"17 yaşımda ağılsızlıqdan narkotik aludəçisi oldum" .....                     Əsədi devirən “türk” MOSSAD agentidir? .....                     Ərinin öldürdüyü plastik cərrahla bağlı .....                     Paşinyan gerçəkliyi xalqa açıqlasa və Azərbaycanla masa arxasına otursaydı... .....                     Taleh Qaraşovla Rövşən Rüstəmov üz-üzə… .....                     Cənubi Qafqazda yeni savaş təhlükəsi .....                     Təzə 3 qəpiyi buraxmaq... MADDİ MARAQ baxımından da SƏRF ETMİR .....                     Bakı-İrəvan danışıqları: Hakan Fidan niyə “üçüncü” dedi? .....                     İran Azərbaycanı təbrik etdi: .....                     Əhali banklara inanmır: Maliyyə sektorunda problemlər .....                     “Azərsu”ya xlor satan “Old Line Trading Company” şirkəti cərimələndi .....                     Elza Seyidcahan “villasından, üzüm plantasiyasından, Qubadakı restoranından” .....                     Xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cəzası 5 il azaldılıb .....                     AYNA Sumqayıt sahibkarlarını vergidən belə yayındırır .....                     “43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim” .....                     ATİB-in İdarə Heyətinə yeni üzvlər seçilib .....                     Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib .....                     “Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət! .....                     “Təhsildə maliyyə çatışmazlığı həm də ayrılan resursların səmərəsiz xərclənməsi ilə bağlıdır...” .....                     Putin yenə darıxmağa başlayarsa... .....                     Kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarların həbslərinin arxasında nələr dayanır? .....                     KTN-in rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinin .....                     Tanınmış hüquq müdafiəçisi ŞOK SƏNƏD YAYDI... .....                     Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı? .....                     Prokuror “Kanal 11”in direktoruna cəza istəyib .....                     “Keşlə bazarı”nda söküntü işləri təxirə salınır .....                     "Bununla bağlı mənə məlumat verməlidirlər" .....                     "Qızışdıranlar olmasa, əslində, camaat üçün xoşdur" .....                     Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb .....                     Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq .....                     Ağsu RMX-nin dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri özlərini qismən təqsirli biliblər .....                     "Özünə hörmət edən adam “feyk” profil işlətməz" .....                     Rusiya Zaporojye və Xersona 4000 nəfərin iştirakı ilə hücuma hazırlaşır .....                     Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu .....                     Prezident İlham Əliyev bir qrup idmançı və idman mütəxəssisini təltif edib .....                     "Zəlzələ olanda birinci biz hiss edirik..." .....                     Gömrük Komitəsinin tenderi LƏĞV OLUNDU .....                     Orbanla Fitsonun PUTİN SEVGİSİ .....                     Əli İnsanov İlham Əliyevi təbrik etdi .....                     Almaniyada cinayət törədən şəxsin ekstradisiya işinə baxılır .....                 

"Səfirlərin bundan da artıq cinayətləri barədə eşitmişəm" - Diplomatik cəbhədə “təmizləmə”
Tarix: 23-07-2020, 11:09 | Çap et
"Səfirlərin bundan da artıq cinayətləri barədə eşitmişəm"
Elmar Məmmədyarovun istefaya göndərilməsindən sonra Xarici İşlər Nazirliyi sistemində ciddi kadr dəyişikliyinin olacağı gözlənilir. Xüsusilə də Azərbaycanın xarici ölkələrdəki səfirliklərində fəaliyyət göstərən bir sıra diplomatların geri çağırılacağı və vəzifəsindən azad ediləcəyinə dair məlumatlar var.

Bu da səfirlik və konsulluq əməkdaşlarının seçilməsində ciddi nöqsanlara yol verilməsi ilə bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyev də yeni xarici işlər naziri Ceyhun Bayramovu “online” formatda qəbul edərkən verdiyi mühüm tapşırıqlardan biri bu sahədə kobud səhvləri aradan qaldırmaq olub.

Dövlət başçısı bildirib ki, kadrların seçilməsində və təyinatında dostluq, şəxsi sədaqət prinsipinə yer verilib.

Hətta Prezident İ.Əliyev bəzi diplomatların xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən ələ alındığını və vətənə xəyant etdiyini qeyd edib: “Mən bir daha demək istəyirəm ki, biz bütün ölkələrlə normal dostluq və tərəfdaşlıq münasibətlərinin formalaşmasında əməli addımlar atırıq. Amma bu, o demək deyil ki, öz ölkənin, öz xalqının maraqları kənarda qalsın. Bizim xaricdəki bəzi diplomatlarımız fəaliyyət göstərdikləri ölkələrin elçilərinə çevrilirlər. Buna son qoyulmalıdır. Bu da yanlış kadr siyasətinin təzahürüdür. Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər və bunu gizlətmirlər. Yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədirlər. Bizdə kifayət qədər məlumatlar var. Bu gün Azərbaycana qarşı çirkin kampaniya aparan, özünü azərbaycanlı kimi təqdim edən, əslində, ermənilərdən də pis olan ünsürlərin mütləq əksəriyyəti yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədir. Onlardan pul və təlimatlar alırlar. Bizdə bu məsələ ilə bağlı kifayət qədər məlumatlar var. Bizim xüsusi xidmət orqanlarımız tərəfdaş ölkələrin xüsusi xidmət orqanlarına dəfələrlə bu haqda məlumatlar vermişlər. Demişlər ki, biz bilirik, filan adamı siz istiqamətləndirirsiz, filan adama siz ev vermisiniz, filan adamın çirkin çıxışları sizin idarənizdə yazılır. Biz bütün bunları bilirik. Bir daha demək istəyirəm ki, bu, o ölkələrin riyakarlığını göstərir”.

Qeyd edək ki, XİN sistemindəki kadrların yararsızlığı barədə tez-tez mediada və sosial şəbəkələrdə də məlumatlar yer alırdı.

Diplomatik fəaliyyətdən və beynəlxalq siyasətdən demək olar ki, biliyi olmayan şəxslərin rüşvət müqabilində bir çox hallarda səfir, konsul vəzifələrinə təqdim olunması XİN sistemini xeyli zəiflədib. Lakin qanun pozuntuları bununla yekunlaşmayıb. İdmançılar, tamamilə kənar sahələrədə fəaliyyət göstərən adamlar şübhəli səbəblərdən diplomatik korpuslarda vəzifə tutub.

Bundan başqa, səfirlərin xarici ölkələrdə bizneslə məşğul olması barədə kifayət qədər iddialar var. Yəni, biri özünü biznesmen, digəri müğənni kimi aparır. Bütün bunlar isə Azərbaycanın beynəlxalq nüfuzuna zərbə virmaqla uyanaşı, Ermənistanla diplomatik savaşda mövqeyini zəiflədir.

Dağlıq Qarabağ probleminin həllində üzərinə mühüm məsuliyyət düşən ən vacib qurumlardan biri XİN-dir. Lakin bu sistemdə peşəkar kadrların azlığı, korporativ maraqlardan çıxış etməsi, üstəlik, Azərbaycan Prezidentinin dediyi kimi xəyanəti yalnız düşmənin xeyrinə işləyir.

Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, səfirliklərin konsulluqların fəaliyyətində kifayət qədər nöqsanlar var. Lakin bunun hamısını açıqlamaq düzgün deyil: “Cənab Prezident bu problemləri ümumi şəkildə açıqladı. Bu sahədə işləyən insan kimi həmin nöqsanlar mənə də məlumdur. Əslində, xarici siyasətin icrası həm Mərkəzi Aparata, həm də xarici nümayəndəliklərə aiddir. Təəssüflər olsun ki, koordinasiya işləri çox aşağı səviyyədədir. Təlimatlar çox nadir hallarda olur. İş demək olar ki, aparılmır. Məqsədli şəkildə dövlətimizin xarici siyasət qurumunu iflas vəziyyətinə gətiriblər. Bu baxımdan problemlər çoxdur. Lakin hesab edirəm ki, incəlikləri demək olmaz. Təbii ki, yeni nazir tapşırıqları alandan sonra məsələni ciddi şəkildə təhlil edəcək və lazımi addımları atacaq. Belə başa düşürəm ki, Cənab Prezidentin bu məsələyə diqqəti olacaq. Çünki onların fəaliyyəti dövlət başçısının həmişə nəzarətində olmalıdır. Konkret hansısa addımları sadalamaq hazırda düzgün olmaz”.

Tofiq Zülfüqarov qeyd etdi ki, bütün dünya ölkələrində olduğu kimi səfirlərin təqdimatı təyin edilmək üçün nazir tərəfindən irəli sürülür.

“Özünə yaxın, peşə baxımından səviyyəsi uyğun olmayan şəxslər də səfir və konsul vəzifələrinə təqdim olunub. Yəqin ki, bundan sonra həmin məsələlər Cənab Prezidentin və yeni nazirin diqqət mərkəzində olacaq. Hesab edirəm ki, nazirliyin fəaliyyəti və səmərəliliyi çox aşağı səviyyədədir. Ona görə də müsbət dəyişikliklər olmalıdır. Mən səfirlərin xaricdə nəinki özünə biznes qurması, bundan da artıq cinayətləri barədə eşitmişəm. Cənab Prezident buna ümumi şəkildə işarə etdi. Biz görürük ki, dövlətə, vətənə sadiqlik məsələsində problemlər var. Bəzilərinin sabiq nazir başda olmaqla ən əsas problemimiz olan Ermənistan-Azərbaycan münaqişəsinmin həllinə olan münasibəti heç də Azərbaycanın xeyrinə olmayıb. Həm nazirin, həm də bəzi səfirlərin fəaliyyəti kənar qüvvələr tərəfindən idarə olunub. Bu barədə mümkün olan qədər deyilib. Amma həmin fakların geniş şəkikldə açıqlanması və ictimailəşdirilməsinin tərəfdarı deyiləm. Həmin şəxslərə qarşı hansısa inzibati tədbirlər görülməlidir. Ancaq o barədə çox açıqlama vermək Azərbaycanın imicinə ziyan gətirə bilər”.

Qeyd edək ki, xarici işlər nazirinin dəyişməsindən sonra Azərbaycanın Ermənistanla danışıqlardakı mövqeyində diplomatik uğurun baş verib-verməyəcəyi müzakirə predmetinə çevrilib. Tofiq Zülfüqarov hesab edir ki, müharibənin yalnız xarici işlər nazirlikləri arasında getdiyini düşünmək düzgün deyil. Müharibə iki dövlət arasında gedir. Bu prosesdə diplomatiya mühüm yer tutur.

“Mən Azərbaycanın qələbə qazanacağına inanıram. Lakin bu qələbəni təmin etmək üçün iştirakçılar yalnız Xarici İşlər Nazirliyi ola bilməz. Hər bir qurumun öz rolu var. Bu iki xalqın iki ölkənin arasında gedən müharibədir”.
Cebhe.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"17 yaşımda ağılsızlıqdan narkotik aludəçisi oldum"
Bu gün, 16:19
Əsədi devirən “türk” MOSSAD agentidir? – 4 dövlətlə bağlı plan pozuldu
Bu gün, 16:14
Ərinin öldürdüyü plastik cərrahla bağlı YENİ XƏBƏR
Bu gün, 16:08
Paşinyan gerçəkliyi xalqa açıqlasa və Azərbaycanla masa arxasına otursaydı... - ŞƏRH
Bu gün, 16:00
Taleh Qaraşovla Rövşən Rüstəmov üz-üzə… - Məhkəməyə gələn 3-cü şəxs kimdir?
Bu gün, 15:57
Cənubi Qafqazda yeni savaş təhlükəsi - Ermənistan odla oynayır
Bu gün, 15:55
Təzə 3 qəpiyi buraxmaq... MADDİ MARAQ baxımından da SƏRF ETMİR - ÇÜNKİ...
Bu gün, 15:39
Bakı-İrəvan danışıqları: Hakan Fidan niyə “üçüncü” dedi? - İNCƏLƏMƏ
Bu gün, 15:37
İran Azərbaycanı təbrik etdi: - Dəstəklədik!
Bu gün, 15:36
Əhali banklara inanmır: Maliyyə sektorunda problemlər - NƏ ETMƏLİ?
Bu gün, 15:32
“Azərsu”ya xlor satan “Old Line Trading Company” şirkəti cərimələndi
Bu gün, 15:30
Elza Seyidcahan “villasından, üzüm plantasiyasından, Qubadakı restoranından” DANIŞDI
Bu gün, 15:21
Xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cəzası 5 il azaldılıb
Bu gün, 15:18
AYNA Sumqayıt sahibkarlarını vergidən belə yayındırır - Kart sistemi niyə ləğv edildi?
Bu gün, 15:16
“43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim” - Diplomu saxta çıxan Abdıyeva
Bu gün, 15:10
ATİB-in İdarə Heyətinə yeni üzvlər seçilib
Bu gün, 15:09
Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib - FOTO
Bu gün, 15:04
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət! - DİQQƏT
Bu gün, 15:01
“Təhsildə maliyyə çatışmazlığı həm də ayrılan resursların səmərəsiz xərclənməsi ilə bağlıdır...” - ŞƏRH
Bu gün, 14:00
Putin yenə darıxmağa başlayarsa... - Yüzminlərin qanı ilə suvarılan əyləncə meydanı
Bu gün, 13:58
Kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarların həbslərinin arxasında nələr dayanır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 13:12
KTN-in rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinin vəsatəti təmin edilməyib
Bu gün, 13:10
Tanınmış hüquq müdafiəçisi ŞOK SƏNƏD YAYDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 13:08
Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı? - FAKT BUDUR!
Bu gün, 13:02
Prokuror “Kanal 11”in direktoruna cəza istəyib
Bu gün, 13:01
“Keşlə bazarı”nda söküntü işləri təxirə salınır - BU TARİXƏDƏK...
Bu gün, 12:55
"Bununla bağlı mənə məlumat verməlidirlər" - GİLEY
Bu gün, 12:52
"Qızışdıranlar olmasa, əslində, camaat üçün xoşdur" - Razi Nurullayev
Bu gün, 12:50
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb - DİQQƏT!
Bu gün, 12:47
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Ağsu RMX-nin dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri özlərini qismən təqsirli biliblər
Bu gün, 12:45
"Özünə hörmət edən adam “feyk” profil işlətməz" - ETİRAZ
Bu gün, 12:42
Rusiya Zaporojye və Xersona 4000 nəfərin iştirakı ilə hücuma hazırlaşır - KİV
Bu gün, 12:40
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - Polisin internet əməliyyatı
Bu gün, 12:37
Prezident İlham Əliyev bir qrup idmançı və idman mütəxəssisini təltif edib - SİYAHI
Bu gün, 12:36
"Zəlzələ olanda birinci biz hiss edirik..." - NARAZILIQ VAR...
Bu gün, 12:35
Gömrük Komitəsinin tenderi LƏĞV OLUNDU - SƏBƏB
Bu gün, 12:25
Orbanla Fitsonun PUTİN SEVGİSİ - Görünəni odur ki...
Bu gün, 12:20
Əli İnsanov İlham Əliyevi təbrik etdi
Bu gün, 12:18
Almaniyada cinayət törədən şəxsin ekstradisiya işinə baxılır - DETALLAR
Bu gün, 12:15
Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 20 milyon manat ayrıldı
Bu gün, 12:12
"Sual verildi ki, siz niyə filan obyektin vergisini ödəmirsiniz?" - Xoşqədəm həmyerlisini İFŞA ETDİ
Bu gün, 12:08
Azərbaycan və Maldiv arasında diplomatik, xidməti və rəsmi pasport sahibləri qarşılıqlı viza tələbindən azad ediləcək
Bu gün, 12:04
"Qadın ayrılıb deyə “onunla evlənmək olmaz” düzgün düşüncə tərzi deyil" - VİDEO
Bu gün, 11:51
“5A Construction” şirkəti ölkədən pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:44
Culfa və Babək şəhərinin baş planının hazırlanması 351 min manata başa gələcək
Bu gün, 11:40
Tramp-Putin görüşünə hazırlıqlar başlayır
Bu gün, 11:38
"Bakıda hesab edirlər ki, bu, onlara dəhlizi nəzarətə götürmək hüququ verir" - Vardan Oskanyan
Bu gün, 11:33
“Yararlı hərbi qulluqçular yararsız kimi qeyd olunur” - RƏSMİ İTTİHAM
Bu gün, 11:31
Jurnalistə vəzifə verildi - ƏMR
Bu gün, 11:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru