Əmrullayevin BU BAZARDAN XƏBƏRİ VARMI? - ETİRAZ
Tarix: 16-05-2023, 09:03 |
Çap et
DİA.AZ: - "Xaçmaz rayonunun əksər məktəblərində 3-cü sinif şagirlərinin sınaq imtahanları keçirilib. Bu bilet adlandıqları kağız parçasını Azərbaycanın təhsildən iraq düşmüş nazirliyi adından 8 manata satmışlar. Hansı ölkədə? Uşaq pulu veriməyən bir ölkədə". DİA.AZ bildirir ki, bu etirazla jurnalist Natiq İsbatov çıxış edib.
Daha sonra narazı vətəndaş yazır: "Biz bələ düşünürük ki əvvəllər sınaq imtahanları yox idi... İndi bütün bunlar ona görə var ki bu biletlərin hər biri 8 manatdan 10 minlərlə şagirdə satılır, düşünə bilirsiniz?
Sadəcə Təhsil Nazirliyi bizim övladlarmızı düşünüb bu addımı atıb, yoxsa xalqın övladlarına uşaq pulu verməyən dövlət imtahanlara, sınaqlara pullar niyə xərcləməlidir?
Yox, öz bizneslərini artırmaq üçündür... Yoxsa burdan gələn pullar dövlət büdcəsinə köçürülür?"
İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə haazırıq...