Pərvin Mirzəzadə Türkiyə ilə münasibətlərimizi korlamaq tapşırığını kimdən alıb? - Diplomatik skandal...
Tarix: 22-12-2021, 11:31 | Çap et
Məlum olduğu kimi, dekabrın 20-də Azərbaycan Elmlər Akademiyasının kitabxanasında “Rusiya-Azərbaycan yeni regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq sistemində: İlin yekunları və perspektivlər” adlı beynəlxalq dəyirmi masa keçirilib. Rusiyanın “Şimal – Cənub Politologiya Mərkəzi” və “Baku Network” Beynəlxalq Siyasət və Təhlükəsizlik Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Rusiyadan olan ekspertlərlə yanaşı Azərbaycandan da bir sıra tanınmış şəxslər – deputatlar, diplomatlar, ekspertlər və media nümayəndələri iştirak ediblər. DİA.AZ bildirir ki, ovqat.com sözügedən toplantı ilə bağlı diplomatik skandal sayıla biləcək məlumatlar əldə edib. Məlumata görə, tədbirdə Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri korlamağa hesablanmış bir sıra fikirlər səsləndirilib və bu fakt qardaş ölkənin də gözündən yayınmayıb.
Məlumatın əsas məğzinə keçməmişdən xatırladaq ki, tədbirə Trend-in baş redaktoru Emin Əliyevdən tutmuş, Rusiya İqtisadiyyat Məktəbinin direktor müavini Elşad Məmmədov, “Cənubi Qafqaz” politologiya klubunun rəhbəri İlqar Vəlizadə, CBC telekanalının baş direktoru Vüqar Xəlilov, xüsusi tapşırıqlar üzrə səfir Pərvin Mirzəzadəyədək ölkənin “rusdilli ictimaiyyəti” kimi tanınan zümrəsinin aktiv simaları qatılıblar. Natiqlər çıxışlarında Azərbaycanda rusdilli məktəblərin yağışdan sonra çıxan göbələklər kimi artmasından ağız dolusu bəhs edib, iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasında bunun olduqca vacibliyini vurğulayıblar. Halbuki, təhsilin dövlət dilində olması hər bir ölkənin müstəqilliyinin, suverenliyinin qarantıdır və Azərbaycanda son zamanlar rusdilli təhsilə xüsusi diqqət yetirilməsi heç bir məntiqlə izah oluna bilməz. Üstəlik, rusca danışmaq və ya Rusiyanı tanımaq hələ şimal qonşumuzla münasibətlərdə ölkənin milli maraqarını unutmaq anlamına gəlmir.
Türkiyə ilə münasibətlərimizi korlamağa hesablanmış əsas çıxışa gəlincə, bildirilir ki, beynəlxalq forumda rusdilli zümrənin diplomatı kimi tanınan Pərvin Mirzəzadənin digər ekspert və ictimai fəallardan, hətta Rusiya nümayəndələrindən də qabağa gedərək bir sıra qalmaqal yaradan bəyanatlar səsləndirməsi xüsusilə diqqətdən yayınmayıb. İddialara görə, xüsusi tapşırıqlar üzrə səfir Rusiyanın Suriyadakı hərbi əməliyyatlarını dəstəkləyərək bildirib: “Biz Rusiyanın Suriyada həyata keçirtdiyi əməliyyatı dəstəkləyirik. Təsadüfi deyil ki, Suriyaya uçüş həyata keçirən bir sıra rus hərbi təyyarələri Azərbaycanın fəzasından istifadə edirlər”. Xüsusi tapşırıqlar üzrə səfirin xüsusi canfəşanlığı istər-istəməz bu sualları doğurur: XİN-də korrupsiya skandalları ilə ad çıxaran nazir Elmar Məmmədyarov istefaya göndərildikdən sonra vəzifəsindən kənarlaşdırılsa da, kifayət gədər yüksək statusunu qoruyub saxlaya bilən, hətta diplomatik külislərdə nazirdən daha səlahiyyətli şəxs kimi tanınan Mirzəzadə bu fikirləri səsləndirərkən nəyi nəzərdə tutub? Azərbaycan Suriya münaqişəsində nə vaxtdan tərəfdir? Əgər Bakı həqiqətən də Rusiyanı dəstəkləyirsə, bu tərəfkeşlik kimə qarşıdır? Axı Suriyada Rusiyanın rəqibi qardaş Türkiyədir və diplomatın sözündən belə çıxır ki, biz Rusiyanın Türk əsgərinə qarşı həyata keçirdiyi hava hücumlarını dəstəkləyirik. Görəsən, cənab Mirzəzadənin ümumiyyətlə Şuşa Bəyannaməsindən, Türkiyə ilə münasibətlərimizin strateji müttəfiqlik səviyyəsində rəsmiləşməsindən xəbəri varmı? Mirzəzadə müəllim Azərbaycan Prezidentinin dəfələrlə bəyan etdiyi “Azərbaycan münaqişəli modellərin yox, əməkdaşlıq platformalarının tərkib hissəsidir” kimi xarici siyasət kursunun da fərqində deyilmi? Yoxsa nəyin bahasına olursa olsun Moskvanın gözünə girmək istəyi Azərbaycanın xarici siyasi kursunu diplomatın yadından çıxarıb? Ən əsası, cənab Mirzəzadə kimin xüsusi tapşırıqlar üzrə səfiridir: Prezident İlham Əliyevin, yoxsa Rusiyanın və onun Azərbaycandakı “5-ci kolonu”nun?
Bu kimi sualın fonunda sözügedən dəyirmi masanın AMEA-nın kitabxanasında keçirilməsi də maraq doğurmaya bilməz. Zira AMEA-nın prezidenti Ramiz Mehdiyev Rusiyanın Azərbaycandakı “5-ci kolonu”nun rəhbəri kimi tanınır və Moskvanın sifarişli tədbirləri nədənsə məhz bu adamın təşəbbüsü ilə həyata keçirilir. Məsələyə bir də bu aspektdən yanaşanda diplomatik status etibarilə Azərbaycan Prezidentinin sözçüsü kimi görünən xüsusi tapşırıqlar üzrə səfirin xarici siyasət kursumuzu əks etdirməyən bəyanatı nəyə hesablanmış ola bilər? Xüsusi tapşırıqlar üzrə səfirin bu çıxışından XİN rəhbərliyinin xəbəri varmı? Xəbəri varsa, cənab nazir Ceyhun Bayramov niyə indiyədək bu təxribatı cəzalandıracaq addımlar atmayıb? Olmaya, o da xüsusi tapşırıqlar üzrə səfirin fikirlərini dəstəkləyir? Məlum olduğu kimi, Elmlər Akademiyası kimi sanballı məkanlarda belə toplantılar yuxarının icazəsi olmadan keçirilmir. Bəs toplantının keçirilməsinə icazəni verən yuxarılar necə - tədbirin mahiyyətini araşdırıblarmı? Yoxsa Akademiya binasına daxil olan hər kəs qocaman akademikin ürəyinə xoş gələn, sağına soluna baxmadan Rusiyaya bəy tərifi demək məcburiyyətindədir?
Yoxsa, Ramiz Mehdiyevin xeyir-duası ilə keçirilən toplantı və orda səsləndirilən fikirlər Azərbaycan Prezidenti ilə onun Türkiyəli həmkarı Rəcəb Tayib Ərdoğan arasındakı yaxın münasibətlərə şübhə toxumu səpmək məqsədi güdür? Pərvin Mirzəzadənin xüsusi tapşırıqlar üzrə səfir statusu daşıması bu mənada təsadüfi görünmür. Zira hər bir səfir Prezident tərəfindən seçilir. Xüsusilə də xüsusi tapşırıqlar üzrə səfirlər. Adlarından da göründüyü kimi, bu missiyanın daşıyıcıları birbaşa Prezidentin xüsusi tapşırıqlarını həyata keçirirlər və yeri gələndə nazirə belə hesabat vermirlər. Görünür, Prezident İlham Əliyevə tələ quran AMEA-nın qoca qurdları bu nüansları nəzərə alıb Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirəcək missiyanı həyata keçirməyi P.Mirzəzadə müəllimin çiyinlərinə yükləyiblər. Sirr deyil ki, Azərbaycanın hazırda çox həssas tarixi məqamdan keçir. Türkiyənin dəstəyi ilə Vətən müharibəsində əldə etdiyimiz qələbə ölkəni tamamilə yeni regional oyunçu statusuna qaldırıb. Bizimlə düşmənçilikdən imtina etməmiş Ermənistanla bərabər, bu yeni rola qısqanclıqla yanaşan Avropa, elə həmin Moskva da ölkəmizə qarşı müxtəlif təsirlər göstərməyə çalışır və bu siyasətindən əsla vaz keçməyəcəklər. Bakıda adı kimlərəsə xoş görünən bu cür toplantılar düzənləməklə Azərbaycanın balanslı və prinsipial xarici siyasət mövqeyinə xələl gətirə biləcək belə bəyanatları səsləndirmək də bu təsirlərin tərkib hissəsi ola bilər. Məqsəd isə aydındır: Azərbaycan-Türkiyə müttəfiqliyinə kölgə salmaqla, ölkəmizin müvazinətini sarsıtmaq, dövlətimizi hər hansı güc mərkəzin təsiri altına salmaq, xarici siyasət və milli maraqlarımıza zidd iradəni diktə etmək. Mövzunu diqqətdə saxlayacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Dilarə Kazımova və Nigar Camala deyim ki, niyə belə geyinirsiniz?" - Niyaməddin Musayev
Bu gün, 13:11 |
|
|
|
• Akopyan həmin oteldə 3 min manata qalıb? – Paşinyan VİDEO yaydı
Bu gün, 13:00 |
|
|
|
• Qroznıda AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın “hərbiyə aid hissəsi” gizliləşdirilib - "ВЧК-ОГПУ"
Bu gün, 12:49 |
|
|
|
• İrəvan ordusunu "süni intellekt"li etmək istəyir - TƏBİİ AĞILLA NƏ QƏLƏT ETDİLƏR Kİ...
Bu gün, 12:47 |
|
|
|
• Azər Baxşəliyevin həyat yoldaşı: - "Oyanmadın"
Bu gün, 12:44 |
|
|
|
• Öcalan PKK-ya nə zaman tərk-silah çağırışı edəcək?
Bu gün, 12:42 |
|
|
|
• AZAL-ın təyyarəsinə görə idarə rəisi dindirildi: - Qroznı aeroportundakı çatışmazlıq ÜZƏ ÇIXDI
Bu gün, 12:30 |
|
|
|
• Putin nüvə silahını işə salmağa hazır imiş: Rusiyanı Çin dayandırıb! - İLGİNC İDDİA
Bu gün, 12:28 |
|
|
|
• Putin yenidən "Qarabağ klanı"na "stavka" edir? - GƏLİŞMƏ
Bu gün, 12:21 |
|
|
|
• "Rusiya Azərbaycan Prezidentinin səsləndirdiyi şərtləri yerinə yetirəcək” - Sergey Markov
Bu gün, 12:20 |
|
|
|
• Bayden korrupsiyada günahlandırılır
Bu gün, 12:00 |
|
|
|
• Ukrayna Rusiyaya döyüş PUA-ları ilə hücum edib
Bu gün, 12:00 |
|
|
|
• Nazarbayevin həmin sammitdə iştirakı ölkəni qarışdırdı - Tokayev şok detalları açıqladı
Bu gün, 11:42 |
|
|
|
• Gürcüstan Milli Bankı ABŞ dolları ilə bağlı yeni qərar qəbul edib
Bu gün, 11:34 |
|
|
|
• Bakı həbsxanasında MƏHKUM ÖLDÜ
Bu gün, 11:31 |
|
|
|
• “Söz versələr də etmədilər, küsdü..” - Rafael Dadaşov kimdən incik getdi?
Bu gün, 11:17 |
|
|
|
• İran Suriyadakı silahlarını Ermənistana GÖNDƏRİR - NƏ BAŞ VERİR?
Bu gün, 11:14 |
|
|
|
• İYİ Partiya DEM heyətini qəbul etmədi
Bu gün, 11:13 |
|
|
|
• AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb - DETALLAR
Bu gün, 11:11 |
|
|
|
• Dnestryanı “donur”: Kremlin əmri ilə yardımdan imtina etdi - "Politiko”
Bu gün, 11:07 |
|
|
|
• Yeni il süfrəsini qurmaq neçəyə başa gəldi? - ARAŞDIRMA
Bu gün, 11:06 |
|
|
|
• Qazax RİH-də NƏ BAŞ VERİR? - Birinci müavin başçıya qarşı...
Bu gün, 10:47 |
|
|
|
• Həkimin cərrahi əməliyyat zamanı canlı yayım açması QANUNİDİRMİ?
Bu gün, 10:38 |
|
|
|
• “Made in China 2025” işə düşüb - NƏ BAŞ VERİR?
Bu gün, 10:36 |
|
|
|
• Kirayəpulunu ödəyə bilməyən Qarabağ əlili ilə məmur arasında qalmaqal - TƏFƏRRÜAT
Bu gün, 10:33 |
|
|
|
• Əl-Culani ABŞ-dan qoşunlarını Suriya ərazisindən çıxarması üçün İsrailə təzyiq göstərməyi tələb etdi...
Bu gün, 10:29 |
|
|
|
• Blinken Koreya, Yaponiya və Fransaya səfər edəcək
Bu gün, 10:26 |
|
|
|
• Müəllimlər üçün ictimai nəqliyyat pulsuz olacaq? - AKTUAL
Bu gün, 10:15 |
|
|
|
• Braziliyalı mütəxəssislər AZAL-ın təyyarəsinin qara qutularının təhlilinə başlayıblar - Braziliya mediası
Bu gün, 10:10 |
|
|
|
• Haftonidəki YAŞIL TERROR: Niyə səsini çıxaran yoxdur? - ETİRAZ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Erməni ordusunda “süni intellekt tağımı” yaradılır - KİV
Bu gün, 09:59 |
|
|
|
• "Qoy yeni ildə də bizi güldürsün!" - REPLİKA
Bu gün, 09:52 |
|
|
|
• Sankt-Peterburq aeroportunun fəaliyyəti müvəqqəti dayandırılıb
Bu gün, 09:47 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb
Bu gün, 09:40 |
|
|
|
• 2025-ə rektorsuz girən universitetlər: Yeni təyinatlar GÖZLƏNİLİR - SİYAHI
Bu gün, 09:25 |
|
|
|
• Abşeronda satmadığı YER QALMAYIB... - İTTİHAM VAR...
Bu gün, 09:21 |
|
|
|
• "Qadına sahib çıxmaq kişinin borcudur"
Bu gün, 09:18 |
|
|
|
• Petrosyanın şok çıxışı: Azərbaycanlıları qovduq ki... - VİDEO
Bu gün, 09:14 |
|
|
|
• 14 saylı poliklinikada tibbi arayış zülmü - NARAZILIQ VAR...
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşın təcili tibbi yardım DƏRDİ... - AXI NİYƏ?..
Bu gün, 09:01 |
|
|
|
• Əmək pensiyasından tutulmalar nə qədər qanuni və əsaslıdır... - Ekspert danışır...
Bu gün, 08:51 |
|
|
|
• Tanınmış yazar AZƏRİQAZ-a OD PÜSKÜRDÜ - "Zavod-zad işlədirik?.."
Bu gün, 08:47 |
|
|
|
• "Poeziyaya, şeirə qarşı bu aqressiv, ironiyalı, aşağılayıcı münasibət hardan qaynaqlanır?.." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:37 |
|
|
|
• Keçmiş deputatdan rektora ATMACA... - "Şəkildən də görəcəksiniz ki..."
Bu gün, 08:34 |
|
|
|
• Ukrayna ilə Rusiya arasındakı müharibə bu il bitə bilər - KİV
Bu gün, 07:24 |
|
|
|
• Bakıda 120 milyonluq qalmaqallı hərracın arxasında kimlər dayanır? - ŞOK İSİMLƏR
Bu gün, 07:18 |
|
|
|
• “Bu halda Fransa təyyarələri vurula bilər” - Türk dövlətindən Parisə xəbərdarlıq
Bu gün, 07:12 |
|
|
|
• Vaşinqton İsrailə 8 milyard dollar dəyərində silah və sursat sata bilər - “Axios”
Bu gün, 06:56 |
|
|
|
• "Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı" - deputat
Bu gün, 06:34 |
|
|
|
• Öcalanla görüşlərin pərdə arxası: Terror bitir? - ŞƏRH
Bu gün, 06:27 |
|
|
|
|