“İnvest.M Construction” MMC mülkiyyətçilərin xeyrinə çıxarılan qərara məhəl qoymur - NARAZILIQ VAR!
Tarix: 16-02-2022, 11:03 | Çap et
Paytaxtın Nəsimi rayonu ərazisində yaşayan sakinlər mənzillərinin sökülməsindən narazıdırlar. DİA.AZ xəbər verir ki, bu barədə Oxu.Az-a Bakı Şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa Bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən yaşayış binalarında yaşayan sakinlər – Ləzgiyev Fazil Hüseyn oğlu, Qasımov Zaməddin Cavanşir oğlu, Dadaşov Rəhim Tahir oğlu, Əyyubov İlqar Aqil oğlu, Nağıyev Şamil Salman oğlu və digər 38 nəfər mülkiyyətçi tərəfindən müraciət daxil olub.
Sakin Fazil Ləzgiyev açıqlamasında bildirib ki, sözügedən küçələrinin kəsişməsində yerləşən ərazi Nəsimi Rayon Bələdiyyəsinin mülkiyyətində olan 1,55 ha torpaq sahədir:
“Sözügedən Nəsimi rayonu, Mirəsədulla Mirqasımov 4 ünvanının daxili həyət hissəsində yerləşən üç ədəd iki mərtəbəli yaşayış evlərinin 100 ilə yaxın yaşı var. Burada 170-dən çox mənzil var. Burada yerləşən çoxmənzilli yaşayış binasının mülkiyyətçilərindən 70 nəfər tərəfindən imzalanan müraciətdə vətəndaşlar binanın sökülməsindən narazıdır. Belə ki ərazi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 18 dekabr 2020-ci il tarixli, 274 saylı Sərəncamına əsasən, Bakı Şəhəri, Nəsimi rayonu, akademik Mirəsədulla Mirqasımov küçəsi, ev 4 ünvanında yerləşən 1,55 ha torpaq sahəsi yeni yaşayış binalarının tikintisi üçün “İnvest.M Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında ifadəsinə verilib. Onlar da öz növbəsində binadakı mülkiyyətçilərin bir qismi ilə razılığa gələrək söküntü işlərinə başlayıblar. 30-35 mənzilin mülkiyyətçiləri ilə razılığa gəldikdən sonra mənzillərin qapıları, pəncərələrini sökdülər.
Biz bu məsələ ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət etdik. Biz Apellyasiya Məhkəməsində də işi udduq. “İnvest.M Construction” MMC mülkiyyətçilərin xeyrinə çıxarılan qərara məhəl qoymur. Hazırda Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 18 dekabr 2020-ci il tarixli, 274 saylı Sərəncamı tərəfimizdən Bakı İnzibati Məhkəməsində mübahisələndirilir. Məhkəmə tərəfindən qəbul edilmiş və dərhal icraya yönəldilmiş 9 iyul 2021 tarixli Qərardad ilə Bakı şəhəri, Nəsimi Rayonu, Akademik Mirqasımov küçəsi, ev 4 ünvanında yerləşən yaşayış binasında hər hansı tikinti quraşdırma işlərinin, o cümlədən tikintiyə hazırlıq işlərinin aparılması, Bakı Şəhəri, Nəsimi rayonu, Akademik Mirqasımov küçəsi, ev 4 ünvanında yerləşən yaşayış binasında boşaldılmış mənzillərin sökülməsi, binaya daxil olan kommunikasiya sistemlərinin sıradan çıxarılması “İnvestr.M Construction” MMC-yə qadağan edilib. Həmin Qərardadla Bakı Apellyasiya Məhkəməsinin 26 avqust 2021-ci il tarixli Qərardadı qüvvədə saxlanılıb.
Lakin qəbul edilmiş qərara məhəl qoymayan “İnvestr.M Construction” MMC-nin nümayəndələri boşaldılan mənzilləri sökərək bərbad hala salmağa davam edir. Onların məqsədi binanı qəzalı hala gətirməklə sakinləri vahiməyə salmaq və istəklərimizə zidd müqavilələr bağlamağa məcbur etməklə halal mülkiyyətimizi fırıldaqçılıq yolu ilə əlimizdən almaqdır. Müraciəti aidiyyəti qurumlara ünvanlamaqda məqsədimiz proseslərin gedişi çərçivəsində yekun qərar qəbul edilənə qədər söküntü və kommunikasiya xətlərinin kəsilməsi ilə bağlı atdıqları addımları dayandırmaqlarıdır”.
Şikayətçi onu da əlavə edib ki, binanın həyətindən “Qırmızı Kitab”a düşən nadir ağaclar da daxil olmaqla 500-dən çox müxtəlif ağac və kollar var.
Şikayətçi özü də vəkil olduğunu qeyd edir və bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 226-cı maddəsində yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ anlayışı var. Məcəllənin 226.1, 227, 227.1, 227.2 maddələrində bu məsələ ilə bağlı hüquqi məqamlar yer alır.
Şikayətçilərin iddiaları ilə bağlı “İnvestr.M Construction” MMC hüquqşünas vəkil Yavər Yavərzadə Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən ünvandakı mülkiyyətçilərin böyük əksəriyyəti ilə müqavilə bağlanılıb, heç bir problem yaranmayıb:
“Sözügedən ərazinin sahəsi kifayət qədər böyükdür. Orada mülkiyyətçilərdən biri həm də vəkildir. Söhbət Ləzgiyev Fazil Hüseyn oğlundan gedir. O daha əvvəl başqa tikinti şirkətlərində sakinlərin köçürülməsi prosesi ilə məşğul olub və bu səbəbdən sakinlərə şirkətin işgüzar nüfuzunu ləkələyəcək yanlış məlumatlar verərək narahatlıq yaradır. Biz yeganə tikinti şirkətlərindənik ki, sakinlərə həm pul təklif edirik, həm hazır binalarda mənzil, həm də söküləcək ərazidə inşa ediləcək binada mənzil təklif edirik. Tikinti müddəti ərzində sakinlərin mülkiyyətlərində olduğu mənzillərə müvafiq olaraq kirayələdikləri evlərin aylıq ödənişlərini də qarşılayırıq.
Həmin ərazidə yaşayan Ləzgiyev Fazilin mülkiyyətində 100 kvadratmetr sahəsi var. O bu ərazi üçün 1 milyon 500 min manat pul tələb edir. Bu rəqəm real deyil. Şirkətə qarşı bu cür ittihamların səsləndirilməsinin səbəbi buradan qaynaqlanır. O, digər sakinləri də şirkətə qarşı qaldırır və şirkətin nüfuzuna xələl gətirəcək addımlar atır. Məsələ ilə bağlı məhkəməyə müraciət edib bütün tikintinin dayandırılmasını tələb etdilər. Lakin İnzibati Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv etdi. Çünki 80 nəfər müqavilə imzalayıb, evini təhvil verib və mənzil gözləyir. Bir neçə adamın artıq tamahı ucbatından 80-ə yaxın sakinin hüquqları pozula bilməz. Buradakı evlər 1926-cı ildə inşa edilib və qəzalı vəziyyətdədir. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin müvafiq qərarı da mövcuddur. Sadəcə olaraq həmin F.Ləzgiyev şirkəti şantaj etməklə məşğuldur”.
Vəkil müqavilə şərtlərinin sakinlərin istəklərinə uyğun olmadığına dair iddialara da cavab verib:
“Həmin ərazidə mülkiyyətçi olan vəzifəli şəxslər də, hakimlər də var. Onların hər biri də müqaviləni imzalayıb və prosesin yekunlaşmasını gözləyir. Biz bu gün ərazinin bir hissəsini köçürmüşük. Təxmini 70 nəfərə yaxın sakin köçürülüb, cəmi bir neçə adam qalıb. Şirkət hər ay 50 minə yaxın kirayə pulu ödəyir. Bu kimi problemlərlə prosesin uzanması şirkətə də ziyandır. Bu isə il ərzində 600 min pul ziyan deməkdir. Şirkət müflis olandan sonra köçürülən 80-ə yaxın mülkiyyətçini kim evlə təmin edəcək? Biz bunu da düşünməliyik.
Onlarla dəfələrlə danışmışıq, təklif etmişik ki, istədiyiniz mənzili tapın, kirayəsini biz danışırıq. Kirayə pulu da üç aylıq birdən təklif edilir və bu il ərzində belə davam etdirilir. Ödənişlər sakinlərin kart hesablarına köçürülür. Hətta onlara təklif etmişik ki, binaların inşasının başa çatmasına inanmırsınızsa, sizə hazır binalarımızdan mənzillər verək. Evinizin dizaynı da şirkət tərəfindən edilsin. Sadəcə olaraq, çox sui-istifadə edirlər. Məhkəmələr ədalətli qərar verdi, indi də media orqanlarına müraciət etməyə başlayıblar”.
“Əksər obyektlərin müqaviləsi var. Təxmini 15 mülkiyyətçi ilə sənədləşmə prosesi davam edir. Sakinlər arasında narahatlıq yaratdığı üçün biz aidiyyəti qurumlara da müraciət etmişik ki, şəxs barəsində qanun çərçivəsində tədbir görsünlər. Eyni zamanda ərazidə ağaclarla bağlı məsələyə də münasibət bildirim ki, orada bir ağacın budağına belə toxunulmayıb. Ərazidə hər hansı ağac köçürülməsinə ehtiyac yaranarsa, bununla bağlı qanunuyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilir və rəy əsasında ərazi üzrə icra hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən köçürülmə prosesi həyata keçirilə bilər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bank kart kodlarını naməlum şəxslərə verməyin - DİN-dən ÇAĞIRIŞ
Bu gün, 10:38 |
|
|
|
• `Azəriqaz` yanvarın borcunu indidən yazır? - AXI NİYƏ?..
Bu gün, 10:37 |
|
|
|
• AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib - FOTO
Bu gün, 10:18 |
|
|
|
• Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq
Bu gün, 10:10 |
|
|
|
• Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR - NƏ ETMƏLİ?
Bu gün, 10:08 |
|
|
|
• "Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" - NARAZILIQ VAR...
Bu gün, 10:06 |
|
|
|
• Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ - BU NƏDİ BELƏ?..
Bu gün, 10:03 |
|
|
|
• Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib - FOTO
Bu gün, 09:59 |
|
|
|
• Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... - ÖZBAŞINA QALIB...
Bu gün, 09:52 |
|
|
|
• Avropa Parlamentindən Bakıya növbəti hücum - Sanksiya şantajının görünməyən tərəfləri
Bu gün, 09:44 |
|
|
|
• Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 09:18 |
|
|
|
• Bayram günlərində hotellərinqiyməti fantastik həddə - “O qiymətə Avropada istirahət etmək olar”
Bu gün, 09:07 |
|
|
|
• Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov
Bu gün, 09:06 |
|
|
|
• İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... - "...MƏCBUR OLACAQ"
Bu gün, 09:00 |
|
|
|
• 4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
Bu gün, 08:58 |
|
|
|
• Güzəştli şərtlərlə yaranan pensiya hüququ... - Ekspert danışır...
Bu gün, 08:52 |
|
|
|
• İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... - ETİRAZ VAR...
Bu gün, 08:49 |
|
|
|
• Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI - FOTO
Bu gün, 08:36 |
|
|
|
• Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... - Rəqəmlər düz gəlmir, cənab Nəcəfli...
Bu gün, 08:30 |
|
|
|
• Azərbaycanda aktyor vəfat edib
Bu gün, 08:27 |
|
|
|
• Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır - deputat
Bu gün, 07:32 |
|
|
|
• Zaur Hüseynov niyə işdən çıxarıldı? - İLGİNC DETALLAR
Bu gün, 07:27 |
|
|
|
• İllər öncə sənətə gəlsə də...
Bu gün, 07:24 |
|
|
|
• Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” - BU NƏDİ BELƏ?
Bu gün, 07:20 |
|
|
|
• Qərb Moskvaya qarşı bu “silahı” işə salır – “Rusiyanı çökdürmək… “
Bu gün, 07:18 |
|
|
|
• Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə - NƏ BAŞ VERİR?
Bu gün, 03:11 |
|
|
|
• Məktəblərdə istilik problemi varmı? - AKTUAL
Bu gün, 03:09 |
|
|
|
• Suriyanın “açarı” kimdədir? - Türkiyədə, ya da 300 milyard dolları kim versə, onda...
Bu gün, 03:06 |
|
|
|
• MİDA hamını BOĞAZA YIĞIB... - öz qaydaları ilə...
Bu gün, 03:04 |
|
|
|
• "Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - - ETİRAZ
Bu gün, 02:59 |
|
|
|
• 'Expargo' karqoları BELƏ GECİKDİRİR - Yolda olan bağlama yenidən çeşidləməyə necə qayıtdı?
Bu gün, 02:55 |
|
|
|
• Elçin Lənbəranski hüquq-mühafizə orqanlarına səsləndi - "Bu binamusları həbs edin..."
Bu gün, 02:51 |
|
|
|
• Azərbaycanda 24 illik şirkət - LƏĞV EDİLİR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi
Dünən, 20:30 |
|
|
|
• Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub
Dünən, 20:24 |
|
|
|
• Paşinyanın “təkliflər oyunu"
Dünən, 19:00 |
|
|
|
• Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək - TENDER NƏTİCƏSİ
Dünən, 18:58 |
|
|
|
• ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Dünən, 18:00 |
|
|
|
• Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar AŞKAR EDİB
Dünən, 17:31 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib - ƏMR
Dünən, 17:26 |
|
|
|
• Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir - “Nezavisimaya qazeta”
Dünən, 17:23 |
|
|
|
• Sülh müqaviləsi şübhə altında - İNCƏLƏMƏ
Dünən, 17:19 |
|
|
|
• Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu - Polis əməliyyatı
Dünən, 17:17 |
|
|
|
• Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? - Böyük Manipulyator
Dünən, 17:14 |
|
|
|
• "Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri ölkəmizdə "beynəlxalq hüquq"dan danışır"
Dünən, 17:04 |
|
|
|
• Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
• Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistan dalan ölkəsi olaraq qalacaq
Dünən, 16:58 |
|
|
|
• "Yelo Bank"ın kritik maliyyə hesabatları - Ehtiyatlar azalıb
Dünən, 16:42 |
|
|
|
|