Dilimizi bilmirlər, bilmirlər... Bəs bu vaxta qədər niyə öyrənmirdilər?! - REAKSİYALAR
Tarix: 2-07-2020, 11:20 | Çap et
Son zamanlar müzakirə mövzularından biri də bəzi məmurlarımızın, o cümlədən orduya rəhbərlik edən bir sıra şəxslərin Azərbaycan dilində səlis danışa bilməməsidir. Burada xüsusilə xarici işlər naziri Elmar Məmmədyarov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun adı çəkilir.
Bir müddət öncə Milli Məclisin iclasında millət vəkili Vahid Əhmədov ordu rəhbərliyindəki şəxsləri dillə bağlı tənqid etmişdi. Müzakirələr səngisə də, N.Sadıkovun hərbi hissələrdən birində Ali Baş Komandana verdiyi raport bu mövzunu yenidən aktuallaşdırdı və əsasən də sosial mediada tənqidlər baş alıb getdi. Eyni zamanda xarici işlər nazirinin də ana dilində normal danışa bilməməsi vaxtaşırı müzakirə predmeti olur. Təəssüf ki, Azərbaycanın xarici siyasət idarəsinə rəhbərlik edən, peşəkar diplomatımız, o cümlədən birinci Qarabağ savaşının iştirakçısı, peşəkar zabit olan Baş Qərargah rəisi vaxtaşırı Azərbaycan dilində normal danışa bilmədiklərinə görə ictimai qınağa tuş gəlirlər. Ona görə də bu mövzuda obyektiv araşdırma aparmaq istədik ki, Qarabağ məsələsində nazir Elmar Məmmədyarovun, həmçinin Nəcməddin Sadıkovun ictimai rəydə əsas günahkar, baiskar kimi göstərilməsi nə qədər doğru və peşəkar yanaşmadır?
“Bu kimi məsələlərdə peşəkarlıq və ya başqa ölkənin maraqlarına xidmət etmə baxımından ittihamların əsaslı və ya əsassız olması üzərində dayanmadan bir amilə diqqət çəkmək istəyirəm ki, bütövlükdə hansısa prosesin uğurlu olmasında və ya uğursuzluğunda bütün cəmiyyət məsuliyyət daşıyır”.
Deputat Fazil Mustafa bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Millət vəkili qeyd etdi ki, yetkin cəmiyyətlərdə təsadüfi şəxslər liderə, yaxud da qəhrəmana çevrilə bilmirlər: “Bizim kimi cəmiyyətlərdə emosional dəyərləndirmə daha çox önə çıxdığından tarixin hər bir dövründə faydalı olan deyil, könülə yatan, duyğuları təmin edənlər söz sahibi ola bilirlər. İndinin özündə də bu belədir. Bir təmkinli alim ictimai rəyi yönləndirə bilmir, bir avarası iki gün kütlənin xoşladığı sözü təkrarlasa, onun qəhrəmanına çevrilə bilir”.
F.Mustafanın fikrincə, Qarabağ savaşında məğlubiyyətə cəmiyyətin xarakteri baxımından diqqət yetirilməlidir: “Biz öz xarakterimizi dəyişmədikcə, ayrı-ayrı vəzifəli şəxslərin üzərinə günahı yükləməklə yenə də doğru nəticə əldə edə bilməyəcəyik. Konkret iki şəxslə bağlı mülahizələrdə isə həqiqətəuyğun məqamlar mövcuddur”.
Daxili Qoşunların sabiq komandanı Fəhmin Hacıyev qeyd etdi ki, Qarabağ məsələsi dövlətimizin təhlükəsizliyi və varolma məsələsi olduğu üçün həlli yolları da buna görə tapılmalıdır: “Demokratik islahatlardan tutmuş, insan haqlarına münasibətə qədər, ordu idarəetməsindən xarici siyasətə qədər, ictimai münasibətlərdən seçkilərə qədər və bu kimi taleyüklü həllini gözləyən məsələlər Qarabağ probleminin həllində özünəməxsus rol oynayır”.
F.Hacıyev hesab edir ki, bu faktların meydana gəlməsində vəzifəli şəxslərin rolu böyükdür: “Xarici işlər naziri Elmar Məmmədyarov və yaxud Baş Qərargah rəisi Nəcməddin Sadıkov da bu cür kadrlardandır. Azərbaycan dilini bilməyən, xalqın mədəniyyətindən xəbərsiz olan şəxslərin vəzifələrə təyin olunması yolverilməzdir. Qonşu Gürcüstana diqqət edin, gürcü dilini bilməyən adam kiçik məmur olmaq üçün müsabiqəyə buraxılmır. Gürcü dilini bilməyən adam heç bir vəzifə tuta bilməz, parlamentə seçilə bilməz və sair. Bizim parlamentdə Azərbaycan dilini bilməyən deputatlar var. Xalq olaraq bunlara qəti etiraz etməli, aradan qaldırılmasına nail olmalıyıq. Bir sözlə, dövlətimizin milli maraqlarımıza uyğun idarə olunmasına nail olmalıyıq. Millətləşmə, dövlətləşmə, bütünləşməyə doğru addım-addım durmadan getməliyik!”
Qarabağ qazisi Rey Kərimoğlu isə “Yeni Müsavat”a dedi ki, E. Məmmədyarov uğursuz bir kadrdır: “Qətiyyətsiz adamdır. Ona görə də xalq arasında nüfuzu, hörməti yoxdur. Ana dilində danışa bilməməsi isə onu bəzən gülüş obyektinə də çevirir. Dövlətin baş diplomatı üçün heç yaraşan hal deyil. Əslində kənardan baxanda onun işini prezident İlham Əliyevin apardığını sezməmək mümkün deyil. Yəni Prezident ardıcıl, sistemli və cəsarətli movqe sərgiləyər. Məmmədyarov Prezidentin apardığı siyasətə də adekvat deyil”.
R.Kərimoğlu əlavə etdi ki, N.Sadıkovun Qarabağ döyüşlərinin birinci mərhələsində müəyyən xidmətləri olub: “Hazırda adı ordudakı neqativlərin başında duran şəxs kimi hallanır. Dilimizi bilməməsi, biabırçı şəkildə danışması onu da gülüş hədəfinə çevirib”.
Qarabağ qazisinin sözlərinə görə, ordu ilə bağlı bir ümidverci hal var, o da general Məhərrəm Əliyevin Prezidentin hərbi məsələlər üzrə köməkçisi olmasıdır: “İndi orduda hamı gözünü Məhərrəm Əliyevə dikib. Hamı onun ordudakı nöqsanları aradan qaldıra biləcəyinə ümid edir”.
YAP-çı deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirdi ki, bu istiqamətdə gedən müzakirələrdən xəbərdardır: “Vaxtaşırı həm mətbuatda, həm sosial şəbəkədə hökumətin ayrı-ayrı üzvləri, konkret olaraq bu iki şəxs barədə rəyləri oxuyuram. Bunlar bir qədər həssas məsələlərdir. Birincisi, nəzərə almaq lazımdır ki, onların fəaliyyətinə qiymət vermək üçün həmin sahənin heç olmasa azacıq da olsa, mütəxəssisi olmaq lazımdır. Nəcməddin Sadıkov peşəkar hərbçidir, Qarabağ müharibəsində iştirak edib, ordu quruculuğunda iştirakı var. Bu müddət ərzində artıq ikinci Prezidentin dövrüdür ki, fəaliyyət göstərir. Elmar Məmmədyarov da peşəkar diplomatdır. O, nazir olana qədər XİN sistemində uzun müddət işləyib, bir neçə səfirlikdə fəaliyyət göstərib. Nazir olanadək Azərbaycanı İtaliyada təmsil edib”.
A.Mirzəzadə hesab edir ki, məsələyə bir qədər sakit və təmkinlə yanaşmaq lazımdır: “Əlbəttə, Azərbaycan vətəndaşı, bir azərbaycanlı kimi, mən çox istərdim ki, bütün məmurlarımız təmiz azərbaycanca danışaydılar və həm mətbuat, həm ictimaiyyət qarşısında çıxışlarını çox dolğun və məzmunlu Azərbaycan dili ilə ifadə edəydilər. Amma nəzərə alaq ki, Azərbaycan uzun müddət SSRİ-nin tərkibində olub və orada aparıcı dil rus dili olub. Mütəxəssislərimizin bir qismi bu və ya digər orta, həm ali məktəbi rus dilində bitiriblər. Onlar üçün çox yaxın olan bir dildən digər dilə keçmələri həddən artıq çətindir. Arzulanandır ki, məmurlarımızın hamısı Azərbaycan dilində çox təmiz, hamımızı qane edən səviyyədə danışsın. Yeni nəsil artıq buna doğru gedir. Təyin edilən nazirlərimizin, ayrı-ayrı məmurlarımızın Azərbaycan dilində təmiz danışığı bizə çox xoş gəlir. Amma bu gün ayrı-ayrı sahələrə hələ də sovet dövründə formalaşmış kadrlarımız rəhbərlik edir, Nəcməddin Sadıkovla Elmar Məmmədyarov da onlardandır”.
Deputat bir daha qeyd etdi ki, N.Sadıkovun Azərbaycan Ordusunun formalaşmasında xidmətləri var: “Bu qiyməti ona ulu öndərimiz Heydər Əliyev və indiki prezidentimiz cənab İlham Əliyev verib. Azərbaycan Ordusunda ən yüksək rütbələrdən biri general-polkovnik rütbəsinə yiyələnib. Onun fəaliyyətinə də ən düzgün qiyməti Ali Baş Komandan, ölkə Prezidenti verir. Bu gün o, Baş Qərargahın rəisidirsə, deməli, Ali Baş Komandan onun məhz o vəzifədə olmasını düzgün sayır. Azərbaycan Ordusunun zabitlərinin səyi nəticəsində bu gün dünyanın 50 ən güclü ordusu sırasında Azərbaycan Ordusu var. Məhz bu ordu Azərbaycan zabitlərinin Ali Baş Komandanın tapşırığını yerinə yetirməsi nəticəsində 2016-cı ilin möhtəşəm aprel qələbəsinə, sonradan Naxçıvanda Günnüt kəndinin azad edilməsinə nail oldu. İndinin özündə də cəbhə xəttində qətiyyəti, eyni zamanda Azərbaycan silahının qüdrətini məhz ordumuz göstərir. Yəni burada biz Azərbaycanın bütün zabitlərinin qiymətini verməliyik”.
Xarici siyasətimizə gəldikdə isə A.Mirzəzadənin fikrincə, bəziləri elə hesab edir ki, XİN rəhbəri təmiz azərbaycanca danışsa, Dağlıq Qarabağ problemi həll olunacaqdı, Azərbaycanın beynəlxalq səviyyədə heç bir problemi olmayacaqdı, eyni zamanda Azərbaycan bu gün istənilən məsələni ancaq Azərbaycan dilini təmiz bilən istənilən xarici işlər nazirinin vasitəsilə həll edəcəkdi: “XİN başçısının ilk növbədə Azərbaycanın milli maraqlarını, Azərbaycanın bu və ya digər məsələdə mövqeyini beynəlxalq birlikdə qoruması vacibdir. Biz XİN başçısından ilk növbədə bunu istəyirik. Əgər bu gün Azərbaycan Ermənistanla danışıqlarda qətiyyət göstərirsə, əgər Azərbaycan bu gün 2020-ci il üçün iki beynəlxalq təşkilatın - Türk Əməkdaşlıq Şurasının və Qoşulmayanlar Hərəkatının sədridirsə, əgər Azərbaycanın təşəbbüsü ilə BMT Baş Məclisinin xüsusi iclası çağırılırsa, deməli, XİN Prezidentimizin tapşırıqlarını yerinə yetirir. Burada xarici işlər nazirimizin də müəyyən qədər rolu var. Amma bununla belə, mən arzu edərdim ki, məmurlarımızın hamısı Azərbaycanca yaxşı danışsınlar, milli maraqlarımızı fəaliyyətlərində əsas götürsünlər və cəmiyyət onların fəaliyyətindən həmişə razı qalsın”.
Səslənən qınaq və ittihamlarla bağlı həm N.Sadıkovun, həm də E.Məmmədyarovun şəxsi fikirlərini almaq istərdik. Təəssüf ki, onlara əlimiz çatmır. XİN-in mətbuat xidmətinə bununla bağlı sual ünvanladıq və cavabını gözləməkdəyik. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Onun missiyası Gürcüstanda xaos yaratmaqdır” - ŞƏRH
Bu gün, 19:31 |
|
|
|
• Bu nazirlikdə əməliyyat keçirilir: saxlanılanlar var - TƏFƏRRÜAT
Bu gün, 19:25 |
|
|
|
• "Paşinyanın vaxt uzatmaq və ya vaxt "qazanmaq"la təxribata hazırlıq cəhdi Ermənistana təhlükə yaradır"
Bu gün, 19:02 |
|
|
|
• Sosial şəbəkələr “yumşaq güc” amilinin əsas istifadə arenasına çevrilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 19:00 |
|
|
|
• “Onların məqsədi Azərbaycanda gərginlik yaratmaqdır” - deputat
Bu gün, 18:58 |
|
|
|
• Polad Həşimovun anası Mübariz Mənsimovun qonağı olub - FOTO
Bu gün, 18:24 |
|
|
|
• ABŞ hələ də PKK-ya bağlı qruplara dəstək verir - FAKT BUDUR!
Bu gün, 18:21 |
|
|
|
• Respublika Fənn Olimpiadalarında suallarla bağlı problemlər yaşanıb - Uşaqların, müəllimlərin əsəbini pozurlar...
Bu gün, 18:16 |
|
|
|
• Doğuşdan 15 gün sonra xərçəng xəstəsi olduğu bilindi: Müalicəsinə 60 min lazımdır - VİDEO
Bu gün, 18:14 |
|
|
|
• Əfv və ya amnistiya olacaq? - AKTUAL
Bu gün, 18:11 |
|
|
|
• Almaniyanın fobiyası REALLIĞA ÇEVRİLİR – Rusiyanın növbəti hədəfi KİM OLACAQ?
Bu gün, 18:10 |
|
|
|
• Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir - SƏRƏNCAM
Bu gün, 17:55 |
|
|
|
• Baydendən növbəti əfv qərarı
Bu gün, 17:51 |
|
|
|
• 4 gün əvvəl həbsdən çıxan Qafar Dəmirçi yenidən məhkəmə qarşısında - DETALLAR
Bu gün, 17:47 |
|
|
|
• “Xəstəliyində yanında olmadığım üçün peşmanam”
Bu gün, 17:45 |
|
|
|
• “Pul qazanan qadınlar haqqında başqa sözlər deyirlər" - Nadir Qafarzadə
Bu gün, 17:38 |
|
|
|
• Vəzifəli şəxs hamamda yıxılıb öldü - TƏFƏRRÜAT
Bu gün, 17:35 |
|
|
|
• Cavid Qurbanov hələ də HÖKM KEÇİRİR? - İLGİNC İDDİALAR
Bu gün, 17:26 |
|
|
|
• Saleh Məmmədovun bu dəbdəbəli villasının qiyməti nə qədərdir? - VİDEO
Bu gün, 17:19 |
|
|
|
• Jurnalistə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
Bu gün, 17:14 |
|
|
|
• Novxanıda bələdiyyə sədri Gəray Əsədov küçəsində yolu satıb - sakinlər dad edir...
Bu gün, 17:11 |
|
|
|
• Şagirdlər niyə təhsillərini davam etdirmək istəmir? – Səbəblər, problemlər, hüquqsuz müəllimlər…
Bu gün, 17:04 |
|
|
|
• Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq - SƏRƏNCAM
Bu gün, 16:59 |
|
|
|
• Əmək pensiyasının minimum məbləği 320 manata çatdırılacaq
Bu gün, 16:58 |
|
|
|
• Minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilib - SƏRƏNCAM
Bu gün, 16:57 |
|
|
|
• Müharibə və qırğınlar dayanmayacaq… – 2025-ci illə bağlı bədbin proqnoz
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan sülhlə bağlı SƏSİNİ ÇIXARMIR: - “Manipulyativ xarakterlidir”
Bu gün, 16:47 |
|
|
|
• “Benzində su olmur axı...” - İddialara cavab
Bu gün, 16:39 |
|
|
|
• Tələbələrlə bağlı təklif etiraza səbəb oldu: - “Ədalətsizlik...”
Bu gün, 16:34 |
|
|
|
• Tehran sazişə elə bəndlər əlavə etmək istəyir ki... - GƏLİŞMƏ
Bu gün, 16:28 |
|
|
|
• Arvadını mühasib, qardaşı oğlunu müavin təyin etdi - Sabiq sədrə elektron qolbaq taxıldı
Bu gün, 16:25 |
|
|
|
• Ramin Hacılıdan Xəzər Rayon Məhkəməsinə müraciət - "Hüquqlarımdan istifadə etməyimə imkan yaradılsın"
Bu gün, 16:21 |
|
|
|
• "17 yaşımda ağılsızlıqdan narkotik aludəçisi oldum"
Bu gün, 16:19 |
|
|
|
• Əsədi devirən “türk” MOSSAD agentidir? – 4 dövlətlə bağlı plan pozuldu
Bu gün, 16:14 |
|
|
|
• Ərinin öldürdüyü plastik cərrahla bağlı YENİ XƏBƏR
Bu gün, 16:08 |
|
|
|
• Paşinyan gerçəkliyi xalqa açıqlasa və Azərbaycanla masa arxasına otursaydı... - ŞƏRH
Bu gün, 16:00 |
|
|
|
• Taleh Qaraşovla Rövşən Rüstəmov üz-üzə… - Məhkəməyə gələn 3-cü şəxs kimdir?
Bu gün, 15:57 |
|
|
|
• Cənubi Qafqazda yeni savaş təhlükəsi - Ermənistan odla oynayır
Bu gün, 15:55 |
|
|
|
• Təzə 3 qəpiyi buraxmaq... MADDİ MARAQ baxımından da SƏRF ETMİR - ÇÜNKİ...
Bu gün, 15:39 |
|
|
|
• Bakı-İrəvan danışıqları: Hakan Fidan niyə “üçüncü” dedi? - İNCƏLƏMƏ
Bu gün, 15:37 |
|
|
|
• İran Azərbaycanı təbrik etdi: - Dəstəklədik!
Bu gün, 15:36 |
|
|
|
• Əhali banklara inanmır: Maliyyə sektorunda problemlər - NƏ ETMƏLİ?
Bu gün, 15:32 |
|
|
|
• “Azərsu”ya xlor satan “Old Line Trading Company” şirkəti cərimələndi
Bu gün, 15:30 |
|
|
|
• Elza Seyidcahan “villasından, üzüm plantasiyasından, Qubadakı restoranından” DANIŞDI
Bu gün, 15:21 |
|
|
|
• Xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cəzası 5 il azaldılıb
Bu gün, 15:18 |
|
|
|
• AYNA Sumqayıt sahibkarlarını vergidən belə yayındırır - Kart sistemi niyə ləğv edildi?
Bu gün, 15:16 |
|
|
|
• “43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim” - Diplomu saxta çıxan Abdıyeva
Bu gün, 15:10 |
|
|
|
• ATİB-in İdarə Heyətinə yeni üzvlər seçilib
Bu gün, 15:09 |
|
|
|
• Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib - FOTO
Bu gün, 15:04 |
|
|
|
• “Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət! - DİQQƏT
Bu gün, 15:01 |
|
|
|
|