etmişdir. Ölkədə qələbə əhval-rühuyyəsini insanların şüurunda inamsızlığa çevirən bu şəxslərdən dövlətimiz xilas olmasa, əks halda, vətəndaşların haqqı daim pozulacaq. Çox xahiş edirik, bizi şəxsən qəbul edəsiniz və Ali Məhkəmə sistemində baş verən qanunsuz halların obyektiv təhlillərini Sizə təqdim edək.”

Ali Məhkəmədə qayda yaradılmanın bir yolu var...

Xatırladaq ki, “BiləcəriTəmirQuraşdırma” QSC-nin kollektivi 8 ildir Ali Məhkəmənin keçmiş sədri Ramiz Rzayevin tapşırığı ilə qəbul edilən məhkəmə aktlarının qurbanına çevrilib. Bütün maddi sənədlər, metal boruların Azərbaycana gətirilməsini, hansı ölkədən və kimin adına göndərilməsini, qaimə və yükdaşıma sənədləri və s. aydın şəkildə sübut edir ki, bu borular “BiləcəriTəmirQuraşdırma” QSC-yə məxsusdur. Hətta kollektiv sonuncu dəfə Azərbaycanın 1-ci Vitse-Prezidenti Mehriban xanım Əliyevadan qeyd olunan məhkəmə işini şəxsi nəzarətinə götürməsini də xahiş etmişdi. Belə ki “Biləcəri Təmir Quraşdırma” QSC ilə “Cənnət Park” MTK arasında artıq 8 ilə yaxın bir müddətdə məhkəmə mübahisələri davam edir. “Cənnət-Park” MTK hüquqi əsası olmayan sənədləri məhkəməyə təqdim etməklə, “Biləcəri Təmir Quraşdırma” QSC-in 2 milyonluq əmlakı olan metal boruları ələ keçirməyə çalışır.

Çox təəssüflər olsun ki, təqdim olunan sənədlərin saxta olması elə İnam Kərimovun indi sədri olduğu Ali Məhkəmənin özünün bir neçə qərarlarında təsdiq olunsa da, işə baxan məhkəmələr sonradan qanunsuz olaraq 2 milyonluq əmlakın “Biləcəri Təmir Quraşdırma” QSC-dən alınması barədə qərarlar qəbul edirlər. Bu, hüquq sistemimizin faciəsi deyil!? “BiləcəriTəmirQuraşdırma” QSC-nin kollektivi bu tip məhkəmə qərarlarını ona görə qanunsuz hesab edir ki, işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi özünün 30.06.2017-ci il tarixli qərarı ilə mübahisə predmeti olan dəmir borularun “Biləcəri Təmir Quraşdırma” QSC-nin mülkiyyətində olmasını təsdiq etdiyi halda, sonradan yenidən işə baxaraq həmin Ali Məhkəmə tərsinə qəbul etdiyi 30.01.2019-cu il tarixli qərarında əvvəlki mövqeyinin ziddinə getmiş və dəmir boruların bu dəfə isə “Cənnər Park” MTK-ya verilməsi barədə qərar qəbul etmişdir.

Ali Məhkəmənin çoxsifətli qərarları...

Axı bir qərarın neçə sifəti olar?! İnsanlar hüquqları pozulanda Ali Məhkəməyə ümid bağlayır, pənah aparır, Ali Məhkəmə isə bu ümidləri dəfn edir!!! Təsəvvür edirsinizmi, pozulmuş hüquqlarını müdafiə etmək üçün “BiləcəriTəmirQuraşdırma” QSC-nin kollektivi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə də müraciət edib. Konstitusiya Məhkəməsinin 14.02.2020-ci il tarixli qərarı ilə İnam Kərimovun indi sədri olduğu Ali Məhkəmənin 30.012019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş və işə həmin Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq yenidən baxılması qərarı verilmişdir. Bundan sonra, Ali Məhkəmənin Plenumunda işə baxılmış və bütün əvvəlki məhkəmə qərarları ləğv edilməklə işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Təəssüflər olsun ki, işə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin hakimi Cahangir Yusifov da qaş düzəltdiyi yerdə vurub göz çıxarmışdır! Necə??? Hakim qəbul etmiş olduğu 25.02.2021-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının qanunlarını kobud şəkildə pozmuş, iş üzrə Konstitusiya Məhkəməsinin qərarında müəyyən edilmiş hüquqi mövqenin ziddinə qərar qəbul etmişdir. Hansı ki, Konstitusiya Məhkəməsi metal boruların “Biləcəri Təmir Quraşdırma” QTSC-dən alınmasının Konstitusiyada nəzərdə tutulmuş mülkiyyət hüququnun kobud pozuntusu ilə nəticələnəcəyini müəyyən etdiyi halda, Bakı Apellyasiya Məhkəməsinin hakimi Cahangir Yusifov öz qərarı ilə hesab etmişdir ki, Konstitusiya Məhkəməsi səhv edib və borular “Biləcəri Təmir Quraşdırma” QTSC-dən alınmalıdır.

Cənablar, Prezident İlham Əliyev Azərbaycan xalqının canını sarkisyanlardan, koçaryanlardan, nəhayət, paşinyanlardan... qurtardı! Çünki onlar xalqımızın düşmənləri idilər. Bəs sizlər??? Niyə imkan vermirsiniz ki, ölkə Prezidenti Azərbaycanın xarici düşmənləri ilə mübarizə aparsın?! Bu ölkədən, bu ölkənin vətəndaşlarından-sahibkarlarından nə istəyirsiniz???

Eşidin, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX bəndində göstərilir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Amma baxın: “BiləcəriTəmirQuraşdırma” QSC-nin rəhbərliyinin kassasiya şikayətinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin hakimi Cahangir Yusifovun həmin qanunsuz qərarına 23.07.2021-ci il tarixdə Ali Məhkəmədə hakim Bəhram Məmmədlinin sədrliyi ilə baxılır. Kimin ağlına gələr ki, az əvvəl Ali Məhkəmə Bakı İnzibati Məhkəməsinin 2-2(81)-448-2018 iş üzrə 25 iyul 2018-ci il tarixli qətnaməsini ləğv və dəfn edib, daha başqa hansı ədalətsiz qərar qəbul oluna bilər ki??? Amma, necə deyərlər, sən saydığını say, gör Ali Məhkəmənin hakimi Bəhram Məmmədli nə sayır!

Həmin gün uzun illərdir məhkəmə yollarında dizin-dizin sürünən, məhkəmə ədalətinə hələ də inanan kollektivin son ümidləri də hakim B.Məmmədlinin qəbul etdiyi qərarının qara mürəkkəbində məhv olub getdi! Niyə? Səbəbini araşdırıb nəticə çıxarmaq artıq İnam Kərimovun ixtiyarındadır. Sonra da deyirlər ki, niyə Azərbaycanın adı beynəlxalq təşkilatların “qara siyahı”sına düşür, yaxud niyə Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın əleyhinə qərar qəbul edir, dövlətimiz cərimələr ödəyir və s.

İndi mən jurnalist olaraq Ali Məhkəmənin sədri İnam Kərimovdan soruşmaqda haqlı deyiləmmi ki: İnam müəllim, Azərbaycanın adına yazdırılan bu mənfiliklərin əsl müəllifi bilirsiniz kimdir? Bilmirsiniz? Bunu bilməyə nə var ki! Kim, xüsusən də Ali Məhkəmənin iclas zallarında bu suala cavab tapmaq istəyirsə, güzgüyə baxmalıdır! Çünki Ali Məhkəmədə Azərbaycan qanunları, haqq-divan işə yaramırsa və nəhayət, müqəddəs Femidanın tərəzisi əyridirsə, düzəlmirsə, yaxud onu düzəldən yoxdursa, daha neyləmək lazımdır ki?

SONDA: ola bilsin təzədir, məlumatı yoxdur, bu səbəbdən hörmətli İnam Kərimovun diqqətinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ötən ilin yanvarın 7-də 2-ci dəfə qəbul etdiyi bu qərarını çatdırıram:

“AZƏRBAYCAN

RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi

Plenumunun

Q Ə R A R I

“Biləcəri Təmir Quraşdırma” Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

7 yanvar 2022-ci il, Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında “Biləcəri Təmir Quraşdırma” Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin şikayətini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qətnaməsi ilə “Cənnət Park” Mənzil Tikinti Kooperativinin (bundan sonra - “Cənnət Park” MTK) “Biləcəri Təmir Quraşdırma” Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra - “Biləcəri Təmir Quraşdırma” QSC) və 16 №-li İnşaat İstehsalat Təsərrüfat Trestinə (bundan sonra - Trest), üçüncü şəxs Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə qarşı iddiası qismən təmin edilmiş, 1614 ədəd borunun “Biləcəri Təmir Quraşdırma” QSC-nin qanunsuz sahibliyindən alınaraq “Cənnət Park” MTK-ya qaytarılması, “Biləcəri Təmir Quraşdırma” QSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502 088 manat məbləğin və ödənilmiş rüsumun əvəzinin “Biləcəri Təmir Quraşdırma” QSC-dən tutularaq “Cənnət Park” MTK-ya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə “Biləcəri Təmir Quraşdırma” QSC-nin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra - Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası) 30 yanvar 2019-cu il tarixli qərarı ilə “Biləcəri Təmir Quraşdırma” QSC-nin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 fevral 2020-ci il tarixli qərarı ilə “Biləcəri Təmir Quraşdırma” QSC-nin konstitusiya şikayəti əsasında Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiya) 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 82.3, 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır.

Bundan sonra Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarı ilə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarı, bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə “Cənnət Park” MTK-nın “Biləcəri Təmir Quraşdırma” QSC-yə və Trestə, üçüncü şəxs Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə qarşı boruların geri qaytarılması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qətnaməsindən “Biləcəri Təmir Quraşdırma” QSC-nin apellyasiya şikayəti yenidən təmin olunmadan, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarı ilə “Biləcəri Təmir Quraşdırma” QSC-nin kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 25 fevral 2021-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

Ərizəçi Konstitusiya Məhkəməsinə yenidən müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən Konstitusiyanın 130-cu maddəsinin IX hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Konstitusiya Məhkəməsi haqqında” Qanun) 63.4, 66.1 və 66.2-ci maddələrinin tələblərinə zidd olaraq Konstitusiya Məhkəməsi Plenumunun Qərarının məcburi qüvvəsinin nəzərə alınmaması nəticəsində Ali Məhkəmənin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarı ilə onun Konstitusiyanın 29-cu maddəsinin I, II, III hissələrində və 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş mülkiyyət, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüquqları pozulmuşdur...”.

Nəhayət, Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumu qərara alır:

“Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

“Cənnət Park” Mənzil Tikinti Kooperativinin “Biləcəri Təmir Quraşdırma” Qapalı Səhmdar Cəmiyyətinə, 16 №-li İnşaat İstehsalat Təsərrüfat Trestinə və üçüncü şəxs Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə qarşı boruların “Biləcəri Təmir Quraşdırma” Qapalı Səhmdar Cəmiyyətinin qanunsuz sahibliyindən alınaraq “Cənnət Park” Mənzil Tikinti Kooperativinə qaytarılması və s. tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, 130-cu maddəsinin IX hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 63.4, 65-69-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmayan hesab edilsin, müvafiq məhkəmə aktı icra edilməsin və işə bu Qərarda və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 fevral 2020-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.

1.Qərar dərc olunduğu gündən qüvvəyə minir.

2.Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

3.Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədr Fərhad Abdullayev”

Hesab edirəm, əlavə şərhə ehtiyac yoxdur. Çünki Azərbaycan Konstitusiya Məhkəməsi yuxarıdakı qərarının sonunda qət edərək yazır: “Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz!”.

Şərh etmirəm, amma sual verirəm: bəs elədirsə, nədən Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi Bəhmən Qəribov Fərhad Abdullayevin yuxarıdakı qərarını istədiyi kimi ləğv edir, dəyişdirir və təfsir edir??? Buna görə hakim Bəhmən Qəribovu hansı cəza gözləyir? Axı o Konstitusiya qanunun tələblərini kobud şəkildə pozmuşdur...

Mövzu davamlıdır. Yazıda adları çəkilənlərin mövqeyini dinləməyə və çap etməyə hazırıq...
//tezadlar.az//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış - AÇIQLAMA
Bu gün, 18:06
İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... - Yeni maliyyə sisteminə keçilir?
Bu gün, 18:05
Sülh prosesini pozan addım: - Ermənistan revanş istəyir
Bu gün, 18:02
Sabiq deputatdan qalmaqallı açıqlama: - “2-3 növ araq, konyak, şərab...”
Bu gün, 17:56
Daha bir məhkum həbsdə ölüb
Bu gün, 17:52
Ermənistanın dövlətsizləşdirilməsi planı var - İşxan Saqatelyan
Bu gün, 17:49
Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram - Putin
Bu gün, 17:47
Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... - gənclərin işinə yarayırmı?
Bu gün, 17:43
Sumqayıtda polis profilaktik tədbir keçirib - FOTO, VİDEO
Bu gün, 17:41
Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər - Məhkəmə qərarı
Bu gün, 17:34
“Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” - kolbasadan gələn BÖYÜK TƏHLÜKƏ
Bu gün, 17:25
Putindən Vaşinqtona “duel” təklifi
Bu gün, 17:16
İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
Bu gün, 17:14
Əliyev bunu ilk dəfə açıqladı – Paşinyanla danışıqlar zamanı…
Bu gün, 17:10
Azərbaycanda ən çox şikayət olunan internet provayderləri - SİYAHI
Bu gün, 17:06
Neftçala DOST filialında təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 17:05
“Paşinyan iki şeyi yaxşı bacarır: - sosial şəbəkələrdə statuslar yazmaq və əraziləri vermək”
Bu gün, 17:00
DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir – ELÇİN QULİYEVƏ MÜRACİƏT
Bu gün, 17:00
Putin niyə ELƏ DEDİ? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 16:42
Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət – UDDU
Bu gün, 16:39
Axı məktəblərimiz niyə bu gündə olmalıdır? - Nazirə açıq məktub
Bu gün, 16:30
Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib - KİV
Bu gün, 16:27
Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib
Bu gün, 16:24
Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... - TƏFƏRRÜAT
Bu gün, 16:23
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə - DİQQƏT!
Bu gün, 16:18
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
Bu gün, 16:16
Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib
Bu gün, 16:07
TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi
Bu gün, 16:06
"Dünya hamıya çatacaq qədər böyükdür"
Bu gün, 16:03
Suriyada qalib hansı ölkədir? - “Nezavisimaya qazeta”
Bu gün, 16:01
"Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" - deputat
Bu gün, 15:55
Başçıdan şəhid ailəsinə sayğısızlıq... - "Döşəməm də torpaqdır..."
Bu gün, 15:48
"Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının Pirallahı rayonunda təqdimatı keçirildi
Bu gün, 15:38
Vəzifəli şəxs HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:34
Nəsimi RİH-də kitab təqdimatı oldu - FOTO
Bu gün, 15:33
2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq - ANONS EDİLDİ
Bu gün, 15:07
“Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”nın “Almaz”ı
Bu gün, 15:04
Erməni politoloqdan Azərbaycanla bağlı SƏRSƏM AÇIQLAMA
Bu gün, 15:00
Rusiya Suriyada məqsədinə nail olub - Putin
Bu gün, 14:55
AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... - NƏ BAŞ VERİR?
Bu gün, 14:53
2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 14:10
İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... - Bakıdan ŞƏRH
Bu gün, 14:02
Makron Fransası sülh prosesini əngəlləyir - FAKT BUDUR!
Bu gün, 14:00
“RM Medicare Klinika”sında sertifikasiyadan kəsilənlər həkimlik edir - BU NƏDİ BELƏ?..
Bu gün, 13:58
"Ermənistan buna imkan vermir, - heç cür şərait yaratmaq istəmir"
Bu gün, 13:11
Meyiti tapılan bloger Nərmin bu klinikada əməliyyat olunub - 5 min veribmiş
Bu gün, 13:07
Vergi borcu olan şirkət 12 milyonluq tenderin qalibi olub - AY MAŞALLAH...
Bu gün, 13:03
Tovuz məktəbində zəhərlənənlərin sayı ARTDI
Bu gün, 13:01
Ermənistan konstitusiyası niyə DƏYİŞMƏLİDİR?
Bu gün, 12:56
"Vəziyyət təhlükəli hal alır, ox Ermənistanı göstərir" - Abramyan
Bu gün, 12:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru