Təzə 3 qəpiyi buraxmaq... MADDİ MARAQ baxımından da SƏRF ETMİR .....                     Bakı-İrəvan danışıqları: Hakan Fidan niyə “üçüncü” dedi? .....                     İran Azərbaycanı təbrik etdi: .....                     Əhali banklara inanmır: Maliyyə sektorunda problemlər .....                     “Azərsu”ya xlor satan “Old Line Trading Company” şirkəti cərimələndi .....                     Elza Seyidcahan “villasından, üzüm plantasiyasından, Qubadakı restoranından” .....                     Xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cəzası 5 il azaldılıb .....                     AYNA Sumqayıt sahibkarlarını vergidən belə yayındırır .....                     “43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim” .....                     ATİB-in İdarə Heyətinə yeni üzvlər seçilib .....                     Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib .....                     “Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət! .....                     “Təhsildə maliyyə çatışmazlığı həm də ayrılan resursların səmərəsiz xərclənməsi ilə bağlıdır...” .....                     Putin yenə darıxmağa başlayarsa... .....                     Kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarların həbslərinin arxasında nələr dayanır? .....                     KTN-in rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinin .....                     Tanınmış hüquq müdafiəçisi ŞOK SƏNƏD YAYDI... .....                     Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı? .....                     Prokuror “Kanal 11”in direktoruna cəza istəyib .....                     “Keşlə bazarı”nda söküntü işləri təxirə salınır .....                     "Bununla bağlı mənə məlumat verməlidirlər" .....                     "Qızışdıranlar olmasa, əslində, camaat üçün xoşdur" .....                     Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb .....                     Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq .....                     Ağsu RMX-nin dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri özlərini qismən təqsirli biliblər .....                     "Özünə hörmət edən adam “feyk” profil işlətməz" .....                     Rusiya Zaporojye və Xersona 4000 nəfərin iştirakı ilə hücuma hazırlaşır .....                     Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu .....                     Prezident İlham Əliyev bir qrup idmançı və idman mütəxəssisini təltif edib .....                     "Zəlzələ olanda birinci biz hiss edirik..." .....                     Gömrük Komitəsinin tenderi LƏĞV OLUNDU .....                     Orbanla Fitsonun PUTİN SEVGİSİ .....                     Əli İnsanov İlham Əliyevi təbrik etdi .....                     Almaniyada cinayət törədən şəxsin ekstradisiya işinə baxılır .....                     Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisinə .....                     "Sual verildi ki, siz niyə filan obyektin vergisini ödəmirsiniz?" .....                     Azərbaycan və Maldiv arasında diplomatik, xidməti və rəsmi pasport sahibləri qarşılıqlı viza tələbindən azad ediləcək .....                     "Qadın ayrılıb deyə “onunla evlənmək olmaz” düzgün düşüncə tərzi deyil" .....                     “5A Construction” şirkəti ölkədən pul çıxarıb? .....                     Culfa və Babək şəhərinin baş planının hazırlanması .....                 

"“Zirvə liseyi” övladımın sənədlərini girov saxlayıb" - Valideyndən nazirə Açıq məktub
Tarix: 14-09-2020, 10:27 | Çap et
"“Zirvə liseyi” övladımın sənədlərini girov saxlayıb"
7 yaşlı şagirdin vaildeyni “Zirvə liseyi”nin vəzifəli şəxslərinin etdiyi qanunsuzluqlara görə, Təhsil naziri Emin Əmrullayevə açıq müraciət edib.

Unikal.org-a müraciət edən Ayaz Mirzəzadə adıçəkilən liseyin 2 F sinif şagirdi olan övladı Malik Mirzəzadənin sənədlərini girov saxladığını bildirir:

“Cənab nazir! Azərbaycan Respublikasının Təhsil naziri təyin olunmağınız ölkə ictimaiyyətində təhsilin gələcəyinə və inkişafına böyük ümidlər yaratdı. Əminəm ki, mənim kimi bir çox insan, bu məsuliyyətli işdə yorulmadan çalışacaq və Azərbaycan təhsilinin və gəncliyinin parlaq gələcəyi uğrunda cənab Prezidentin sizə olan etimadını və Azərbaycan xalqının təhsillə bağlı gözləntilərini doğruldacağınıza ümid edir.

Bildirirəm ki, hər bir qayğıkeş valideyn övladının uğurlu gələcəyini düşünür və onun keyfiyyətli təhsil almasını istəyir. Ötən 2019-2020-ci tədris ilində COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində ölkədə həyata keçirilən tədbirlər nəticəsində ölkə ərazisində 03.03.2020-ci il tarixindən yerində təlim-tədris dayandırıldı və onlayn formada təhsilin davam etdirilməsi barədə qərar qəbul edildi. Hərkəsə bəllidir ki, müxtəlif subyektiv və obyektiv səbəblərdən (şagirdlərin yaş səviyyəsi, şagirdələrin və müəllimlərin texniki imkanları və s.) onlayn (online) tədris yerində tədrisin effektini vermədi. İbtidai siniflərdə təhsil alan şagirdlərlə bağlı isə, onlayn tədris ümumiyyətlə effektsiz oldu. Birincisi ibtidai sinifdə təhsil alan azyaşlını saatlarla kompüter qarşısında oturaraq dərsləri dinləməyə razı salmaq elə də asan deyil, ikincisi bu azyaşlının ümumiyyətlə səhhətinə və psixologiyasına ciddi təsir göstərməyə bilməz. Elə bu səbəbdəndir ki, dövlət tərəfindən 15 sentyabrdan yalnız ibtidai sinif şagirdlərinin yerində tədrisinə qərar verildi. Bəli başadüşüləndir ki, hazırda ölkədə aparılan bu kimi tədbirlər əhalinin sağlamlığının təminatına hesablanıb.

Amma əsas məsələ bu deyil. Bugün ölkədə kifayət qədər özəl ümumi təhsil verən məktəblər (liseylər) var və bunlar şagirdin qanuni nümayəndəsi ilə (valideyni və s.) xidmət müqaviləsi bağlayaraq təlim-tədris xidmətləri satırlar. Dövlət tərəfindən yerində təlim-tədris dayandırıldıqdan sonra şərait əhəmiyyətli dərəcədə dəyişdi və heçbir özəl məktəb şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə görə bağladığı müqavilələrə dəyişiklik etmədi, halbu ki, təhsil haqqına bir çox hallarda şagirdin məktəbdə qidalanması, bir çox hallarda məktəb-ev arasında hərəkəti üçün nəqliyyatla təmin olunması, müəyyən dərnəklərə qoşulması və s. xərclər də daxildir. Qeyd olunanlara baxmayaraq, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi təhsil xidməti satan özəl məktəblər tərəfindən nəzərə alınmadı (baxın Mülki Məcəllə 422-ci maddə) və valideynlərdən normal şərtlərdə bağlanmış müqavilə üzrə xidmət verilmədiyi halda həmin müqavilə üzrə nəzərdə tutulmuş xidmət haqqı tələb edildi. Təhsil Nazirliyinin təhsil sahəsində tənzimləyici funksiyasını bu məsələdə işə salmaması özəl məktəblərin bu qanunsuz tələbini sanki daha da haqlı göstərməyə qulluq etdi.

Ən faciəli hissəsi isə odur ki, “sy.edu.az” portalının açılması ilə, bir çox valideyn öz övladlarının icbari ümumi təhsil almaq yerini (məktəbini) dəyişdirmək istədiyi zaman həmin özəl məktəblər müqavilə şərtlərinə əməl etmədiyi halda (buna epidemik vəziyyəti səbəb göstərərək) qarşı tərəfdən (valideynlərdən) tam ödəniş tələb etməyə başladı və ödənişin qalan hissəsini haqlı olaraq ödəməkdən imtina edən (müqavilə şərtlərinə əməl etməyən və ya edə bilməyən tərəfin qarşı tərəfdən öz öhdəliyini icra etməsini tələb etmək tamamilə əsassız və qanunsuzdur) valideynlərin övladlarının sənədlərini girov saxlayaraq, vətəndaşların (şagirdlərin) Azərbaycan Respublikasının Konstutisiyası və digər qanunvericilik aktları ilə qorunan icbari ümumi təhsil almaq hüququnu pozmağa başladılar.
Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinin 1-ci və 3-cü bəndlərinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ vardır və təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən, dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən, hər bir uşağın Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə uyğun olaraq təhsil almaq hüququ vardır.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 181-ci maddəsinə əsasən, təhsil haqqında qanunvericiliyin pozulmasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
Belə ki, müqavilələrdən irəli gələn istənilən mübahisə mülki qanunvericiliyin tələbinə əsasən məhkəmələrdə həll edilir. İstənilən münasibət uşağın icbari ümumi təhsil almasına mane olmamalıdır.

Bir çox valideynin başına gətirilən bu qanunsuz hərəkətlər “Zirvə liseyi” tərəfindən mənə (övladıma) qarşı da edilir. Dərslərin başlamasına 2 gün qalmasına baxmayaraq, sənədlər lisey tərəfindən girov saxlanılır və uşağın başqa məktəbə köçürülməsi prosesinin tamamlanmasına maneə törədilir.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısının 6-cı bəndinə əsasən, rayon (şəhər) məhkəmələrinin baxdığı Məcəllənin (İXM) 181.0.1 və 182-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Təhsil Nazirliyi adından – Təhsil naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri, onun müavini, regional təhsil idarələrinin rəhbərləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikasının təhsil naziri, onun müavinləri tərəfindən tərtib edilir.

Hazırda ölkədə bu qanunsuz hərəkətlərdən (ödəniş əsas göstərilməklə şagirdin sənədlərinin verilməməsi – girov saxlanılması və onun icbari ümumi təhsil almasına maneə törədilməsi) əziyyət çəkən yüzlərlə valideynin, onların övladlarının haqq səsini bu Açıq məktub vasitəsilə Sizə çatdırıram. Ümid edir və inanıram ki, Təhsil naziri olaraq, valideynlərin haqq səsinə səs verəcək və baş alıb gedən bu qanunsuz hərəkətlərin qarşısının dərhal alınması istiqamətində təxirəsalınmaz tədbirlər görəcəksiniz.”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təzə 3 qəpiyi buraxmaq... MADDİ MARAQ baxımından da SƏRF ETMİR - ÇÜNKİ...
Bu gün, 15:39
Bakı-İrəvan danışıqları: Hakan Fidan niyə “üçüncü” dedi? - İNCƏLƏMƏ
Bu gün, 15:37
İran Azərbaycanı təbrik etdi: - Dəstəklədik!
Bu gün, 15:36
Əhali banklara inanmır: Maliyyə sektorunda problemlər - NƏ ETMƏLİ?
Bu gün, 15:32
“Azərsu”ya xlor satan “Old Line Trading Company” şirkəti cərimələndi
Bu gün, 15:30
Elza Seyidcahan “villasından, üzüm plantasiyasından, Qubadakı restoranından” DANIŞDI
Bu gün, 15:21
Xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cəzası 5 il azaldılıb
Bu gün, 15:18
AYNA Sumqayıt sahibkarlarını vergidən belə yayındırır - Kart sistemi niyə ləğv edildi?
Bu gün, 15:16
“43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim” - Diplomu saxta çıxan Abdıyeva
Bu gün, 15:10
ATİB-in İdarə Heyətinə yeni üzvlər seçilib
Bu gün, 15:09
Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib - FOTO
Bu gün, 15:04
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət! - DİQQƏT
Bu gün, 15:01
“Təhsildə maliyyə çatışmazlığı həm də ayrılan resursların səmərəsiz xərclənməsi ilə bağlıdır...” - ŞƏRH
Bu gün, 14:00
Putin yenə darıxmağa başlayarsa... - Yüzminlərin qanı ilə suvarılan əyləncə meydanı
Bu gün, 13:58
Kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarların həbslərinin arxasında nələr dayanır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 13:12
KTN-in rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinin vəsatəti təmin edilməyib
Bu gün, 13:10
Tanınmış hüquq müdafiəçisi ŞOK SƏNƏD YAYDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 13:08
Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı? - FAKT BUDUR!
Bu gün, 13:02
Prokuror “Kanal 11”in direktoruna cəza istəyib
Bu gün, 13:01
“Keşlə bazarı”nda söküntü işləri təxirə salınır - BU TARİXƏDƏK...
Bu gün, 12:55
"Bununla bağlı mənə məlumat verməlidirlər" - GİLEY
Bu gün, 12:52
"Qızışdıranlar olmasa, əslində, camaat üçün xoşdur" - Razi Nurullayev
Bu gün, 12:50
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb - DİQQƏT!
Bu gün, 12:47
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Ağsu RMX-nin dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri özlərini qismən təqsirli biliblər
Bu gün, 12:45
"Özünə hörmət edən adam “feyk” profil işlətməz" - ETİRAZ
Bu gün, 12:42
Rusiya Zaporojye və Xersona 4000 nəfərin iştirakı ilə hücuma hazırlaşır - KİV
Bu gün, 12:40
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - Polisin internet əməliyyatı
Bu gün, 12:37
Prezident İlham Əliyev bir qrup idmançı və idman mütəxəssisini təltif edib - SİYAHI
Bu gün, 12:36
"Zəlzələ olanda birinci biz hiss edirik..." - NARAZILIQ VAR...
Bu gün, 12:35
Gömrük Komitəsinin tenderi LƏĞV OLUNDU - SƏBƏB
Bu gün, 12:25
Orbanla Fitsonun PUTİN SEVGİSİ - Görünəni odur ki...
Bu gün, 12:20
Əli İnsanov İlham Əliyevi təbrik etdi
Bu gün, 12:18
Almaniyada cinayət törədən şəxsin ekstradisiya işinə baxılır - DETALLAR
Bu gün, 12:15
Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 20 milyon manat ayrıldı
Bu gün, 12:12
"Sual verildi ki, siz niyə filan obyektin vergisini ödəmirsiniz?" - Xoşqədəm həmyerlisini İFŞA ETDİ
Bu gün, 12:08
Azərbaycan və Maldiv arasında diplomatik, xidməti və rəsmi pasport sahibləri qarşılıqlı viza tələbindən azad ediləcək
Bu gün, 12:04
"Qadın ayrılıb deyə “onunla evlənmək olmaz” düzgün düşüncə tərzi deyil" - VİDEO
Bu gün, 11:51
“5A Construction” şirkəti ölkədən pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:44
Culfa və Babək şəhərinin baş planının hazırlanması 351 min manata başa gələcək
Bu gün, 11:40
Tramp-Putin görüşünə hazırlıqlar başlayır
Bu gün, 11:38
"Bakıda hesab edirlər ki, bu, onlara dəhlizi nəzarətə götürmək hüququ verir" - Vardan Oskanyan
Bu gün, 11:33
“Yararlı hərbi qulluqçular yararsız kimi qeyd olunur” - RƏSMİ İTTİHAM
Bu gün, 11:31
Jurnalistə vəzifə verildi - ƏMR
Bu gün, 11:24
Neftçilərdən SOS: Heç birimizin ərzağı qalmayıb!!! - NƏ BAŞ VERİR?
Bu gün, 11:18
Şərurda valideynlər məktəbdən İMTİNA EDİR? - "Siniflərdə oturmaq mümkün deyil..."
Bu gün, 11:08
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti jilet, papaq, dəbilqə, eynək alacaq - 343 min xərcləyəcək
Bu gün, 11:03
Paşinyan gecikmiş etirafından peşmandır - KİV
Bu gün, 10:59
Elvin Məmmədova yeni vəzifə verildi - ƏMR
Bu gün, 10:58
Qardaşına görə arvadının başını kəsdi – Xırdalanda dəhşət
Bu gün, 10:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru