Ərinin öldürdüyü plastik cərrahla bağlı .....                     Paşinyan gerçəkliyi xalqa açıqlasa və Azərbaycanla masa arxasına otursaydı... .....                     Taleh Qaraşovla Rövşən Rüstəmov üz-üzə… .....                     Cənubi Qafqazda yeni savaş təhlükəsi .....                     Təzə 3 qəpiyi buraxmaq... MADDİ MARAQ baxımından da SƏRF ETMİR .....                     Bakı-İrəvan danışıqları: Hakan Fidan niyə “üçüncü” dedi? .....                     İran Azərbaycanı təbrik etdi: .....                     Əhali banklara inanmır: Maliyyə sektorunda problemlər .....                     “Azərsu”ya xlor satan “Old Line Trading Company” şirkəti cərimələndi .....                     Elza Seyidcahan “villasından, üzüm plantasiyasından, Qubadakı restoranından” .....                     Xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cəzası 5 il azaldılıb .....                     AYNA Sumqayıt sahibkarlarını vergidən belə yayındırır .....                     “43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim” .....                     ATİB-in İdarə Heyətinə yeni üzvlər seçilib .....                     Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib .....                     “Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət! .....                     “Təhsildə maliyyə çatışmazlığı həm də ayrılan resursların səmərəsiz xərclənməsi ilə bağlıdır...” .....                     Putin yenə darıxmağa başlayarsa... .....                     Kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarların həbslərinin arxasında nələr dayanır? .....                     KTN-in rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinin .....                     Tanınmış hüquq müdafiəçisi ŞOK SƏNƏD YAYDI... .....                     Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı? .....                     Prokuror “Kanal 11”in direktoruna cəza istəyib .....                     “Keşlə bazarı”nda söküntü işləri təxirə salınır .....                     "Bununla bağlı mənə məlumat verməlidirlər" .....                     "Qızışdıranlar olmasa, əslində, camaat üçün xoşdur" .....                     Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb .....                     Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq .....                     Ağsu RMX-nin dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri özlərini qismən təqsirli biliblər .....                     "Özünə hörmət edən adam “feyk” profil işlətməz" .....                     Rusiya Zaporojye və Xersona 4000 nəfərin iştirakı ilə hücuma hazırlaşır .....                     Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu .....                     Prezident İlham Əliyev bir qrup idmançı və idman mütəxəssisini təltif edib .....                     "Zəlzələ olanda birinci biz hiss edirik..." .....                     Gömrük Komitəsinin tenderi LƏĞV OLUNDU .....                     Orbanla Fitsonun PUTİN SEVGİSİ .....                     Əli İnsanov İlham Əliyevi təbrik etdi .....                     Almaniyada cinayət törədən şəxsin ekstradisiya işinə baxılır .....                     Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisinə .....                     "Sual verildi ki, siz niyə filan obyektin vergisini ödəmirsiniz?" .....                 

Azərbaycan “FETÖ”-sünün diplomatları - İLGİNC
Tarix: 22-07-2020, 10:35 | Çap et
Azərbaycan “FETÖ”-sünün diplomatları

İLK YAZI BURADA

Ramiz Mehdiyev-Əli Həsənov tandeminin rəhbərliyi altında formalaşmış ikibaşlı Azərbaycan FETÖ-sünə bağlı diplomatik çetenin məşhur üzvlərindən biri də hazırda Belarusda Fövqəladə və Səlahiyyətli Səfirimiz olan Lətif Qəndilovdur. Lətif Qəndilov da əksər səfirlər kimi tanınmış ailədən gəlir. Atası mərhum Seyfəddin Qəndilov Azərbaycanın məşhur ziyalılarındandır. Orta nəslin yaxından tanıdığı, tez-tez teleekranlardan dünya və ölkə siyasəti ilə bağlı şərhlərini dinlədiyi Seyfəddin Qəndilovun 1999-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına rektor təyin olunmasıyla oğlu Lətif müəllimin də çırağı yanmağa başlayıb.

İddialara görə, mərhum Seyfəddin müəllimin Ramiz Mehdiyevlə yaxın dostluq münasibətləri olub. Lətif Qəndilovun da “boz kardinal”ın himayəsi altına girməsində bu dostluq əlaqələri mühüm rol oynayıb.

Lətif Qəndilovu xarakterizə edən hakimiyyətdəki çevrələr onun xasiyyətcə atasından xeyli fərqləndiyi qənaətindədirlər. Seyfəddin Qəndilov ziyalı obrazı ilə tanınsa da, onun oğlunun fikri-zikri maddi mənfəət yanında imiş. Əlindən isə halal iş gəlmirmiş. Məhz bu bir-biriylə uzlaşmayan xüsusiyyətlərini nəzərə alan Ramiz Mehdiyev onu xarici ölkələrə səfir göndərməyə qərar verir.

Maraqlıdır ki, Lətif Qəndilovun diplomatik fəaliyyəti barədə apardığımız araşdırmalar onun 2004-cü ildə bu sahədə ilk addımlarını atmağa başladığını göstərir. Ondan əvvəl isə kim olduğu, harda işlədiyi barədə özünün rəsmi bioqrafiyasında belə heç bir məlumat yoxdur. 2004-cü ildə isə onun 47 yaşı vardı. Məhz 47 yaşında Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri ünvanına layiq görülən Lətif Qəndilov elə həmin il Qazaxıstana ölkəmizin ən titullu təmsilçisi vəzifəsinə göndərilir.

Sıfırdan ən yüksək pilləyə bu qeyri-adi sıçrayışa təəccübləndinizmi, deyilmi? Məncə, təəccüblənməyə dəyməz. Azərbaycan elə bir ölkədir ki, 47 yaşında mal həkimi birdən birə özəl universitetlərdən birinin hüquq fakültəsinə girib, hələ tələbə olduğu halda hansısa nazirin müavini təyin olunursa, Lətif Qəndilov niyə harasa səfir kimi göndərilməsin? Söhbət bir də fəvqəladə səfirlikdən gedirsə, müqayisə daha çox yerinə düşür. Çünki mal həkimindən nazir müavininə çevrilən məlum şəxsiyyətin də fövqəladə tərəfləri vardı.

Qısası, fövqəladə sıçrayışla Qazaxıstana səfir təyin olunan Lətif Qəndilov atası vəfat edənədək, yəni 2010-cu ilə qədər bu vəzifədə çalışır. 2010-cu ildə geri çağırılan fövqəladə səfir bir il işsiz qalır. Nə yazıq ki, bu işsizlik müddətinin nəylə bağlı olduğunu müəyyənləşdirə bilmədik. Azərbaycan diplomatik korpusunda nadir şəxslərdəndir ki, Lətif Qəndilovun bioqarifiyası gizli tutulur. Hazırda rəhbərlik etdiyi Azərbaycanın Belarusdakı səfirliyinin rəsmi səhifəsində belə, onun tərcümeyi-halı yazılmayıb. Görünür, üzə tutulası çox şeyi olmadığından cənab səfir öz bioqrafiyasını gizləməyə üstünlük verib.

İddialara inasaq, Lətif Qəndilovun 2010-cu ildə geri çağırılıb bir il ehtiyatda saxlanılması təsadüfi deyil. Bildirildiyinə görə, Qazaxıstandakı fəaliyyətində yol verdiyi ciddi nöqsanlar Lətif Qəndilovu ölkə başçısının gözündən salmış və onun özünü bərpası asan olmamışdı.

2011-ci ildə Ramiz Mehdiyev və Əli Həsənovun israrlı xahişlərini nəzərə alan Prezident İlham Əliyev onun Çinə səfir göndərilməsinə razılıq verir. 5 ildən sonra yenə dipomata yaraşmayan hərəkətlər onun geri qaytarılmasıyla nəticələnir. Yenə araya “5-ci kolon”un hakimiyyətdəki ağsaqqalları girir və o, öz himayədarlarının köməkliyi ilə Belarusa diplomatik görəvə göndərilir. İndiyədək həmin vəzifəni icra edən Lətif Qəndilovun yaxın günlərdə diplomatik fəaliyyətini nöqtələməsi gözlənilir. Bu dəfə isə deyəsən onun xahişini edən tapılmayacaq. Çünki himayədarlarının xahişini edən lazımdır və çətin ki, bu xahişlər işə yaraya.

Əslində bu il 63 yaşına qədəm qoyacaq Lətif müəllimin bundan sonra işə də çox ehtiyacı yoxdur. İndiyədək qazandığı neçə nəsillərə bəs edər. Bununla belə, hakimiyyətdəki qaynaqlar onu heç də yaxşı xarakterizə etmirlər. Kulislərdə onun barəsində deyilir: “Haraya təyin olunsa, Qəndilov orda ölkəmizi və xalqımızı rusvay edib. Nə diplomatik təfəkkürü var, nə də düz-əməlli təcrübəsi. Hamı danışır ki, Qəndilov Çində vaxtını yalnız viza alverinə sərf edirdi. Hər vizanın isə konkret qiyməti vardı – 500 ABŞ dolları. İldə 5-6 min viza satır, yığdığı pulları Ramiz Mehdiyev-Əli Həsənov-Elmar Məmmədyarov üçlüyü arasında paylaşırdı. Nəticədə Çin-Azərbaycan münasibətlərini biabırçı həddə çatdıran Qəndilovu hörmətlə Belarusa göndərirlər. İndi də orda ölkəmizi və xalqımızı biabır etməklə məşğuldur”.

Mehdiyev-Həsənov tandeminin diplomatik korpusda himayə etdiyi digər kadrlardan biri də Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevdir. 1976-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olunan Şahin Abdullayev ali məktəbi 1982-ci ildə bitirə bilir. Maraqlıdır ki, o, məzun olmamışdan əvvəl, hələ tələbəykən diplomatik fəaliyyətə başlayır. 1981-ci ildən 1984-cü ilə qədər SSRİ-nin Yəmən səfirliyində tərcüməçi kimi işə başlayan Şahin Abdullayevin rus kəşfiyyatına işlədiyi iddia olunur. Məntiqlə də bu iddia inandırıcıdır. Çünki rus kəşfiyyatına cəlb edilmədən heç kimi SSRİ-nin səfirliyinə heç xidmətçi də göndərməzdilər.

Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra Şahin Abdullayev yenidən diplomatik fəaliyyətə qayıdır. Bu zamana qədər isə onun Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda işlədiyi qeyd olunur. Ramiz Mehdiyevin dayaqlarının möhkəm olduğu akademiyada işlərkən, “boz kardinal”la münasibətlərini yaxşılaşdıran Şahin Abdullayevin diplomatik sahəyə qayıtmasında bu amilin də xüsusi rolu var. Təsadüfi deyil ki, Ramiz Mehdiyev 1995-ci ildə Prezident Administrasiyasının rəhbəri təyin olunan kimi, Şahin Abdullayev də Misirə səfir göndərilir. O vaxtdan indiyədək ərəb coğrafiyasında səfir təyin olmadığı yer qalmayıb. Hakimiyyət kulislərində bu adam haqqında belə deyirlər: “O artıq 16 ildir ki, köçəri quş kimi ölkədən ölkəyə uçur. Köçəri quşlardan yeganə fərqi isə Şahin Abdullayevin cənubdan şimala yox, qərbdən şərqə uçuşudur. Bir də köçəri quşlar ildə iki dəfə köçürlər. Şahin Abdullayevin isə mövsümi köçləri illərlə davam edir”.

Şahin Abdullayevin də Lətif Qəndilov kimi diplomatik təfəkkürünün olmadığı, uzun illər səfirliklərdə işləsə də tərcüməçilik səviyyəsindən uzaqlaşmadığı qənaəti hakimdir. Azərbaycanın isə diplomatik korpusda tərcüməçiyə yox, əsl səfirə ehtiyacı var. Məhz bu səbəbdən də yaxın günlərdə diplomatik fəaliyyətini nöqtələyəcək səfirlər sırasında Şahin Abdullayevin də adı çəkilir.

Araşdırmalarımız davam edəcək.
Elçin Qurbanov
//ovqat.com//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ərinin öldürdüyü plastik cərrahla bağlı YENİ XƏBƏR
Bu gün, 16:08
Paşinyan gerçəkliyi xalqa açıqlasa və Azərbaycanla masa arxasına otursaydı... - ŞƏRH
Bu gün, 16:00
Taleh Qaraşovla Rövşən Rüstəmov üz-üzə… - Məhkəməyə gələn 3-cü şəxs kimdir?
Bu gün, 15:57
Cənubi Qafqazda yeni savaş təhlükəsi - Ermənistan odla oynayır
Bu gün, 15:55
Təzə 3 qəpiyi buraxmaq... MADDİ MARAQ baxımından da SƏRF ETMİR - ÇÜNKİ...
Bu gün, 15:39
Bakı-İrəvan danışıqları: Hakan Fidan niyə “üçüncü” dedi? - İNCƏLƏMƏ
Bu gün, 15:37
İran Azərbaycanı təbrik etdi: - Dəstəklədik!
Bu gün, 15:36
Əhali banklara inanmır: Maliyyə sektorunda problemlər - NƏ ETMƏLİ?
Bu gün, 15:32
“Azərsu”ya xlor satan “Old Line Trading Company” şirkəti cərimələndi
Bu gün, 15:30
Elza Seyidcahan “villasından, üzüm plantasiyasından, Qubadakı restoranından” DANIŞDI
Bu gün, 15:21
Xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cəzası 5 il azaldılıb
Bu gün, 15:18
AYNA Sumqayıt sahibkarlarını vergidən belə yayındırır - Kart sistemi niyə ləğv edildi?
Bu gün, 15:16
“43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim” - Diplomu saxta çıxan Abdıyeva
Bu gün, 15:10
ATİB-in İdarə Heyətinə yeni üzvlər seçilib
Bu gün, 15:09
Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib - FOTO
Bu gün, 15:04
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət! - DİQQƏT
Bu gün, 15:01
“Təhsildə maliyyə çatışmazlığı həm də ayrılan resursların səmərəsiz xərclənməsi ilə bağlıdır...” - ŞƏRH
Bu gün, 14:00
Putin yenə darıxmağa başlayarsa... - Yüzminlərin qanı ilə suvarılan əyləncə meydanı
Bu gün, 13:58
Kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarların həbslərinin arxasında nələr dayanır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 13:12
KTN-in rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinin vəsatəti təmin edilməyib
Bu gün, 13:10
Tanınmış hüquq müdafiəçisi ŞOK SƏNƏD YAYDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 13:08
Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı? - FAKT BUDUR!
Bu gün, 13:02
Prokuror “Kanal 11”in direktoruna cəza istəyib
Bu gün, 13:01
“Keşlə bazarı”nda söküntü işləri təxirə salınır - BU TARİXƏDƏK...
Bu gün, 12:55
"Bununla bağlı mənə məlumat verməlidirlər" - GİLEY
Bu gün, 12:52
"Qızışdıranlar olmasa, əslində, camaat üçün xoşdur" - Razi Nurullayev
Bu gün, 12:50
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb - DİQQƏT!
Bu gün, 12:47
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Ağsu RMX-nin dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri özlərini qismən təqsirli biliblər
Bu gün, 12:45
"Özünə hörmət edən adam “feyk” profil işlətməz" - ETİRAZ
Bu gün, 12:42
Rusiya Zaporojye və Xersona 4000 nəfərin iştirakı ilə hücuma hazırlaşır - KİV
Bu gün, 12:40
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - Polisin internet əməliyyatı
Bu gün, 12:37
Prezident İlham Əliyev bir qrup idmançı və idman mütəxəssisini təltif edib - SİYAHI
Bu gün, 12:36
"Zəlzələ olanda birinci biz hiss edirik..." - NARAZILIQ VAR...
Bu gün, 12:35
Gömrük Komitəsinin tenderi LƏĞV OLUNDU - SƏBƏB
Bu gün, 12:25
Orbanla Fitsonun PUTİN SEVGİSİ - Görünəni odur ki...
Bu gün, 12:20
Əli İnsanov İlham Əliyevi təbrik etdi
Bu gün, 12:18
Almaniyada cinayət törədən şəxsin ekstradisiya işinə baxılır - DETALLAR
Bu gün, 12:15
Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 20 milyon manat ayrıldı
Bu gün, 12:12
"Sual verildi ki, siz niyə filan obyektin vergisini ödəmirsiniz?" - Xoşqədəm həmyerlisini İFŞA ETDİ
Bu gün, 12:08
Azərbaycan və Maldiv arasında diplomatik, xidməti və rəsmi pasport sahibləri qarşılıqlı viza tələbindən azad ediləcək
Bu gün, 12:04
"Qadın ayrılıb deyə “onunla evlənmək olmaz” düzgün düşüncə tərzi deyil" - VİDEO
Bu gün, 11:51
“5A Construction” şirkəti ölkədən pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:44
Culfa və Babək şəhərinin baş planının hazırlanması 351 min manata başa gələcək
Bu gün, 11:40
Tramp-Putin görüşünə hazırlıqlar başlayır
Bu gün, 11:38
"Bakıda hesab edirlər ki, bu, onlara dəhlizi nəzarətə götürmək hüququ verir" - Vardan Oskanyan
Bu gün, 11:33
“Yararlı hərbi qulluqçular yararsız kimi qeyd olunur” - RƏSMİ İTTİHAM
Bu gün, 11:31
Jurnalistə vəzifə verildi - ƏMR
Bu gün, 11:24
Neftçilərdən SOS: Heç birimizin ərzağı qalmayıb!!! - NƏ BAŞ VERİR?
Bu gün, 11:18
Şərurda valideynlər məktəbdən İMTİNA EDİR? - "Siniflərdə oturmaq mümkün deyil..."
Bu gün, 11:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru